Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 248,88 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix06.05.2018
ölçüsü248,88 Kb.
#42891
  1   2   3   4   5   6   7   8   9


 

 



          AZƏRBAYCAN  MİLLİ ELMLƏR AKADEMİYASI 

NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU 

 

 

                  Əlyazması hüququnda 



 

 

 

ZEMFİRA İSAXAN QIZI ABBASOVA 

 

 

 

 

 

ELÇİN ƏFƏNDİYEVİN ƏSƏRLƏRİNDƏ ONOMASTİK 

VAHİDLƏRİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ 

 

 

5706. 01- Azərbaycan dili 

 

    



 

                       Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi  

                       almaq üçün təqdim  edilmiş  dissertasiyanın 

 

 

 

AVTOREFERATI 



 

 

 

 

B A K I – 2016 


 

 



Dissertasiya Azərbaycan Dövlət Pedaqoji Universitetinin          

Azərbaycan dilçiliyi kafedrasında yerinə yetirilmişdir. 

 

Elmi rəhbər:

   

Buludxan Əziz oğlu Xəlilov 

filologiya üzrə elmlər doktoru, 

professor  

 

         

Rəsmi opponentlər:

      Roza  Hüseyn qızı Eyvazova 

                                                   filologiya üzrə elmlər doktoru 

 

                                                  Fikrət Ramazan oğlu  Xalıqov 

                                                   filologiya üzrə elmlər doktoru, 

professor  

 

 

           Aparıcı təşkilat:

         

Bakı  Slavyan  Universiteti, 

                                       Müasir Azərbaycan dili kafedrası 

 

 

           Müdafiə  “_15__”  __11_____    2016-cı  il  saat  “___”-da  AMEA-nın 

Nəsimi adına Dilçilik İnstitutunun nəzdində filologiya üzrə elmlər doktoru 

və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan 

dissertasiyaların  müdafiəsini  keçirən  D.01.141  Dissertasiya  Şurasının  

iclasında keçiriləcəkdir. 

 

 



Ünvan:  Bakı,  AZ 1143, H.Cavid prospekti 115, V  mərtəbə, AMEA 

Nəsimi adına Dilçilik İnstitutu. 

 

Dissertasiya  ilə  AMEA  Mərkəzi  Elmi  Kitabxanasında  tanış  olmaq 



olar. 

 

Avtoreferat «___»________ 2016-cı il tarixində göndərilmişdir. 



 

 

Dissertasiya Şurasının elmi katibi,  

filologiya üzrə elmlər doktoru: 

 

               N.F.Seyidəliyev    

 

 

               


 

 



                                       İŞİN ÜMUMİ SƏCİYYƏSİ 

Mövzunun aktuallığı. Xalqın mədəni həyatında mühüm rol oynayan 

hər  bir  dil  vahidi,  o  cümlədən  onomastik  leksikanın  tədqiqi  hər  bir  dövr 

üçün  əhəmiyyətlidir.  İstənilən  zaman  kəsiyində  bir  xalqın  ictimai-siyasi 

həyatı, mədəniyyəti, dünyagörüşü və s. məsələlər haqqında məlumatı yalnız 

həmin dövrə və məkana aid xüsusi adlardan almaq mümkündür. 

 

Yazıçı  dilinin,  üslubunun  öyrənilməsi  sahəsində  də  onomastik 



leksikanın  tədqiqi  əhəmiyyətlidir.  Nəzərə  alsaq  ki,  tariximizi-dünənimizi 

yaşadan  adlar  bədii  əsərlərdəki  yaşam  körpüsü  ilə  gələcək  nəsillərə 

ötürülür,  o  zaman  belə  adların  zəngin  olduğu  bədii  əsərlərin  tədqiqat 

obyekti kimi götürülməsi elmin  vacib addımlarından hesab edilə bilər.  

Azərbaycan    dilçiliyində    bu    sahədə    xeyli    işin    görüldüyünü,  bir 

çox  yazıçıların  əsərlərinin  onomastik   leksikasınin   tədqiq    olunduğu-

nun  bir  daha  şahidi  olarıq.  A.  Qurbanovun,  R.  Məhərrəmovanın,                             

Q.  Mustafayevanın,  F.  Bağırovanın,  D.Əliyevanın,  L.Piriyevanın, 

H.Hüseynovanın,  Ə.  Mikayılovanın  və  başqalarının  tədqiqatları  buna 

nümunə  ola  bilər.  Adı    çəkilən  müəlliflərin    əsərlərində    M.  Ə.  Sabirin,       

S. Rəhimovun, S. Vurğunun, M. S. Ordubadinin və bir çox başqa yazıçı və 

şairlərimizin 

onomastik  leksikası    ciddiyətlə  tədqiq 

edilmişdir. 

E.Əfəndiyevin  yaradıcılığı  isə  müxtəlif  istiqamətlərdən  tədqiq  olunsa  da, 

məhz 


araşdırmağı 

qarşımıza 

məqsəd 

qoyduğumuz 



onomastik 

tədqiqatlardan kənarda qalmışdır.Bu da mövzunun aktuallığını şərtləndirir. 



Tədqiqatın  obyekti.  Elçin  yaradıcılığında  işlənmiş  onomastik 

vahidlər,onların üslubi-linqvistik xüsusiyyətlərinin müəyyənləşdirilməsidir.  



Tədqiqatın  predmeti.  Elçin  Əfəndiyevin  bədii  əsərlərində 

onomastik vahidlərin işlənmə qanunauyğunluğur. Dissertasiyada araşdırılan 

tədqiqat  işi  ilə  bağlı  mövcud  elmi  nəticələrə,  onomastika  sahəsi  ilə  bağlı 

elmi-tədqiqat əsərlərinə, araşdırma və təhlillərə istinad edilmişdir.  



Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiyanın əsas məqsədi XX 

əsr  Azərbaycan  bədii  nəsrinin  görkəmli  nümayəndəsi  Elçin  Əfəndiyevin 

yaradıcılığında  işlənən  onomastik  vahidləri  sistemləşdirmək,  onların 

üslubi-linqvistik  əhətlərini  tədqiq  edib  araşdırmaqdır.  Bunun  üçün  qarşıya 

aşağıdakı vəzifələr qoyulmuşdur: 

−  Elçin  Əfəndiyevin  yaradıcılığında  işlənmiş  onomastik  vahidləri 

seçib sistemləşdirmək; 

−  onomastik  vahidlərin  hər  bir  qrupuna  aid  nümunələrin  leksik-

semantik cəhətlərini təyin etmək;  

− onomastik vahidlərin qrammatik xüsusiyyətlərini müəyyən etmək; 




Yüklə 248,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə