Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə6/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   2   3   4   5   6   7   8   9   ...   33

17 
 
formadadır.  Onlardan  bəzisinin  ağzının  kənarında  silindrik  deşiklər 
açılmışdır.  Deşiklər  açılma  texnikasına  görə  Eneolit  qablarında  olan 
deşiklərdən fərqlənir. Araşdırma deşiklərin qab bişirildikdən sonra açıldığını 
göstərir. Banka tipli qabların oturacağı xaricə doğru çıxıntılıdır. Bəzi qabların 
gövdəsinin  yuxarı  hissəsində  yastı-silindrik  qulpşəkilli  çıxıntılar  var. 
Keramika  məmulatında  sıx-sıx  rastlanan  yuvarlaq,  yaxud  yastı  formalı 
qabartmalar başlıca olaraq Neolit keramikası üçün xarakterikdir. Bu tip qablar 
O.H.Həbibullayevin  qazıntıları  zamanı  “1a”  və  “1b”  təbəqələrində  aşkar 
olunmuşdur [Həbibullayev, 1959: tablo, 19-25]. 
 
Keramika  məmulatı  Cənubi  Qafqazın,  o  cümlədən  Azərbaycanın 
Neolit  keramikası  ilə  bənzərdir.  Bu  tip  keramika  məmulatı  Şomutəpə 
[Ахундов,  2012:  табл.  V,  5-8],  Molla  Nağı  təpəsi  [Мусеибли,  2012:  табл. 
VI,  3-6],  Göytəpə,  Urmiya  hövzəsində  Hacı  Firuz  [Voigt,  1983:  fig,  74] 
yaşayış yerindən məlumdur. 
 
Əmək  alətləri  daşdan  və  sümükdən  hazırlanmışdır.  Araşdırmalar 
zamanı  aşkar  olunan  arxeoloji  materialların  bir  qismi  obsidian  alətlərdən 
ibarətdir. Ümumiyyətlə, həm obsidian alətlərin çox rastlanması, həm də xeyli 
miqdarda  istehsal  çıxarının  aşkar  olunması  alətlərin  yaşayış  yerində  emal 
edilərək hazırlandığını təsdiq edir.  
 
2013-2014-cü illərdə aparılan araşdırmalar zamanı I Kültəpə ətrafında 
Eneolit  dövrünə  aid  xeyli  abidənin  olduğu  müəyyən  edilmiş,  bu  abidələrin 
Cənubi  Qafqazın  xammal  mənbələrinə,  xüsusilə  obsidian  yataqlarına  gedən 
yol  üzərində  olduğu  ehtimal  edilmişdi
6
.  Bu  məsələni  ətraflı  araşdırmaq  və  I 
Kültəpə  ətrafındakı  məskunlaşmanın  tarixini  dəqiqləşdirmək  məqsədilə  bu 
abidələrin  bir  neçəsində  araşdırma  aparıldı.  Araşdırma  obyekti  olaraq  Şorsu 
və Zirincli yaşayış yerləri seçildi. 
 
Şorsu  yaşayış  yeri  Babək  rayonunun  Sirab  kəndi  yaxınlığında 
Sirabçayın  sol  sahilində  yerləşir  (Şəkil  5).  Bu  yaşayış  yerində  2013-cü  ildə 
10x10  m sahədə  tədqiqat aparılmışdı. 2014-cü ildə  yaşayış  yerində  10x10  m 
sahədə  qazıntı  aparıldı.  Beləliklə,  yaşayış  yerindəki  ümumi  tədqiqat  sahəsi 
200  kv  metrə  çatdı.  Tədqiqat  nəticəsində  mədəni  təbəqənin  15-25  sm-dən 
artıq olmadığı müəyyənləşdirildi. Qazıntı sahəsinin şərq hissəsində dördkünc 
                                                           
6
Bu iş Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyə 
yardımı  ilə  yerinə  yetirilmişdir,  qrant  №  EİF-2012-2(6)-39/28/5/.Araşdırmalara 
həmçinin Fransa Milli Araşdırmalar Mərkəzi maliyə yardımı etmişdir. 
 


18 
 
formalı  daş  düzümü,  onun  içəri  tərəfində  küpə,  kasa  və  dolça  tipli  qabların 
parçaları  aşkar  olunmuşdur. Dördkünc  formalı evin  ətrafında da  gil qabların 
parçaları, daş alətlər var idi. Dördkünc formalı binaların qalıqları 2013-cü ildə 
aparılan araşdırmalar zamanı da aşkar olunmuşdu. Aşkar olunan materialların 
əksəriyyəti  keramika  məmulatından  ibarətdir.  Keramika  məmulatının  analizi 
onların  müxtəlif  dövrlü  olduğunu  göstərir.  Onların  müəyyən  qrupu  Son 
Eneolit  dövrünə  aiddir.  Bununla  belə  Neolit  dövrünün  sonunu  (Şəkil  6)  və 
Eneolitin  əvvəllərini  əks  etdirən  keramika  da  vardır.  Obsidian  və 
çaxmaqdaşından hazırlanan əmək alətləri olduqca az miqdardadır. Araşdırma 
zamanı 
yaşayış 
yerinin 
yalnız 
təpənin 
ətəyini 
əhatə 
etdiyi 
müəyyənləşdirilmişdir (Şəkil 9; Şəkil 10). 
 
2014-cü  ildə  Şorsuda  aşkar  olunmuş  arxeoloji  tapıntıların  böyük  bir 
qismi keramika məmulatı ilə təmsil olunmuşdur. Hazırlanma texnologiyasına 
görə onları iki qrupa bölmək olar. Birinci qrupdakılar dörd nümunə ilə təmsil 
olunmuşdur.  Onlar  saman  qarışığı  olan  qumsuz  gildən  hazırlanmış,  qırmızı 
rəngdə  yaxşı  bişirilmiş,  sarı  rənglə  anqoblanmış  və  yüngülcə  cilalanmışdır. 
Onların  üçü  küpə  tipli  qabın  parçasıdır,  biri  isə  forma  verməyən  parçadır. 
Onun üzəri qırmızı boya ilə örtülmüşdür. 
Keramika  məmulatının böyük bir qismi ikinci qrupa aiddir.  Keramika 
nümunələri  hələlik  petroqrafik  analiz  edilməmişdir.  Bu  qrupdakıların 
əksəriyyəti  qum  və  saman  qarışığı  olan  gildən  hazırlanmışdır  (90,1%). 
Bununla  belə  saman  qarışığı  bəzi  nümunələrdə  az,  bəzilərində  isə  yüksək 
konsentratdadır. Qabların gilinə bəzən iri qum və çınqıl da qatılmışdır. Yalnız 
qum qarışığı olan keramika olduqca azdır (9,9%). Qablar qaba hazırlanmışdır. 
Onların xarici səthi nahamar və kələ-kötürdür. Lakin yaxşı sığallanmış qablar 
da  vardır.  Cilalama  yoxdur.  Onların  hamısı  əldə  hazırlanmışdır.  Bəzilərinin 
ağız  kənarları  əyri,  bəzilərinin  üzərində  isə  əl  izləri  var.  Qablar  yaxşı 
bişirilmişdir.  Lakin  pis  bişirilən  və  divarlarında  qalın  bişməmiş  lay  olan 
nümunələr də çoxdur. Rəng tonları qırmızı rəngin müxtəlif çalarları ilə təmsil 
olunub.  Sarı  rəngli  keramika  azdır  (4  ədəd).  Onlar  sarı  rənglə  də 
anqoblanmışdır. Boz-qara rəngdə bişirilən qablar azdır (3 ədəd). Bəzən boz-
qəhvəyi  rəngli  və  hislənmiş  nümunələrə  də  rastlanır.  Bu  rəng  çalarları  Hacı-
Firuz  yaşayış  yerinin  keramikasında  da  vardır  [Voigt,  1983:  99].  Keramika 
məmulatı küpə, kasa, çölmək, banka, kasa və podnoslarla təmsil olunmuşdur. 
Küpələr  xaricə  qatlanmış  ağız  kənarlı,  silindrik,  bəzən  isə  konusvari 
formalıdır. Onlar ağız kənarlarının formasına görə fərqlənirlər. Onların birinin 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə