Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə5/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   2   3   4   5   6   7   8   9   ...   137

 
12 
böyük  nümunəsidir.  Böyük  sənətkarın  adı  ilə  bağlı  olan  realizmin 
mahiyyətini  görkəmli  ədəbiyyatşünas  Yaşar  Qarayev  doğru  olaraq 
elmi  şəkildə  aşağıdakı  kimi  ifadə  etmişdir:  «Ədəbiyyatımızın  tarixi 
inkişaf  yoluna  nəzər  salarkən  Azərbaycan  realizminin  beşiyi  başında 
hamıdan əvvəl… Vaqifin silueti görünür… Yazılı və şifahi xalq poezi-
yası arasındakı ənənəvi səddi dağıtmaq, … milli, dünyəvi, nikbin bir 
şeirin tam qələbəsini təmin etmək mənasında Vaqifin tarixi-ədəbi xid-
məti  misilsizdir.  Vaqif  şeiri  bu  mənada  Zakirlə  birlikdə  Axundov 
realizminin  həndəvərini,  astanasını  təşkil  edir…  Odur  ki,  biz  Vaqif 
poeziyasını realizmə hazırlıq dövrü kimi «predrealizm», «erkən realizm», 
«ilkin realizm» kimi saxlamağı mümkün hesab edirik…» [5, s. 45-46]. 
Molla Pənah Vaqif Məhəmməd Füzulidən sonrakı və Mirzə Fə-
təli Axundovdan əvvəlki dövr Azərbaycan realizminin yaradıcısıdır. 
Molla  Pənah  Vaqifin  adı  həm  də  Azərbaycanın  tarixi  taleyində 
özünəməxsus yeri olan ictimai-siyasi xadimlərdən biri kimi çəkilir. O, 
Azərbaycanın  xanlıqlar  dövrünün  tanınmış  dövlət  xadimlərindən  biri 
kimi  ölkə əhəmiyyətli  məsələlərin  həllində, xüsusən xarici  əlaqələrin 
genişlənməsində  və  zəhmətkeş  xalqla  saray  arasında  münasibətlərin 
tənzimlənməsində  mühüm  rol  oynamışdır.  Qarabağ  xanlığının  siyasi 
tarixində  Molla  Pənah  Vaqifin  böyük  xidmətləri  olmuşdur.  Dövlət 
işlərində də Vaqif elmi-helmi və uzaqgörənliyi  və xalqa  yaxınlığı ilə 
Molla Pənah Vaqif ola bilmişdir. Vaqif – Azərbaycan ədəbiyyatı tari-
xindəki  həm  də  hakimiyyətdə  olmuş  Qazi  Bürhanəddin,  Cahanşah 
Həqiqi,  Şah  İsmayıl  Xətai,  Şah  Qasım  Ənvar  və  başqa  şah-hökmdar 
ənənəsinin  yeni  şəraitdəki  davamı  olub,  dövlət  işinə  də,  ədəbiyyat 
amalına da yüksək dərəcədə xidmət etməyin nümunəsini göstərmişdir. 
Qarabağ xanlığının baş vəziri kimi Vaqifin siyasi fəaliyyətindən Qacar 
şahın  hücumlarından  Şuşanın  qorunması,  Rusiya  ilə  diplomatik  əla-
qələrin  genişləndirilməsi,  xalq  ilə  münasibətlərin  tənzimlənməsi  ilə 
əlaqədar  hadisələr  tarixdə  iz  salmışdır.  Şair  olaraq  isə  Molla  Pənah 
Vaqif  Azərbaycan  ədəbiyyatı  tarixində  yeni  tarixi  mərhələ,  xüsusi 
ədəbi  məktəb,  təzə  istiqamət  yaratmış  sənətkar  olaraq  əbədiyyət  qa-
zanmışdır. 
Molla  Pənah  Vaqif  Azərbaycan  ədəbiyyatında  heca  vəznli  şeir 
məktəbi  yaratmışdır.  Böyük  sənətkarın  adı  ilə  bağlı  olan  şeir-sənət 
ənənələri yaşamış, ədəbiyyatımızın sonrakı inkişaf mərhələlərində ya-
radıcılıqla davam etdirilmişdir. Azərbaycan ədəbiyyatında heca vəznli 
xalq  şeiri  üslubunun  möhkəmlənib  aparıcı  mövqe  tutmasında  Molla 
Pənah Vaqifin mühüm rolu olmuşdur. Onun adı və sənəti həmişə uca 
tutulmuş, yüksək ehtiramla yad olunmuşdur. Xalq şairi Səməd Vurğu-


 
13 
nun məşhur “Vaqif” tarixi dramı (1938) və Yusif Vəzir Çəmənzəmin-
linin  “İki  od  arasında”  (1937)  romanı  qüdrətli  sənətkara  bəslənilən 
ümumxalq  ehtiramına  Azərbaycan  ədəbiyyatında  ucaldılmış  möhtə-
şəm abidələrdir. Bəstəkar Ramiz Mustafayevin “Vaqif” operası (1960) 
böyük  söz  ustadının  həyat  və  sənət  ideallarını  xalqımıza  çatdırmağa 
uğurla xidmət edir.  
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1982-ci 
ildə Azərbaycanın qədim Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı 
böyük  məqbərə  bu  ölməz  sənətkarın  ədəbiyyatımızın  inkişafı  sahə-
sindəki xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə dövlət səviyyəsində 
verilmiş  yüksək  qiymətin  parlaq  ifadəsidir.  Ermənistan  silahlı  birləş-
mələrinin  Dağlıq  Qarabağı  işğal  edərkən  Vaqifin  məqbərəsini  dağıt-
ması  bu  təcavüzkar  ölkənin  mədəniyyətdən  uzaq  olan  mənəviyyatsız 
simasını  əks  etdirir.  Görkəmli  Azərbaycan  şairi  və  ictimai  xadimi 
Molla  Pənah  Vaqifin  anadan  olmasının  300  illik  yubileyinin  doğma 
ölkəsi ilə birlikdə YUNESKO və TÜRKSOY miqyasında beynəlxalq 
səviyyədə qeyd olunması böyük ümummilli və bəşəri ideallara xidmət 
edən  böyük  sənətin  təntənəsidir.  Azərbaycan  Respublikasının  Prezi-
denti  İlham  Əliyevin  “Böyük  Azərbaycan  şairi  Molla  Pənah  Vaqifin 
300  illik  yubileyinin  keçirilməsi  haqqında”kı  12  yanvar  2017-ci  il 
tarixli Sərəncamı müstəqil dövlətimizdə sənətə və sənətkara bəslənilən 
əbədi ehtiramın parlaq və əməli nümunəsidir. Dövlət sərəncamında öz 
əksini  tapmış  aşağıdakı  sözlər  Molla  Pənah  Vaqifin  ölməz  sənətinin 
yüksək qiymətini ifadə etməklə bərabər, qarşıda duran mühüm vəzifə-
ləri  də  nəzərə  çarpdırır:  “Molla  Pənah  Vaqif  öz  ənənələri  ilə  seçilən 
ədəbi  məktəb  yaratmış  ölməz  sənətkardır...  Azərbaycan  şeiri  Vaqifin 
sayəsində  tarixinin  növbəti  mərhələsinə  qədəm  qoymuşdur.  Onun 
klassik  bədii  fikir  salnaməmizin  parlaq  səhifələrindən  birini  təşkil 
edən  irsi  müasir  dövrdə  də  insanların  əxlaqi-mənəvi  kamilləşməsinə 
xidmət göstərir.  
...Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən 
araşdırılıb  öyrənilməsi  bu  gün  də  aktuallığını  qoruyan  və  həllini 
gözləyən mühüm məsələlərdəndir.” 
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yubileyi Azərbay-
can  xalqının  ölməz  ədəbi-tarixi  ənənələrinə  dönməz  sədaqətinin  və 
ümummilli  iftixar  hissinin  daha  bir  əməli  təzahürüdür.  Bu,  həm  də 
Vaqifin simasında xalqı və Vətəni ilə daim bir olan, ümummilli ideal-
lara  sədaqətlə  xidmət  edən  sənətkarların  hər  zaman  Molla  Pənah  sə-
viyyəsində qiymətləndirilməsinin əyani sübutudur. 
 


 
14 
ƏDƏBİYYAT 
 
1.
 
Həbibbəyli İ. Molla Pənah olan şair. “Azərbaycan” qəzeti, 28 fevral 2017-
ci il. 
2.
 
Axundzadə M.F. Bədii və ədəbi-tənqidi əsərləri. Bakı, “Çaşıoğlu”, 2004. 
3.
 
Firidun  bəy  Köçərli.  Azərbaycan  ədəbiyyatı,  2  cilddə,  I  cild.  Bakı, 
“Avrasiya-Press”, 2005. 
4.
 
Molla Vəli Vidadi, Molla Pənah Vaqif. Əsərləri. Bakı, “Çaşıoğlu”, 2004. 
5.
 
Qarayev Y. Seçilmiş əsərləri, 5 cilddə, III cild. Bakı, “Elm”, 2015.
 
 
Isa Habibbayli 
 
POET THAT WAS MOLLA PANAH 
 
Summary 
 
In the article is dealt with Azerbaijani poet, great thinker and notable public 
figure,  Molla  Panah  Vagif’s  services  and  role  in  the  development  of  national 
literature.  Molla  Panah  Vagif  is  the  establisher  of  Azerbaijani  realism  in  the  early 
modern period. 
 
Иса Габиббейли 
 
ПОЭТ, НАЗЫВАВШИЙСЯ МОЛЛА ПАНАХОМ 
 
Резюме 
 
В статье говорится о заслугах и роли великого азербайджанского поэта, 
мыслителя,  известного  общественного  деятеля  Молла  Панах  Вагифа  в  разви-
тии  национальной  литературы.  Он  является  основателем  ранней  эпохи  азер-
байджанского реализма. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə