Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə2/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   2   3   4   5   6   7   8   9   ...   33


 
vadilərinə  daha  yaxın  ərazidə  məskunlaşdığını  göstərir  ki,  bu  da  iqlim 
dəyişilmələri, daha doğrusu quraq iqlimlə bağlı ola bilərdi. 
Araşdırmalar göstərir  ki, uzun  müddət davam edən quraqlıq mülayim 
və yağmurlu iqlimlə əvəz olunmuş, daşqınlar baş vermişdir. Yəqin elə bunun 
nəticəsidir ki, bəzi yaşayış yerlərinin üzəri qalın lil qatı ilə örtülmüş, vadidəki, 
yaşayış yerləri izsizləşmişdir.   
I Kültəpə və onun ətrafında yerləşən yaşayış yerlərinin tədqiqi Cənubi 
Qafqazın  Son  Neolit  və  Son  Eneolit  mədəniyyətləri  arasındakı  boşluğu 
doldurmağa  imkan  verir.  Naxçıvançay  və  Sirabçay  vadisində  yerləşən  bu 
unikal  abidələrdə  aparılan  tədqiqat  işlərinin  ilkin  nəticələrini  Sizə  təqdim 
edirik. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
I FƏSİL. KÜLTƏPƏDƏ 2013-CÜ İLDƏ APARILMIŞ ARXEOLOJİ 
TƏDQİQATLAR
1
 
 
 
Cənubi  Qafqazda,  o  cümlədən  Azərbaycanda    erkən  əkinçilik 
mədəniyyətlərinin  öyrənilməsində  mühüm  əhəmiyyəti  olan  abidələrdən  biri 
də  Naxçıvanda  yerləşən  Kültəpə  yaşayış  yeridir.  Yaşayış  yeri  arxeoloji 
ədəbiyyata həmçinin I Kültəpə adı ilə daxil olmuşdur. Məlum olduğu kimi, bu 
abidənin  tədqiqi  XX  əsrin  50-ciillərində  başlanmışdır.  O.H.Həbibullayev 
yaşayış  yerinin  ən  aşağıda  yerləşən  “1a”  təbəqəsini  Neolit  dövrünə,  “1b” 
təbəqəsini  isə  Eneolit  dövrünə  aid  etmişdir  (Həbibullayev,  1959:  14).  Lakin 
tədqiqatçı  sonrakı  əsərlərində  bu  fikirdən  imtina  edərək  hər  iki  təbəqəni 
Eneolit  dövrünə  aid  etmişdir  (Абибуллаев,  1982:  24).  Kültəpənin  “1a” 
təbəqəsi  bir  müddət  arxeoloji  ədəbiyyatda  Eneolit  mədəniyyəti  kimi 
xarakterizə  edilsə  də  (Мунчаев,  1982:  93-131)  hazırda  abidənin  bu  təbəqəsi 
Neolit dövrünə aid edilməkdədir (Нариманов, 1987: 133; Kushnareva, 1997: 
30-40; Seyidov, 2003: 21, 39-40). Kültəpə son vaxtlaradək Naxçıvanda Neolit 
dövrünə  aid  edilən  yeganə  abidə  idi
2
.  Kültəpənin  Neolit  dövrünə  aid 
təbəqəsinin  materialları  yaxşı  nəşr  edilmədiyindən  və  karbon  analizlərinin 
nəticələri  köhnəldiyindən  Azərbaycanın  bu  qədim  diyarının  Neolit  dövrü 
haqqında bitkin məlumat əldə etmək olduqca çətindir. Buna görə də Kültəpə 
yaşayış  yerində  1951-1964-cü  illərdə  aşkar  olunan  arxeoloji  materialların 
yenidən  araşdırılaraq  nəşr  edilməsi  nəzərdə  tutulmuşdur
3
.  Digər  tərəfdən 
2006-cı  ildən  Duzdağda  aparılan  araşdırmalar  qədim  duz  mədənlərinin  daha 
çox  Naxçıvançay  vadisində  yerləşən abidələrlə  bağlı  olduğunu göstərmişdir. 
Belə  ki,  Duzdağda  aşkar  olunan  əmək  alətlərinin  bənzərləri  I  Kültəpə  və  II 
Kültəpə yaşayış yerlərində daha çox rast gəlinir. Mədən sənayesinin meydana 
gəlməsi  və  inkişafı  tarixinin  öyrənilməsi  üçün  də  Kültəpə  yaşayış  yerinin 
tədqiqinə  ehtiyac  vardır.    Kültəpə  yaşayış  yerinin  Neolit  və  Eneolit  dövrü 
                                                           
1
 Bu  iş  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Elmin  İnkişafı  Fondunun 
maliyə  yardımı  ilə  yerinə  yetirilmişdir,  qrant  №  EİF-2012-2(6)-39/28/5/. 
Araşdırmalara  həmçinin  Fransa  Milli  Araşdırmalar  Mərkəzi  maliyə  yardımı 
etmişdir. 
2
 
Hazırda  Naxçıvanda  Neolit  dövrünə  aid  yeni  abidələr  aşkar  olunmuşdur.  Bax: 
Bakhshaliyev  V.,  Seyidov  A.  New  Findings  from  the  Settlement  of  Sadarak 
(Nakhchivan-Azerbaijan) // Anatolia Antiqua, XXI, 2013, p. 1-21.
 
3
 Bu  iş  AMEA  NB  və  Fransa  Milli  Araşdırmalar  Mərkəzinin  xüsusi  layihəsi 
əsasında yerinə yetiriləcəkdir.  



 
haqqında  geniş  məlumat  əldə  etmək  və  təbəqələrin  necə  saxlandığını 
aydınlaşdırmaq  məqsədi  ilə  2013-cü  ildə  burada  kəşfiyyat  xarakterli 
araşdırmalar  aparılmışdır.  Araşdırmalar  Fransa  Milli  Elmi  Araşdırmalar 
Mərkəzinin  əməkdaşları  ilə  birlikdə  aparılmışdır.  Yaşayış  yerində  2013-cü 
ildə  aparılan  araşdırmaların  məqsədi  Neolit  və  Eneolit  dövrünə  aid  sağlam 
qalmış  təbəqələri  müəyyənləşdirmək  və  gələcək  araşdırmalar  üçün  təməl 
yaratmaqdan ibarət idi. 
 
Kültəpə  yaşayış  yerində 2013-cü ildə iki sahədə qazıntı aparılmış, iki 
sahədə  isə  təmizləmə  işləri  aparılmışdır
4
.  Birinci  qazıntı  sahəsi 
O.H.Həbibullayevin  vaxtilə  tədqiqat  apardığı  sahənin  kənarında  (A  kvadratı, 
sahəsi  5x5m)  qoyuldu.  Bu  sahədəki  qazıntılar  zamanı  abidənin  üzərində 
qazılmış  çuxurların  müasir  dövrə  aid  məişət  qalıqları  ilə  dolduğu  müəyyən 
olundu.  Məişət  qalıqları  təmizləndikdən  sonra  Neolit  dövrünə  aid  maddi-
mədəniyyət qalıqları ilə zəngin olan təbəqə aşkar olundu. Qazıntı sahəsi uçub-
tökülmüş kərpic tikintinin qalıqları ilə örtülmüşdü. Tədqiqat zamanı bir-birini 
əvəz  edən  bir  neçə  tikinti  qatının  olduğu  müəyyən  edilmişdir.  Eyni  rəngli 
təbəqədə divar qalıqlarını aşkar etmək çətin olsa da 1, 5 m dərinlikdə dairəvi 
formalı  kərpic    divarın  qalıqlarını  müəyyən  etmək  mümkün  oldu.  Divarın 
yalnız  bir  hissəsi  salamat  qalmışdı.  Kəsikdə  gildən  hazırlanmış  kərpic  və 
möhrə  bloklar  aydın  şəkildə  seçilirdi.  Divar  qalığı  0,8  m  hündürlükdə 
saxlanmışdı.  Otaq  qalığının  iç  tərəfində  saxlanan  mədəni  qatlar  onun  uzun 
müddət  istifadə  olunduğunu  və  döşəmənin  tədricən  yüksəldiyini  göstərir. 
Onun  içəri  tərəfində  Neolit  dövrünə  aid  maddi-mədəniyyət  qalıqları,  o 
cümlədən  dairəvi  formalı  ocaqlar  aşkar  olundu.  Ocaqların  içərisi  boz  rəngli 
küllə dolmuşdu. Onların müxtəlif dərinlikdə yerləşməsi ocaqların tez-tez yer 
dəyişdiyini  göstərirdi.  Ocaqların  ətrafında  sərt  gil  döşəmənin  üzərinə  kül 
yayılmış,  bəzi  yerlərdə  döşəmə  qızarmışdı.  Bununla  belə  bu  sahədə  maddi-
mədəniyyət  qalıqları,  o  cümlədən  keramika  məmulatı  olduqca  az  idi.  Erkən 
Tunc dövrünə aid az miqdarda keramika yalnız üst laylarda aşkar olunmuş, alt 
laylarda isə ona rast gəlinməmişdir. Beləliklə müəyyən olundu ki, abidənin bu 
hissəsində  Tunc  dövrü  təbəqəsi  O.H.Həbibullayevin  tədqiqatları  zamanı 
tamamilə  tükənmişdir.  Bu  isə  Neolit  dövrünə  aid  təbəqənin  bir  qisminin 
toxunulmaz qaldığını göstərirdi. 
                                                           
4
 Qazıntı  sahələri  müəyyənləşdirilərkən  yerli  əhalinin,  o  cümlədən  1951-1964-cü  il 
qazıntılarında  iştirak  edən  sakinlərin  fikirlərindən  yararlanılmışdır.  Bizə  kömək 
etdiklərinə görə Kültəpə kəndinin sakinlərinə minnətdarlığımızı bildiririk.
 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə