Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə22/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

84 
 
 
 
          Şəkil 59. Göygöl və onun ətrafındakı mövsümi yaşayış yeri. 
 
 
Şəkil 60. Göygöl mis yatağı. 
Məlum  olduğu  kimi,  Ordubad  rayonu  ərazisində  vaxtilə  mis  külçələri 
də  tapılmışdır.  Şübhəsiz  ki,  Göygöl  yaylaqlarında  olan  mis  yataqları  qədim 
dövrdən  insanların  diqqətini  çəkmiş  və  istifadə  olunmuşdur.  Bu  yataqdan 
istifadə  olunub  olunmadığını  daha  da  dəqiqləşdirmək  üçün  yatağın  bir  neçə 
yerindən filiz nümunələri götürüldü.  


85 
 
 
Şərur  rayonunda  Ovçulartəpəsi  yaşayış  yerindən  aşkar  olunan  mis 
alətlərin  və  filiz  qalıqlarının  analizi,  onların  Vayxır  Misdağı  və  Əlincəqala 
yaxınlığındakı Göydərə yatağının filizi ilə müqayisəli təhlili bu alətlərin yerli 
metal yataqları əsasında istehsal edildiyini göstərmişdir. Qeyd edək ki, bizim 
əvvəlki  illərdə  apardığımız  araşdırmalar  da  bunu  sübut  edir.  Lakin  faktları 
dəqiqləşdirmək  məqsədi  ilə  Ordubad  rayonunun  Pəzməri,  Kələki  və  Urumıs 
kəndləri  yaxınlığındakı  metal  yataqlarından  da  nümunələr  götürülərək 
tədqiqata təqdim edilmişdir.  
 
Şəkil 61. Göygöl ətrafındakı yaşayış yeri.  
Araşdırma  zamanı  həmçinin  Göygöl  yaylağında  olan  heyvanlardan 
ikisi təcrübə məqsədi ilə alınaraq kəsildi. Tədqiqat başlıca olaraq heyvanların 
sümükləri üzərində aparılır. Heyvanların arandan yayalağa və əksinə hərəkəti 
zamanı onların yedikləri yem və içdikləri su nəticəsində heyvan sümüklərində 
müəyyən  dəyişiklik  baş  verir.  Bu  dəyişikliklərin  analizi,  xüsusilə  dişlərdə 
toplanan izotopların tədqiqi heyvanların hərəkət istiqamətini müəyyən etməyə 
imkan  verir.  Eyni  araşdırmalar  Kültəpə  və  onun  ətrafından  aşkar  olunan 
heyvan  sümükləri  üzərində  aparılır.  Bu  araşdırmaların  müqayisəli  təhlili 
qədim maldarların və onlarla birlikdə hərəkət edən mədənçilərin köç yollarını 
müəyyən etməyə imkan verir. 
 


86 
 
 
Şəkil 62. Qədim Naxçıvan sakinlərinin istifadə etdiyi  
obsidian yataqları. 
 
Maldarlarla  apardığımız  sorğular  çobanların  bir  qisminin  Sirab, 
Nəhəcir,  Qazançı  və  Bayəhməd  istiqamətində  hərəkət  edərək  Göygölə 
getdiyini  müəyyən etməyə  imkan verdi. Odur ki,  yolumuzu  bu  istiqamətdən 
salaraq  Bayəhməd  aşırımından  Göygölə  keçdik.  Yol  boyu  yaylaqlarda  olan 
heyvan  sürüləri  və  maldar  insanlarla  rastlaşırdıq.  Bu  yaylaqlarda  həmçinin 
Babək rayonundan gəlmiş maldarlar var idi. Maldarların hərəkət etdiyi yollar 
üzərində  xeyli  yurd  yerləri var idi. Maraqlıdır ki,  bu  yurd  yerlərinin birində 
biz mis filizinin təzahürləri ilə də rastlaşdıq və həmin nümunələr analiz üçün 
götürüldü.  
Naxçıvan  maldarlarının  köç  yollarını  müəyyən  etmək  üçün  Şahbuz 
rayonunun  Keçili  və  Gömür  kəndi  ərazisində  də  araşdırmalar  aparıldı. 
Araşdırmalar  zamanı  Keçili  kəndi  yaxınlığındakı  Bulaq  başı  yerləşməsi 
xüsusilə  maraqlı  oldu.  Burada  yurd  yerində  mədəni  təbəqənin  olması 
yaylaqdan  uzun  müddət  istifadə  olunduğunu  təsdiq  edirdi.  Arxeoloji 
materiallar başlıca olaraq Orta əsrlərə aid idi. Şübhəsiz ki, qədim dövrlərdən 
burada yaşayış olmuşdur. 


87 
 
 
           
 
Şəkil 63. Xəritə (Salvartı, Keçili, Ərəfsə və Göygöl ətrafındakı 
                     araşdırmalar). 
 
   
Gömür  kəndində  Salvartı  yaylaqlarında  aparılan  araşdırmalar  bu 
yaylaqlarda  Şərurun  müxtəlif  yerlərindən  gələn  maldarların  məskunlaşdığını 
göstərdi.  Araşdırmalar  zamanı  məlum  oldu  ki,  burada  maldarlar  hava 
şəraitindən  asılı  olaraq  sentyabrın  sonu  və  oktyabrın  əvvəllərinədək 
qalırmışlar.  İstər  Salvartı  yaylaqlarında,  istərsə  də  Keçilidə  apardığımız 
araşdırmalar  zamanı  müəyyən  edildi  ki,  Naxçıvanın  maldarları  yaxın 
keçmişdə,  yəni  sovetlər  dövründə  Qərbi  Azərbaycan,  indiki  Ermənistan 
ərazisindəki yaylaqlara getmək üçün başlıca olaraq Ərəfsə keçidindən istifadə 
etmişlər.  Sünik  obsidian  yataqlarının  Ərəfsə  yaxınlığında  olması  da  bu 
baxımdan diqqətəlayiqdir. 
 
Araşdırmalar  zamanı  diqqətəlayiq  cəhətlərdən  biri  o  idi  ki,  Şərur 
maldarları  Salvartı  yaylaqlarından  istifadə  etmək  üçün  Kəngərli  rayonunun 
Qarabağlar,  Çalxanqala,  Babək  rayonunun  Payız  kəndindən  keçən  dağ 


88 
 
yolundan  istifadə  etmişdilər.  Şübhəsiz  ki,  bu  yol  əks  istiqamətdə  də  istifadə 
edilmişdir.  Bu  yoldan  həmçinin  qədim  Kültəpə  sakinləri  də  istifadə  edə 
bilərdi.  Qarabağlar  ətrafında  Eneolit  məskənlərinin  aşkar  olunması  bu 
baxımdan  diqqətəlayiqdir. Məlum olduğu kimi,  Kültəpə  sakinlərinin istifadə 
elədiyi  obsidianın  65%  Göyçə  gölü  hövzəsindəki  yataqlardan  gətirilmişdir. 
Bu  yataqlara  getmək  üçün  ən  əlverişli  yol  isə  Arpaçay  vadisidir.  Arpaçay 
vadisində    indiki  Ermənistan  ərazisində  də  Eneolit  yaşayış  yerləri  aşkar 
edilmişdir.  Şübhəsiz  ki,  bu  vadi  qədim  dövrdə  Naxçıvanda  məskunlaşan 
maldar tayfalar tərəfindən istifadə edilmişdir. 
 
Məlum  olduğu  kimi,  Şərur  rayonunun  Gümüşlü  kəndi  yaxınlığında 
zəngin  gümüş  qarışığı  olan  Sink-Qurğuşun  yatağı  var.  Ovçulartəpəsində 
aparılan  araşdırmalar  zamanı  Eneolit  dövrünə  aid  təbəqədən    qurğuşun 
filizinin  qalıqları  aşkar  olunması  bizi  bu  metal  yatağında  araşdırmalar 
aparmağa vadar etdi. Araşdırmalar zamanı həm analiz üçün filiz nümunələri 
götürüldü,  həm  də  ərazi  araşdırılaraq  keramika  nümunələri  götürüldü. 
Keramika nümunələri başlıca olaraq Orta Tunc, Dəmir dövrü və Orta əsrlərə 
aid idi. 
 
2016-cı ilin araşdırmaları zamanı Naxçıvan şəhəri yaxınlığında Eneolit 
dövrünə  aid  yeni  bir  yaşayış  yeri  qeydə  alınmışdır.  Bu  yaşayış  yerinin 
Naxçıvançay  vadisində  olması  olduqca  önəmlidir.  Bu  abidə  Azərbaycanın 
Cənubunda  məskunlaşan  tayfalarla  Naxçıvan  tayfaları  arasındakı  əlaqələri 
müəyyən  etmək  baxımından  önəmlidir.  Bu  yeni  abidə  qədim  əkinçi-maldar 
tayfaların  Naxçıvançay  və  Sirabçay  vadisi  boyunca  şimala-Zəngəzur 
dağlarına  hərəkət  istiqamətlərini  müəyyənləşdirməyə  imkan  verəcəkdir.  Bu 
ilki  araşdırmalar  sayəsində  ölkəmizin  qədim  sakinlərinin  ətraf  aləmlə 
əlaqələrini müəyyənləşdirmək mümkün olmuşdur.  
 
 
 
 
 
 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə