Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə21/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

79 
 
       
 
       Şəkil 54. Uçan Ağıl yaşayış yerində aparılan qazıntıların planı. 
          
 
          Şəkil 55. Mis filizi qalığı (Uçan Ağıl) 
Birinci sahədəki qazıntılar zamanı müəyyən olundu ki, yaşayış yerinin 
üzərini  örtən  Kür-Araz  mədəniyyəti  təbəqəsi  ilə  e.ə.  V  minilliyin  birinci 


80 
 
yarısına aid Erkən Eneolit təbəqəsi arasında boş təbii təbəqə vardır. Şübhəsiz 
ki,  bu  təbəqə  güclü  yağmurlar  zamanı  təpənin  eroziyası  nəticəsində 
yaranmışdır.  
Bu  boş  təbəqədən  altda  Eneolit  dövrünə  aid  keramika  məmulatı  və 
obsidian  qalıqları  olan  mədəni  təbəqə  aşkar  olundu.  Keramika  məmulatı 
arasında  Kür-Araz  mədəniyyətinə  aid  dörd  keramika  parçasının  aşkar 
olunması  Ovçular  Təpəsində  aşkar  olunmuş  faktları  təsdiq  edərək  bir  daha 
sübut edir ki, Naxçıvanda Kür-Araz mədəniyyəti tayfaları Eneolit tayfaları ilə 
yanaşı yaşamışdır.  
                  
 
   
                  
  
Şəkil 56. Duzdağ və Uçan Ağıldan aşkar olunan əmək alətləri 
2016-cı  ildə  Uçan  Ağıl  yaşayış  yerində  aparılan  araşdırmalar  iki 
baxımdan  əhəmiyyətlidir:  1)  e.  ə.  V  minilliyin  birinci  yarısına  aid  tapıntılar 
həm birinci (sahə 1), həmdə ikinci sahədə (sahə 2) qeydə alınmışdır ki, bu da 
Cənubi  Qafqazda  indiyədək  qeydə  alınmamış  və  öyrənilməmiş  bir  dövrü 


81 
 
tədqiq  etməyə  imkan  verir.  2)  2015-ci  ildə  sahə  2-də  aşkar  olunan  qalın 
kolluvium (boş təbəqə) təbəqəsi bu il sahə 1-də də aşkar olundu (təqribən 50 
sm qalınlığında). Bu vəziyyət Şorsu yaşayış yerində də qeydə alınmışdır. Belə 
hesab etmək olar ki, biz yaşayış yerlərində eyni vəziyyətlə rast gəldiyimiz bu 
hadisə  iqlim  dəyişiklikləri  ilə  bağlı  olmuşdur.  Bu  hadisələrin  mahiyyəti 
hazırda Katerin Kuzuçuoğlu tərəfindən öyrənilməkdədir. Bu nəticələr Zirincli 
yaşayış yerində apardığımız araşdırmalara da düzəliş etməyə imkan verir. Bu 
yaşayış  yerində  mədəni  təbəqədən  aşağıda  40  sm-lik  kolluvium  təbəqəsi 
yerləşirdi.  Uçan  Ağıl  və  Şorsudakı  araşdırmalar  bu  boş  təbəqənin  altında 
arxeoloji  təbəqələrin  ola  biləcəyinə  işarə  edir.  Belə  hesab  edirik  ki,  gələcək 
tədqiqatlar  Cənubi  Qafqaz,  o  cümlədən  Azərbaycan  və  Naxçıvanın 
məskunlaşma  tarixi  ilə  bağlı  olduqca  maraqlı  nəticələr  əldə  etməyə  imkan 
verəcəkdir.  
Sorsu 
Bu yaşayış yeri bizim əvvəlki araşdırmalarımız zamanı qeydə alınmış, 
2013  və  2014-cü  illərdə  yaşayış  yerində  araşdırmalar  aparılmışdı. 
Araşdırmalar nəticəsində Son Eneolit dövrünə aid dördkünc formalı tikililər, 
ocaq  yerləri,  təsərrüfat  küpləri  və  digər  maddi-mədəniyyət  nümunələri  aşkar 
olunmuşdu. Məlum olduğu kimi, bu yaşayış yeri 2013-cü ildə buradan aşkar 
olunan  Neolit  dövrünə  aid  keramika  parçası  ilə  gündəmə  gəlmişdi.  Yaşayış 
yerinin  tədqiqində  məqsəd  daha  qədim  dövrə  aid  təbəqələri  tapmaq  idi. 
Tədqiqat iki həftə davam etdi. Araşdırma 400 kv. m sahədə aparılmışdır.  
Qazıntı  zamanı  əvvəlki  illərə  aid  tikintilər  təmizləndi.  Bəzi  sahələrdə 
mədəni  təbəqənin  qurtardığı  zənn  edilsə  də  araşdırmalar  təbəqənin  dərininə 
davam  etdiyini  göstərdi.  Araşdırmanın  gedişində  dördkünc  planlı  evin  ətrafı 
təmizləndi. Sahənin mərkəzi hissəsində karbonlaşmış dirək  yerlərinin olduğu 
müəyyən  olundu.  Bəlli  oldu  ki,  Şorsu  sakinlərinin  dördkünc  formalı  evləri 
dirəklər ətrafında qurulmuş yüngül konstruksiyalı binalardan ibarət olmuşdur.  


82 
 
 
Şəkil 57. Sorsu yaşayış yerində qazıntılar.  
 
Şəkil 58. Şorsu yaşayış yerində aşkar olunmuş saxsı döşəmə. 
2016-cı  ilin  qazıntıları  zamanı  dördkünc  formalı  binaların  qalıqları, 
çuxurlar,  ocaqlar,  keramika  məmulatı  aşkar  olunmuşdur.  Şorsu  yaşaış  yeri 
haqqında geniş məlumat kitaba əlavə olunur. 
 


83 
 
VI FƏSİL. KƏŞFİYYAT XARAKTERLİ ARAŞDIRMALAR 
 
I Kültəpə yaşayış yeri və onun ətrafında aparılan araşdırmalarla yanaşı 
Naxçıvan  MR-in  müxtəlif  rayonlarında,  xüsusilə  Ordubad,  Culfa  və  Şahbuz 
rayonları  ərazisində  kəşfiyyat  xarakterli  araşdırmalar  da  aparılmışdır. 
Araşdırmaların əsas məqsədi yuxarıda da qeyd etdiyimiz kimi, metal, xüsusilə 
mis filizi yataqlarını və köç yollarını müəyyənləşdirməkdən ibarət idi.  
2015-ci ildə I Kültəpə ətrafında Uçan Ağıl yaşayış yerində apardığımız 
araşdırmalar  zamanı  Ordubad  rayonunun  Göygöl  bölgəsindən  gələn 
çobanlarla  rastlaşmış  və  müəyyən  məlumat  almışdıq.  Göygöl  ətrafında  mis 
yataqlarının olması da bizə məlum idi. Buna görə ilk səfərimiz Göygölə oldu. 
Bu  ərazidə  olduğumuz  müddət  ərzində  yol  boyu  xeyli  mövsümi  yaşayış 
yerlərinə  rast  gəldik.  Bu  yaşayış  yerlərində  yalnız  Orta  əsrlər  keramikasına 
rast gəlinirdi. Bununla yanaşı yaşayış yerlərində dairəvi və dördkünc formalı 
binaların qalıqları da saxlanmışdı. Araşdırma zamanı müəyyən olundu ki, bu 
binaların bir qismi yaşayış sahəsi kimi, bir qismi isə heyvan ağılı kimi istifadə 
olunmuşdur. Yaşayış yerlərinin yaxınlığında kurqanlara da rast gəldik. Lakin 
tədqiqat aparmadan onların dövrünü dəqiq demək mümkün deyildir.  
Çobanlarla  apardığımız    sorğu  nəticəsində  müəyyən  etdik  ki,  bu 
ərazidən başlıca olaraq Kəngərli rayonununun maldarları yaylaq kimi istifadə 
edir.  Maldarlar  Göygöl  yaylaqlarına  gəlmək  üçün  5-6  gün  vaxt  sərf 
edirmişlər.  Onlar  başlıca  olaraq  iyun  ayının  ortalarında  gəlir  və  sentyabr 
ayınadək  yaylaqda  qalırmışlar.  Sonra  havalar  soyuduğu  üçün  Arazboyu 
qışlaqlara  dönürmüşlər.  Ehtimal  ki,  qədim  mədənçilər  maldarlar  arasından 
çıxmışdır.  Göygöl  ərazisi  qışda  qarla  örtülü  olduğu  üçün  həm  maldarların, 
həm  də  mədənçilərin  yaşaması  üçün  əlverişli  deyildi.  Şübhəsiz  ki,  bu 
yaylaqlardan  və  mədənlərdən  yay  vaxtı  istifadə  olunmuşdur.  Göygöl 
yaxınlığında yol boyu bir neçə yerdə mis filizinin təzahürləri ilə rastlaşırdıq. 
Yarğanlar sel sularının yuyub gətirdiyi mis filizinin mineralları olan malaxit 
və  azuritlə  zəngin  idi.  Bəzi  yerlərdə  daşların  və  qayaların  üzəri  yaşıl  mis 
oksidi ilə örtülmüşdü. 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə