Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə2/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   2   3   4   5   6   7   8   9   ...   182

 

- 6 - 


 

 

 

 

 

 

 

 

Elmi redaktor:  

Teymur Kərimli 

AMEA-nın həqiqi üzvü, 

                                                 filologiya elmləri doktoru, professor 

 

 

Ön sözün müəllifi



Məmməd Əliyev 

filologiya elmləri doktoru, professor 

 

Tərtibçi müəlliflər

:                                 

Zakirə Əliyeva

 

                                  filologiya üzrə fəlsəfə doktoru 

                      

                                                            Ağahüseyn Şükürov 

filologiya üzrə fəlsəfə doktoru 

 

 


 

- 7 - 


 

         

 

BİBLIOQRAFIK TƏDQIQAT İŞIĞINDA 



AKADEMİK İSA HƏBİBBƏYLİ  

 

Doğma Azərbaycanımızın müstəqillik yollarında inamlı addımları, daim inkişafda və yüksəlişdə olan 



ictimai-siyası,  elmi-mədəni  həyatı,  çağdaş  dünyamızın    İnternet  labirintlərinə  bürünmüş  informasiya 

mühitinin müasir tələbləri Azərbaycan elminin ən müxtəlif sahələrinin informasiyalaşdırılması sahəsində 

də ciddi vəzifələr irəli sürməkdədir. Bu vəzifələr informasiya cəmiyyətində universal, tətbiqi və funksional 

xarakteri ilə tanınan  biblioqrafiyanın bir elm sahəsi kimi ali missiyasıdır. Ənənəvi çap məhsulları ilə yanaşı 

elektron  sənədləri,  audiovizual  materialları,  İnternet  resurslarını  və  s.  toplayaraq  nizamlayan,  tədqiqat 

obyektinə  çevirən,  təbliğ  edən  biblioqrafiya  müxtəlif  təyinatlı  və  xarakterli  milli  biblioqrafik  resurslar 

istehsal edir.   

Milli biblioqrafik resursların mühüm və əhəmiyyətli  tərkib hissələrindən birini «Azərbaycanın elm 

və mədəniyyət xadimləri» seriyasından olan nəşrlər təşkil edir. Bu qəbildən biblioqrafik nəşrlər ən müxtəlif 

təyinatlı  elmi-sahəvi  xarakteri  ilə  fərqlənən,  milli  elmi-mədəni,  ədəbi  irsimizin  mühafizəsi,  tədqiqi 

sahəsində  xüsusi  əhəmiyyətə  malik  olan  informasiya  resurslarıdır.  «Azərbaycanın  elm  və  mədəniyyət 

xadimləri»  seriyasından  olan  nəşrlər  öz  tərtibçilərindən  yalnız  texnoloji  quruculuq  məntiqi,  beynəlxalq 

biblioqrafik standartlardan düzgün istifadə etmək qabiliyyəti deyil, eyni zamanda, milli elmi dəyərlərimizə 

xüsusi qayğı, məsuliyyət və ciddi elmi araşdırıcı yanaşma diqqəti tələb edir. Çünki bu qəbildən  biblioqrafik 

nümunələr  ümumbəşəri  elm,  bilik  xəzinəsinin  tərkib  hissəsi  olan  Azərbaycan  elminin  tarixininin  ya-

şadılmasına, müasir təşəkkül və inkişaf proseslərinə, gələcək perspektivlərinə xidmət edir. 

«Azərbaycanın elm və mədəniyyət xadimləri» seriyasından təqdim edilən və Azərbaycan Milli Elmlər 

Akademiyasının  vitse-prezidenti,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  Elm  və  təhsil  Komitəsinin 

sədri,  Əməkdar  elm  xadimi  akademik  İsa  Əkbər  oğlu  Həbibbəylinin  həyatına,  elmi-pedaqoji  və  ictimai 

fəaliyyətinə həsr edilmiş biblioqrafik göstərici mühüm  elmi əhəmiyyət daşıyır.  

Çoxşaxəli yaradıcılığa, elmin müxtəlif sahələrində yazıb-yaratmaq, eyni zamanda, həm ictimai-siyasi 

həyatda və elmi-pedaqoji fəaliyyətdə, həm də ədəbi-mədəni mühitdə tutarlı, məntiqli, müdrik söz demək 

məharətinə malik olan akademik İsa Həbibbbəyli haqqında  fikir söyləmək geniş tədqiqat işi tələb edir. Bu 

mənada görkəmli akademikin keçdiyi həyat  yolunu, ziyalı-vətəndaş mövqeyini, milli dəyərlərimizə söy-

kənən  mənəvi  dünyasını,  millət  vəkili  olaraq  ictimai-siyasi  fəaliyyətini,  elmi  və  bədii  yaradıcılığını, 

yenilikçi  missiyasını,  gənc  nəslə  böyük  qayğısını,  maraq  dünyasını  və  qazandığı  uğurları  və  xalq 

məhəbbətini əks etdirən materialları sistemləşdirmədən bu böyük ziyalının zəngin yaradıcılıq dünyasının 

hüdudlarını dərk etmək çətindir.  

Biblioqrafik göstərici əsasən akademik İsa Həbibbəylinin yazdığı çoxsaylı elmi əsərləri,  Azərbaycan 

ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqidlə bağlı monoqrafiyaları və məqalələri, təhsil, maarif, elmi-

mədəni əlaqələr və digər universal məzmunlu materialları əhatə edir. 

 Görkəmli  akademik  və  millət  vəkilinin  göstəricinin  ayrı-ayrı  bölmələrində  oxucuların  diqqətinə 

çatdırılan  və ciddi elmi mövzuları ilə seçilən müsahibələrinin, məruzə və çıxışlarının, haqqında  toplanmış 

yazıların ümumi mahiyyəti ziyalı şəxsiyyətini səciyyələndirən - ictimai həyatda  fəal vətəndaş mövqeyi, 

quruculuq,  təşkilatçılıq  bacarığı,  saf  ziyalı  əqidəsi,  xarakterindəki  humanizm,  hər  hansı  bayağı  boyadan 

uzaq olan xalq və millət sevgisi, Vətən təəsübkeşliyi, Azərbaycançılıq missiyası kimi - meyarları özündə 

ehtiva edir.  

Kitabda görkəmli ədəbiyyatşünas alimin  elmi əsərləri - Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə 

çap olunmuş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, elmi məqalələri, publisistik yazıları və s. - bədii 

yaradıcılıq nümunələri,  tərtib və redaktə etdiyi, rəy verdiyi, elmi məsləhətçisi olduğu nəşrlər, elmi-pedoqoji 

və ictimai fəaliyyətini əks etdirən çıxışları, müsahibələri və s. öz əksini tapmışdır.  

  «Akademik  İsa Həbibbəyli: həyatı, elmi-pedaqoji  və  ictimai  fəaliyyətinin  əsas illəri»,  «Görkəmli 

dövlət, elm və mədəniyyət xadimləri İsa Həbibbəyli haqqında»,  «Akademik İsa Həbibbəylinin fikirlərindən 

seçmələr», «İsa Əkbər oğlu Həbibbəylinin nəsil şəcərəsi»,  «İsa Həbibbəylinin layiq görüldüyü mükafatlar» 




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə