Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə9/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   5   6   7   8   9   10   11   12   ...   182

 

- 20 - 

 

yazıb  nəşr  edilməsinə  imkan  yaratmışdır.  Ayrı-ayrı  vaxtlarda  dövri  mətbuatda  çap  olunan  «Böyük 



ədəbiyyatşünaslıq uğrunda», «Ədəbiyyatın tərifi», «Ədəbiyyatşünaslıq elminin şöbələrinə yenidən baxış», 

«Satira  ədəbi  növ kimi»,  «…Sonet  janrı»,  «Azərbaycan şeirində himn və marş»,  «Kiçik hekayə janrı – 

novella», «Dialoq haqqında monoloq», «Ədəbi əlaqələrdən - müqayisəli ədəbiyyatşünaslığa» və sair elmi-

nəzəri məqalələri ədəbiyyatşünas alimin ədəbiyyat nəzəriyyəsi istiqamətində də ciddi elmi əhəmiyyəti olan 

tədqiqatların müəllifi olduğunu meydana qoyur. «Ədəbiyyat nəzəriyyəsi» adlı dərs vəsaiti (1985) hazırda 

da ali məktəblərimizdə bu fənnin tədrisində istifadə olunan qiymətli bir bələdçi kimi elmi dəyərini qoruyub 

saxlayır.  Ədəbiyyat  nəzəriyyəsi  kitabındakı  təriflərin  əksəriyyəti  İsa  Həbibbəyli  tərəfindən  düstur  kimi 

hazırlanıb formalaşdırılmışdır. İsa Həbibbəylinin  «Romantik lirikanın imkanları» adlı monoqrafiyasında 

(1984) XX əsrin əvvəlləri Azərbaycan romantik şeirinin poetikası, sənətkarlıq xüsusiyyətləri tədqiq edilib 

ümumiləşdirilmişdir. 

Ali məktəblərin ehtiyacı nəzərə alınmaqla yazılmış «XX əsrin əvvəlləri Azərbaycan yazıçıları» dərs 

vəsaitində  yazıçı  və  şairlərin  tərcümeyi-halı  və  yaradıcılıq  yolu  dəqiqləşdirilərək  elmi  sistem  əsasında 

təqdim  olunur.  Eyni  zamanda,  bu  əsərin  Azərbaycan  ədəbiyyatını  tanıtmaq  baxımından  da  mühüm 

əhəmiyyəti  vardır.  «XX  əsrin  əvvəlləri    Azərbaycan  yazıçıları»  kitabının  Rusiyada,  Türkiyədə  və 

Ukraynada  nəşri  də  bunu  əyani  şəkildə  göstərir.  Bu  dərs  vəsaitində  ilk  dəfə  olaraq  XX  əsrin  əvvəlləri  

Azərbaycan  ədəbiyyatının  ədəbi  cərəyanlar  üzrə  təsnifatı  aparılmış  və  əsas  təmsilçilərinin  həyatı  və 

yaradıcılıq  yolu  oxuculara  çatdırılmışdır.  Bundan  başqa,  yaradıcılıqları  az  öyrənilmiş,  çox  vaxt  tədris 

proqramlarında  yer almayan Hacı Kərim Sanılı, Eynəli bəy Sultanov, Ömər Faiq Nemanzadə, Əliabbas 

Müznib,  Əhməd  Cavad,  Əhməd  bəy  Ağayev,  Abdulla  Sur,  Məmməd  Əmin  Rəsulzadə  və  başqalarının 

həyatı, ədəbi fəaliyyəti də ilk dəfə olaraq bu dərs vəsaitində geniş işıqlandırılmışdır. 

Akademik İsa Həbibbəylinin də əsas müəlliflərindən biri olduğu orta ümumtəhsil məktəblərinin XI 

sinfi üçün «Ədəbiyyat» dərsliyi uzun illərdir ki, müstəqillik dövrünün yeni nəslinə zəruri ədəbiyyat bilikləri 

və dünyagörüşü verir.  

Akademik  İsa  Həbibbəyli  təkcə  elmi,  elmi-pedaqoji  uğurlarına  görə  deyil,  yüksək  təşkilatçılıq 

qabiliyyətinə, insanlarla işləyə bilmək, ünsiyyət yaratmaq bacarığına görə seçilən alimlərimizdəndir. Hələ 

tələbəlik illərindən Naxçıvan Dövlət Universitetinin ictimai işlərində fəal çalışan İsa Həbibbəylinin Tələbə 

elmi cəmiyyətinə uzun illər uğurla rəhbərlik etməsi 1991-ci ildə onun elmi işlər üzrə prorektor vəzifəsinə 

təyin olunmasına gətirib çıxarmışdır. Ali məktəbdə yaratdığı canlanma və inkişaf alimin sonrakı taleyində 

mühüm  rol  oynamışdır.  Nəticədə  İsa  Həbibbəyli  1996-cı  il  oktyabr  ayının  16-da  Naxçıvan  Dövlət 

Universitetinə rektor vəzifəsinə təyin olunmuşdur. Vaxtilə bir müddət Naxçıvan Dövlət Pedaqoji İnstitu-

tunun rektoru vəzifəsini əvəz etmiş professor Yavuz Axundlu qeyd edir ki, 1990-cı illərin əvvəllərindəki 

dağıdıcı təsirlər Naxçıvan Dövlət Universitetindən yan keçməmişdi. Bu təhsil ocağında çətin və mürəkkəb 

şərait  yaranmışdı.  Müəllimlər siyasi qruplaşmalara bölünmüşdü, təsərrüfatsızlıq  və baxımsızlıq  baş alıb 

gedirdi. Ali təhsil ocağının inkişaf etdirilməsi üçün İsa Həbibbəyli ən yaxşı namizəd oldu… O, universitet-

də yaxşı ənənələri qoruyub saxladı, sələflərinin xidmətlərini xatırlatdı, özünü onların işlərini davam etdirən 

varis  olduğunu  bəyan  etdi,  kollektivi  ətrafına  topladı,  xeyrxahlığı,  səmimiyyəti  və  təşəbbüskarlığı, 

yorulmaz fəaliyyəti, əzmi ilə universiteti qabağa apardı». 

İsa Həbibbəylinin rektor vəzifəsində çalışdığı 1996-2013-cü illərdə universitetdə  tədris, elm-tədqiqat 

işləri və mədəni-kütləvi  işlər sahəsində ciddi müsbət  dəyişikliklər baş vermişdir. Bu ali təhsil ocağında 

Dissertasiya Şurası yaradılmış, burada maddi-texniki baza xeyli gücləndirilmiş, bir neçə çoxmərtəbəli yeni 

tədris korpusları, elektron kitabxana, olimpiya idman mərkəzi, tibb fakültəsi, konservatoriya binası tikilib 

istifadəyə  verilmiş,  108  hektar  sahədə  müasir  tipli  universitet  şəhərciyi  salınmışdır.  Beynəlxalq  sahədə 

univeristetin  elmi  əlaqələri  sürətlə  inkişaf  etdirilmiş,  dünya  təhsil  sisteminə  inteqrasiya  prosesləri 

genişlənmişdir.  İsa  Həbibbəylinin  müəllifi  olduğu  «Müasir  mərhələdə  ali  məktəbin  idarə  olunması  və 

beynəlxalq  əlaqələrin  təşkili»  adlı  lahiyəsi  1999-cu  ildə  Avropa  Şurasının  Tempus  proqramı  tərəfindən 

qəbul olunmuşdur. Bununla da Naxçıvan Dövlət Universitetinin «Avropaya pəncərəsi» açılmış, bu ali təhsil 

ocağının dünyanın 4 qitəsində 70-dən çox universitetlə əlaqələri formalaşmışdır.  

Akademik  İsa  Həbibbəyli  elm  xadimi  kimi  beynəlxalq  miqyasda  da  tanınır.  O,    müxtəlif  illərdə 

Türkiyədə, Rusiyada, Çin Xalq Respublikasında, Fransada, Almaniyada, Bolqarıstanda, Polşada, Cənubi 



 

- 21 - 

 

Koreyada,  İran  İslam  Respublikasında,  Misir  Ərəb  Respublikasında,  Qazaxıstanda,  Türkmənistanda, 



Özbəkistanda,  Qırğızıstanda  ölkə  elmini  layiqincə  təmsil  etmişdir.  İsa  Həbibbəyli  Beynəlxalq  İnforma-

siyalaşdırma Akademiyasının, Türkiyə Atatürk Dil, Tarix və Kültür Yüksək Qurumunun üzvüdür. Onun 

əsərləri  Azərbaycan  dilindən  başqa,  ingilis,  türk,  rus,  fransız,  ərəb,  urdu,  polyak,  macar,  gürcü,  litva 

dillərində də çap olunmuşdur. Azərbaycan Respublikası Dövlət Mükafatı Komissiyasının, İSESKO üzrə 

Azərbaycan Respublikası Milli Komissiyasının üzvü kimi də o geniş və səmərəli iş aparır.  

İsa Həbibbəyli 24 aprel 2013-cü il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti 

vəzifəsində  çalışır.  O,  19  iyun  2013-cü  il  tarixdən  həm  də  Nizami  adına  Ədəbiyyat  İnstitutunun 

direktorudur. Akademiyada sədrlik etdiyi Nizamnamə Komissiyası 2013-2014-cü illərdə müstəqillik dövrü 

Milli  Elmlər  Akademiyasının  yeni  nizamnaməsini  hazırlayıb  təsdiq  edilməsinə  nail  olmuşdur.    Bundan 

başqa,   İsa Həbibbəyli   Azərbaycançılıq  konsepsiyasına dair  layihə  hazırlayıb  çap  etdirmişdir. O, eyni 

zamanda,  Azərbaycan  ədəbiyyatı  tarixinin  dövrləşdirilməsi  konsepsiyasının  da  müəllifidir.    İsa 

Həbibbəylinin  təşəbbüsü  ilə  Nizami  adına  Ədəbiyyat  İnstitutunda  «Nizamişünaslıq»,    «Azərbaycan 

mühacirət  ədəbiyyatı»,    «Ədəbi  tənqid»,    «Mətbuat  tarixi  və  publisistika»,  «Asiya  xalqları  ədəbiyyatı» 

şöbələri,  «Füzulişünaslıq»  sektoru,  «Beynəlxalq  əlaqələr»,  «Nəşriyyat  və  proqnozlaşdırma»,  «Təhsil 

şöbəsi»  kimi  köməkçi  şöbələr  yaradılmışdır.  Onun  səyləri  nəticəsində    təsdiq  edilmiş  «Poetika.izm», 

«Ədəbi əlaqələr» elmi jurnalları filoloji elmin inkişafına öz töhfələrini verir. Milli Elmlər Akademiyasında 

və  Nizami  adına  Ədəbiyyat  İnstitutunda  bir  sıra  beynəlxalq  elmi  konfransların  keçirilməsində  və  xarici 

ölkələrin elmi qurumları ilə geniş əlaqələrin yaradılmasında da İsa Həbibbəylinin özünəməxsus payı vardır.  

İsa  Həbibbəyli  Azərbaycan  Respublikasının  ictimai  həyatında  da  yaxından  və  fəal  iştirak  edir.  O, 

1998-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, «İnsan hüquqları və 

beynəlxalq əlaqələr» komissiyasının sədri kimi fəaliyyət göstərmişdir.  

Azərbaycan Respublikası Milli Məclisinə 2005, 2010 və 2015-ci illərdə deputat seçilən İsa Həbibbəyli 

Beşinci çağırış üzrə ölkə parlamentinin Elm və təhsil komitəsinin sədridir. Onun rəhbərliyi ilə Azərbaycan 

Respublikasının «Elm haqqında» Qanunu hazırlanıb qəbul edilmişdir.  

Azərbaycan  dövləti  akademik  İsa  Həbibbəylinin  elmi  və  ictimai  fəaliyyətini  yüksək 

qiymətləndirmişdir. O, çoxcəhətli və səmərəli fəaliyyətinə görə «Əməkdar elm xadimi» (1999) fəxri adına 

layiq görülmüş, «Şöhrət» ordeni (2007) və «Şərəf» ordeni (2009) ilə təltif olunmuşdur.  

İsa Həbibbəyli Beynəlxalq  Türk Akademiyasının gümüş medalını,  Təbriz Universitetinin  Şəhriyar 

medalını,  Azərbaycan  Yazıçılar  Birliyinin  Mahmud  Qaşqarlı  medalını  almışdır.  O,  SSRİ  Ali  Təhsil 

Nazirliyi tərəfindən «Tələbələrin elmi tədqiqat işlərinin təşkilində səmərəli fəaliyyətinə görə» döş nişanı 

ilə fərqləndirilmişdir.  

Akademik İsa Həbibbəyli 600-dən çox elmi məqalənin, 12 monoqrafik əsərin, 20-dən çox tərtib və 

braşuranın, 1 dərsliyin müəllifidir. Gənclik illərində olduğu kimi, İsa Həbibbəyli bu gün də eyni həvəs, 

enerji və  fədakarlıqla çalışaraq, ölkəmizdə humanitar və ictimai elmlərin, o cümlədən ədəbiyyatşünaslıq 

elmimizin və ədəbi-ictimai fikrimizin, müasir Azərbaycan cəmiyyətinin  inkişafına şərəflə və məsuliyyətlə 

xidmət edir.  



Məmməd Əliyev 

filologiya  elmləri doktoru, professor 

 

 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə