Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə3/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   2   3   4   5   6   7   8   9   ...   137

 

aiddir –  İ.H.). …Molla Pənah müqəddəm (əvvəl, irəlidə  gedən)  ərsəyə 
gəlib bu fənndə, rəhnümadır (yol açandır, bələdçidir – İ.H.) [2, s. 205].  
Beləliklə, Vaqif ədəbiyyatda yeni yol açdığına, şeirə yenilik gə-
tirdiyinə,  insana  təsir  edə  bilən  əsərlər  yazdığına  görə  Molla  Pənah 
olmuşdur. Şairin təxəllüs kimi qəbul etdiyi Vaqif sözünün lüğəti mə-
nası da «xəbərdar olan», «baş çıxaran» mətləblərini ifadə edir. Böyük 
şair  özündən  əvvəlki  zəngin  ədəbi  ənənələrdən  dərindən  xəbərdar 
olmuş,  lakin  yeni  tarixi  şəraitdə  ədəbiyyatı  inkişaf  etdirməkdən  baş 
çıxara bilmiş, şeirdə təzə yol açmağı bacarmışdır. Şeirin təzə yolu isə 
–  gerçəkliyi  əks  etdirən,  xəyalatında  həyatın  dadı,  tamı,  reallıqları 
ifadə  olunan  poetik  nümunələr  yaratmaqdan  ibarət  idi.  Molla  Pənah 
ədəbiyyatın  yeni  inkişafına  yol  açan  vəzifələrin  həyata  keçirilməsinə 
nail  ola  bilmiş,  Vaqif  mərtəbəsinə  yüksəlmişdir.  O,  Azərbaycan  ədə-
biyyatı tarixinə realist şeirin banisi kimi daxil olmuşdur.  
Molla Pənah Vaqifin xalq ruhunda yazılmış şeirləri sözün obraz-
lı mənasında həyatın bənzərsiz «tamaşası» təəssüratı yaradır. Görkəm-
li ədəbiyyatşünas Firidun bəy Köçərlinin  yazdığı kimi,  «Molla Pənah 
milli  şair  olduğuna  binaən  hər  nə  onun  qələmindən  zühura  gəlibsə, 
…tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Onlarda 
öz müasirlərinin ayini-adatı, adabü-əxlaqı və dolanmaları artıq məha-
rət ilə rişteyi-nəzmə çəkilibdir» [3, s. 137]. Doğrudan da, Vaqifin şeir-
lərində  yaşadığı  dövrün  təkcə  real  mənzərəsi  yox,  nəbzi,  ruhu  əks 
etdirilmişdir.  Onun  tərənnüm  etdiyi  gözəllər  şair  xəyalının  obrazları 
olmayıb, həyatda mövcud olan «ellər yaraşığı, ölkə gözəli»nin həqiqi 
və  təbii  obrazlı  ifadəsindən  ibarətdir.  Vaqifin  şeirləri  təsvir  etdiyi 
gözəllər kimi, bədii ifadə vasitələri ilə də yenidir. Şairin Yanağı laleyi-
baharı  kimi,  Ləbləri  yaqutun  kənarı  kimi,  Bir  dənə  nasüftə  mirvari 
kimiZülfü ya bənəfşə, ya səmən kimi ilhamla vəsf etdiyi Azərbaycan 
gözəli həm də ağıllı-kamallı, “işarə anlayıb, hal biləndir”: 
 
Tavus kimi cilvələnə hər səhər
Bəzək verə camalına sərbəsər. 
Dindirməmiş verə könüldən xəbər, 
İşarə anlayıb, hal bilən gərək [4, s. 109]. 
 
Molla Pənah Vaqifin şeirlərində tərənnüm edilən «gərdəni mina-
dan»,  «ağ  əlləri  əlvan  hənadan»,  şəkər  gülüşlü,  «sinə  meydan,  zülf 
pərişan,  bel  nazik»,  ənniksiz-kirşansız,  «ellər  yaraşığı  –  ölkə  gözəli» 
olan Azərbaycan gözəli ədəbiyyatımızda yeni bədii obraz idi. Vaqifin 
Azərbaycan gözəllərinə aid etdiyi  «yaşılbaş sona» obrazı ədəbiyyatda 


 

gözəlliyin  ümumiləşmiş  bədii  ifadəsidir.  Vaqif  «yaşılbaş  sona»nı 
«əcəb seyrəngahı» olan Azərbaycan milli-mənəvi varlığın əsas siması 
kimi tərənnüm etmişdir. Bu, böyük Füzulinin «qönçə ağızlı, sərv boy-
lu,  səməni  üzlü»  gözəlindən  fərqli  olan,  real  həyatdan  gələn,  xalq 
düşüncəsi  ilə  təsvir  edilən  gözəlliyin  ümumiləşmiş  bədii  obrazı  idi. 
Molla Pənah Vaqifin lirik qəhrəman kimi tərənnüm etdiyi el gözəlləri 
“Kitabi-Dədə  Qorqud”  dastanlarındakı  Burlaxatun,  Banuçiçək,  Sel-
canxatun  kimi  sadə  və  təbii  obrazları  erkən  yeni  dövr  Azərbaycan 
poeziyasında meydana çıxmış yeni tipli davamçıları idi. 
Vaqifin  çox  vaxt  ümumiləşmiş  şəkildə  «gəlin»,  yaxud  «şama-
ma» adlandırdığı bu gözəldə Azərbaycan qızlarının bütün özünəməx-
susluqları,  gözəlliyi  və  dərin  mənəviyyatı  tam  yeni  bədii  vasitələrlə 
canlandırılmışdır: maral baxışlı, saçları «iki dəstə bənövşətək», «yasə-
mən  qoxulu»,  «nazik  əllərində  ənnabı  həna»,  «sözləri  qənd,  ağızları 
piyala», «yanağı lalədən ziyadə göyçək». Həm də ən başlıcası «həyası 
üzündə,  əqli  başında!».  Və  həm  də  «Vilayət  içində  həm  adlı-sanlı!»; 
«Bir  nazik  kamallı,  bir  nazik  işli»!  Vaqif  bu  qənaətdə  idi  ki,  «Lalə 
zənəxdanlı, qönçə dodaqlı» gözəllərdə «adamlıq ədası» olmazsa, onlar 
«könül aşinası» deyildirlərsə, onda şeir rübabı  «hayıf ki,  yoxdur» ni-
dası ilə narahat həyəcanları ifadə etməlidir. Budur Molla Pənahı Vaqif 
mərtəbəsinə çatdıran, yaxud Vaqifi Molla Pənah edən yeni ədəbiyyat! 
Molla  Pənah  Vaqifin  ədəbiyyata  təqdim  etdiyi  bədii  obrazın  zahiri 
gözəlliyi  kimi  mənəvi  keyfiyyətləri  də  Azərbaycan  gerçəkliyinin  tə-
zahürüdür.  Vaqifin  şeirlərində  konkret  coğrafiyası  –  seyrəngahı  Kür 
qırağı,  qış  günü qışlağı  Qıraqbasan olan, milli  ailə mühitində çox iş-
lədilən  Pəri,  Zeynəb,  Fatimə  və  Yetər  kimi  adları,  yalnız  mənsub  ol-
duğu xalqa məxsus  gözəllik  anlayışı  ilə tərənnüm  edilən Azərbaycan 
gözəli  XVIII  əsrdə  milli  ədəbiyyata  gələn  «bir  təzə  çəmənli,  həm 
gülüstanlı» tamam yeni obrazdır. Vaqif Azərbaycan gözəllərinin bədii 
obrazını  “yaşılbaş  sona”  kimi  ümumiləşdirmişdir.  “Yaşılbaş  sona” 
görkəmində  tərənnüm  edilmiş  Azərbaycan  gözəlini  milli  ədəbiyyata 
Molla Pənah Vaqif daxil etmişdir. Məhz Vaqifin şeirlərində Azərbay-
can  gerçəkliyi  və  insanı  bütün  reallıqları  ilə  fərqli  bədii  vasitələrlə 
milli ədəbiyyatın ruhunda ifadə olunmuşdur.  
Molla Pənah Vaqif Azərbaycan həyatının  gözəlləri və  gözəllik-
ləri  ilə  yanaşı,  çətinliklərini,  ağır  güzəranını  təsvir  edəndə  də  milli 
məişətin  reallıqlarını  ifadə  edir.  «Bayram  oldu»  şeiri  –  Azərbaycan 
şeirinin milli məişəti, mövcud həyat tərzini əks etdirən realist düşün-
cəsinin  obrazlı  bədii  ifadəsidir.  «Bayram  oldu»  şeiri  –  Molla  Pənah 
Vaqifin  həyata  dərin  və  hərtərəfli  baxışlarını,  vətəndaşlıq  ruhunu  qa-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə