Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 231,73 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix24.12.2017
ölçüsü231,73 Kb.
#17503
1   2   3   4   5   6   7   8   9

 

keçmişindən  gələn  enerji  və  istedadı  sayəsində  dərindən  ifadə  etməyi 



bacarmışdır.  Bu  baxımdan  dünyanın  nəhəng  klassikəri  ilə  eyni  cərgədə 

təmsil  olunan  Çingiz  Aytmatovun  yaradıcılığının  tədqiqi  hər  zaman  öz 

aktuallığını qoruyub saxlayır.  

Çingiz  Aytmatovun  keçdiyi  həyat  yolu  onun  yaradıcılığının  əsas 

obyektini  təşkil  edir.  Çingiz  Aytmatov  fenomeninin  formalaşmasında 

həmin  həqiqətlər  mühüm  rola  malikdir.  Sənətkarın  yaradıcılığında  istinad 

etdiyi  gerçəkliklər  və  bu  həqiqətlərin  onun  əsərlərində  inikası  məsələləri, 

yaradıcılığının  epoxa  xüsusiyyətləri,  Çingiz  Aytmatov  və  Azərbaycan 

ədəbiyyatı  qarşılıqlı  münasibətləri,  yazıçının  yaradıcılığı  kontekstində 

Azərbaycan  və  Qırğız  nəsrindəki  paralellərlə  bağlı  ədəbiyyatşünas-

lığımızda ayrı-ayrı yanaşmalar olsa da, sistemli tədqiqat aparılmamışdır.  

“Çingiz  Aytmatov  və  Azərbaycan  ədəbiyyatı”  adlanan  dissertasiyada 

yazıçının Azərbaycana olan münasibəti, Azərbaycan ədəbiyyatşünaslığında 

onun  yaradıcılığının  tədqiqi,  repressiya  və  İkinci  Dünya  müharibəsi  kimi 

tarixi  gerçəkliklərin  Çingiz  Aytmatov  və  Azərbaycan  nəsrində  inikası 

məsələləri  araşdırmaya  cəlb  olunmuşdur.  Eyni  zamanda,  görkəmli 

yazıçının  əsərlərinin  Azərbaycan  dilinə  tərcümə  edilməsi  məsələsinə  də 

geniş yer ayrılmışdır.  



Mövzunun  tədqiq  tarixi.  Çingiz  Aytmatovun  yaradıcılığının 

Azərbaycanda  öyrənilməsinə  hələ  sovet  dövründə  başlanılmışdır.  Onun 

yaradıcılığı ədəbiyyatda öz dəsti-xətti ilə seçilən və şərti olaraq 1960-cılar 

nəsli  adlanıdırılan  böyük  bir  axının  formalaşmasına  mühüm  təsir 

göstərmişdir.  1960-cı  illərdən  etibarən  onun  əsərləri  dilimizə  tərcümə 

olunmuş,  qəzet  və  jurnallarda  müxtəlif  ədəbi-tənqidi  məqalələr  çap 

edilmişdir. Sənətkar Azərbaycanda ən çox sevilən yazıçılardan biri olduğu 

üçün ədəbiyyatşünaslığımızda onun nəşr olunan əsərlərinə çevik münasibət 

bildirilmişdir. Onun əsərləri bu gün də Azərbaycan ictimaiyyətində böyük 

maraqla  qarşılanır  və  təkrar-təkrar  nəşr  olunur.  Çingiz  Aytmatovun 

yaradıcılığı  haqqında  Azərbaycanın  görkəmli  şair  və  yazıçıları,  alimləri 

məqalələr  yazmış,  elmi  tədqiqatlar  aparmışlar.  Leyla  Gərayzadənin 

“Rusdilli türk yazıçılarının yaradıcılığında etno-epik yaddaş problemi” adlı 

doktorluq  dissertasiyasında  onun  yaradıcılığının  təhlilinə  yer  verilmişdir. 

Dilçilik,  kino  və  teatr  sənəti  baxımından  da  yazıçının  əsərləri 

öyrənilmişdir.  Buna  baxmayaraq,  Çingiz  Aytmatovun  yaradıcılığının  bir 

çox  tərəfləri,  onun  Azərbaycanla  olan  çoxcəhətli  münasibətləri,  ölkəmiz 

haqqında yazdığı bir sıra məqalələr, etdiyi çıxışlar və istinad etdiyi həyat 

gerçəkliklərinin  Azərbaycan  nəsrində  oxşar  inikası  məsələlərinin  sistemli 

şəkildə  tədqiqinə  böyük  ehtiyac  vardır.  Mövzunun  aktuallığı  bu  sahədə 




 

geniş  tədqiqatların  aparması  zərurətini  meydana  çıxarır.  Mövzunun 



müxtəlif  tərəfləri  ilə  əlaqədar  Azərbaycanda  müəyyən  tədqiqat  işləri 

aparılmışdır.  Xalq  şairi  Bəxtiyar  Vahabzadə,  akademik  İsa  Həbibbəyli, 

xalq  yazıçıları  Anar,  Elçin,  AMEA-nın  müxbir  üzvü  Nizami  Cəfərov, 

Sabir  Rüstəmxanlı,  İmamaverdi  Əbilov,  Şahmar  Əkbərzadə,  Hüseynbala 

Mirələmov,  Vilayət  Rüstəmzadə,  Pənah  Xəlilov,  Arif  Məmmədov,  Leyla 

Gərayzadə,  Adil  Cəmil,  Ülviyyə  Hüseynova,  Elman  Quliyev,  Nizami 

Tağısoy,  Tofiq  İsmayılov,  Elnarə  Akimova,  Nərgiz  Cabbarlı  və  bir  çox 

digər tədqiqatçılar dahi yazıçının həyatı və yaradıcılığı ilə bağlı məqalələr 

və görüş təəssüratları yazıb çap etdirmişlər. 2009-cu ildə Südabə Sərvinin 

tərtibi  ilə  Azərbaycan  Yazıçıları  Birliyi  tərəfindən  çap  edilən  “Çingiz 

Aytmatov. Mən Manas oğluyam” kitabında yazıçının ayrı-ayrı müxbirlərlə 

müsahibələri,  böyük  qırğız  yazıçısının  Azərbaycan  xalqının  görkəmli 

dövlət  xadimi  Heydər  Əliyev  haqqında  düşüncələri,  ölkə  başçısı  İlham 

Əliyev  barəsində  dedikləri,  bir  çox  müasirlərinə  göndərdiyi  məktub  və 

teleqramlar,  Bəxtiyar  Vahabzadə,  Anar  və  Hüseynbala  Mirələmov 

barəsində  yazıları  və  azərbaycanlı  qələm  sahiblərinin  yazdığı  məqalələr 

Çingiz  Aytmatovun  həyat  və  yaradıcılığının  ayrı-ayrı  məqamlarının 

öyrənilməsi baxımından əhəmiyyətlidir. 2013-cü ildə nəşr olunan “Çingiz 

Aytmatov. Türk ruhunun qələbəsi” kitabı Çingiz Aytmatov və Azərbaycan 

mövzusunda  ədəbi  əlaqələrin  öyrənilməsi  baxımından  mühüm  əhəmiyyət 

kəsb  edən  fəaliyyət  olmuşdur.  Elnarə  Akimovanın  tərtibi  və  “Bitməyən 

yol, susmayan dua” ön sözü ilə nəşr olunan kitabın elmi redaktoru AMEA-

nın  vitse-prezidenti,  akademik  İsa  Həbibbəylidir.  Kitab-topluda 

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və başqa ölkələrin nümayəndələrinin 

Çingiz Aytmatovla bağlı yazılmış məqalələri yer almışdır.  

Leyla  Gərayzadənin  “Seysmik  ərazi”  və  “Rusdilli  türk  yazıçıların 

ideya  axtarışları”  kitablarında  və  elmi  məqalələrində  Çingiz  Aytmatov 

yaradıcılığının  müəyyən  istiqamətləri  tədqiqata  cəlb  edilmişdir. Müəllifin 

Bişkekdə 

çap 


olunan 

“Çingiz 


Aytmatov 

dünyası” 

kitabını 

aytmatovşünaslığa  Azərbaycan  elminin  verdiyi  qiymətli  töhfələrdən  biri 

hesab  etmək  olar.  Azərbaycanda  Çingiz  Aytmatovun  yaradıcılığı 

dilşünaslıq baxımından da öyrənilmişdir. Ülviyyə Hüseynova Bakı Dövlət 

Universitetində  “Çingiz  Aytmatovun  rusdilli  əsərlərində  türkizmlər”  adlı 

dilçilik  yönlü  filologiya  üzrə  fəlsəfə  doktorluğu  işi  yazmışdır. 

Tədqiqatçının 2008-ci ildə işıq üzü görmüş eyni adlı kitabı və yazıçının 80 

illik yubileyinə həsr olunmuşdur. Çingiz Aytmatov və onun əsərləri qırğız 

filminin  inkişafında  mühüm  rola  malikdir.  Yazıçının  bu  istiqamətdə 

fəaliyyəti  də  Azərbaycan  elmi-nəzəri  fikrinin  diqqətindən  qaçmamışdır. 




Yüklə 231,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə