Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 231,73 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix24.12.2017
ölçüsü231,73 Kb.
#17503
1   2   3   4   5   6   7   8   9

 

12 


başlayaraq  Nizami,  Nəsimi,  Füzuli,  Cəlil  Məmmədquluzadə,  Səməd 

Vurğun  və  müasirləri  Rəsul  Rza,  Bəxtiyar  Vahabzadə,  İmran  Qasımov, 

Anar,  Şahmar  Əkbərzadə,  Hüseynbala  Mirələmov  haqqında  qiymətli 

fikirlər bildirmiş, haqqında müsahibələr vermiş, məqalələr yazmışdır. 

Dissertasiyanın  “Qırğız  və  Azərbaycan  nəsrində  mövzu  və  ideya 

paralelləri  (Çingiz  Aytmatovun  yaradıcılığı  konteksində)”  adlanan 

ikinci  fəsli  iki  bölmədən  ibarətdir.  “Qırğız  və  Azərbaycan  nəsrində 



müharibə  reallıqlarının inikası”    adlı birinci yarımfəsildə İkinci Dünya 

müharibəsi  zamanında  arxa  cəbhədə  baş  verən  hadisələrin  Çingiz 

Aytmatov  və  görkəmli  Azərbaycan  nasiri  İsa  Hüseynovun  povest 

yaradıcılığında inikası məsələləri araşdırılmışdır.  

XX  əsr  Azərbaycan  nəsrinin  görkəmli  nümayəndəsi  İsa  Hüseynovun 

İkinci  Dünya  müharibəsi  illərindən  bəhs  edən  “Tütək  səsi”  və  “Saz” 

povestləri  ilə  Çingiz  Aytmatovun  eyni  mövzuda  yazdığı  “Üz-üzə”, 

“Cəmilə”,  “Ana  tarla”  və  “Erkən  gələn  durnalar”  əsərlər  arasında  ortaq 

cəhətlər  mövcuddur.  Bu  cəhətləri  meydana  çıxaran  ciddi  səbəblər  vardır. 

Birincisi, hər iki sənətkar eyni quruluşda - SSRİ-nin tərkibində yaşamış və 

yazıb-yaratmışdır.  Həm  qırğız,  həm  Azərbaycan  xalqı  repressiya  ilə 

cəzalandırılmış,  daha  sonra  müharibənin  ağır  sınağı  ilə  üz-üzə  qalmışdır. 

İkincisi,  onlar  eyni  ildə  (1928-ci  il)  doğulmuş  və  müharibəni  eyni  yaşda 

(13-14  yaş)  qarşılamışdırlar.  Müharibə  dəhşətinin,  onu  ağrı-acısının,  heç 

vaxt  sağalmayacaq  yaraları  vardır.  Bunu  hər  iki  yazıçı  dərk  edirdi.  Bu 

amillərin onların yaradıcılıqlarında necə əks olunması təbii ki, müharibəni 

hansı yaşda qarşılamaları ilə birbaşa bağlıdır. Üçüncüsü, coğrafi baxımdan 

çox uzaq olsa da, hər iki müəllifin əsərlərində təsvir olunan kəndin bir-biri 

ilə oxşar tərəfləri həddindən artıq çoxdur. Bu kəndlər hər şeydən öncə ağır 

sınaq qarşısındadır.  Burada  durmadan  çalışan,  işləyən,  aclığa,  yoxsulluğa 

dözən,  qələbəyə  sonsuz  ümidlə  inanan  insanlar,  hər  gün  “qara  kağız”la 

qadınları  ərlərindən,  uşaqları  atalarından,  bacıları  qardaşlarından  ayıran, 

yarıac  kənd  camaatı  yaşayır.  Dördüncüsü,  hər  iki  yazıçı  etnik  kökəncə 

türkdür və bu amil onların yaradıcılığına ciddi təsir edən faktdır. Beşincisi, 

hər iki yazıçının mövzu ilə bağlı yazdığı əsərlərdə avtobioqrafizm olduqca 

güclüdür. 

Bir-birindən min kilometrlərlə uzaq məsafədə yerləşən Azərbaycan və 

Qırğız  kəndlərinin  müharibə  sınağı  qarşısındakı  tale  bənzərliyi  və 

qəhrəmanlarına  yanaşmada  ən  ali  insani  dəyərlərlə  yanaşması  iki  böyük 

yazıçının  yaradıcılığında  oxşar  məqamların  yaranmasına  səbəb  olmuşdur. 

Hər  iki  yazıçının  əsərlərində  avtobioqrafizm  güclüdür  və  baş  verən 

hadisələr şəxsi müşahidələrinin nəticəsdir. 




 

13 


 “Qırğız  və  Azərbaycan  nəsrində  repressiya  mövzusunun  bədii-

estetik  səciyyəsi”  adlanan  ikinci  yarımfəsildə  30-cu  illərin  məlum  qanlı 

hadislərinin  Çingiz  Aytmatov  və  Yusif  Səmədoğlu  yaradıcılığında  inikası 

məsələləri öyrənilmişdir. Repressiya bütün mahiyyəti ilə ilk növbədə yerli 

xalqların milli özünəməxsusluğunu məhv edərək sovetizmin (bolşevizmin) 

dayaqlarını  möhkəmləndirmək  və  Çingiz  Aytmatovun  vurğuladığı  kimi 

manqurt  nəsil  formalaşdırmaq  məqsədilə  bilərəkdən  törədilmişdi.  Qırğız 

və  Azərbaycan  nəsrində  eyni  motivli  əsərlərin  yaranmasının  obyektiv 

səbəbləri vardır. Təbii ki, imperiyanın yürütdüyü siyasətin xalqlarda oxşar 

təsiri,  eyni  zamanda  buna  adekvat  münasibətdə  etnik  cəhətdən  eynilik  bu 

və 


ya 

digər 


dərəcədə 

bir-birinə 

yaxın  əsərlərin  yaranmasını 

şərtləndirmişdir.  Necə  ki,  İkinci  Dünya  müharibəsi  ilə  bağlı  Çingiz 

Aytmatovla  İsa  Hüseynovun  povestləri  ideya  və  məzmun  baxımından 

səsləşir,  eləcə  də  repressiya  ilə  bağlı  yazıçı  ilə  Yusif  Səmədoğlunun 

mövzuya həsr olunmuş əsərləri arasında paralellər az deyil.  

Çingiz  Aytmatov  özünün  “Gün  var  əsrə  bərabər”  (1980)  romanı  ilə 

bütün dünyanı silkələməyi bacardı. Əsər bir insanın faciəsindən başlamış 

bəşəri səviyyədə  aparılan manqurtlaşmadan,  imperialist  maraqlardan  bəhs 

etməklə  bərabər,  Abutalıb  Kutubbayevin  həyat  faciəsi  əsasında  Stalin 

rejiminin törətdiyi repressiyadan, cinayətdən bəhs edirdi. Yazıçı romanda 

Abutalıbın  taleyinə  sona  qədər  aydınlıq  gətirmədi  və  onun  taleyi 

müəmmalı  qaldı.  Beləliklə,  “Çingiz  xanın  ağ  buludu”  povestində 

Aytmatov yenidən həmin mövzuya qayıdaraq onu uşaqlıqdan narahat edən 

mövzunu,  tarixi  faciəni  tam  şəkildə  təsvir  etmişdir.  1987-ci  ildə 

“Azərbaycan”  jurnalında  görkəmli  yazıçı  Yusif  Səmədoğlunun  “Qətl 

günü”  romanı  çap  olunmuş  və  Çingiz  Aytmatov  toxunduğu  repressiya 

mövzusunu müəllif Azərbaycan gerçəkliyinə uyğun şəkildə təsvir etmişdir. 

Təbii  ki,  hər  iki  yazıçının  mövzuya  müraciət  etməsi  və  faciənin  yüksək 

dəqiqliklə  əks  olunması  onların  şəxsi  avtobioqrafiyaları  ilə  birbaşa 

bağlıdır.  Necə  ki,  “Gün  var  əsrə  bərabər”  romanı  və  “Çingiz  xanın  ağ 

buludu” povestinin qəhrəmanı Abutalıb Kutubbayevin taleyi ilə yazıçının 

atası  Torequlun,  əmisi  Rəsulbəyin  acınacaqlı  sonluğu  bu  və  ya  digər 

dərəcədə  oxşardırsa,  “Qətl  günü”  romanının  qəhrəmanı  Sədi  əfəndinin 

taleyi  də  yazıçının  atası,  görkəmli  Azərbaycan  şairi  Səməd  Vurğunun 

həyat  hekayəsi  arasında  bənzərliklər  çoxdur.  Uşaqlıqdan  süzülüb  gələn 

xatirələr,  iti  müşahidələr  və  ən  əsası  yüksək  yaradıcılıq  istedadı  bu 

əsərlərin meydana gəlməsinə səbəb olmuşdur. Həm “Qətl günü”, həm də 

“Çingiz xanın ağ buludu” əsərində nisbi götürəndə müstəqil mahiyyət kəsb 

edən və bir-biri ilə varislik əlaqəsi daşıyan tarixi dövrlər əks olunmuşdur. 



Yüklə 231,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə