Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə8/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   4   5   6   7   8   9   10   11   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
sıra  sözlərin  etimoloji  izahını  vermiş,  etimoloji lüğətin 
t
ərtibi prinsiplərini müəyyənləşdirmişdir (10, 424-480).  
Az
ərbaycan dilçiliyində  söz köklərinin rekonstruksi-
yası  məsələləri  ən çox V.Aslanovun tədqiqatlarında  şərh 
olunmuşdur.  Alim  Azərbaycan  dilinin  bir  sıra  söz  kök-
l
ərinin praformalarını bərpa etmişdir. V.Aslanov bu istiqa-
m
ətdə  aşağıdakı  prinsipləri müəyyənləşdirmişdir:  1)  Əgər 
bu v
ə ya digər sözün omonim və ya sinonimi varsa, həmin 
sözün analogiyalar 
əsasında  arxetipini bərpa etmək müm-
kündür; 2) Kök söz
ə semantik cəhətdən qohum sözlər cər-
g
əsi varsa, analogiya ilə onun arxetipi bərpa edilə bilər; 3) 
Müasir Az
ərbaycan dilində  elə  sözlər var ki, eyni son 
morfeml
ərə malikdir, onlar sonradan yaranmadır. Elələri də 
var ki, affiksd
ən ayrılanda  asemantik  səs birləşmələri 
formasında  qalır.  Əgər belə  əsaslar bölünməz sözlərdirsə, 
on
ları kök morfemlər saymaq olar; 4) Prototürk söz kökü
əsasən, təkhecalı olmuşdur. Qədim dildə, yazılı abidələrdə 
şəkilçi morfemlərdə  o, ö, e  saitlərinin mövcudluğu  istisna 
edilir. H
ər  hansı  ikihecalı  və  çoxhecalı  morfemlərdə  bu 
saitl
ər birinci hecada deyilsə, deməli, onlar şəkilçi morfem-
l
ərdir, yəni həmin hissə  sonradan yaranmışdır.  Məsələn: 
alovbuxov, ögey v
ə s. (12, II, 68-74).  
Az
ərbaycan dilində  kök sözlər problemi ilə  ardıcıl 
m
əşğul olan alimlərdən biri də A.Məmmədovdur. O,  türk 
dill
ərində  ilkin sözlərin bərpasının  nəzəri məsələlərindən 
danışarkən,  şumer-türk leksik paralelliklərindən bəhrələn-
m
əyin xüsusi əhəmiyyət  daşıdığını  qeyd  etmişdir  (50,  5-
21). Halbuki h
əm dünya dilçiliyində, həm də türkologiyada 
şumer-türk  bağlılığına  hələ  də  skeptik yanaşanlar var. 
A.M
əmmədov söz köklərində  morfonoloji dəyişmələrdən 
 
28 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
b
əhs edərkən, türk söz köklərini  ölü  şumer, akkad, elam 
dill
ərinin  materialları  əsasında izah edirdi (207,  107).  O, 
türk dill
ərinin ilkin dövründə polisintetik formaların  möv-
cudluğunu,  musiqili  vurğunun aparıcı  funksiya  daşıdığını, 
söz kökl
ərinin monotonluğunu, onların,  sadəcə, vurğu ilə 
f
ərqləndiyini göstərirdi (207, 105).  
F.C
əlilovun tədqiqatları  söz  köklərinin morfonoloji 
aspektd
ə  öyrənilməsinə  həsr  edilmişdir.  Azərbaycan dil-
çiliyind
ə morfonologiya istiqamətində ilk fundamental təd-
qiqat olan “Az
ərbaycan dilinin morfonologiyası”  əsərində 
F.C
əlilov söz köklərində  səs keçidlərinin mahiyyətini aça 
bilmişdir. Alim söz yuvası metodundan uğurla istifadə edə-
r
ək, bir çox ilkin söz yuvalarından törəyən etimoloji cəhət-
d
ən düzəltmə  sözlərin kompleks izahını  vermişdir  (19). 
B.B.Əhmədov dialekt  faktları  əsasında  söz  köklərində  fo-
nosemantik parçalanma prosesl
ərini təhlil etmişdir.  Alim 
bu n
əticəyə  gəlir  ki,  şivələrimizdə  qədim ana türk dilinin 
söz kökl
əri,  onların  törəmələri tarixi söz yaradıcılığı  yö-
nünd
ən tədqiq ediləndə  bir çox məsələlər  açılır.  Birhecalı 
söz kökl
ərinin bir-birinə keçidləri, bir, iki və üçqat şəkilçili 
sözl
ərin sadə sözə çevrilməsi prosesi ümumi qanunauyğun-
luqları müəyyənləşdirməyə əsas verir (20, 167).  
M.Yusifov kök sözl
ərin fonomorfologiyasını  araşdır-
mışdır.  Türkoloq  üfüqi və  şaquli  səs keçidlərinə  görə  türk 
sözl
ərinin fonoloji qanunauyğunluqlarını  təsbit etmişdir. 

əllif yazır ki, məntiqə görə, mənalı dil yaranmasının ilkin 
m
ərhələsində mövcud olan kök morfemlərdə ən ümumi an-
layışların  ifadə  edilməsi mümkündür.  İlkin  köklərdən yeni 
allomorf
ların yaranması prosesi isə, əslində, həmin köklərin 
daxili elementl
əri olan fonetik vahidlərin yeni reflekslərinin 
 
29 


BABA MƏHƏRRƏMLİ 
 
 
yaran
masını şərtləndirir. Beləliklə, bu prosesdə təkamül kök 
v
ə  törəmə, ilkin kök elementi və  variant istiqamətində  da-
vam edir (77,  18). M.Yusifovun fikrinc
ə, türk dilləri mate-
rialları əsasında belə bir maraqlı məsələ diqqəti cəlb edir ki, 
sonu arxadamaq v
ə dodaq samitləri ilə ifadə olunan köklərdə 
yaxın  məna əlaqəsi  daha  qabarıq  şəkildə  meydana  çıxır  və 
sözün etimoloji m
ənası aydın olur (77, 110). 
Az
ərbaycan dilində  söz köklərinin ilkin strukturu 
möv
zusu Q.Kazımovun araşdırmalarında da öz əksini geniş 
şəkildə tapmışdır (38; 39; 40; 42). Q.Kazımovun tədqiqat-
larında yenilik ondan ibarətdir ki, o, Azərbaycan dilinin söz 
kökl
ərini nostratik aspektdən analiz edir. Q.Kazımov qeyd 
edir ki, tipoloji c
əhətdən eyni və yaxın olan bütün dillər bir 
proto
dilin  budaqlarıdır.  Odur  ki,  tipoloji cəhətdən eyni 
quruluşlu  dilləri müqayisəli-tarixi metod  əsasında  öyrən-
dikd
ən sonra müqayisəni protodillər arasında apararaq ulu 
dil
ə  yaxınlaşmaq olar. Alim ilkin söz modeli kimi CV 
(samit+sait)  tipin
ə  üstünlük verir (40,  26).  Əlbəttə, ulu 
dilin kök sözl
əri müasir dünyanın müxtəlif dillərində fərqli 
s
əviyyədə qorunmuşdur. Bu kök sözləri aşkar etmək üçün, 
ilk növb
ədə, müxtəlifsistemli dillərin kök leksik layını mü-
qayis
əyə cəlb etmək lazımdır. Həmin kök leksik qat da ən 
q
ədim  yazılı  qaynaqlarda,  folklor  nümunələrində, mifoloji 
m
ənbələrdə mühafizə olunmuşdur. 
B.X
əlilovun bu sahədə  araşdırmaları  Azərbaycan di-
lind
ə  təkhecalı  və  ikihecalı  feillərin fonosemantik inkişa-
fına həsr edilmişdir. Alimin Azərbaycan dilində işlənən feil 
kökl
ərini qohum olmayan digər dillərin materialları əsasın-
da t
ədqiq etməsi olduqca müsbət  tendensiyadır.  B.Xəlilov 
bel
ə  nəticəyə  gəlmişdir  ki,  türk  dillərinin amorf quruluşlu 
 
30 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə