Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə8/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   4   5   6   7   8   9   10   11   ...   182

 

- 18 - 

 

Xalq şairi Səməd Vurğunun elmi fəaliyyəti, Azərbaycan Elmlər Akademiyasının  inkişafı sahəsindəki 



xidmətləri də  ilk dəfə  İsa Həbibbəyli tərəfindən sistemli  tədqiqata cəlb  olunmuşdur. İsa Həbibbəylinin 

«Akademik Səməd Vurğun Vəkilov» adlı kitabı  bu mövzuda meydana çıxmış ilk geniş həcmli əsər kimi 

mühüm əhəmiyyət kəsb edir. Əsərdə Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biri kimi 

Səməd Vurğunun tərcümeyi-halı və elmi fəaliyyətinin naməlum səhifələri üzə çıxarılmışdır. İsa Həbibbəyli 

akademik Səməd Vurğunun Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti kimi xidmətlərindən 

ilk dəfə olaraq geniş söz açmışdır. Bundan başqa, kitabda Səməd Vurğunun çoxcəhətli elmi və ədəbi-ictimai 

fəaliyyəti haqqında dolğun, ümumiləşdirilmiş təsəvvür formalaşdırılmışdır.  

Akademik İsa Həbibbəylinin  «Azərbaycan ədəbiyyatında Səməd Vurğun məktəbi və Səmədoğlular» 

adlı  məqaləsində  xalq  şairinin  adı  ilə  bağlı  ənənələrdən  yaradıcı  istifadənin  geniş  imkanlarından  əsaslı 

şəkildə  bəhs  olunmuşdur.    Məqalədə  doğru  olaraq  qeyd  olunmuşdur  ki,  Yusif  Səmədoğlu  və  Vaqif 

Səmədoğlu tərcümeyi-hal baxımından «Səməd Vurğuna  hamıdan yaxın olmalarına baxmayaraq, onlar bu 

böyük və ilhamlı sənətin ritmini və ahəngini deyil, dərin  qatlardakı ideya-fəlsəfi axarını, ictimai ruhunu 

əsas  kimi  qəbul  edərək,  tamamilə  orijinal  yolla  getməklə  yeni  tipli  sənətkarlara  çevrilmişlər».  İsa 

Həbibbəylinin fikrincə, Yusif və Vaqif Səmədoğlular  bədii yaradıcılığında Səməd Vurğunun gəlib çatdığı, 

lakin o zamankı dövrün müəyyən etdiyi məhdudiyyətlərə görə inkişaf etdirə, irəli apara bilmədiyi nöqtədən, 

yəni  həyatın  dibindən  başlamış,  həyat  hadisələrini  və  insanı  ideologiyadan  uzaq  real  baxışla 

mənalandırmışlar.  

Akademik  İsa  Həbibbəyli  xalq  şairi  Səməd  Vurğun  sənətinin  poetik  özünəməxsusluğunu  və 

zənginliyini  elmi  cəhətdən  əsaslandırılmış  şəkildə  təqdim  etmişdir.  Haqlı  olaraq  Səməd  Vurğun  XX  əsr 

Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri hesab olunmuşdur. İsa Həbibbəyli «Səməd Vurğunun 

«Azərbaycan» epopeyası» yaratmaq səylərinin və ədəbiyyatda vətənpərvərlik - azərbaycançılıq ideallarını 

yüksək poetik səviyyədə tərənnüm etmək istedadını onun yaradıcılıq tərcümeyi-halının ən parlaq hadisəsi 

kimi səciyyələndirmişdir. Şairin məşhur «Azərbaycan» şeiri XX əsr Azərbaycan poeziyasında Vətənimizə, 

ölkəmizə həsr edilmiş ən mükəmməl poetik nümunə səviyyəsində qiymətləndirilmişdir. İsa Həbibbəyli xalq 

şairi  Səməd  Vurğunu  Azərbaycan  ədəbiyyatında  ədəbi  məktəb  yaratmış  sənətkarlardan  biri  kimi 

səciyyələndirmiş və bu bənzərsiz ədəbi məktəbin işığında inkişaf edən ənənələri müəyyən etmişdir.   

«Xalq  şairi  Məmməd  Araz»  (1999)  albom-monoqrafiyasında  İsa  Həbibbəyli  şair-vətəndaşın 

yaradıcılıq  yolunun  dərin və əsaslı təhlilini vermişdir. Tədqiqatçının fikrincə, Məmməd Arazın  Vətənin 

torpağının  tərənnümünə  həsr  edilmiş  şeirlərində  dərin  hikmət  ifadə  olunmuşdur.  İsa  Həbibbəyli  bu 

fikirdədir  ki,  Məmməd  Arazın  poeziyasında  daş  –  mərdlik,  möhkəmlik,  dönməzlik,  qaya  -  məğrurluq, 

əlçatmaz zirvə, yurda arxa və dayaq səviyyəsində tərənnüm olunur. Ədəbiyyatşünas alimin qənaətinə görə, 

xalq  şairi  Məmməd  Araz  poeziyamızı  məzmun  və  forma  etibarilə  daha  da  zənginləşdirmişdir.  Mono-

qrafiyada Məmməd Arazın adı ilə bağlı olan sənət ənənələri müəyyən olunmuş, dövrün ədəbi prosesinin 

ümumi  mənzərəsində təqdim edilmişdir. Məmməd Arazın  «Atamın  kitabı» dramatik  poemasının böyük 

Cəlil Məmmədquluzadənin  «Anamın kitabı» əsərinin yeni tarixi mərhələdəki yaradıcı davamı olması fikri 

də nəzəri cəhətdən əsaslandırılmış yeni elmi mülahizədir. 

Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığı, xüsusən də dramaturgiyası haqqında İsa Həbibbəylinin 

baxışları  orijinal  elmi  qənaətlərdir.  Nəriman  Həsənzadənin  Azərbaycan  ədəbiyyatında  mənzum  lirik-

romantik  dramaturgiyanın  görkəmli  yaradıcılarından  biri  olması  fikri  İsa  Həbibbəyli  tərəfindən 

əsaslandırılmış şəkildə təqdim olunmuşdur.   

Akademik  İsa  Həbibbəyli  dövlət  müstəqilliyi  ərəfəsində  və  yeni  tarixi  epoxada  Azərbaycan 

ədəbiyyatında  vətəndaşlıq  mövqeyinin,  milli  düşüncənin  daha  da  qüvvətlənməsi,  istiqlalçı  ədəbiyyatın 

yaradılması  proseslərini  də  diqqətlə  izləyib  araşdırmış  və  aydınlaşdırmışdır.  O,  xalq  şairi  Sabir 

Rüstəmxanlının simasında  yeni dövr milli istiqlal ədəbiyyatının böyük yaradıcılarından birini görmüş və 

konkret  ədəbi  mülahizələr  əsasında    fikirlərini  ümumiləşdirmişdir.    «Xalq  şairi  Sabir  Rüstəmxanlı»  adlı 

geniş həcmli məqaləsindəki aşağıdakı təyinat aparılmış elmi müşahidələrdən və  araşdırmalardan çıxarılmış 

mühüm  nəticələrin  obyektiv  ifadəsidir:    «Sabir  Rüstəmxanlı  yeni  dövr  Azərbaycan  ədəbiyyatında  

vətəndaşlıq poeziyasının, kəsərli publisistikanın  görkəmli yaradıcısıdır. Onun  bədii yaradıcılığı da, ictimai 

fəaliyyəti  də    Vətənə,  müstəqilliyə  və  millətə  xidmətə  həsr  olunmuşdur.  Bunlar  Sabir  Rüstəmxanlının 



 

- 19 - 

 

yaradıcılığının  ayrı-ayrı  sahələri  deyildir.  Əksinə,  Sabir  Rüstəmxanlının  yaradıcılığı  həmin  amillərin 



hansının  cəmindən,  tamından  ibarətdir.  Bu  mənada  xalq  şairi  titulu  Sabir  Rüstəmxanlı  üçün    şərəfli  ad 

almaqla yanaşı, həm də mühüm ədəbi-ictimai vəzifədir». 

İsa  Həbibbəylinin  fikrincə,  müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatında  milli    ruh  və  vətəndaşlıq 

mövqeyi xalq şairi Zəlimxan Yaqubun yaradıcılığında özünəməxsus bədii vasitələrlə təcəssüm etdirilir. O, 

eyni  zamanda,  Xeyrəddin  Qocanı  müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatında    satirik  nəsrin  görkəmli 

nümayəndəsi  kimi  dəyərləndirmişdir.    Bundan  başqa,    İsa  Həbibbəyli  «Bütün  yönləri  ilə  yaradıcı»  adlı 

kitabında (2014) Rəşad Məcidin çoxcəhətli yaradıcılıq yolunu hərtərəfli şəkildə təhlil edərək aşağıdakı elmi 

qənaətlərə gəlmişdir: «Rəşad Məcid bir ədəbi şəxsiyyət olaraq bütün yönləri ilə yaradıcı olan,  axtarışlarının 

ardıcıllığı  və  bədii  təfəkkürünün  orijinallığı    və  genişliyi,  baxışlarının  və  inamının  bütövlüyü  ilə  fərqli 

görünən kamil və professional bir Azərbaycan ziyalısıdır. Müstəqillik dövrü Azərbaycan ziyalılığının fəal 

vətəndaşlıq mövqeyi, aydın milli düşüncəsi, açıq və  yetkin  yaradıcı təfəkkürü Rəşad Məcidin simasında 

ümumiləşə bilir». 

İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının klassikləri haqqında da qiymətli əsərlər yazmışdır. 

O,  Firidun  bəy  Köçərlidən  Azərbaycan  ədəbiyyatşünaslıq  elminin  babası  səviyyəsində  söz  açmışdır.  İsa 

Həbibbəyli akademik Məmməd Arif Dadaşzadənin həyatını və çoxcəhətli elmi yaradıcılığını müdriklik və 

müasirlik  nümunəsi  kimi  dəyərləndirmişdir.  İsa  Həbibbəyli  akademik  Məmməd  Cəfər  Cəfərovu 

Azərbaycan ədəbiyyatşünaslığında böyük elmi məktəb yaratmış görkəmli elm xadimi hesab etmişdir. Onun 

fikrincə, Məmməd Cəfər Cəfərovun adı ilə bağlı olan elmi məktəb «Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid 

məktəbidir». İsa Həbibbəyli haqlı olaraq Məmməd Cəfər Cəfərovu Azərbaycan romantizmşünaslıq nəzəriy-

yəsinin banisi kimi dəyərləndirir. Tədqiqatçının görkəmli elm xadimi Abbas Zamanovu XX əsrin böyük 

vətəndaş alimi kimi səciyyələndirməsi də elmi cəhətdən əsaslandırılmış qənaətlərdir. Onun Kamal Talıb-

zadənin  ədəbi  tənqid  tarixi,  Əziz  Mirəhmədovun  və  Kamran  Məmmədovun  ədəbiyyat  tarixçiliyi 

sahəsindəki  fəaliyyətinə  verdiyi  yüksək  elmi  qiymət  də  obyektivdir.  Professor  Əziz  Şərifin  «böyük 

ədəbiyyatşünaslıq  missiyası»nı  həyata  keçirmiş  elm  xadimi  olaraq  təqdim  edilməsi  də  faktların  və 

hadisələrin  işığında  nəzərə  çarpdırılmışdır.  İsa  Həbibbəylinin  akademik  Bəkir  Nəbiyevi  «ədəbi  tənqid 

ağırlıqlı ədəbiyyatşünas» kimi xarakterizə etməsinə dair mülahizələrini böyük alimin elmi əsərləri əyani 

surətdə təsdiq edir.  

Ayrı-ayrı ədəbiyyatşünas alimlərin yazı tərzini, onların fərdi üslublarını müəyyən etmək yolunda da 

akademik İsa Həbibbəyli ilk və əhəmiyyətli addım atmışdır. Onun elmi-nəzəri qənaətlərinə görə, filoloji 

elmdə  Firidun  bəy  Köçərli  ədəbi-tarixi,  Mehdi  Hüseyn  ədəbi-publisist,  Məmməd  Arif  Dadaşzadə  elmi-

sosioloji,  Asif  Əfəndiyev  ədəbi-fəlsəfi,  Məmməd  Cəfər  Cəfərov  elmi-nəzəri  üslubu  yaradan  görkəmli 

ədəbiyyatşünaslardır. Alimin fikrincə, Yaşar Qarayev isə analitik obrazlı təfəkkürü ilə fərqlənir:  «O, ən 

sərt, sırf, xalis elmi detallara şairanə baxmağı  bacarır». İsa Həbibbəylinin, Yaşar Qarayevin əsərlərindən 

göstərdiyi  örnəklər  həmin  gerçəkliyi  əyani  şəkildə  təsdiq  edir:  «Ədəbi  tənqid  ədəbi  kompasa  bənzəyir. 

Burada da əqrəb həmişə həqiqət qütbünü nişan verir». Yaxud: «Bizdə bütün izm»ləri bir vahid yuvadan bir 

ana  qartal  uçurub:  «…klassik  poeziya»  və  ya:  «Yazıçı  kosmonavta  yox,  əkinçiyə,  taxılçıya,  kotançıya 

bənzəyəndə sehirli və gərəkli olur», «Ən xoşbəxt ədiblər... qara mürəkkəblə də ağ kağıza ağ işıq dağıdan-

lardır»...  İsa  Həbibbəyli  Azərbaycan  ədəbiyyatşünaslıq  elmində  Yaşar  Qarayevin  milli  realizmşünaslıq 

nəzəriyyəsinin yaradıcısı olduğunu da elmi cəhətdən əsaslandırmışdır. Eyni zamanda o, Yaşar Qarayevin 

teatr sənətinə həsr etdiyi, yüksək professionallıqla yazılmış əsərlərində ədəbiyyatşünaslıqla sənətşünaslığın 

peşəkarlıq səviyyəsində vəhdətdə ifadə olunmasını yüksək qiymətləndirmişdir. İsa Həbibbəyli Yaşar Qara-

yevdən  eyni  zamanda  ustad  müəllimləri  Əli  Sultanlı  və  Məmməd  Cəfər  Cəfərovla  yeni    nəsil  ədə-

biyyatşünaslar arasında körpü yarada bilən, geniş təfəkkürə malik ədəbiyyatşünas kimi bəhs edir. Bundan 

başqa, İsa Həbibbəylinin araşdırmalarında Azərbaycan Milli Elmlər Akademiyasnın müxbir  üzvü Nizami 

Cəfərovdan  universal  düşüncəsi  və  obrazlı    təfəkkürü  ilə  səciyyələnən  alim  olaraq  söz  açılır.  Professor 

Qəzənfər Paşayevin «Azərbaycan kərkükşünaslığının yaradıcısı» hesab edilməsi də elmi cəhətdən obyektiv 

reallığı ifadə edir.  

İsa Həbibbəylinin ali məktəbdə bir müəllim kimi fəaliyyət göstərməsi, müxtəlif fənlərdən (ədəbiyyat 

tarixi və nəzəriyyəsi) uzun illər mühazirələr oxuması onun bir sıra dərslik, dərs vəsaitləri və metodiki işləri 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə