Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə14/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   10   11   12   13   14   15   16   17   ...   137

 
33 
“Azərbaycanın aşıq və şair qadınları” (tərtib edəni: Əzizə Cəfərzadə, [19] 
antologiyaları təzkirə xarakterli əsərlər sırasındadır.  
Buxaralı  Məhəmməd  Ovfinin  “Lübab  ül-əlbab”  təzkirəsi: 
Akademik Həmid Araslı yazır: “Nizami və onun əsərlərindən Yaxın Şərq 
tarixində  ilk  dəfə  Buxaralı  Ovfi  bəhs  etmişdir.  Qaraxanilər  sarayında 
yaşayan  və  sonralar  Yaxın  Şərqin  mühüm  şəhərlərini  gəzmiş  olan 
buxaralı  Sədrəddin  Məhəmməd  ibn  Məhəmməd  təxminən  Nizaminin 
ölümündən  10  il  sonra  1222-ci  ildə  yazdığı  “Lübab  ül-əlbab”  əsərində 
Nizaminin  böyüklüyündən  və  onun  əsərlərinin  çox  yüksək  dəyərindən 
söz açaraq orijinal fikirlər söyləmişdir” [20, s. 643-644] və ya digər bir 
elmi-informatik  fakta nəzər  yetirək:  “Yaxın  və  Orta Şərq  ədəbiyyatında 
ilk  təzkirə  müəllifi  kimi  Məhəmməd  Ovfi  öyrənilmişdir.  Onun  “Lübab 
ül-əlbab” (“Ağılların seçilmişi”) əsəri XI-XIII yüzilliklərdə yaşayan çox-
lu şair və sənətkarlardan bəhs açan ilk dəyərli təzkirə nümunəsidir” [21, 
s. 11]. Azərbaycan ədəbiyyatı tarixi kitabının 11-ci səhifəsindəki bu mən-
bənin  izi  ilə  Məhəmməd  Ovfinin  həyat  və  yaradıcılığına  qısaca  da  olsa 
nəzər  salmaq  istədik:  hər  halda  844  il  bundan  əvvəl  dünyaya  gəlmiş, 
elmi-ədəbi-fəlsəfi  görüşləri  ilə  günümüzdə  də  isnad  mənbəyi  olması 
tədqiqatçı marağını çəkir. 
İslam  dünyasında  XII  əsrin  sonlarına  qədər  ərəbcə  qələmə  alınan 
təzkirə  ənənəsi ilə sonrakı  yüzilliklərdə farsca nümunələr  yazılıb,  yayıl-
mağa başladı. Beləliklə, farsca yazılan ilk təzkirə nümunəsi Buxaralı Mə-
həmməd Ovfinin “Lübab ül-əlbab” əsəri hesab edilir. Onun istifadə etdiyi 
tərtib  üsulu  özündən  əvvəl  ərəbcə  yazılmış  bioqrafiyalar  kimidir.  Ərəb 
təzkirə ənənəsinin təsiri ilə yazılmış bu əsər müqəddimə və 12 bölmədən 
ibarətdir. Əsərin ilk yeddi bölməsində haqqında yazılan şair barədə müəl-
lif baxışları, şeir  yazan dövlət (saray xadimləri) adamları, elm-sənət sa-
hiblərinin  tərcümeyi-halları  təqdim  olunur.  8,  9  və  10-cu  bölmələrdə 
Tahirilər, Samanilər, Qəznəvilər və Səlçuqlular dönəmi şairlərinin bioq-
rafiyası, 11-12-ci bölmələrdə isə təzkirə müəllifinin tanıdığı şairlər haq-
qında yazılmışdır [2, s. 3-4]. 
Məhəmməd Ovfi  ən məşhur  əsərini –  “Lübab ül-əlbab” (müxtəlif 
mənbələrdə  bu  ad  “İdrak  xülasələri”,  “Qəlblər  qəlbi”,  “Məgizlərin 
məgzi”, “Ağılların seçilmişi” kimi tərcümə olunub) adlı təzkirəsini Pən-
cabın  Uç  vilayətində  yaşadığı  illərdə  yazmışdı.  Qucaratda  yaşadığı  za-
man isə ərəbşünas alim, Qazi Muhsin Tanuhinin “Əl-fərəc bad aş-şiddət” 
(“Fəlakətdən  sonrakı  şadlıq”,  984-cü  ildə  yazılıb)  adlı  əsərini  ərəb 
dilindən  fars  dilinə  tərcümə  edib.  Daha  sonra,  bu  gün  də  aktual  olan 
“Javomi  ul-hikoyat  va  lavomi  ar-rivoyat”  (“Hekayətlər  məcmuəsi  və 


 
34 
rəvayətlər  işığı”)  əsərini  yazdı.  Məhəmməd  Ovfi  1222-23-cü  illərdə 
yazdığı “Lübab ül-əlbab” təzkirəsində Özbəkistan, Xorasan, İraq, Azər-
baycan, Qəznə və Qərbi Hindistanda X-XII əsrlərdə yaşayıb-yaradan 299 
şair və ədib haqqında ümumi məlumat verir. Əsər Uç vilayətinin hakimi 
Raziyuddin  Əbubəkrin  tapşırığı  ilə  yazılmışdır.  Bu  əsər  fars  şeiriyyəti 
haqqında bizə gəlib çatan təzkirələrin ən qədim nüsxəsidir, hazırki günə-
cən  ilk  mənbə  olaraq  öz  əhəmiyyətini  saxlayır.  Əsərdə  adları  keçən 
müəlliflərin əsərləri moğol talanları dövründə məhv edildiyindən, “Lübab 
ül-əlbab” onlar haqqında məlumat verən yeganə mənbədir.  
“Lübab  ül-əlbab”  təzkirəsinin  fars  mətni  1903  və  1907-ci  illərdə 
E.Braun və Mirzə Məhəmməd Qəzvin tərəfindən nəşr edilmişdir. 
Məhəmməd Ovfi ikinci məşhur əsərini – “Hekayətlər məcmuəsi”ni 
(“Javomi ul-hikoyat”ini) 1227-1228-ci illərdə yazmışdı (bəzi mənbələrdə 
isə 1227-1236-cı illər arasında göstərilir, amma M.Ovfinin ölüm tarixi bir 
çox mənbələrdə 1233-cü il göstərildiyindən, 1227-1228-ci illər daha eti-
barlı tarixdir). Əsər dörd fəsildən, hər bir fəsil isə 25 bölmədən ibarətdir. 
Əsas  məzmunu  –  Hindistan,  İran,  Orta  Asiya  və  Özbəkistanın  ictimai-
siyasi və mədəni həyatına aid 2113 tarixi lətifədən ibarətdir. Orta Asiya-
nın qədim türk xalqları və Buxara sədrləri haqqında mühüm məlumatlar 
yazılan dördüncü fəsil təbii ki, bizim üçün daha əhəmiyyətlidir [2]. 
Türk ədəbiyyatı tarixçisi, tənqidçi, şair və ədəbiyyat müəllimi, elm, 
fikir,  sənət  adamı  olan,  “Ədəbi  bilgilər”  (1940),  “Mətnlərlə  ədəbi  bil-
gilər” (3 cilddə, 1955-1960) və onlarla elmi əsərlərin müəllifi Nihad Sami 
Banarlı (1907-1974) Dövlətşah təzkirəsi haqqında yazarkən bildirmişdir. 
“Ovfinin  təzkirəsi  bir  talesizlik  üzündən  ancaq  1594-cü  ildən  sonrakı 
illərdə ortaya çıxdığı üçün XV əsrdən bəri İran və türk təzkirələrinin əsas 
nümunəsi kimi Dövlətşah təzkirəsi olmuşdur” [12, s. 364-365].  
Türk  dilində  ilk  təzkirə  nümunəsi  Şeyx  Əhməd  ibn  Xudayət 
Tərazinin “Fünun ül-bəlağə” əsəridir:
 
Araşdırmalarımızın nəticəsi ola-
raq, bir məsələni də  qeyd etməyimiz  yerinə  düşər.  “XV  əsrdə  isə  təzki-
rəçilik inkişafında əlahiddə irəliləyiş baş verdi. Bu dövrdə Şeyx Əhməd 
bin Xudayət Tərazi “Fünun ül-bəlağə” (“Nəzəri elmlər” və ya “Bədiiliyin 
elmləri”,  1436-1437-ci  illər)  adlı  türk  dilində  ilk  təzkirəsini  yazdı  [22, 
s.19-26].  
“Mirzə  Uluğbəy  dövründə  ictimai  elmlərin  inkişafında  böyük 
irəliləyişlər  olmuşdur.  Bu  dövrdə  türk  dilinin  ədəbiyyat  və  elmi  dil 
kimi  mövqeyi  getdikcə  artırdı.  Ədəbiyyatşünaslığa  aid  1436-1437-ci 
illərdə türk dilində yazdığı qiymətli əsər – “Fünun ül-bəlağə” (“Yetuk-
lik  ilmlari”,  yəni  “Bədiiliyin  elmləri”)  Şeyx  Əhməd  ibn  Xudayət 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə