Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 231,73 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix24.12.2017
ölçüsü231,73 Kb.
#17503
1   2   3   4   5   6   7   8   9

 

14 


“Qətl  günü”ndə  hadisələr  Sədi  Əfəndinin  eyniadlı  romanındakı  Adsız 

hökmdardan  bəhs  olunan  qeyri-müəyyən  tarixi  dövr,  Sədi  Əfəndinin  öz 

taleyinin  əks  olunduğu  30-cu  illər  və  yazıçının  öz  dövrü,  yəni  70-80-ci 

illərdə  baş  verir.  “Çingiz  xanın  ağ  buludu”  povesti  isə  iki  hissədən 

ibarətdir.  Tarixi  qismdə  dünyanın  ən  nəhəng  imperiyalarından  birini 

qurmuş, bəşər tarixinin ən böyük hərbi strateqlərindən biri sayılan Çingiz 

xandan  bəhs  olunur.  Abutalıb  Kutubbayevin  topladığı  “Sarıözək  edamı” 

adlı  əfsanəsində  Tanrının  Çingiz  xana  qələbə  rəmzi  kimi  ağ  bulud  bəxş 

etməsi  və  ona  sadiq  olacağı  müddətə  qədər  buludunu  onun  başının 

üzərində olacağı şaman tərəfindən müjdələnir. Çingiz xanın Tanrıya qarşı 

çıxması,  təbiətin  qanunu  pozmasının  nəticəsində  bulud  onu  tərk  edir  və 

onun  məğlubiyyətinin  başlanğıcı  olur.  İkinci  hissədə  isə  30-cu  illərin 

məlum  qanlı  hadisələri  təsvir  olunmuşdur.  Ayrı-ayrı  götürdükdə  hər  iki 

əsərin  hissələri  müstəqil  süjet,  kompozisiya  və  personajlara  malikdir. 

Amma  bu  hissələri  ümumi  məqsəd  birləşdirir  ki,  onun  elementləri  bütün 

tarixi dövrlərə səpələnmişdir.  

Hər  iki  yazıçının  əsərində  əsas  qəhrəmanın  özünün  yazdığı  və  ya 

topladığı əsəri vardır. Çingiz Aytmatovun əsərində Abutalıb Kutubbayevin 

Çingiz xandan bəhs edən “Sarıözək edamı” əfsanəsi, Yusif Səmədoğluda 

romanında  isə  Sədi  Əfəndinin  yazdığı  və  Adsız  hökmdardan  bəhs  etdiyi 

“Qətl  günü”  romanı  vardır.  Həm  Sədi  Əfəndiyə,  həm  də  Abutalıba  qarşı 

irəli  sürülən  ittihamlarda  onların  əsərləri  başlıca  fakt,  dəlil  kimi  istifadə 

olunur.  Hər  iki  yazıçının  öz  şəxsi  avtobioqrafiyasından  doğan  və 

müşahidələrinin  nəticəsi  kimi  meydana  çıxan  qəhrəmanları  dövrün 

dəhşətinin  real  mənzərəsini  canlandırmağa  imkan  verir.  Şərdən  şərin, 

xeyirdən  isə  xeyrin  doğulması  və  bu  varisliyin  zaman  və  məkandan  asılı 

olmayaraq davam etməsi, bu qüvvələr arasındakı amansız mübarizə hər iki 

yazıçını  düşündürmüşdür.  Hər  iki  yazıçı  şərin  zülmü  nə  qədər  dözülməz 

olsa  belə  sonunda  Tanrının  ədalətinin  qələbə  çalacağına  sonsuz  inamını 

ifadə etmişdir. Yusif Səmədoğlunun “Qətl günü”  əsərində şərin təmsilçisi 

Hökmdarın  “qırmızı”  xətti  xalqın  sevimli  şairini  edam  etdirməsi  ilə 

başlayır  və  Baba  Kahanın  dondurucu  küləyi  hər  şeyi  buza  döndərir.  Bu 

zaman şairin kəsilmiş başı gözü açıq şəkildə olanları müşahidə edir. Xalqın 

sevimlisi  Şairin  kəlləsi  saraydakı  digər  iki  şair  tərəfindən  öz 

satqınlıqlarının əvəzində verilən ənam olaraq istənilərkən münəccim bunun 

fəlakətlə  nəticələnəcəyi  ilə  bağlı  xəbərdarlıq  etmişdi.  Bir  şairin  digərinin 

başını ənam kimi istəməsi dövrün qəddar hökmdarını belə dəhşətə gətirir: 

“Belə  məmləkətin  bir  qalasını  yox,  cəmi  qalalarını  almaq  olar.  Belə 

məmləkəti  yerlə  yeksan  etmək  olar...  Mən  çox  məmləkətlər  görmüşəm, 



 

15 


amma şairi şairinin başını istədiyi məmləkəti görməmişdim...”

1

.  



Çingiz  xan  öz  dünya  hökmranlığı  naminə  inandığı  göyə,  uğur  rəmzi 

kimi  ona  bəxş  olunan  ağ  buluda  xəyanət  edir,  təbiətin  başlıca  qanununa 

qarşı çıxır. Onun dünyaya uşaq gətirməsini yasaqlaması, bu qanunu pozan 

Doğulanq və Ərdənənin edam etdirməsi Tanrının qəzəbinə tuş gəlir və ağ 

buludun onu tərk etməsi məğlubiyyətinə və nəticədə faciəsinə səbəb olur. 

“Döyüşlərdə  çalınacaq  zəfər  naminə  Çingiz  xan  həyatın  özünün  və 

Tanrının üzünə ağ olaraq təbiətin qanuna belə dönüklük elədi. Ona qalmış 

olsaydı,  hətta  Tanrını  da  özünə  tabe  eləyərdi,  axı  qadının  uşağa  qalması 

Tanrıdan xəbər gözləməsi idi”

2

 Görücü tərəfindən işarələndirilən və Çingiz 



xanın  özünün  də  heyrətə  gətirən  Ağ  bulud  Tanrının  nişanəsi  kimi  çıxış 

edir.  Çingiz  Aytmatov  yaradıcılığına xas olan  mifologiyaya,  xalqın tarixi 

keçimişindən  süzülüb  gələn  mətnlərə  müraciət  Ağ  buludun  timsalında 

əsərdə uğurla istifadə olunmuşdur. Eyni zamanda “Qətl günü” romanında 

Baba Kaha xalqın keçmiş inancını ifadə edən, mifoloji simvol kimi çıxış 

edir.  Həm  ağ  bulud,  həm  Baba  Kaha  Tanrının  nişanəsi  kimi  nizamlayıcı, 

eyni  zamanda  cəzalandırıcı  funksiyanı  yerinə  yetirirlər.  Hər  nə  qədər  şər 

mövcuddursa, Tanrının nizamının, xeyirin sonda qələbəsi labüddür. Hər iki 

yazıçının  gəldiyi  qənaət  də  məhz  budur.  Beləliklə,  ötən  əsrin  30-cu 

illərində  kommunist  rejiminin  törətdiyi  cinayəti  məhz  bu  cinayətin 

qurbanlarının övladları ədəbiyyata gətirdi. “Çingiz xanın ağ buludu”, “Qətl 

günü”  özündə  ümumiləşdirici  mahiyyət  kəsb  edərək  Azərbaycan, 

Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və digər məmləkətlərdə 

günahsız yerə öldürülən milyonlarla insana qoyulan ədəbi abidə idi. Həm 

Çingiz  Aytmatov,  həm  də  Yusif  Səmədoğlu  tarixi  missiyanı  uğurla  icra 

etmişdir. 

Dissertasiyanın      sonuncu  fəsli  “Çingiz  Aytmatovun  yaradıcılığı 

Azərbaycan  ədəbiyyatşünaslığında”  adlanır.  “Azərbaycan  ədəbiyyat-

şünaslığında  Çingiz  Aytmatov  yaradıcılığının  tədqiqinin  prinsip  və 

istiqamətləri” adlı birinci bölmədə Azərbaycanda yazıçı ilə bağlı aparılan 

tədqiqatlara nəzər salınmışdır.  

XX  əsrin  ikinci  yarısında  Çingiz  Aytmatov  yaradıclığı  ilə  dünya 

ədəbiyyatında  özünəməxsus  zirvə  ucaltmışdır.  Qüdrətli  yazıçı  dünyanın 

dörd  bir  yanında,  müxtəlif  dillərə  tərcümə  olunmuş,  haqqında 

monoqrafiyalar,  məqalələr  yazılmışdır.  Yaradıcılığa  başladığı  ilk  illərdən 

etibarən  Çingiz  Aytmatovun  əsərlərinə  Azərbaycan  elmi-bədii  fikrində 

                                                 

1

 

Səmədoğlu Yusif. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005, s. 62



 

2

 Aytmatov Çingiz. Seçilmiş əsərləri. İki cilddə II cild. Bakı: Öndər, 2004, s. 313 




Yüklə 231,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə