Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə7/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   2   3   4   5   6   7   8   9   10   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
reduk
siyası  nəticəsində  formalaşmışdır.  Məsələn, qaraqal-
paq dilind
ə  bol-  “olmaq”,  oğuz  qrupu  türk  dillərində  ol-
Alimin ehtima
lına görə, bu tipli köklər anlautda h, y, v sa-
mitl
ərinin düşməsi nəticəsində yaranmış, C+V tipli köklər-
d
ə  isə  axırıncı  samit  düşmüşdür:  C+V+(C).  Müəllif qeyd 
edir ki, CV kök forma
sı həm qaraqalpaq, həm də digər türk 
dill
ərində  çox  az  müşahidə  edilir.  Qaraqalpaq dilində  bu 
for
malı ancaq iki söz var: ce- (“ye-”), de-. N.A.Baskakovun 
fikrinc
ə, həmin köklərin sonunda tarixən y samiti olmuşdur. 
O, ir
əli sürdüyü fikri  əsaslandırmaq üçün qaraqalpaq di-
lind
əki faktlardan istifadə etmiş, digər türk dillərində olan 
b
əzi  CV  formalı  köklərin məhz qaraqalpaq dilində  CVC 
formasında qorunduğunu göstərmişdir. Türkoloqun iddiası-
na gör
ə,  V  (sait) heca forması  da  tarixən  (C)+V+(C)  kök 
for
masından ilkin və sonuncu samitin düşməsi nəticəsində 
yaran
mışdır (109, 100).  
N.A.Baskakov son
rakı  tədqiqat  əsərlərində  də  həmin 
f
ərziyyəni davam etdirmişdir. O,  “Türk dillərinin tarixi-ti-
poloji morfo
logiyası” (113, 141-187), “Türk dillərinin tari-
xi-tipoloji fonolo
giyası” (115, 20-61) əsərlərində bu proble-
min şərhinə geniş yer vermişCVC heca tipini ilkin türk söz 
kökü mo
deli  kimi  şərh etmişdir. Lakin N.A.Baskakovun 
h
əmin ideyası  türkoloqların  əksəriyyəti tərəfindən dəstək-
l
ənməmişdir. O, əski türk abidələrində CVC quruluşlu heca 
strukturu
nun daha çox işlənməsinə görə həmin heca tipini 
ən qədim türk söz kökü modeli hesab edirdi. Yəni türkoloq 
bu m
əsələdə daha çox statistikaya əsaslanırdı. N.A.Baska-
kovun h
əmin ideyası türk dillərinin  yazılı mənbələrində öz 
t
əsdiqini tapmır, çünki yazılı qaynaqlarda təkhecalı söz mo-
dell
əri fərqli formalarda müşahidə edilir. 
 
25 


BABA MƏHƏRRƏMLİ 
 
 
E.Z.Kajib
əyovun tədqiqatları  türk dillərindəki sin-
kretik kökl
ərin etimoloji analizinə həsr edilmişdir. E.Z.Ka-
jib
əyov sinkretik köklərin kompleks təhlilini  aparmış,  bu 
tipli kökl
ərin etimoloji şərhini vermişdir. Türkoloq yazır ki, 
türk dill
ərinin qrammatikasında ən vacib problemlərdən bi-
ri kökün strukturu m
əsələsidir. E.Z.Kajibəyov bu nəticəyə 
g
əlir ki, türk dillərində söz kökünün çoxfunksionallığı ha-
dis
əsi pratürk dövrünün şəkilçiləşməyə qədər  mərhələdəki 

z yaradıcılığı refleksidir (165, 95, 243). 
Türkologiyada söz kökl
əri ilə bağlı aparılan tədqiqatla-
rın məhdud cəhəti odur ki, bu araşdırmalar çox vaxt türk dil-
l
əri  arealından  kənara  çıxmamışdır.  Bəzi hallarda isə  türk 
söz kökl
əri yalnız Altay dilləri arealında müqayisə olunmuş-
dur. Bunun 
əsas səbəbi etimoloji tədqiqatların müqayisəli-ta-
rixi metodun prinsipl
ərinə uyğun aparılması idi, çünki müqa-
yis
əli-tarixi metod etimoloji şərhlərin geniş miqyasda aparıl-
masına  imkan  vermirdi.  Halbuki müasir elmi yanaşmalar 
t
əsdiq edir ki, dünya dillərindəki söz köklərinin etimoloji 
t
əhlili müqayisəli-tarixi metodun sərhədini aşmalıdır. 
Az
ərbaycan  dilinin  kompleks  etimoloji  lüğəti  yazıl-
masa da, dilçiliyimizd
ə  etimoloji  araşdırmalar  kifayət qə-
d
ərdir.  Q.Bağırov  (14), H.Mirzəyev (55;  56), A.Axundov 
(10), Y.M
əmmədov (51;  52),  S.Əlizadə  (22; 23; 24), 
A.M
əmmədov (50), V.Aslanov (11;  12), T.Hacıyev  (26; 
27;  134
), Q.Kazımov  (38; 39; 40; 42), B.Xəlilov (32; 33; 
36
), B.B.Əhmədov (20), S.Cəfərov (17; 145), Ə.Tanrıverdi 
(72), F.C
əlilov  (19), M.Yusifov (77; 78),  Ə.Rəcəbli (61; 
273), V.Zahi
doğlu (79) və Ə.Tahirzadənin (263) tədqiqat-
larında kök sözlərin etimoloji təhlili, ilkin söz  yaradıcılığı 
m
əsələlərinə kifayət qədər geniş  yer verilmişdir. Azərbay-
 
26 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
can dilçiliyind
ə etimoloji təhlillərdə, əsasən, daxili rekons-
truksiya metodu t
ətbiq edilmişdir.  
Q.Bağırovun  araşdırmalarında  təkhecalı  və  ikihecalı, 
mür
əkkəb və tərkibi feil kökləri etimoloji təhlilə cəlb edil-
mişdir  (14,  22-156).  Q.Bağırov  bu  nəticəyə  gəlir ki, feil-
l
ərin  leksik  inkişafında  əsas özül təkhecalı  feil kökləridir. 
T
ədqiqatçı  təkhecalı  feilləri  yazılı  abidələrdəki və  müasir 
dild
əki faktlar əsasında beş qrupa ayırır: sait+samit, samit 
+sait+samit, samit+sait+samit+samit, sait+samit+samit, 
samit+sait (14, 28). Ancaq n
ədənsə, Q.Bağırov tək sait (V
quru
luşlu  kökləri nəzərdən  qaçırmışdır.  Y.Məmmədovun 
t
ədqiqatlarında Azərbaycan dilində işlənən asemantik kök-
l
ərin  inkişafı,  yaranma  səbəbləri haqqında  geniş  məlumat 
verilmişdir.  Y.Məmmədov asemantikləşmənin daha çox 
feil kökl
ərində  baş  verdiyini  təsbit etmişdir (51, 60). O 
yazır ki, qədim ikihecalı sözlərin sıxılma nəticəsində təkhe-
calıya keçməsi faktını inkar etmək olmaz. Lakin bunlar, əv-
v
əla, təkhecalılığın  ikihecalıya  keçməsinə  nisbətən sonra 
meydana g
əlmişdir  və  şivələrdə  özünü göstərir.  İkincisi, 
əsasən,  danışıq  dilində  və  şivələrdə  müşahidə  olunur (52, 
9).  T.Hacıyev Azərbaycan dilinin yazıyaqədərki dövrünü 
şərh edərkən söz köklərinin morfoloji inkişafından bəhs et-
miş,  bəzi sözlərin  etimoloji təhlilini vermiş,  Azərbaycan 
dili il
ə şumer dilindəki leksik və fonetik uyğunluqları mü-
qayis
ə etmişdir (26, 16-28; 27, 25-34). 
Vaxtil
ə A.Axundovun rəhbərliyi altında “Azərbaycan 
dilinin tarixi-etimoloji lü
ğəti”nin yaradılması istiqamətində 
ciddi işlər aparılmışdır. Akademik “Azərbaycan dilinin tari-
xi-etimo
loji lüğətinə dair materiallar” adlı məqaləsində bir 
 
27 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə