Nizami Tağısoy
268
da iştirakçı personajların sayı kifayətqədər çoxdur. Xalq içindən
çıxmış Temircan, onun arvadı Ulduz, qızı Nalcan, Daycan, İlxıçı,
çoban Aysandır, Uğurlu, dəmirçi Aslan, xidmətçi qoca qadın Kur-
manqız və başqaları bu qəbildəndir. Varlı İsmayıl obrazı romanın
ikinci kitabında da yer almışdır. Burada müsəlman ruhaniləri nü-
mayəndəsinin obrazı da qeyd edilməlidir. Eyni zamanda romanda
aul nəzarətçisi, qanun «keşikçisi» Soltan obrazı realist boyalarla
verilməklə onun iç üzü yetərincə ustalıqla və dolğun açılmışdır.
Q.Qorxmazovun «Qisas qılıncı»nda istismarçılar tərəfindən
kasıbların alçaldılmasını, incidildiklərini, ac-yalavac yaşadıqları-
na görə qisas aldıqları təsvir olunur. Yazıçının burada başlıca xid-
məti dağlıların XX əsrin əvvəllərində necə çətin və ağır vəziyyət-
də yaşadıqlarını, xalqın milli şüurunun dirçəlməsini, onun işıqlı
həyat uğrunda mübarizəsini uğurlu şəkildə əks etdirməsindədir.
5.6. Qaraçay nəsrində məktəb, maarif və ziyalı mövzusu
(H.Bayramukovanın «İllər və dağlar», O.Xubiyevin
«Yuxusuz gecələr» və «Qisas» əsərləri)
Təhlilə cəlb etdiyimiz illərdə Qaraçay ədəbiyyatında roma-
nın ideya-bədii cəhətdən həm rəngarəngliyi, həm də xarakterlərin
təqdim olunması nöqteyi-nəzərdən yeni mərhələyə qədəm qoydu-
ğu hiss olunur. Qaraçay nasirləri bu janra müraciət etməklə xalq
həyatının əvvəlki mərhələlərini nəzərdən keçirir, bununla bağlı
çoxsaylı tarixi materiallar toplayır, onlara özlərinin uşaqlıq təəs-
süratlarını əlavə edib bədii təxəyyülün gücü ilə maraqlı əsərlər
ortaya qoymağa çalışırdılar. Məhz belə bir sənətkarlıq priyomun-
dan Həlimət Bayramukova «İllər və dağlar» romanında istifadə
etmişdir. Bu roman həm də tarixi-bioqrafik janrda yazılmış əsər
kimi nəzərdən keçirilə bilər. Əsərdə sovet ədəbiyyatına daxil olan
digər xalqlar üçün səciyyəvi olan «ziyalı və inqilab» mövzusu öz