Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə7/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   2   3   4   5   6   7   8   9   10   ...   33

19 
 
ağzının  altında  qulaqcıqşəkilli  relyef  ornament  vardır.  Bu  tip  ornamentlə 
naxışlanmış keramika Aknaşen-Xatunarx [Badalyan S. et al., 2010: fig. 9, 22, 
24],  I  Kültəpə  [Абибуллаев,  1982:  таблица  IX,  1-4],  Şomutəpə  [Ахундов, 
2012: 56, таблица 208, 4-108, 8-675], Arataşen [Palumbi, 2007: tabl. 1, 6] və 
digər  abidələrdən  məlumdur.  Məlum  olduğu  kimi,  bu  tip  ornament  Cənubi 
Qafqazın,  o  cümlədən  Azərbaycanın  Neolit  abidələrində  geniş  yayılmışdır. 
Bu  tip  bəzəmə  Göytəpə  və  Aruxlodan  da  məlumdur  [Гулиев,  Гусейнов, 
Алмамедов, 2009: 26-30; 9, figure 9, 1-2]. 
Çölməklər  xaricə  qatlanmış  ağız  kənarlı,  geniş  ağızlı,  qabarıq 
gövdəlidir. Çölmək tipli qablar Şomutəpədən məlumdur [Ахундов, 2012: 56, 
таблица 208, 8-258]. Bu tip qablar həmçinin I Kültəpənin «1б» təbəqəsindən 
aşkar olunmuşdur [Абибуллаев, 1982: 60]. 
Kasalar  daha  geniş  yayılmış  formalardandır.  Onlar  qabarıq,  silindrik-
konusvari  və  konusvari  gövdəlidir.  Bəzi  kasaların  ağzının  altı  yuvarlaq 
deşiklərlə  naxışlanmışdır.  Bəzən  içəridən  açılan  bu  deşiklər  natamam 
qalmışdır.  Bəzi  kasalarda  isə  deşiklər  iki  cərgədə  yerləşir  (Şəkil  7,  1,  3,  7). 
Ağız  kənarında  yuvarlaq  deşik  açılmış  kasalar  Qafqazın,  o  cümlədən 
Azərbaycanın  Neolit  abidələrindən  məlumdur.  Onlar  I  Kültəpədən 
[Həbibullayev,  1959:  тablo  19,  3]  Şomutəpədən  [Ахундов,  2012:  56, 
таблица 203, 7-14; 9-3; 10-458], Xatunarxdan [Badalyan S. et al., 2010: fig. 
9-2,  1-4]  və  Ararat  vadisinin  abidələrindən  aşkar  olunmuşdur  [Kushnareva, 
1997: figure 10, 2-5]. Bu tip ornament həmçinin Macarıstanda Neolit dövrünə 
aid  Böyük  mədəniyyətinə  aid  keramika  məmulatında  rast  gəlinir 
[Археология  Венгрии,  1980:  рис.  125,  2;  рис.  130].  Ağız  kənarında  deşik 
açılmış  kasalar  həmçinin  Eneolit  dövrünün  müxtəlif  mərhələlərində  istifadə 
olunmuşdur. Onlar Araz vadisində Köhnə Pasqah [Maziar Sepideh, 2010: fig. 
6],  Ovçulartəpəsi,  Хələc  [Seyidov,  Baxşəliyev,  2010:  şəkil  14,  4]  və  digər 
abidələrdən  məlumdur.  Bu  onu  göstərir  ki,  bu  tip  ornamentasiyadan  uzun 
müddət  istifadə  olunmuşdur.  Şorsu  yaşayış  yerində  bu  qabların  müxtəlif 
tiplərinə  rast  gəlinir.  Bəzi  kasaların  ağız  kənarında  qövsşəkilli  çıxıntılar 
vardır.  Bu  qabların  bənzərlərinə  Macarıstanda  Böyük  mədəniyyətinin 
keramikasında rast  gəlinir [Археология Венгрии, 1980: рис. 125, 1]. Qeyd 
etmək  lazımdır  ki,  naxışsız  Şorsu  çölməklərinin  yaxın  bənzərləri  Hacı-
Firuzdan  məlumdur  [Voigt,  1983:  fig.  74].  Konus  formalı  kasalar  xüsusi  ilə 
bənzərdir. 


20 
 
 Silindrik  gövdəli,  yaxud  banka  tipli  qablar  dörd  nümunə  ilə  təmsil 
olunmuşdur.  Onlardan  birinin  ağzının  kənarında  deşik  açılmışdır.  Bu  tip 
qablar  I  Kültəpənin  «1а»  və  «1б»  təbəqəsindən  [Həbibullayev,  1959:  c.  59] 
məlumdur.  Onlar  formaca  Hacı-Firuz  yaşayış  yerinin  analoji  qabları  ilə 
bənzərdir  [Voigt,  1983:  fig.  74,  f,  g].  Belə  qablar  həmçinin  Xatunarxdan 
məlumdur  [Badalyan  S.  et  al.,  2010:  fig.  9-3,  1,  4,  6].  Qədəh  tipli  qab  bir 
nümunə  ilə  təmsil  olunub.  Bu  tip  qablar  I  Kültəpə  yaşayış  yerinin  «1б» 
təbəqəsində [Həbibullayev, 1959:  tablo 24, 4-8] və Оvçulartəpəsində [Mаrrо, 
Bаkhchaliyev,  Ashurov,  2009:    pl.XVIII,  4]  aşkar  olunmuşdur  ki,  bu  da 
onların uzun müddət istifadə olunduğunu göstərir. 
Bəzi  qabların  gövdəsində  qabarıq  çıxıntılar  vardır.  Bu  tip  ornament 
Neolit abidələrinin keramika  məmulatı  üçün  xarakterikdir. Cənubi  Qafqaz, o 
cümlədən  Azərbaycan  abidələrində  bu  ornamentlərin  müxtəlif  formalarına 
rast gəlinir [Həbibullayev,1959: tablo 22, 3-4; Badalyan S. et al., 2010: fig. 9-
2, 2, 3, 5; Mellart, 1965: таблица VI, 7]. 
Podnos  tipli  qablar  beş  nümunə  ilə  təmsil  olunmuşdur.  Bu  tip  qablar 
konusvari  gövdəli  olmuşdur.  Ağız  kənarında  horizontal  qulpları  var.  Ağız 
kənarının  altı  yuvarlaq  deşiklərlə  naxışlanmışdır.  Qabların  bəzisi  səliqəli, 
bəzisi  isə  olduqca  qaba  hazırlanmış,  hər  iki  üzdən  sığallanmışdır.  Bu  tip 
qablar  Ararat  vadisinin  Neolit  abidələrindən  məlumdur  [Kushnareva,1997:  
figure  10,  2].  Eneolit  dövrünün  orta  mərhələsinə  aid  edilən  bu  tip  qablar 
həmçinin Köhnə Pasqah yaşayış yerindən aşkar olunmuşdur [Maziar Sepideh, 
2010:  fig.  7,  3-4].  Araşdırmalar  bu  tip  qabların  Araz  vadisi  üçün  xarakterik 
olduğunu və uzun müddət istifadə olunduğunu göstərir.  
Aşkar olunan keramikanın araşdırılması göstərir ki, qabların oturacağı 
yastı  və  bir  qədər  xaricə  doğru  çıxıntılı  olmuşdur.  Onların  bəzisi  olduqca 
kobud  hazırlanmışdır.  Üzərində  qabarıq  zolaqlar  vardır.  Ehtimal  ki,  bunlar 
barmaq  izləridir.  Qabların  oturacaqlarının  forması  Neolit  qablarının 
oturacaqları  ilə  bənzərdir.  Bu  tip  oturacaqlı  qablar  I  Kültəpənin  «1а» 
təbəqəsindən  [Həbibullayev,  1959:  tablo  20,  1-4],  Şomutəpədən  [Ахундов, 
2012: рис. 10; 3, таблица 211-216], Molla Nağı təpəsində [Мусеибли, 2012: 
таблица  VI, 3-6] və  digər  yaşayış  yerlərindən  məlumdur.  Qablardan birinin 
oturacağında hörmə izləri saxlanmışdır. Bu qabların hörmə modellər əsasında 
hazırlandığını  təsdiq  edən  faktlardan  biridir.  Maraqlıdır  ki,  digər  yaşayış 
yerlərində  bu  tip  izlər  qabların  xarici  səthində  olduğu  halda  [Мусеибли, 
2012: таблица VI, 3, 4], Şorsu keramikasında içəri tərəfdədir. 


21 
 
Məlum  olduğu  kimi  Azərbaycanın  şimal  rayonlarında,  Şomutəpə  tipli 
abidələrdə  başlıca  olaraq  qum  qarışıq  keramika  üstünlük  təşkil  etmişdir. 
İ.H.Nərimanovun  fikrinə  görə,  bu  tip  keramika  başlıca  olaraq  Kür  çayının 
orta axarlarında yayılmışdır. Şimalda bu tip keramika Dağıstana, cənubda isə 
Araz  çayına  və  Ararat  vadisinədək  yayılmışdır  [Нариманов,  1987:  117]. 
Şomutəpə  yaşayış  yerində  qum  qarışıq  keramika  85%,  saman  qarışıq 
keramika  isə  15%  -dir  [Ахундов,  2012:    53].  Başqa  yaşayış  yerlərində  bu 
nisbət  bir  qədər  dəyişir.  Göytəpədə  qum  qarışıq  keramika  38,9  %-dir 
[Гулиев,  Гусейнов,  Алмамедов,  2009:  28].  Buna  bənzər  faiz  nisbəti 
həmçinin Ararat vadisinin abidələrində izlənməkdədir [Badalyan et al., 2010: 
192].  Lakin  bu  abidələrdən  fərqli  olaraq  Naxçıvan  abidələrində  samanlı 
keramika üstünlük təşkil edir. Bu I Kültəpənin [Абибуллаев, 1982: 223] və 
Şorsunun  keramikasında  da  izlənir.  Qeyd  etmək  lazımdır  ki,  I  Kültəpənin 
keramikası  sıx  saman  qarışığının  olması  ilə  fərqlənir.  İ.H.Nərimanovun 
fikrinə  görə,  Ararat  vadisindən  şərqdə  qum  qarışıq  keramika  məlum  deyil 
[Нариманов,  1987:  117].  Bu  həmçinin  Naxçıvanda  son  illərin  araşdırmaları 
ilə  də  təsdiqlənir  və  Cənubi  Azərbaycan,  Mil-Muğan  düzünün  abidələri  ilə 
bağlanan  Naxçıvanın  qədim  mədəniyyətinin  özünəməxsus  inkişaf  yolu 
olduğunu təsdiq edir.  
Keramika  məmulatının  tipoloji  analizi  göstərir  ki,  Şorsu  keramikası 
başlıca  olaraq  Urmiya  hövzəsi,  Şimal-Qərbi  İran,  Şərqi  Anadolu,  həmçinin 
Şərqi Avropanın materialları ilə bənzərdir. Bu abidələr e.ə VI-V minilliklərə 
aid  edilir.  Xatunarxın  Neolit  dövrü  təbəqəsi  e.ə.  5986-5054  –ci  illərə  aiddir 
[Badalyan  et  al.,  2010:  210].  I  Həsənsudan  götürülmüş  kömür  analizinin 
nəticələri  e.ə.  5994-cü  ili  göstərmişdir  [Мусеибли,  2012:  43].  Hacı-Firuz 
[Mellart,  1965:  74]  və  Şomutəpə  [Нариманов,  1987:  78]  yaşayış  yerləri  də 
təxminən  bu  dövrə  aiddir.  Bu  baxımdan  ağzının  kənarı  deşikli  podnosşəkilli 
qabların dövrü xüsusilə diqqətçəkicidir. Məlum olduğu kimi, bu tip qablar e.ə. 
IV  minilliyin  birinci  yarısı  ilə  tarixlənən  Son  Eneolit  dövrü  abidələrində  də 
vardır. R.S.Badalyan belə bir fikir irəli sürmüşdür ki, Xatunarx keramikasında 
deşiklərlə  naxışlanan  qablar  kasa  və  qədəhlərlə  təmsil  olunmuşdu,  daha 
doğrusu  tava  tipli  qablar  bu  abidədə  yoxdur  [Badalyan  et  al.,  2010:  192]. 
Lakin  Ararat  vadisində  bu  tip  qablar  Neolit  abidələrindən  məlumdur.  Köhnə 
Pasqah  yaşayış  yerində  isə  onlar  e.ə. IV  minilliyin  əvvəli ilə, daha  doğrusu, 
3955-ci illə dövrləşdirilmişdir [Maziar Sepideh, 2010:171]. Ovçulartəpəsində 
isə  bu  tip  ornament  e.ə.  4600-4000-ci  illərə  aid  keramika  məmulatında 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə