Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə3/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   2   3   4   5   6   7   8   9   ...   33


 
 
İkinci  qazıntı  sahəsi  (B  kvadratı,  sahəsi  5x5m  )  yaşayış  yerinin 
toxunulmamış  hissəsində,  mədəni  təbəqənin  varlığı  ehtimal  olunan  yerdə 
qoyuldu
5
. Abidənin bu hissəsində məscid tikildiyi üçün qazıntı aparmaq çətin 
idi.  Buna  baxmayaraq  seçilən  sahədə  tədqiqat  başlandı.  Bu  sahədəki 
araşdırmalar yaşayış yerinin orijinal meylini müəyyən etməyə imkan verirdi.  
Təpənin  ətəyində  Erkən  Tunc  dövründə  və  müasir  dövrdə  məskunlaşma 
olduğu  üçün  bu  dövrə  aid  maddi-mədəniyyət  qalıqları  Neolit  və  Eneolit 
materialları ilə qarışmışdı. Qarışıq təbəqə sahənin cənub-qərb hissəsində 1,2 
m  dərinliyədək  davam  edirdi.  Sahənin  digər  hissəsində  isə  yalnız  Neolit 
dövrünə  aid  maddi-mədəniyyət  qalıqları  aşkar  olunurdu.  Bu  hissədə  kül 
yığınları və kərpic tikintilərin qalıqlarına rast gəlinirdi.   Tədqiqat zamanı 0, 3 
m  dərinlikdə  düz  kərpic  divarın  qalığı  aşkar  olundu.  Divarın  eni  0,  4  m, 
qalınlığı  0,  2  m,  uzunluğu  1,  8  m  idi.  Lakin  sahənin  kiçikliyi  və    layların 
incəliyi  tikintilərin  planını  müəyyən  etməyə  imkan  vermirdi.  Qazıntının 
kəsiyində  bir-birini  əvəz  edən  dörd  tikinti  qatının  olduğu  aydın  seçilirdi. 
Lakin  tikintilər  güclü  dağıntıya  uğradığından  və  başlıca  olaraq  qazıntı 
sahəsindən  kənarda  qaldığından  onların  planını  izləmək  mümkün  deyildi. 
Qazıntı 1,7 m dərinliyə çatdıqda kərpic divar qalığı  aşkar olundu. Bu divar da 
əsasən  sahədən  kənarda  qaldığı  üçün  onun  ölçülərini  müəyyən  etmək 
mümkün  olmadı.  Divarın  eni  0,  3  m  idi.  Bu  dərinlikdə  artıq  bütün  sahədə 
Neolit dövrünə  aid qarışıq olmayan təbəqə  aşkar  olundu.  Bu təbəqədə  aşkar 
olunan  keramika  məmulatı  Neolit  dövrünün  sonu  və  Eneolit  dövrünün 
əvvəlləri  üçün  xarakterik  idi.  Araşdırmalar  Neolit  dövrünə  aid  təbəqələrin 
yaxşı saxlandığı yerləri müəyyən etməyə imkan verdi. 
Kültəpə  yaşayış  yerinin  köhnə  qazıntı  sahəsində  aparılan  təmizləmə 
işləri  mədəni  təbəqənin  xüsusiyyətlərini  müəyyənləşdirməyə  imkan  verdi. 
Birinci  kəsik  təmizləməsi  abidənin  qərb  hissəsində  idi.  Burada  aparılan 
təmizləmə  işləri  Kür-Araz  mədəniyyətinə  aid  təbəqələrin  tükəndiyini,  qalan 
təbəqənin  yalnız  Neolit  dövrünə  aid  olduğunu  göstərdi.  İkinci  sahədə  3  m 
hündürlükdə təmizləmə aparıldı. 
                                                           
5
 Kənd sakinlərinin verdiyi məlumata görə abidənin bu hissəsində vaxtilə həyətyanı 
sahə olmuşdu. 



 
 
      
 
                         Şəkil 1. I Kültəpənin Neolit keramikası. 
Məlum  oldu  ki,  aşağı  qatlarda  bir-birini  əvəz  edən  mədəni  laylar  incə 
olmuşdur. Üst layda isə daha qalın tikinti qalığına rast gəlinirdi. Ola bilsin ki, 
bu,  möhrə  tikintilərin  qalın  divarlı  olması  ilə  bağlı  olmuşdur.  Abidənin 
üzərindən 2, 1 m dərinlikdə aşkar olunan binanın qalıqları 1, 5 m hündürlükdə 
qalmışdı.  Onun  içərisində  ocaq  qalığı  var  idi.  Kəsikdən  məlum  olur  ki,  bina 
konusvari  formada  olmuşdur.  Aşkar  olunan  arxeoloji  materiallar  başlıca 
olaraq Neolit dövrünə aid idi.  
 
 
 


10 
 
                 
 
             Şəkil 2. I Kültəpənin Neolit keramikası. 
Ümumiyyətlə, araşdırmalar yaşayış yerinin müəyyən hissəsində Neolit 
təbəqələrinin  kifayət  qədər  qaldığını  göstərdi  ki,  bu  da  gələcək  tədqiqatların 
istiqamətini müəyyənləşdirməyə imkan verdi. 
Araşdırma  zamanı  Kültəpə  yaşayış  yerindən  xeyli  miqdarda  obsidian 
parçaları,  obsidian  alətlər,  sümük  alətlər  və  keramika  məmulatı  aşkar 
olunmuşdur.  2013-cü  il  mövsümündə  keramika  məmulatı  daha  çox  B 
sahəsində  aşkar  olunmuşdur.  Keramika  məmulatının  bir  qismi  Erkən  Tunc 
dövrünə  aiddir.  Demək  olar  ki,  Erkən  Tunc  dövrünün  bütün  mərhələləri 
burada təmsil olunmuşdur. Erkən Tunc dövrünə aid keramika məmulatının bir 
qismi  qara,  bir  qismi  isə  çəhrayı  rənglidir.  Çəhrayı  və  qara  rəngli  bəzi 
parçaların  saman  qarışıq  gildən  hazırlanması  diqqətçəkicidir.  Eneolit 
mədəniyyətinin  xüsusiyyətlərini  daşıyan  Kür-Araz  keramikası  vaxtilə 


11 
 
O.H.Həbibullayevin  qazıntıları  zamanı  da  aşkar  olunmuşdu  (Абибуллаев, 
1982:  130).  Yeni  tapıntılar  bu  yaşayış  yerində  Kür-Araz  mədəniyyətinin  ilk 
mərhələsinin  Kültəpədə  mövcud  olduğunu  bir  daha  təsdiq  edir.  Keramika 
məmulatının  bəzisinin  içərisində  daraqvari  alətin  izləri  saxlanmışdır.  Məlum 
olduğu  kimi,  bu  tip  keramika  Naxçıvanda  Şortəpə,  I  Maxta  və  Ərəbyengicə 
və  digər  yaşayış  yerlərində  də  aşkar  olunmuşdur.  Ovçulartəpəsindən 
götürülən  kömür  analizlərinin  nəticələri  Kür-Araz  mədəniyyətinin 
Naxçıvanda  e.ə.  V  minilliyin  sonunda  formalaşdığını  deməyə  imkan 
vermişdir (Marro, Bakhshliyev, Aşurov, 2009). 
 
Keramika  məmulatının  böyük  bir  qismi  Neolit  dövrünə  aiddir.  Bu 
dövrə  aid  keramika  başlıca  olaraq  qırmızı  rəngdə  saman  qarışığı  çox  olan 
gildən bişirilmişdir. Qablar əldə hazırlanmış, qeyri-bərabər bişirilmişdir. Bəzi 
parçaların  üzərində  həsir  izləri  qalmışdır.  Qabların  oturacağı  başlıca  olaraq 
yastıdır.  Bu  Ovçulartəpəsinin  yuvarlaq  oturacaqlı  qabları  ilə  kontrast  təşkil 
edir.  Belə  hesab  edirik  ki,  bu  fərq  xronoloji  fərqdir.  Kültəpənin  keramika 
məmulatının  hazırlanmasında  Neolit  dövrü  üçün  xarakterik  xüsusiyyətlər 
aydın  izlənir.  Bu  xüsusilə  qabların  formasında  özünü  aydın  göstərir.  Onlar 
başlıca olaraq qabarıq və silindrik formalıdır. Qabların qaba hazırlanmış yastı 
oturacaqları  xaricə  doğru  çıxıntılıdır.  Bəzi  keramika  məmulatında  yuvarlaq, 
yaxud yastı qabarıq bəzəmələr vardır. Bu tip bəzəmələr başlıca olaraq Neolit 
keramikası  üçün  xarakterikdir.  Bu  tip  qablar  O.H.Həbibullayevin  qazıntıları 
zamanı  “1a”  və  “1b”  təbəqələrində  aşkar  olunmuşdur  (Həbibullayev,  1959: 
tablo,  19-25).  Şübhə  yoxdur  ki,  Kültəpənin  keramikası  Neolitin  dövrünün 
sonu xarakterik xüsusiyyətlərə malikdir.  
 
Araşdırmalar  zamanı  aşkar  olunan  arxeoloji  materialların  bir  qismi 
obsidian  alətlərdən  ibarətdir.  Ümumiyyətlə  həm  obsidian  alətlərin  çox 
rastlanması, həm də xeyli miqdarda istehsal çıxarının aşkar olunması alətlərin 
yaşayış yerində emal edilərək hazırlandığını təsdiq edir. Məlum olduğu kimi, 
I  Kültəpə  yaşayış  yeri  vaxtilə  Cənubi  Qafqaz  abidələrinin  Naxçıvan-Mil-
Muğan ərazi qrupunda xarakterizə olunmuşdur (Мунчаев, 1982:  93-131). Bu 
qrupun xarakterik cəhəti saman qarışıq keramikanın üstünlük təşkil etməsidir. 
Bununla  belə  Şimal-Qərbi  İran  (Cənubi  Azərbaycan),  Ağrı  vadisi  və  Şərqi 
Anadolu  ilə  gözəçarpan  bənzərliklər  vardır.  Fikrimizcə,  bu  tayfalararası 
əlaqələrin  intensivliyi  ilə  bağlı  olmuşdur.  Uzaq  ərazilərlə  iqtisadi  əlaqələrin 
olduğu  obsidian  məmulatının  istifadəsi  ilə  də  təsdiq  olunur.    Bəlli  olduğu 
kimi,  Naxçıvanda  və  İranda  obsidian  yataqları  yoxdur.  Ən  yaxın  obsidian 
yataqları  Zəngəzur  silsiləsindədir.  Lakin  təccübləndiricidir  ki,  Kültəpə 
sakinləri  Göyçə  hövzəsində  yerləşən  Göyhasar  və  Qutansar  (Бадалян, 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə