Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.

səhifə1/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   137


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 
 
 
 
 
 
 
 
 
ƏDƏBİYYAT  
MƏCMUƏSİ
 
 
 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
 
Ə S Ə R L Ə R İ
 
 
 
 
 
XXIX cild 
 
 
 
 
 
 
 
Bakı – Elm və təhsil – 2017  


 

Baş redaktor 
 
İsa HƏBİBBƏYLİ 
AMEA-nın həqiqi üzvü 
 
 Redaksiya heyəti: 
 
Teymur KƏRİMLİ – AMEA-nın həqiqi üzvü 
Məhərrəm QASIMLI – filologiya üzrə elmlər doktoru, professor 
Məmməd ƏLİYEV – filologiya üzrə elmlər doktoru, professor 
 Əlyar SƏFƏRLİ   – AMEA-nın müxbir üzvü 
Şirindil ALIŞANLI – filologiya üzrə elmlər doktoru, professor 
İmamverdi HƏMİDOV – filologiya üzrə elmlər doktoru, professor 
Nüşabə ARASLI – filologiya üzrə elmlər doktoru, professor 
Teymur ƏHMƏDOV – filologiya üzrə elmlər doktoru, professor 
Zaman ƏSGƏRLİ – filologiya üzrə elmlər doktoru 
Bədirxan ƏHMƏDOV – filologiya üzrə elmlər doktoru, professor 
Aygün BAĞIRLI (məsul katib) – filologiya üzrə fəlsəfə doktoru,  
       dosent 
Asif RÜSTƏMLİ – filologiya üzrə elmlər doktoru, professor 
Tehran ƏLİŞANOĞLU – filologiya üzrə elmlər doktoru, professor 
Nikpur CABBARLI – filologiya üzrə fəlsəfə doktoru, dosent 
Eşqanə BABAYEVA – filologiya üzrə fəlsəfə doktoru, dosent 
Mehparə AXUNDOVA 
 
 
Ədəbiyyat  məcmuəsi  (Nizami  adına  Ədəbiyyat  İnstitutunun 
Əsərləri), XXIX c., Bakı, “Elm və təhsil”, 2017. – 373 s. 
 
 
“Ədəbiyyat məcmuəsi” jurnalı Azərbaycan Respublikasının 
Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan 
Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc  
olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxildir 
(filologiya elmləri üzrə). 
 
Müəllif hüquqları qorunur. Jurnal 1946-cı ildən nəşr olunur. 
 
ISSN 2409-5257 
 
© AMEA, Nizami adına Ədəbiyyat İnstitutu, 2017 
 


 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
İsa HƏBİBBƏYLİ 
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,  
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik
 
 
 
MOLLA PƏNAH OLAN ŞAİR 
 
Hər oxuyan Molla Pənah olmaz.  
El sözü
 
 
Açar sözlər: Molla Pənah Vaqif, yeni tipli şeir dili, böyük nəğməkar, poetik 
nümunələr, realist şeirin banisi 
Key words: Molla Panah Vagif, new type of poetry, great songstress, poetic 
examples, establisher of realist poetry 
Ключевые слова: Молла Панах Вагиф, поэтический язык нового типа, 
великий песенник, поэтические образцы, создатель реалистической поэзии
 
 
Azərbaycan  şeiri  uzun  əsrlər  ərzində  romantik  üslubda  və  əruz 
vəznində  yazılmışdır.  Romantik  üslub  orta  əsrlərin  ümumi  məhəbbət 
fəlsəfəsini yüksək bədii səviyyədə əks etdirmək üçün çox münasib idi. 
Məhəbbət və romantika bir-birini tamamlayan baxışlar kimi şeirdə də 
qoşa addımlamağın poeziyasını, mənəvi aləmin zənginliklərini, həsrət 
və vüsal aləmini bütün ucalığı ilə tərənnüm etməyə imkan yaratmışdır. 
Doğrudur, orta əsrlərdə təkcə sevgi macəraları deyil, bütün mətləblər: 
dövrandan  şikayət,  çərxi-fələkdən  giley,  «padişahi-mülk»  sahiblərinə 
münasibət  də  aşiqanə  şəkildə  ifadə  olunmuşdur.  «Aşiqanəlik»  –  orta 
əsr Azərbaycan poeziyasının danışan dili, açarı idi. Lakin XVII əsrdən 
etibarən Azərbaycan cəmiyyətində baş vermiş dəyişikliklər bütün mət-
ləblərin romantik üslubda, «aşiqanə» dillə tərənnüm edilməsinin çətin-
liklərini  nəzərə  çarpdırırdı.  Hələ  xeyli  əvvəl  Səfəvilər  dövlətinin  ta-
leyindəki ibrətamiz Çaldıran məğlubiyyəti romantik şeirin də ruhunda 
müəyyən  dəyişiklik  yaratmışdı.  Zaman  «qəlb  şairi»ndə  «Şikayətna-
mə»  yazmaq  “sifarişini”  meydana  çıxarmışdı.  Məhəmməd  Füzulinin 
məşhur  «Şikayətnamə»si  yalnız  bioqrafik  nəsr  əsəri  olması  ilə  deyil, 


 

sənətkarın  onu  narahat  edən  fikirləri,  ictimai  mətləbləri  artıq  nəinki 
romantik şeir vasitəsilə, ümumiyyətlə, yalnız şeir dili ilə mənalandır-
masının  çətinliklərini  diktə  edir.  Bu,  artıq  «qəlb  şairi»  olmağın  müş-
külatından  şikayət  idi.  Zaman  yeni  düşüncə  və  ifadə  tərzinə  tələbat 
yaratmışdı. «Şikayətnamə» – sonralar Mirzə Fətəli Axundzadənin bə-
yan  etdiyi  «Gülüstan»  və  «Zinətül-məcalis»  dövrü»ndən  kənara  çıx-
maq  zərurətinin  «ibtidası»  idi.  XVII  əsrin  ortalarından  Azərbaycanın 
xanlıqlara parçalanması  hadisəsi,  ölkədaxili  çəkişmələr və xarici  təz-
yiqlər dövri ədəbiyyatda romantika vasitəsi ilə qavranılacaq hadisələr 
deyildi.  Sözün  həqiqi  mənasında  XVII  əsrin  ortalarında  artıq  Zaman 
öz  içində  cəmiyyətə  realist  baxışları  hazırlamışdı.  Bu  vaxta  qədər 
Azərbaycan  xalq-aşıq  poeziyasında  «Qurbani  der»  –  intonasiyasında 
şeirlər meydana çıxsa da, yazılı ədəbiyyatda klassik lirika tilsimi hələ 
sınmamışdı. Şeirdə yeni tarixi mərhələyə keçid sənətkardan təkcə təb 
və  istedad  deyil,  ictimai-siyasi  düşüncə  və  cəmiyyətə  ayıq-sayıq 
münasibət bəsləməyi də tələb edirdi.  
XVIII  əsrdə  Molla  Pənah  Vaqif  yazılı  ədəbiyyatda  Azərbaycan 
şeirinin Qurbanisi missiyasını həyata keçirmişdir. Molla Pənah Vaqif 
Azərbaycanda  ədəbiyyatın  inkişafında  xüsusi  mərhələyə  çevrilmiş 
romantik  şeirdən  realist  tərənnümə  qəti  keçidin  banisidir.  Doğrudur, 
klassik  Azərbaycan  şeirində  də  realist  notlar  var  idi.  Molla  Pənah 
Vaqifə  qədər  Nizami  Gəncəvinin,  Əfzələddin  Xaqaninin,  hətta  Mə-
həmməd Füzulinin «seyli-sirişk içrə» nəfəs alan misraları, «var söz»ün 
ifadəsi  olan  gerçək  düşüncələri  də  şeirdə  görünmüşdü.  İmadəddin 
Nəsiminin üsyankar səsində, «şeir bazarçısına» etirazlarında romantik 
yüksəkliklə  birlikdə  gerçəkçi  bir  baxış  da  öz  əksini  tapmışdır.  XVII 
əsrdə  Azərbaycan  poeziyasındakı  “hind  üslubu”  ədəbiyyatı  saray  hə-
yatından çıxarmış, xalqa yaxın olan didaktik ideyaları şeirə gətirmiş-
dir. Lakin bütün bunlar hələ də romantik örpəyin yalnız xalları qədər 
idi və klassik lirikanın ictimai ruhu miqyasından uzağa gedə bilmirdi. 
Molla  Pənah  Vaqif  çoxəsrlik  Azərbaycan  şeirində  ilk  dəfə  olaraq 
«qəzəli-aşiqanə»dən  imtina  edib,  realist  cizgilərə  əsaslanan  yeni  tipli 
məhəbbət  şeirləri  yaratmışdır.  XX  əsrin  əvvəllərinə  aid  edilən  yeni 
şeir  əsasən  satirik  poeziyaya  aid  idi.  Satirik  şeir  realist  poeziyanın 
inkişafının yeni səviyyəsi, yaxud təzə mərhələsi idi. Bu tipli şeir lirika 
deyil,  satira  olduğu  üçün  yeni  adlandırılırdı.  Əslində  isə  Azərbaycan 
ədəbiyyatında  lirika  istiqamətində  yeni  şeir  Molla  Pənah  Vaqifdən 
başlanmışdır. Molla Pənah Vaqifin şeirləri klassik Azərbaycan şeirin-
dən  forma  etibarilə  və  məzmunca  fərqlənirdi.  Bu,  xalq-aşıq  şeiri  üs-
tündə köklənmiş, el-oba həyatını və gözəlləri gerçək şəkildə tərənnüm 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   137


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə