Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 231,73 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix24.12.2017
ölçüsü231,73 Kb.
#17503
1   2   3   4   5   6   7   8   9

 

Kinoşünas  Tofiq  İsmayılov  özünün  “Türk  xalqlarının  kino  sənəti”  adlı 



kitabında ayrı-ayrı türk xalqlarının kino sənətinin yaranması və onun ideya 

məziyyətlərindən bəhs etmişdir. Tədqiqatçı eyni zamanda qırğız kinosunun 

yaranması,  Çingiz  Aytmatovun  əsərlərinin  səhnə  taleyi  ilə  bağlı 

mülahizələr  irəli  sürmüş,  araşdırma  aparmışdır.  Göründüyü  kimi,  Çingiz 

Aytmatov  və  Azərbaycan  mövzusuna  dair  kifayət  qədər  material  mövcud 

olsa da, bu istiqamətdə sistemli və ətraflı tədqiqat aparılmamışdır. Mövcud 

araşdırmalarda  ya  Çingiz  Aytmatovun  yaradıcılığının  ayrı-ayrı  sahələri, 

yaxud hər hansı bir əsəri, görüş təəssüratları, kitablarına müqəddimələr öz 

əksini  tapmışdır.  Beləliklə,  mövzu  ilə  bağlı  adı  çəkilən  araşdırmaları, 

Çingiz  Aytmatovun  və  Azərbaycan  nəsrinin  görkəmli  nümayəndələrinin 

əsərlərini  qarşılıqlı  təhlilə  cəlb  etməklə  dissertasiyada  qarşıya  qoyulan 

məqsəd sistemli təhlildən keçirilmiş və tədqiq olunmuşdur. 



Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  obyektini  Çingiz 

Aytmatov  fenomeninin  və  onun  yaradıcılığının  epoxa  xüsusiyyətlərinin, 

yazıçının  yaradıcılığı  kontekstində  Azərbaycan  və  qırğız  nəsrində  mövzu 

və  ideya  paralellərinin,  sənətkarın  Azərbaycan  ədibləri  ilə  ikitərəfli 

münasibətlərinin öyrənilməsi təşkil edir.  

Tədqiqatın  predmetini  Çingiz  Aytmatovun  həyatı,  ədəbi-bədii 

yaradıcılığı,  epistolyar  irsi,  onun  Azərbaycana  olan  münasibətini  ifadə 

edən  məqalələri,  teleqram,  müsahibə  və  çıxışları,  Azərbaycanda  yazıçı 

haqqında dərc olunmuş elmi-nəzəri materiallar təşkil edir.  

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  məqsədi  Azərbaycan 

ədəbiyyatşünaslığında  Çingiz  Aytmatov  fenomeninə münasibət,  yazıçının 

Azərbaycana  dair,  həm  də  sələfi  və  müasiri  olduğu  görkəmli  mədəniyyət 

xadimlərimiz haqqında fikir və mülahizələrini öyrənmək və hər iki xalqın 

yaşadığı  oxşar  tarixi  gerçəkliklərin  bədii  ədəbiyyatda  bir-birinə  bənzər 

ifadəsini  araşdıraraq  ümumiləşdirmələr  aparmaqdan  ibarətdir.  Qarşıya 

qoyulmuş  məqsəd  aşağıdakı  vəzifələrin  həyata  keçrilməsini  müəyyən 

etmişdir:  

 -  Çingiz  Aytmatovun  həyat  və  yaradıcılığının  əsas  mərhələlərinə  

ümumi  baxış,  yaradıcılığının  epoxa  xüsusiyyətlərinin  və  əsərlərinin 

yazılma səbəblərinin, istinad etdiyi həyat gerçəkliklərinin tədqiqi; 

-    Çingiz  Aytmatovun  ölkəmizin  görkəmli  dövlət  xadimi  Heydər 

Əliyev,  ölkə  başçısı  cənab  prezident  İlham  Əliyevlə  qarşılıqlı  yüksək 

səviyyəli münasibətlərinin öyrənilməsi

-  Çingiz  Aytmatovun  müxtəlif  zamanlarda  Azərbaycana  səfərləri, 

verdiyi  müsahibələri,  görkəmli  Azərbaycan  sənətkarları  haqqında  yazdığı 

məqalələrində Azərbaycan ədəbiyyatına münasibətinin araşdırılması; 



 

-  Çingiz  Aytmatov  və  müasiri  olduğu  Azərbaycan  yazıçılarının 



yaradıcılığında  oxşar  motivlərlə,  tipoloji  oxşarlıqlarla  yanaşı  fərqli 

xüsusiyyətlərin öyrənilməsi; 

-  Çingiz  Aytmatov  və  İsa  Hüseynovun  povestləri  əsasında  İkinci 

Dünya  müharibəsi  zamanı  arxa  cəbhədə  kənd  reallıqlarının  təsvirinin 

araşdırılması; 

-  Çingiz  Aytmatov  və  Yusif  Səmədoğlu  yaradıcılığının  müqayisəli 

təhlili  ilə  30-cu  illər  repressiyasının  bədii  ədəbiyyatda  təzahürü 

məsələlərinin öyrənilməsi; 

-  Azərbaycan  ədəbiyyatşünaslığlında  Çingiz  Aytmatov  fenomeninə 

münasibət, 

görkəmli 

tədqiqatçılarımızın 

yazıçının 

həyat 


və 

yaradıcılığından  bəhs  edən  tədqiqatlarının  araşdırılması  və  elmi  cəhətdən 

qiymətləndirilməsi; 

-  Çingiz  Aytmatovun  əsərlərinin  Azərbaycan  dilinə  tərcüməsi  və 

ölkəmizdə nəşri problemlərinin araşdırılması. 

Tədqiqatın  elmi  yeniliyi.  Dissertasiya  müstəqillik  ideyalarının 

işığında Çingiz Aytmatov yaradıcılığının Azərbaycanda sistemli tədqiqi və 

bir  sıra  ortaq  tarixi  hadisələrin  qırğız  və  Azərbaycan  nəsrində 

öyrənilməsinə həsr olunmuş ilk sistemli tədqiqatdır. İşin elmi yeniliklərinə 

aid konkret olaraq aşağıdakıları göstərmək olar:  

-  Çingiz  Aytmatov  yaradıcılığının  epoxa  xüsusiyyətləri,  əsərlərinin 

istinad olunduğu həyat həqiqətləri öyrənilmişdir;  

-  İlk  dəfə  olaraq  repressiya  gerçəkliklərinin  Çingiz  Aytmatovun 

“Çingiz xanın ağ buludu” və Yusif Səmədoğlunun “Qətl günü” romanları 

əsasında paralel şəkildə təhlilə cəlb edilmişdir;  

-  Çingiz  Aytmatovun  və  İsa  Hüseynovun  povestləri  əsasında  İkinci 

Dünya  müharibəsində  arxa  cəbhənin  ağır  sınaq  qarşısındakı  gerçəklikləri 

müqayisəli tədqiq edilmişdir; 

 -Çingiz Aytmatovun əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri 

məsələləri sistemli şəkildə araşdırılmışdır;  

-  Azərbaycan  ədəbiyyatşünaslığında  Çingiz  Aytmatov  şəxsiyyəti  və 

yaradıcılığına münasibət kompleks şəkildə öyrənilmişdir

 -  İlk  dəfə  olaraq  Çingiz  Aytmatovun  Azərbaycan  yazıçılarına 

ünvanlanmış çoxsaylı məktubları toplanılmış və təhlilə cəlb olunmuşdur;  

-  Çingiz  Aytmatovun  “Üz-üzə”  povesti  Azərbaycan  dilinə  tərcümə 

olunmuş və tədqiqat prosesində əsərdən istifadə edilmişdir. 

Tədqiqatın  nəzəri-metodoloji  əsasları. Dissertasiya işində filologiya 

elmi  sahəsindəki  milli  və  ümumbəşəri  dəyərlər,  ədəbi-bədii  materiallar 

sistemli şəkildə araşdırılmışdır. Tədqiqat zamanı tarixilik prinsipinə ardıcıl 



Yüklə 231,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə