Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 231,73 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix24.12.2017
ölçüsü231,73 Kb.
#17503
1   2   3   4   5   6   7   8   9

 

riayət  edilmişdir.  Bu  zaman  tipoloji-müqayisəli  təhlil  metoduna  üstünlük 



verilmiş, faktların təhlilində deduktiv və induktiv metodlardan da istifadə 

olunmuşdur.  



Tədqiqatın  nəzəri-praktik  əhəmiyyəti.  Dissertasiya  işində  Çingiz 

Aytmatovun  yaradıcılığının  Azərbaycanda  tədqiq  tarixi,  Azərbaycan  və 

qırğız  nəsrində  ortaq  ideyaların  təzahür  formaları  müəyyənləşdirilmişdir. 

Tədqiqatda  əldə  edilən  elmi  nəticələr  Türk  xalqları  ədəbiyyatı  və 

Azərbaycan ədəbiyyatı fənlərinin tədrisində, tədris proqramları və metodik 

vəsaitlərin  hazırlanması  zamanı,  həmçinin  bu  istiqamətdə  aparılan 

araşdırmalarda istifadə edilə bilər. 

İşin  aprobasiyası.  Dissertasiya  AMEA  Nizami  adına  Ədəbiyyat 

İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində yerinə yetirilmiş, işin əsas 

müddəaları  müxtəlif  elmi  məcmuələrdə  və  beynəlxalq  konfransların 

materiallarında dərc olunmuş elmi məqalələrdə öz əksini tapmışdır. 



İşin strukturu və həcmi. Dissertasiya işi girişdən, üç fəsildən, nəticə 

və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 



 

 

TƏDQİQATIN ƏSAS MƏZMUNU 

 

Dissertasiyanın “Giriş”  hissəsində mövzunun aktuallığı, tədqiq tarixi, 

tədqiqatın  məqsəd  və  vəzifələri,  obyekti  və  predmeti,  nəzəri-metdoloji 

əsası, elmi yeniliyi və təcrübi əhəmiyyəti öyrənilmişdir.  

Dissertasiyanın birinci fəsli “Çingiz Aytmatov fenomeni və yazıçının 

Azərbaycana  münasibəti”  adlanır.  Bu  fəsil  iki  bölmədən  ibarətdir. 

“Sovet ədəbiyyatında dönüş dövrü: Çingiz Aytmatov epoxası” adlanan 

birinci  yarımfəsildə  ilkin  olaraq  qırğız  yazılı  ədəbiyyatının  yaranması  və 

Çingiz Aytmatova qədər keçdiyi inkişaf yoluna nəzər salınır. Qırğız yazılı 

ədəbiyyatı  ötən  əsrin  əvvəllərində  yaranmışdır.  Xüsusilə  də,  sovet 

quruculuğu  bu  işə  təkan  vermiş,  ilk  qırğız  qəzet  və  jurnalları  meydana 

gəlmişdir.  Qırğız  dilində  yazılan  ilk  bədii  əsər  Moldo  Kılıç 

Şamırkanulunun  “Zilzala”  adlı  şeirlər  kitabıdır.  1924-cü  ildən  qırğız 

dilində  nəşr  olunan  “Ərkin  too”  (“Azad  dağlar”)  qəzetinin  yaranması 

qırğız  ədəbiyyatı  tarixində  hadisə  hesab  olunur.  “Ərkin  too”  ilk  qırğız 

qəzeti  olmaqla  yanaşı,  yeni  nəsil  qırğız  şair  və  yazıçılarının  meydana 

çıxmasında  əhəmiyyətli  rola  malikdir.  Aali  Tokombayev,  Toktoqul 

Satılqanov,  Toqolok  Moldo,  Qasımalı  Bayalinov,  Tugelbay  Sıdıqbayev, 

Toktoqul  Satılqanov,  Suyunbay  Eraliyev,  Sooronbay  Cusuyev,  Alıkul 

Osmanov,  Sadiq  Karaçev  və  digərləri  mətbuat  səhifələrində  bədii 




 

nümunələrini  çap  etdirmiş,  qırğız  yazılı  ədəbiyyatının  inkişafına  töhfələr 



vermişlər. 

Digər  türk  xalqlarına  nisbətən  gec  yaranan  qırğız  yazılı  ədəbiyyatı 

özünün ən kamil zirvəsinə məhz Çingiz Aytmatovla çatmışdır. Bir məsələ 

də  var  ki,  köklü  yazılı  ədəbiyyat  ənənəsinə  malik  olmasalar  da,  qırğızlar 

zəngin  folklor  yaradıcılığı  ilə  seçiliblər.  Belə  ki,  qırğız  eposu  “Manas” 

həcminə  görə  dünyanın  ən  nəhəng  folklor  nümunəsidir.  Məhz  belə  bir 

mədəniyyət  abidəsi  olan  qırğız  xalqının  gələcəkdə  Çingiz  Aytmatov 

səviyyəsində  qüdrətli  bir  yetişdirməsinin  meydana  çıxması  təsadüf  yox, 

zərurət  idi.  Odur  ki,  XX  əsrin  20-ci  illərinin  sonunda  Qırğızıstanın  Şəkər 

kəndindən  ədəbiyyat  dünyasına  günəş  kimi  parlayan  Çingiz  Torekul  oğlu 

Aytmatov doğulmuş və parlaq şəfəq saçmışdır. 

Ədəbiyyatın  ümumbəşəri  missiyasını  yazıçı,  xalqının  keçmişindən 

gələn  enerji  və  istedadı  sayəsində  dərindən  ifadə  etməyi  bacarmışdır.  Bu 

baxımdan  dünyanın  nəhəng  klassikləri  ilə  eyni  cərgədə  təmsil  olunan 

Çingiz  Aytmatovun  yaradıcılığının  tədqiqi  hər  zaman  öz  aktuallığını 

qoruyub  saxlayır.  YUNESCO-nun  son  illərə  qədər  apardığı  statistikalara 

görə  Çingiz  Aytmatovun  əsərləri  dünyanın  170-dən  çox  dilində,  150-dən 

çox  ölkəsində  nəşr  olunmuşdur.  Bu  amil  yazıçının  dünya  ədəbiyyatında 

mövqeyini ifadə edən və ən nəhəng klassiklərlə eyni cərgəni paylaşdığını 

göstərən ciddi faktdır. 

 Çingiz  Aytmatov  yaradıcılığı  ilə  sovet  ədəbiyyatında  yeni  epoxanın 

əsasını  qoymuşdur.  Ona  qədər  məlum  ideoloji  konsepsiyanın  daxilində 

sərhədlənən  və  bir  çox  hallarda  ümumdünya  nəsrinin  inkişaf  stixiyası  ilə 

uzlaşmayan  qəlibi  Çingiz  Aytmatov  “Üz-üzə”(1957),  “Cəmilə”(1958) 

povestləri ilə  sındıra  bildi. Daha  sonra  qələmə  aldığı  povest  və  romanları 

nəinki sovet imperiyasının, dünya nəsrinin orijinal və kamil nümunələrinə 

çevrildi.  Yarımfəsildə  Çingiz  Aytmatovun  həyat  yolu  və  yaradıcılığı 

kompleks  şəkildə  nəzərdən  keçirilmişdir.  Əsərlərində  istinad  etdiyi  əsas 

həyat həqiqətləri və həmin gerçəkliklərin yazıçının nəsrində hansı formada 

inikası məsələləri aydınlaşdırılmışdır.  

Birinci  fəslin  ikinci  hissəsi  “Çingiz  Aytmatov  Azərbaycan  və 

Azərbaycan  ədəbiyyatı  haqqında”  adlanır.  Çingiz  Aytmatov  istər  sovet 

dövründə,  istərsə  də  müstəqillik  illərində  Azərbaycana  dəfələrlə  səfərlər 

etmiş,  sovet  dövründə  Moskvada  və  dünyanın  müxtəlif  ölkələrində 

azərbaycanlı qələm adamları ilə görüşmüş, məktublar göndərmiş, sələfi və 

müasiri  olduğu  yazıçı  və  şairlərimiz  haqqında  dəyəli  məqalələr  yazmış, 

çıxışlar  etmişdir.  Dövri  mətbuatdan,  kitablardan,  arxivdən  müxtəlif 

sənətkarlamızın qovluqlarından əldə olunan materiallar əsasında yazıçının 



Yüklə 231,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə