Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə5/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   2   3   4   5   6   7   8   9   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
tox.– toxar dili 
tunq.-manc. – tunqus-mancur dill
əri 
tuv. – tuva dili 
türk. – müasir türk dili 
türk.dil. – türk dill
əri 
türkm. – türkm
ən dili 
ub. – 
ubıx dili 
udm. – udmurt dili 
ur. – urum dili 
Ural. – Ural dill
əri 
urar. – urartu dili 
uyğ. – uyğur dili 
vax. – vaxanq dili 
yak. – yakut dili  
yap. – yapon dili 
yun. – yunan dili  
 
 
18 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
 
Sinxroniya donmuş diaxroniyadır 
O.N.Trubaçev
 
 
 
GİRİŞ 
 
Dilin tarixi, ilk növb
ədə, sözün tarixi ilə bağlıdır. Sö-
zün kökü, m
ənşəyi, söz köklərində  morfonoloji, semantik 
d
əyişmələr mövzusu hər zaman dünya dilçiliyinin əsas təd-
qiqat obyektl
ərindən biri olmuşdur.  
Hind-Avropa dilçiliyind
ə  F.Bopp  (301), Y.Qrimm 
(302),  A.
Şleyxer  (305), A.Meye (214; 215), E.Benvenist 
(119;  120), Y.Kuriloviç (187),  L.Q.Qertsenberq (140),  rus 
dilçiliyind
ə  E.A.Makayev (194; 195; 196), O.N.Trubaçev 
(272; 273),  V.A.Vinoqradov (132),  V.N.Toporov (271), 
V.V.İvanov (159), N.D.Andreyev (99; 100),  İ.M.Tronski 
(272), sami dilçiliyind
ə S.S.Mayzel (193) kök sözlərin öy-
r
ənilməsi istiqamətindəki  araşdırmalarında  mühüm elmi 
n
əticələr əldə etmişlər.  
1878-ci ild
ə F.de Sössür tərəfindən pradil fonoloji sis-
temind
ə  konsonant reflekslərinin öyrənilməsi ilə  larinqal 
n
əzəriyyənin əsası qoyuldu (176, 37). F.de Sössür tərəfindən 
yaradılan  larinqal nəzəriyyə  hind-Avropa dilçiliyində  kök 
sözl
ərin öyrənilməsi sahəsində böyük bir dönüş yaratdı. Bu 
n
əzəriyyə  XX  əsrin ortalarında hind-Avropa dillərinin kök 
morfeml
ərinin strukturu, ilkin söz yaradıcılığı  məsələlərinə 
yeni ba
xışların yaranmasına səbəb oldu (119, 5). Hind-Av-
ropa dilçiliyind
ə söz kökü nəzəriyyəsinin baniləri Y.Kurilo-
viç v
ə  E.Benvenistdir. Y.Kuriloviç və  E.Benvenist eyni 
 
19 


BABA MƏHƏRRƏMLİ 
 
 
vaxtda bu n
əticəyə gəlmişlər ki, ayrı-ayrı hind-Avropa dillə-
rini müqayis
ə etdikdə məlum olur ki, hind-Avropa söz kök-
l
ərinin ilkin formaları sadə və  dəyişkən söz strukturlarından 
yaranıb (99, 4). Y.Kuriloviç - E.Benvenist nəzəriyyəsinə gö-
r
ə,  qədim hind-Avropa söz kökləri üç səsli  –  samit+sait+ 
samit qurulu
şunda olmuşdur (118, 21, 23). 
Hind-Avropa dilçiliyind
ə  ilkin köklər təkhecalı  (mo-
nosillabik) he
sab  edilir.  Doğrudur, bu fikrin əksinə  çıxış 
ed
ən alimlər də var. Məsələn, H.Hirtə görə, ilkin köklər iki-
hecalı idi. E.Benvenist isə  yazır ki, ikihecalı köklərdə artıq 
suffiksl
əşmə (şəkilçiləşmə) getmişdir (119, 202). F.Boppun 
söz kökü n
əzəriyyəsinə görə, hind-Avropa dillərində sözlər 
ilk d
əfə təkhecalı köklərdən yaranmışdır (9, 25). İ.M.Tron-
skinin fikrinc
ə, müqayisəli-tarixi metod sözün ancaq arxe-
tipini mü
əyyənləşdirməyə  kömək edir. Daha dərin qatlara 
enm
ək üçün digər metoddan  –  sistemli rekonstruksiyadan 
istifad
ə etmək lazımdır ki, onun da örnəkləri qeyri-dil mate-
rialla
rından seçilməlidir. Məsələn, tarixəqədərki etnoqra-
fiyadan b
əhrələnmək olar (272, 5). Hind-Avropa dilçiliyi ilə 
türkologiyada kök morfeml
ər probleminin  araşdırılmasında 
h
əm ümumi, həm də  fərdi cəhətlər mövcuddur. Nəzəri 
m
əsələlərdə  hind-Avropa dilçiləri daha çox elmi nəticələr 
əldə etmişlər. Hind-Avropa dilçiliyində ilkin söz kökləri ilə 
bağlı sistemli qanunauyğunluqlar müəyyənləşdirilmişdir. 
Alta
yşünaslıqda G.J.Ramstedt (239), V.L.Kotviç (185), 
N.A.Sıromyatnikov (260; 261),  M.A.Xabiçev (278;  279), 
V
.İ.Sintsius (282; 282) və T.A.Bertaqayevin (121; 122; 123) 
araşdırmalarında kök morfemlər mövzusu mühüm  yer tutur. 
V.L.Kotviç Altay dill
ərində  kök morfemlərin  CV  (samit+ 
sait) v
ə CVC (samit+sait+samit) formalarını aparıcı, əsas tip 
 
20 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
hesab et
mişdir (185, 33). N.A.Sıromyatnikov qədim və mü-
asir yapon dill
ərindəki köklərlə Altay, malay, hind-Avropa, 
fin-uqor, nivx, kxmer dill
ərindəki qohum söz köklərini mü-
qayis
ə  edərək bu nəticəyə  gəlir  ki,  onlardakı  səslənmə  və 
m
əna  yaxınlığı  sözyaratmanın  unikal bir metodu olan kök 
defor
masiyasının  mövcudluğunu üzə  çıxarır  (261,  122). 
T.A.Bertaqayev qeyd edir ki, rekonstruksiya aparark
ən söz 
kökl
ərində  fonomorfoloji və  semantik uyğunluqdan  başqa, 
Altay dill
ərində  reduksiya  və  spontan  əvəzlənməni, kök 
strukturdan uzaq
laşmış  variantları,  fuziallaşmış  ölü  mor-
feml
əri də nəzərə almaq lazımdır (122, 90). 
Türk dill
ərinin kök sözləri haqqında ilkin məlumatlar 
XI 
əsrdə M.Kaşğarinin “Divanü lüğət-it-türk” əsərində ve-
rilmişdir.  M.Kaşğari  qədim türk sözlərinin müxtəlif türk 
tayfaları arasında fərqli şəkildə və diferensial mənada işlən-
diyini göst
ərmişdir  (DLTT, IV, 777).  Türk dillərində  kök 
morfeml
ərin öyrənilməsinin tarixi isə XIX əsrin sonlarında 
A.Vamberinin v
ə  V.V.Radlovun tədqiqatları  ilə  başlayır. 
1878-ci ild
ə A.Vamberi türk dillərinə aid ilk etimoloji lüğət 
yazmışdır.  O, həmin  lüğətin ön söz hissəsində  türk dil-
l
ərində nitq hissələrinin mənşəyi məsələsinə də toxunmuş-
dur (EWTTS, VII-XXIV). V.V.Radlov 1906-
cı ildə yazdığı 
“Türk dill
ərinin morfologiyasının təsviri haqqında bəzi mü-
lahiz
ələr” məqaləsində  türk söz köklərinin ilkin strukturu 
il
ə bağlı öz mülahizələrini bildirmişdir. O, həmin məqalədə 
qeyd edir ki, türk dill
ərində bəzi təkhecalı sözlər var ki, on-
lara ilkin kök kimi baxmaq olmaz (180, 11-12). 
 Türkologiyada B.M.Yunus
əliyev (295), A.A.Zayonç-
kovski (156), N.A.Baskakov (110; 113; 115), A.N.Kono-
nov (178; 179), E.V.Sevortyan (246; 247; 248; 249; 250), 
 
21 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə