Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə9/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

24 
 
yaşayış  yerinin  1,5-2  m  qalınlığında  torpaq  qatı  ilə  örtüldüyü  müəyyən 
olunmuşdur.  Aşkar  olunan  keramika  məmulatı  əsasən  Eneolit  dövrü  üçün 
xarakterikdir.  Şübhəsiz  ki,  bu  abidənin  gələcəkdə  tədqiqi  tariximizin 
öyrənilməsi üçün mühüm əhəmiyyətə malik olacaqdır. 
2013-2014-cü  illərdə  aparılan  araşdırmalar  zamanı  Naxçıvanda 
yerləşən  Uzunoba,  Uçan  Ağıl,  Xalac,  Yeniyol  (Şəkil  8),  Şorsu  və  digər 
yaşayış  yerlərində  Eneolit dövrünün orta  mərhələsinə  aid  maddi-mədəniyyət 
nümunələri aşkar olunmuşdur. Belə hesab edirik ki, Naxçıvançay vadisindəki, 
o cümlədən I Kültəpə və ətrafında yerləşən  abidələrdə araşdırmaların davam 
etdirilməsi Azərbaycan arxeologiyasının yeni səhifələrinin yazılmasına imkan 
verəcəkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


25 
 
 
Şəkil 3. I Kültəpədə D qazıntı sahəsi. 
 
Şəkil 4. I Kültəpənin Son Neolit keramikası 


26 
 
 
Şəkil 5. Şorsu yaşayış yeri. 
 
 
Şəkil 6. Şorsu yaşayış yerindən tapılmış Neolit keramikası. 


27 
 
 
 
Şəkil 7. Şorsu yaşayış yerinin Eneolit (1-4) və  
Son Neolit keramikası (5-11). 


28 
 
 
Şəkil 8. Yeni yol yaşayış yerinin Erkən Eneolit keramikası. 
            
 
Şəkil 9. Şorsu yaşayış yerində arxeoloji qazıntılar (2014). 


29 
 
 
Şəkil 10. Şorsu yaşayış yerində döşəməyə basdırılmış küpə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


30 
 
III FƏSİL. KÜLTƏPƏ YAŞAYIŞ YERİNDƏ 2015-Cİ İLDƏ 
APARILAN ARXEOLOJİ ARAŞDIRMALAR 
 
2015-ci  ilin  yay  mövsümündə  əsas  məqsəd  Son  Neolit  dövrü 
insanlarının  həyat  tərzini,  yaşayış  yerinin  strukturu  ilə  bağlı  məsələləri 
aydınlaşdırmaqdan  ibarət  idi.  Abidənin  bəzi  qismlərində  Kür-Araz 
mədəniyyətinə  aid  təbəqə  saxlandığından  onun  da  araşdırılması  və  Eneolit 
dövrü  ilə  əlaqələri  qarşımızda  duran  əsas  məsələrdən  idi.  Bu  məqsədlə 
yaşayış  yerində  A  və  D  sahələrində  tədqiqatlar  davam  etdirilməklə  yeni  F 
(ölçüsü  5x11  m),  E  (ölçüsü  5x11  m)  və  G  (ölçüsü  10x10  m)  sahələri  açıldı 
(Şəkil  12).  Tədqiqat  zamanı  təqribən  yerin  səviyyəsindən  10  sm  dərinlikdə 
dairəvi formalı evin qalıqları aşkar olundu. Onun divarları yalnız qərb hissədə 
salamat  qalmışdı  (F-010).  Evin  salamat  qalan  hissəsinin  diametri  2,  20  m, 
divarlarının qalınlığı 35 sm idi. Divar çox pis qalmışdı. Onun salamat qalan 
hissəsinin  hündürlüyü  5  sm  idi.  Bu  evin  qalıqlarından  şimalda  nalşəkilli 
ocağın  qalıqları  aşkar  olundu  (F-009).  Ocaq  şimalda  qövsşəkilli  formada 
tamamlanmışdı. Eni 50, uzunluğu 80 sm idi. Bu evin xarici tərəfində qırmızı 
rəngli iri çaxmaqdaşı parçalarına rast gəlindi.  Evin içərisindən və ətrafından 
Son  Neolit  üçün  xarakterik  olan  çəhrayı  rəngli  samanlı  keramika,  heyvan 
sümükləri və obsidian parçaları aşkar olundu. Saman qarışıq keramika Cənubi 
Qafqazın  Naxçıvan-Mil-Muğan  abidələrinin  spesifik  xüsusiyyətlərindəndir 
[Мунчаев, 1982: 93-131]. 
 
Qazıntı  sahəsinin  cənub  tərəfində  ikinci  bir  divarın  qalıqları  aşkar 
olundu (F-017). Bu şimalda əvvəlcə aşkar olunan evin qalıqları ilə birləşirdi. 
Divarların birləşdiyi yerdə insan skeletinin qalıqları aşkar olundu. Divarın eni 
45 sm idi. O cənub tərəfdə D sahəsində aşkar olunmuş böyük divarla ümumi 
plan  əmələ  gətirirdi  (Şəkil  13).  Araşdırma  zamanı  bu  divarın  10-15  sm 
qalınlığında  olduğu  və  özündən  əvvəlki  divarın  üzərində  tikildiyi 
müəyyənləşdirildi. Bu divardan qərbdə iri həcmli podnos tipli qabın qalıqları 
aşkar  olundu  (F-021).  Silindrik  divarlı  bu  qabın  parçaları  ekspedisiyanın 
bərpaçıları  tərəfindən  ehtiyatla  götürüldü  və  bərpaya  verildi  (Şəkil  14). 
Araşdırma  bu  qabdan  çörək  bişirmək  üçün  istifadə  olunduğunu  deməyə 
imkan  verir.  İri  qum  qarışıq  gildən  bişirilmiş  məcməyi  tipli  qabların 
bənzərləri  2013-cü  il  arxeoloji  qazıntıları  zamanı  Yeni  yol  yaşayış  yerindən, 
həmçinin  vaxtı  ilə    Göytəpə  və  Aruxlo  [Гулиев,  Гусейнов,  Алмамедов, 
2009:  26-30;  12,  figure  9,  1-2]  və  digər  abidələrdən  üzə  çıxarılmışdır.  Bu 


31 
 
mərhələdə  aşkar  edilən  ocaqların  evlərin  içərisində,  yaxud  evlərin  xaricində 
olması ehtimal ki, mövsümlə bağlı olmuşdur. 
 
Qazıntı  sahəsinin şərq tərəfində F-010 divarından altda, yer səthindən 
35  sm  dərinlikdə  yeni  bir  divarın  olduğu  müəyyənləşdirildi  (İkinci  tikinti 
qatı). Divarın eni 40 sm idi. Bu divarın qalığı cənub tərəfdə yaxşı izlənmirdi, 
divarın  böyük  bir  qismi  isə  qazıntı  sahəsindən  kənara  çıxırdı  (Şəkil  15). 
Tədqiqat zamanı nalşəkilli ocağın bu evin içərisində qaldığı  müəyyən edildi. 
Divarın  bəzi  hissələrində  çay  daşlarına  və  dən  daşlarının  parçalarına  rast 
gəlinirdi.  Divarın  içəri  tərəfində  və  ətrafında  Son  Neolit  dövrü  üçün 
xarakterik  olan  çəhrayı  rəngli  keramika,  obsidian  parçaları  və  heyvan 
sümükləri  aşkar  olundu.  Bu  tikinti  qatına  həmçinin  sahənin  cənub  tərəfində 
aşkar olunan dairəvi formalı ocağın qalığı da aiddir. Onun içərisi qara rəngli 
kül və  kömür qalıqları ilə  dolmuşdu. Sahənin qərb tərəfində  diametri 70 sm 
olan ikinci ocaq yeri aşkar olundu. 
 
Üçüncü tikinti qatına bir neçə divar qalığı aid idi. Bu divarların biri F-
017  divarının  altındakı  divar  idi.  Bu  divar  üstdəkinə  nisbətən  daha  enli  idi. 
Divarın  eni  50-55  sm  arasında  dəyişirdi.  Ondan  şərqdə  və  qərbdə  də  divar 
qalıqları aşkar olundu. Qərbdəki divar bir qədər düz planlı idi (F-055). Onun 
olduqca az bir hissəsi salamat qalmışdı. Divarın eni 55 sm idi. Ondan şimalda 
oval  formalı,  diametri  70  sm  olan  ocaq  yeri  aşkar  olundu.  Ocağın  bir  qismi 
qazıntı  sahəsindən  kənarda  qalmışdı.  F-017-dən  şərqdəki  divarın  (F-
083)yalnız qalıqları aşkar olundu. Divarın eni 40 sm idi. Divarın əsas hissəsi 
qazıntı sahəsindən kənarda qalmışdı. Bu divarın xarici tərəfində oval formalı 
ocağın qalıqları aşkar edildi. Ocağın ətrafı çaydaşları ilə əhatə olunmuş və gil 
məhlulu  ilə  bərkidilmişdi.  Bəzi  hissələrdə  daş  hörgü  ensiz  möhrə  tikinti  ilə 
(qalınlığı 10 sm) əvəz edilmişdi. Ocağın diametri 110 sm idi. Ocağın mərkəzi 
hissəsində kərpic töküntülərinə rast gəlinirdi. Kərpic töküntüsü götürüldükdən 
sonra  bəzi  yerlərdə  ocağın  içərisinə  yastı  çay  daşları  döşəndiyi  məlum  oldu. 
Ocağın  içərisinə  çay  daşları  döşənməsinə  digər  sahələrdə,  xüsusilə  A  və  E 
sahələrində  də  rast  gəlinmişdir.  Ehtimal  ki,  daş  döşəmə  temperaturu 
tənzimləmək  üçün  edilmişdir.  Ocağın  ətrafında  eni  50  sm  olan  gil  döşəmə, 
döşəmədə  isə  diametri  40  sm  olan,  içərisi  küllə  dolu  dairəvi  çuxur  aşkar 
edildi. Çuxur təmizlənərkən xeyli miqdarda obsidian plastinka aşkar olundu. 
Çuxurun döşəməsi gillə suvanmışdı.   
 
Qazıntı  sahəsinin  şimalında  aşkar  olunan  divar  qalıqları  olduqca  pis 
saxlanmışdı. Bu divar qalıqlarını da üçüncü tikinti qatına aid etmək olar. 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə