Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə20/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   16   17   18   19   20   21   22   23   ...   97

Nizami Tağısoy
62
belə  olduğu  təqdirdə  onu  kənddən  qovarlarmış.  Beləliklə,  o,  
bir də  valideyn  evinə  ayaq  basmaq  hüququna  malik  olmazmış.
Əvvəllər  Qaraçay  balalarının  tərbiyəsi  ilə  mollalar  məşğul  
olarmış,  uşaqlara oxumağı, yazmağı yalnız onlar öyrədərmişlər. 
Belələri  yetərincə  təlimləndikdən  və  “taxta”  titulu  aldıqdan  
sonra  moizə  zamanı  məsciddə  Quran  oxumaq  hüququ  qaza-
narmışlar.
Qaraçaylıların  etnik  düşüncəsində  əski  təsəvvürlər, andlar,  
inanclar,inamlar, sınamalar  da  son dərəcədə mühüm yer tutur. 
Qaraçaylılar  fala, əfsuna çox inanandırlar. Məsələn, qaraçaylılar 
xüsusən atlanıb  gəzintiyə,  yaxud ova  çıxmağa  hazırlaşdıqda 
daha çox fal açarlarmış. Xırda  çınqıl, vələmir, noxud  götürər, 
onları  məlum  qaydalara  uyğun  düzər,  qoyar,  onların  bir-birinə  
münasibətinə,  duruşuna, düzümünə  görə  bu  səfərin  uğurlu,  
ya  uğursuz  olacağını  söyləyərlərmiş.  Əgər  işarələr  uyğunluq  
təşkil edərmişsə, bu zaman  uğur olacağına inanaraq, bu  səfərə  
çıxılmağın mühüm olduğunu, yox işarələr düz gəlməzsə, bu səfər-
dən  çəkindirilməyin  vacibliyi  vurğulanarmış.  Ümumiyyətlə,  
qaraçaylılar  şeytanlar, cinlər, ruhlar haqqında  daha çox danışar, 
fikir  söyləyərlərmiş. Onların inamına  görə  belə  qüvvələr  məhz  
Elburus  dağının  ətəklərində  yaşayarlarmış.
Qaraçaylıların  dəfn mərasimləri də  olduqca  dərin  etnik-mil-
li köklərə dirənir. Dəfndə hər hansı kəsin dünyasını dəyişdiyi za-
man  qadınlar  ah çəkib  ağlayar, sinələrini  cırar,  saçlarını  yo-
larlar. Kişilərsə  özlərinə  zərbələr  endirər,  üzüb  əldəb  salarlar.
Qaraçay-malkar    folklorunda    oxşamalar,    ağılar    ənənəvi  
mərasim    nəğmə-ağısı    kimi    dünyasını    dəyişmişlərin    cəsədi   
yanında  bədahətən  deyilərmiş. Ağılar digər şifahi  xalq poetik 
nümunələri kimi  iki əsas -  məişət və estetik funksiya yerinə ye-
tirir. Bu  ağı-nəğmələrdə,  bir  tərəfdən, maddi  mədəniyyət  ele-
mentləri,  adət-ənənə,  inam  və  ayin  özünü  əks  etdirirsə, digər  
tərəfdən,  onlar həm  də  poetik-dramatik  əsər  kimi  yalnız  onun  
özünəməxsus  səciyyəvi  xüsusiyyətləri,  simvolika  və  obrazlar  


Qaraçay  ədəbiyyatı
63
sistemi  ilə  seçilir. Məlum olduğu kimi, nəğmə-ağılar improvi-
zasiya əsasında  yaranmaqla  xalq  yaradıcılığının  şifahi  növünə  
aiddir.  Yaxın  insanın  itkisi  ilə  bağlı  ifaçının  dərin  hiss-həyə-
canları  özündə  çoxsaylı  fərdi  rənglər  əks  etdirməklə,  həm  
də  şəxsi  improvizasiya  ilə  bağlı  müsbət  zəmin  hazırlayır.Yas  
mərasiminin  ən  dəhşətli  anları  şivənlə  bağlıdır.  Şivən  ölüm  
baş  verdiyi  andan  başlayaraq  həmin insan torpağa  tapşırılana  
qədər  davam  edir. Ilk ağı-sual  ölünün  özünə – canlılara  müra-
ciət  olunan  kimi  gedir:  nə  üçün  evdən,  ailədən, eldən  getdiyi  
soruşulur,  ondan  gözlərini  açmağı, danışmağı,  ətrafa  baxma-
ğı xahiş  edirlər. Ölü  üçün  təsirli  yandırıcı sözlərdən istifadə  
edilər, hönkür-hönkür  ağlayar,  saç  yolar,  üz  cırarlar.  Şivənin  
ikinci  hissəsi Azərbaycan türklərində olduğu kimi qohum-əqrə-
ba ölüylə vidalaşmağa gəldikdə daha şiddətli,   səs-küylü,  daha  
vahiməli və tükürpədici  olur. Şivən  zamanı gələnlərə  şivən  qo-
paran mərhum son anlarda canını  necə  tapşırdı, hansı  sözləri  
dediyi soruşulur, üz-gözlər  cırılar, saçları  yolarlar. Ağı – şivə-
nin  üçüncü hissəsi  mərhum  evdən  çıxarılan  zaman baş  verir.  
Bu  zaman ölüyə “ Bizi  kimə  tapşırıb  gedirsən? “, “ Bizi  niyə  
başsız  qoydun?”  və i.a.  və s. kimi sözlər  deyilərmiş.  Sonuncu  
ağı-şivən  mərhum  həyətdən çıxanda  baş verərmiş. Qeyd edək 
ki, rus folklorşünasları da ağı-şivəndə bir neçə hissə  fərqləndirir-
lər (2;6). Bu,  Qaraçay-malkar  türklərinin  və  azərbaycanlıların  
şivəni  ilə  təxminən  eyni səciyyədədir.
Toy-düyün  mərasimlərinin  istənilən  səviyyədə    keçirilməsi  
üçün  yüksək  bacarığa  malik  musiqiçilər  gərək  olduğu  kimi,  
yas  mərasimi  üçün  də  yüksək  səviyyəli  ağı  deməyi  baca-
ranların  olması  zəruri imiş.  Ağı  deyənlərin  səsi,  avazı,  söz  
bilmə imkanları,  ətrafdakıları  səsi  ilə  özünə  cəlb  etmə, ağlatma  
bacarığı  güclü  olmalı imiş.  Ağıçılar  nə  qədər  təsiredici  səslə  
oxusalar,  o  qədər  də  yas  məclisindəkilər  zürzük  edər,  ağlayar,  
şivən  qoparar,  ah- vay  edərlərmiş.


Nizami Tağısoy
64
Malkar-qaraçaylılar  kumuxlar  kimi  nəğmə-ağıları  “sarın”  
adlandırırlar.  Digər  türk  xalqlarında  olduğu  kimi  onlarda  da  
ağıları  məhz qadınlar  söyləyirlər. Yas mərasiminə xalq  arasında  
daha  məşhur  ifaçıları  dəvət  edərdilər. Malkar-qaraçaylılarda 
belə  bir  inam  da  formalaşmışdır  ki,  ölüyə  yaxşı  ağı  deyilmiş  
olarsa, bu,  ona o biri  dünyada  rahatlıq  gətirərmiş.
Ağlayanlar yas mərasimində  aparıcı  olmaqla  öz  hiss  və  
duyğularını nəinki  hisslər,  həm  də  hərəkət, jest, mimika,  sifət-
lərinin  rəngi  ilə  verməyə  çalışardılar.  Bununla  bağlı  foklor-
şünas H.Malkonduyev  yazır: “Ağı  söyləyən  bir  əli  ilə  yaylığı  
tutur,  digər  əlini  isə  yellədərək,  öz  emosiya və kədərini  ifadə  
etməyə  çalışar” (4, 56).
Nəğmə-ağılar  üçün  xarakterik  olan  yüksək  səviyyəli  sim-
volika  və  metaforiklik,  dil-fikir müxtəsərliyi, təsirli obrazlılıq  
ağlayıcı  ilə  yas  mərasimində  iştirak  edənlər  arasındakı  ünsiy-
yəti  xeyli  dərəcədə  gücləndirir.
Nəğmə-ağıların  ifa  olunması  həm  də  ölümün  hansı  vəziy-
yətdə  baş  verməsi, mərhumun  yaşı, həyatda  onun  tutduğu  yer,  
sosial  statusla  və s. şərtlənir. Nəğmə-ağılar  dünyasını  vaxtsız  
dəyişən  cavan  adamla,  faciəvi  sürətdə  həlak  olanlarla bağ-
lı olduqda  daha  emosional,  daha  təsirli olur.Malkar-Qaraçay  
folklorunun   tədqiqatçısı A.Sarbaşeva  qeyd  edir  ki,  malkar-Qa-
raçay  “sarın”larının  əsas  hissəsi  ritorik  suallardan  ibarətdir (5, 
151). Belə ritorik sualları əks etdirən yeganə qızı dünyadan  köç-
müş  ananın  nəğmə-ağısının  necə səsləndiyinə diqqət yetirək:   
Къаудан чыкъды бу къыйынлыкъ манга? 
Кимге къойдунг жангыз анангы, бала?
Къалай атдырайым тангымы къабырынгда? 
Калай жашайым ачыу эте дуньяда? (4,65)
Sətri  tərcüməsi:    
Bu  bədbəxtlik  hardan  üz  verdi  mənə?    
Yalqız  ananı  kimə  qoydun, ay bala?      


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə