Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə14/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   10   11   12   13   14   15   16   17   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
olan sinkretik kökl
ərin sonradan  azalmasına  fonosemantik 
v
ə  morfonoloji  proseslər mühüm təsir göstərmişdir. Deri-
vatların yaranma imkanlarının genişliyi isə bu prosesi daha 
da sür
ətləndirmişdir.  
Kök morfeml
ərin strukturunun hərtərəfli linqvistik 
t
əhlili üçün, ilk növbədə, həmin morfemlərin arxetipləri 
b
ərpa edilməli, sinkretik və  sinkretik olmayan köklərin 
nisb
əti müəyyənləşdirilməli, nəinki türk dillərinin, həmçi-
nin bu dill
ərlə  uzun müddət təmasda olan dillərin  analoji 
materiallarından da  istifadə edilməklə ilkin formaların qə-
dim izl
əri  axtarılmalıdır.  Eyni  zamanda  fonetik qanunlar 
əsasında mümkün səs əvəzlənmələri, səs keçidləri aşkarlan-
malı,  morfoloji  və  fonosemantik inkişaf  qanunauyğunluq-
ları  açıqlanmalıdır.  Qədim söz köklərinin bəziləri arxaik-
l
əşmiş, bəziləri asemantikləşmiş, bəziləri isə heç bir dəyi-
şiklik olmadan müasir türk dillərində mühafizə edilmişdir. 
Altay dil ail
əsinə daxil olan türk dillərinin müxtəlif qrupları 
arasında səciyyəvi fonetik, leksik, morfoloji xüsusiyyətlərin 
yaran
ması onların fərdi inkişafı ilə bağlıdır. 
Çağdaş türk dillərinə aid mövcud etimoloji lüğətlərdə 
daha çox t
ədqiq edilən  sözün  variantları  verilir  və  çox 
zaman son fikir bildirilmir. Xüsusil
ə qısa etimoloji sözlük-
l
ərdə bu hal müşahidə edilir. Hər bir etimoloji araşdırmada 
sözün ilkin fon
etik forması bərpa olunmalıdır, çünki ilk fo-
netik biçimin b
ərpası qədim söz kökünün morfonoloji inki-
şafının istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verir. 
Halbuki türk dill
ərinə  aid müxtəlif etimoloji sözlüklərdə, 
əsasən, ayrı-ayrı dilçilərin görüşləri, baxışları təqdim edilir, 
n
əticədə, etimoloji araşdırmanın məqsədi bəlli olmur. 
 
47 


BABA MƏHƏRRƏMLİ 
 
 
Etimoloji  araşdırmada  analogiya  prinsipi,  məna ya-
xınlığı,  söz  yuvası  meyarı,  mümkün  səs keçidləri önəmli 
amill
ərdir. Son dövrlərə  qədər  bir  çox türk dilinə  aid eti-
moloji sözlükl
ər tərtib edilsə  də, hələ  də  bu sahədə  bəzi 
probleml
ər öz həllini  tapmamışdır.  Türk  dillərinin  etimo-
logiyası ilə bağlı problemlər, əsasən, aşağıdakılardır: 
1)  Əksər türk dillərinin  etimoloji  sözlüyü  hazırlanma-
mışdır,  halbuki  buna  böyük  ehtiyac  vardır.  Məsələn, indiyə 
q
ədər Azərbaycan dilinin etimoloji lüğətinin hazırlanması yo-
lunda s
əylər göstərilsə də, hələ də bu iş başa çatdırılmamışdır. 
2) Türk dill
ərinə aid bəzi etimoloji lüğətlər çox bəsit, 
s
əthi hazırlanmış, bir çox halda etimoloji prinsiplər gözlə-
nilm
əmişdir.  
3) 
Etimoloji  lüğətlərdə  türk mənşəli hesab edilən 
sözl
ərin bir qismi ulu dildən qaynaqlanan köklər kimi şərh 
edilm
əlidir.  
4)  Etimoloji lüğətlərdə mənşəyi türk dilləri ilə açıq-
aydın bağlı olan sözlərin kökünü qeyri-türk dilləri ilə bağ-
lamaq c
əhdlərinə rast gəlinir  ki,  bu da yolverilməzdir. 
5) Türk dill
ərinə aid etimoloji araşdırmalarda məhdud 
c
əhətlərdən  biri  odur  ki,  aparılan  tədqiqatlarda qohum ol-
mayan dill
ərin materialları  müqayisəyə  cəlb edilmir. Hal-
buki arxetipl
ərin bərpasında müxtəlifsistemli dillərdəki lek-
sik paralell
ər, analoji faktlar böyük rol oynayır. Bir sözlə, 
müasir dövrd
əki etimoloji araşdırmaların əhatəsi daha geniş 
olma
lı, tipoloji müqayisələrə üstünlük verilməlidir.  
Etimoloji t
ədqiqatlar  zamanı  leksik  paralellikləri, se-
mantik uy
ğunluqları,  sözün  quruluş  modellərini nəzərə 
almaq, dili t
ədqiq edilən xalqın hansı xalqlarla təmasda ol-
duğunu, etnolinqvistik xüsusiyyətlərini, etnopsixologiyasını 
 
48 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
bilm
ək lazımdır.  T.A.Bertaqayev  ilkin  söz  formalarının 
b
ərpasında  folklor, mifoloji, etnoqrafik faktların  xüsusi 
ön
əm daşıdığını  qeyd edir (122, 90). 
İndiyə qədər qazax və qırğız dillərinin qısa etimoloji 
l
üğəti, tuva dilinin, türk dili ilə çuvaş dilinin bir neçə eti-
moloji  lüğəti, tatar dilinin isə  tarixi-etimoloji  lüğəti  hazır-
lan
mışdır.  Bu  etimoloji  lüğətlərdə  bəzi  qüsurlar  müşahidə 
edilir. H.Erenin mü
əllifi olduğu “Türk dilinin etimoloji lü-
ğəti”ndə ən çox rast gəldiyimiz kökenini bilmiyoruz (“mən-
şəyini bilmirik”) ifadəsidir (TDES, 100, 101, 172). Halbuki 
eti
moloji lüğətdə sözün mənşəyi ətraflı izah edilməli, ilkin 
m
əna və ilkin forma bərpa olunmalıdır. Bu lüğətdə bir çox 
söz kökl
əri hind-Avropa  dilləri ilə  əlaqələndirilir. Həmin 

ğətdə  alınma  sözlər  daha  çox  yer  almışdır.  Müqayisə 
üçün göst
ərək ki, J.Pokornunun 1959-cu ildə  tərtib etdiyi 
hind-Avropa dill
ərinə  aid  etimoloji  lüğətdə  (PİEED,  4-
3429)  t
ədqiq edilən sözün ilkin formaları mümkün səs ke-
çidl
ərinə  əsasən rekonstruksiya  edilmişdir.  Həmin lüğətin 
mük
əmməlliyi ondadır ki, orada hind-Avropa dillərinin kök 
sözl
əri, onların  inkişaf  istiqamətləri, ilkin semantikaları 
haq
qında  tam  təsəvvür yaranır.  M.Fasmerin  rus  dilinə  aid 
eti
moloji lüğətində verilən sözün hansı dildən gəldiyi, mən-
şəyi açıqlanır (ЭСРЯ, I, 55-557; II, 5-671). Türk dillərinə 
aid etimoloji lü
ğətlərdə  məhz bu cəhətlər çatışmır.  Bəzi 
etimoloji  araşdırmalarda türk dilləri ilə  paralellik təşkil 
ed
ən monqol mənşəli ikihecalı sözlərin daha qədimliyi haq-
qında  irəli sürülən iddialar reallığı  əks etdirmir, çünki bu 
dill
ər eyni kökdən yaranıb. Altayşünaslıqda bir çox tədqi-
qatçılar sözün tarixi ilə etimologiyasını fərqləndirə bilmir-
l
ər (122, 92). Rusiyada Sovetlər Birliyi dönəmində əvvəlcə 
 
49 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə