Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə5/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   2   3   4   5   6   7   8   9   ...   33

15 
 
zamanı  dairəvi,  oval  və  dördkünc  formalı  binaların  qalıqları  aşkar  olundu. 
Evlərin  yaxınlığında  dairəvi  formalı  iş  yerlərinin  qalıqları,  əmək  alətlərinin 
olduğu müəyyən olundu. 
Birinci  divar  qalığı  yer  səthindən  5  sm  dərinlikdə,  qazıntı  sahəsinin 
cənubunda  aşkar  olundu.  Divar  yarımdairəvi  formalı  idi.  Böyük  bir  hissəsi 
sahədən  kənara  çıxırdı.  Onun  planını  izləmək  üçün  qazıntı  sahəsi  cənuba 
doğru  genişləndirildi  (1x5  m).  Nəticədə  divarın  böyük  bir  hissəsi  aşkar 
olundu. Binanın diametri 3, 29 m idi. Dairəvi formalı binanın içəri tərəfində 
diametri  0,7  m  olan  ocaq  var  idi.  Ocaq  təmizlənərkən  keramika  və  heyvan 
sümüyünün qalıqları aşkar olundu. Dairəvi formalı binanın yaxınlığında, onun 
şərq  tərəfində  dördkünc  formalı  otağın  qalıqları  da  aşkar  olundu.  Bu  otağın 
uzunluğu 2, 7 m, salamat qalan hissəsinin eni 65-70 sm idi. Onun da mərkəzi 
hissəsində  dairəvi  formalı  ocaq  var  idi.  Ocağın  diametri  1,  9  m  idi.  Ocaq 
təmizlənərkən  keramika,  heyvan  sümükləri  və  obsidian  alətlərin  qalıqları 
aşkar olunmuşdur. 
Araşdırmalar  bu  böyük  divarın  bir  neçə  tikinti  dövrü  ərzində  istifadə 
olunduğunu  və  yaşayış  binalarını  əhatə  etdiyini  göstərir.  Onun  cənub-qərb 
tərəfində  arakəsmə divarlarla seqmentşəkilli bölüm yaradılmışdı. Ehtimal ki, 
bu bölüm ərzaq ehtiyyatı saxlamaq üçün istifadə olunmuşdur. Bu hissədən gil 
qab  parçaları  aşkar  olunmuşdur.Bu  hissədə  həmçinin  dairəvi  formalı  iş 
yerinin qalıqları da aşkar olunmuşdur. Ocağın içərisində bir neçə yerdə kiçik 
həcmli, dairəvi formalı ocaqların da aşkar olunması  yaşayış sahəsinin tez-tez 
dəyişdiyini  göstərir.  Bu  evin  ətrafında  aparılan  tədqiqatlar  zamanı  dairəvi 
formalı ocaqlar aşkar olunmuşdur. Qazıntı sahəsinin şimal tərəfində bir yerə 
yığılmış  iri  həcmli  dən  daşları  onun  yaxınlığında  isə  dairəvi  formalı  iş 
yerininin olduğu müəyyən edilmişdir. 
İkinci tikinti qatı qazıntı sahəsinin şimal yarım hissəsində, bəzən düz, 
bəzən  də  oval  planlı  olan  kərpic  divarların  qalıqlarından  ibarətdir.  Divar 
qalıqlarının  eni  25-45  sm  arasında  dəyişir.  Bu  sahədə  dairəvi  formalı  iş 
yerlərinin  və  ocaqların  qalıqları,  həmçinin  dən  daşları  aşkar  olunmuşdur.  Bu 
hissənin  qədim  insanlar  tərəfindən  istifadə  olunan  iş  sahəsi  olduğunu  demək 
olar. Ehtimal ki, bu divar iş yerlərini və yaşayış sahəsini əhatə etmişdir.  
Üçüncü  tikinti qatı qazıntı zamanı iri dairəvi binanı iki hissəyə  bölən 
kərpic  divarın  qalıqları  aiddir.  Yarım  dairəvi  divarla  bu  divar  arasında 
ocaqlara  və  dairəvi  formalı  iş  yerlərinə  rast  gəlindi.  Digər  qismdə  isə 
keramika parçaları və əmək alətlərinin qalıqları aşkar olunurdu. 


16 
 
 
Üçüncü tikinti qatına   həmçinin iki binanın qalığı aiddir. Onların biri 
dairəvi  formalıdır.  Binanın  bir  qismi  qazıntı  sahəsindən  kənara  çıxmışdır. 
Diametri  1,  85  sm-dir.  Divarların  eni  23-25  sm-dir.  Bu  binanın  içərisi 
təmizlənərkən  bəzi  yerlərdə  daş  döşəmə  qalıqları  aşkar  olunmuşdur.  Evin 
içərisindən keramika məmulatı, əmək alətlərinin qalıqları, heyvan sümükləri, 
obsidian və çaxmaqdaşı parçaları aşkar olunmuşdur.  
 
İkinci bina oval formalıdır. Bu binanın da bir qismi qazıntı sahəsindən 
kənara çıxmışdır. Evin içərisində daş döşəmə qalıqları, keramika nümunələri, 
daş həvəng, obsidian parçaları və heyvan sümükləri aşkar olunmuşdur. Evin 
diametri  1,  9-1,  7  m  arasındadır.  Divarın  eni  20  sm-dir.  Divar  13-15  sm 
hündürlüyündə saxlanmışdır. Onun içərisində dairəvi formalı ocaq olmuşdur. 
           Arxitektura  qalıqlarının  araşdırılması  onların  bir  sıra  kərpicdən  inşa 
edildiyini  təsdiq  edir.  Lakin  onlar  güclü  eroziyaya  məruz  qaldığından 
kərpiclərin ölçüsünü müəyyən etmək mümkün olmamışdır. 
 
Dördüncüi  tikinti  qatına  qazıntı  sahəsinin  cənubunda  aşkar  olunan 
dairəvi formalı ocaq yeri aiddir. Onun diametri 1, 2 m, divarının qalınlığı 26 
sm-dir.  İçərisi  qara  rəngli  küllə  dolmuşdu.  İçərisindən  keramika  və  heyvan 
sümükləri aşkar olunurdu. Bu tikinti qatına həmçinin dairəvi formalı iş yeri də 
aiddir.  Onun  diametri  1,  10-1,  55  m  arasında  idi.  İş  yerinin  qərb  tərəfində 
diametri 30-33 sm olan dairəvi formalı ocaq aşkar olunmuşdur. 
 
2013-cü  ildə  aparılan  araşdırmalar  zamanı  ikinci  kəsikdə  təmizləmə 
işləri  başa  çatdırılmamışdı.  2014-cü  ildə  həmin  kəsikdə  araşdırmalar  davam 
etdirilmiş və abidənin böyük bir qisminin kəsiyi alınmışdır. Burada aparılan 
araşdırmaların  digər  sahədəki  tədqiqatlarla,  xüsusilə  C  sahəsindəki 
tədqiqatlarla  müqayisəsi  abidənin  ümumi  stratiqrafiyasını  müəyyən  etməyə 
imkan vermişdir. 
Tədqiqatlar  zamanı  aşkar  olunan  arxeoloji  materialların  əksər  hissəsi 
keramika  məmulatından  ibarətdir  (Şəkil  4).    Keramika  məmulatı  başlıca 
olaraq saman qarışığı olan gildən   hazırlanaraq bəzən yaxşı, bəzən isə qeyri-
bərabər  bişirilmişdir.  Qabların  divarları  arasında  bişməmiş  boz,  yaxud  qara 
rəngli  lay  vardır.  Qabların  xarici  səthi  yaxşı  cilalanmışdır.  Keramika 
məmulatının  əksər  hissəsi  çəhrayı  rəngdə  bişirilmişdir.  Rəng  tonları  sarı  və 
qəhvəyi  arasında  dəyişməkdədir.  Boz  rəngli  keramika  məmulatı  olduqca 
azdır.  Qabların  çeşidi  də  azdır.  Küpə  tipli  qablar  az  miqdardadır.  Onlar 
başlıca  olaraq  silindrik-qabarıq  gövdəli  banka  tipli  qablardan  və  kasalardan 
ibarətdir.  Kasa  tipli  qablar  konusvari,  bəzən  isə  silindrik  konusvari 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə