Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə2/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   2   3   4   5   6   7   8   9   ...   137

 

edən yeni şeir idi. 
Molla  Pənah  Vaqifin  yaradıcılığında  özünün  mükəmməl  bədii 
əksini tapmış ədalət, humanizm, müstəqillik, gerçək həyat, gözəllik və 
sevgi  idealları  və  mənəvi  dəyərlər  XVIII  əsr  Azərbaycan  ədəbiyya-
tının yüksək inkişaf səviyyəsini əks etdirir. Molla Pənah Vaqif realist 
ədəbiyyatı yaratmaqla Azərbaycan ədəbiyyatını çoxəsrlik Şərq ədəbiy-
yatı dairəsindən çıxararaq, modern Avropa və dünya ədəbiyyatı səviy-
yəsinə  çıxarmışdır. Bundan başqa,  Vaqif aşıq  şeiri  Azərbaycan şifahi 
xalq  poeziyası  ilə  yazılı  ədəbiyyatdakı  şeir  arasındakı  baryeri  aradan 
qaldırmış,  aşıq  şeiri  üslubunu  yeni  dövr  lirikasının  ifadə  tərzinə  çe-
virmişdir.  Molla  Pənah  Vaqifin  simasında  xalq-aşıq  şeiri  üslubu  bü-
tövlükdə  Azərbaycan  realist  lirikasının  üslubu  səviyyəsinə  yüksəl-
mişdir. Qoşma janrında yazılmış bir çox şeirlərinin əgər Vaqifin qələ-
mindən  çıxdığını  bilməsə  idik,  heç  tərəddüd  etmədən  həmin  nümu-
nələri şifahi xalq yaradıcılığına aid edə bilərdik. O, Azərbaycan şeiri-
nin  vəznini  və  janrını  dəyişdirmək  timsalında  sözün  əsl  mənasında 
inqilabi  xarakter  daşıyan  böyük  islahatlar  aparmağa  nail  olmuşdur. 
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında möhkəm qəlibləri olan 
əruz vəznindən heca vəznində yazılan şeirə qəti keçidə nail olmuşdur. 
Azərbaycan şeirinin heca epoxası Molla Pənah Vaqiflə başlayır. Eyni 
zamanda  Vaqif  Azərbaycan  poeziyasında  qəzəl-qəsidə  şeirindən  qoş-
maya keçidin möhkəm əsaslarını yaratmışdır. 
Xalq  həyatının  təsviri  Vaqifin  şeiri  üçün  əsas  idi.  Təsadüfi 
deyildir  ki,  Vaqifi  xalq  nəğməkarı  adlandırırlar.  Molla  Pənah  Vaqif 
sadə, təbii el gözəllərini onların «ənniyi-kirşanı» və mühiti ilə birlikdə 
tərənnüm edir. Şairin  gözəllərə və gözəlliyə realist münasibəti vardır. 
Molla  Pənah  Vaqifin  şeir  dili  canlı,  koloritli  xalq  dili  idi.  Ərəb-fars 
sözləri  və  tərkibləri  ilə  «bəzənmiş»  klassik  lirikadan  fərqli  olaraq, 
Molla Pənah Vaqifin şeirlərində doğma ana dili kəskin surətdə üstün-
lük  qazanmışdır.  Xalq  şairi  Səməd  Vurğun  haqlı  olaraq  şairin  bədii 
dilinin özünəməxsusluğunu «Vaqifin şirin dili» adlandırmışdır. Molla 
Pənah Vaqifin şeir dili – Azərbaycan dilinin sadəliyini, xəlqiliyini, in-
cəliyini, gözəlliyini və zənginliyini dolğun şəkildə əks etdirir. Vaqifin 
şeirlərində  Azərbaycan  dilinin  geniş  poetik  imkanları  canlı  şəkildə 
yaşayır. Onun şeir dilində sadə xalq dilinin aparıcı olması ilə müəyyən 
dərəcədə  əyan-əşrəf  dilinin  mükəmməl  bir  sintezi  vardır.  Xanlıqlar 
dövründə  siyasi  hakimiyyətdə  xalqın  öz  nümayəndələrinin  də  olması 
dildə xəlqiləşmə baxımından əhəmiyyətli addıma çevrilmişdi. Bundan 
başqa, Vaqifin şeir dili həm də xalq-aşıq şeirinin yaşatdığı dil ənənə-
lərini də əks etdirir. Bütün bunların vəhdəti Azərbaycan ədəbiyyatında 


 

yeni tipli bir şeir dili yaratmışdır. Bu, qəlb şairi Məhəmməd Füzulinin 
dilindən  və  üslubundan  çox  fərqli  idi.  Bu,  hətta  ən  yaxın  sələfi  Saib 
Təbrizinin  «hind  səpkisi»nə  də  bənzəmirdi.  Bu,  özünəqədərki  aşıq 
şeirinin  də  eynisi  deyildi.  Molla  Pənah  Vaqifin  şeiri  xalq-aşıq 
şeirindəki, klassik Azərbaycan poeziyasındakı ana dili layının yaradıcı 
şəkildə  aktivləşdirilməsi  ilə  və  daha  sadə  xalq  dilinin  zəngin  imkan-
larına əsaslanmaqla formalaşdırmışdır. Dövrün xalqa yaxın olan zadə-
gan dilinin imkanlarını da özünün şeir dilində yerli-yerində işlətməklə 
Molla  Pənah  Vaqif  Azərbaycan  şeiri  tarixində  ana  dilli  poeziyanın 
kamil  örnəklərini  yaratmışdı.  Klassik  lirikanın  dili  –  poeziyanın  dili 
üstündə  köklənmiş,  Vaqifin  dili  isə  xalq  danışıq  dili  əsasında  yaran-
mışdır.  Bu,  geniş  mənada  ədəbiyyatın  dilində  islahatlar  aparmaq  de-
mək  idi.  Çünki  klassik  Azərbaycan  ədəbiyyatında  möhkəm  yer  tutan 
əruz vəzninin qəlibləri xalqın canlı danışıq dilindən istifadənin geniş-
ləndirilməsinə  imkan  vermirdi.  Molla  Pənah  Vaqifin  islahatları  sayə-
sində əruz vəznində yaradılmış qəzəl-qəsidə ədəbiyyatının yerində sa-
də,  canlı  və  aydın  dildə,  heca  vəznində  yazılmış  qoşmalar  aparıcı  is-
tiqamətə çevrilmişdir. Yeni tipli bu ədəbiyyatda, ümumiyyətlə, dövran 
və  məhəbbət  deyil,  konkret  olaraq  zaman,  məkan,  insan  və  sevgi  öz 
əksini  tapmışdır.  Molla  Pənah  Vaqif  şeirlərində  geniş  mənada  xalq 
həyatından  böyük  ilhamla  və  xalqın  özünün  danışdığı  dildə  söz  açır. 
Bütün bunlara görə Vaqif Azərbaycan ədəbi dilinin yaradıcısıdır. 
Molla  Pənah  Vaqif  –  Azərbaycan  yazılı  ədəbiyyatında  heca 
vəznli şeirin yaradıcısıdır. 
Vaqif – xalq həyatının böyük nəğməkarıdır. 
Vaqif  –  Azərbaycan  mövzusunu  şeirin  əsas  mövzusuna  çevir-
mişdir. 
Vaqif – Azərbaycan ədəbi dilinin banisidir. 
Vaqif – erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının əsasını 
qoymuşdur [1]. 
Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə «Nəzm və nəsr» adlı 
məqaləsində  Molla  Pənah  Vaqifi  «nadir  vücuda  gələn»,  «xəyalatında 
(təsvirlərində  –  İ.H.)  təsir  olan»,  şeirdə  yeni  yol  açan  (rəhnüma)  şair 
kimi yüksək qiymətləndirmişdir. O, ədəbiyyatda realist şeirin meyda-
na gətirilməsində Molla Pənah Vaqifin  «müqəddəm» (irəlidə gedən – 
İ.H.)  şair  olduğunu  da  xüsusi  olaraq  nəzərə  çarpdırmışdır:  «…Mən 
əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para 
xəyalatını  gördüm  ki,  zikr  etdiyim  sərt  (istər-istəməz  ziyadə  ləzzətə 
(dada, tama) və fərəhdə ziyadə təsirə bais olmaq – İ.H.) bir növ onda 
göründü. Mənim əqidəmə görə türk arasında şairi-münhəsirdir (şairliyə 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə