Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə6/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   2   3   4   5   6   7   8   9   ...   137

 
15 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Azərbaycan ədəbiyyatı 
 
Zaman ƏSGƏRLİ
 
Filologiya üzrə elmlər doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
zaman.esgerli@mail.ru
 
 
ƏLYAR SƏFƏRLİNİN  
ƏDƏBİYYATŞÜNASLIQ FƏALİYYƏTİ 
 
Açar sözlər: Əlyar Səfərli, Azərbaycan ədəbiyyatşünaslığı, orta əsrlər, “Məsihi”, 
“XVII-XVIII əsrlər Azərbaycan epik şeiri”, “Divan ədəbiyyatı sözlüyü” 
Key words: Alyar Safarly, Azerbaijani literary criticism, Middle Ages, “Masihi”, 
“Epic Poem of Azerbaijan in XVII-XVIII centuries”, “Vocabulary of Divan Literature” 
Ключевые  слова:  Аляр  Сафарли,  азербайджанское  литературоведение, 
средние века, «Масихи», «Азербайджанская эпическая поэзия XVII-XVIII веков», 
«Словник литературы Дивана» 
 
Azərbaycan  bədii  mədəniyyətinin,  söz  sənətinin  VIII-XVIII 
yüzilləri  əhatə  edən  orta  əsrlər  dövrünün  görkəmli  tədqiqatçıları  ara-
sında Əlyar Səfərlinin adı və imzası aydın seçilir. Milli ədəbi-elmi və 
ictimai-pedaqoji  fikrimizin  inkişaf  tarixində  o,  istedadlı  ədəbiyyat 
tarixçisi, mətnşünas və lüğətçi, görkəmli müəllim, dərsliklər müəllifi, 
tədris vəsaitləri və proqramların tərtibçisi kimi tanınır.  
Ə.Səfərli  ədəbiyyatşünaslığa  XX  əsrin  60-cı  illərində  gələn 
gənclərdəndir.  O,  H.Araslı,  M.Quluzadə,  M.Rəfili,  Mir  Cəlal,  M.Əli-
zadə,  Q.Kəndli,  Q.Beqdeli,  R.Azadə  kimi  mediyevist  alimlərin  da-
vamçısı,  Rüstəm  Əliyev,  Xəlil  Yusifli,  Sabir  Əliyev,  Malik  Mah-
mudov,  Nüşabə  Araslı,  İmamverdi  Həmidovun  təqribi  həmyaşıdı, 
arkadaşı, T.Kərimli, R.Hüseynov, M.Nağısoylu, P.Əlioğlu, F.Əzizova, 
A.Mirzəyev,  L.Əlizadə  və  b. onlarca tədqiqatçının sələfidir. Həmkar-
larının hamısından onu fərqləndirən özgün cəhəti isə həm də görkəmli 
ictimai-siyasi  xadim  olmasıdır.  O,  dörd  il  (1994-98)  İran  İslam  Res-


 
16 
publikasında Azərbaycan Respublikasının səlahiyyətli səfiri vəzifəsin-
də işləmiş, iki ölkə arasında dostluq münasibətlərinin, iqtisadi, ədəbi-
elmi  və  mədəni-siyasi  əməkdaşlığın  qüvvətlənməsinə,  qarşılıqlı  hör-
mət və anlaşmanın möhkəmlənməsinə çalışmışdır. 
Əlyar Qurbanəli oğlu Səfərli 1937-ci il iyun ayının 23-də Ordu-
bad  rayonunun  Anabat  kəndində  varlı  kəndli  –  təsərrüfat  sahibi  ailə-
sində  doğulmuşdur.  Atası  Qurbanəli  Abbas  oğlunun  böyük  şəxsi  tə-
sərrüfatı: iri bağ sahələri, qoyun sürüləri, dəyirmanı və mağazası var-
dı. Anası Sahab xanım da zirək, bacarıqlı bir insan idi. Əsasən evdar-
lıqla məğul olur, eyni zamanda təsərrüfat işlərində iştirak edirdi. 
Sovet  dövründə Qurbanəli kişinin  var-dövləti  əlindən çıxmışdı; 
kollektivləşmə  zamanı  o,  bağlarını,  qoyun  sürülərini,  dəyirman  və 
mağazasını  kolxoza  vermişdi.  Buna  baxmayaraq,  yoxsullara  əl  tutur, 
bacardığını  onlardan  əsirgəmirdi.  Bir  dəfə  bağları  suvararkən  qarda-
şının  kürəkəni  Kor  Salmanla  sözləşmiş,  Kor  Salman  kənd  əhlindən 
Molla Mehdiqulu, öz qardaşları Qeyibqulu və Rəsulla birləşərək Qur-
banəli  kişidən  şikayət  etmişdilər.  NKVD  rəisi  S.Seyranyan  şikayət-
çiləri  idarəyə  çağıraraq  onlarla  söhbətləşmiş,  şikayətçilər  namərdlik 
edərək Qurbanəli kişiyə böhtan atmışdılar. Guya Qurbanəli kişi 1918-
20-ci  illərdə  erməni-müsəlman  münaqişələrini  qızışdıran  şəxslərdən 
olmuş,  azərbaycanlılara  silah  paylamışdır.  Əslində  isə  Qurbanəli  ca-
maata silah paylamır, özü silahlanaraq səngərdə oturur, Anabat kəndi-
nin əhalisini daşnakların hücumlarından qoruyurdu. Bəzən o, düşmən-
lərə  qarşı  tək-tənha  vuruşur,  yeganə  köməkçisi  qardaşı  Tağı  olurdu. 
Qardaşı ona kənddən silah-sursat, çörək, su gətirirdi. 
Kənd  əhli  pal-paltarını  yığışdırıb  elliklə  Arazın  sahilinə  yığış-
mışdı.  Camaat  ev-eşiyini  qoyub  qaçır,  Güney  Azərbaycana  pənah 
aparmaq istəyirdi. Bir dəfə Tağı da camaata qoşulub kənddən çıxmaq 
istəmişdi.  Amma  Qurbanəli  ona  mane  olmuşdu.  Əlyar  Səfərli  avto-
bioqrafiyasında  yazır: “Atam  çətin anlarda Naxçıvana  yardım edərək 
türk ordusunun komandiri Ədib bəylə görüşür. Türk ordusunu ərzaqla 
təmin edir, sursat alıb kəndlilərə paylayır. Özü də silahlanaraq türk əs-
gərlərinin sırasında ermənilərə qarşı vuruşurmuş. Deyirmiş ki, hər bir 
şəxs ailəsinin, yurdunun şərəfini qorumalı, erməniləri kəndə buraxma-
malıdır.  Günlərin  birində  Ordubadın  Əjnövür  (Aznaur)  dağında  iki 
nəfər  silahlı  qoyun  sürülərinə  soxulur.  Qoyunları  yaralamağa,  öldür-
məyə  başlayır.  Çoban  fəryad  qoparıb  camaatı  köməyə  çağırır.  Atam 
elə  bilir  ki,  sürülərə  soxulan  ermənilərdir.  Silah  götürüb  çobanın  ha-
rayına qaçır. Görür ki, iki oğlan  əlində bıçaq qoyunları  yaralayır, öl-
dürürlər.  Onlar  atamla  vuruşaraq  tüfəngini  əlindən  almaq  istəyirlər. 


 
17 
Dartışmada  silah  açılaraq  oğlanlardan  birini  yaralayır.  O  birisi  qaçıb 
gedir. Yaralı oğlan bulaqdan su içdiyinə görə ölür. Onun oğlu Nəzər 
(Yadüşəngəli) məhkəməyə müraciət edir. Türk məhkəməsində işə ba-
xılarkən deyir ki, Qurbanəlinin qoyun sürüsü alınıb ona verilsin. Belə 
də olur və Nəzər məhkəmənin qərarı ilə Qurbanəlinin qoyun sürüsünə 
sahib çıxır. 
Qurbanəli  türk  ordusunun  komandiri  Ədib  bəylə  dostluq  edir. 
Bu ordu erməni birləşmələrini darmadağın edərək Ordubadı qoruyur. 
Sovet dövründə Ə.Səfərlinin atasını, əmisini və böyük qardaşını 
həbs edirlər. Onların  yeri bilinmir. NKVD məlumat verir ki, Qurban-
əlini Komiyə sürgün ediblər. Seyranyanın casusları deyir ki, Qurbanəli 
çox qorxulu adamdır. O, geri qayıtsa, kolxoz dağılar, şura hökumətinə 
son  qoyular.  Və  Qurbanəli  heç  vaxt  geri  qayıtmır,  ömrünü  Komidə 
sürgün düşərgəsində keçirir və oradakı qəbiristanlıqda dəfn olunur... 
Qurbanəli  sürgün  ediləndə  onun  sonuncu  övladı  Əlyar  ana  bət-
nində  nəfəs  alırmış.  Atasının  həbsindən  bir  ay  sonra  dünyaya  gəlir. 
Beləliklə,  6  uşaq  Sahab  xanımın  himayəsində  qalır.  “Atam  gedəndən 
sonra,  –  Əlyar  Səfərli  deyir,  –  anam  kolxozda  işləyir,  6  yetimi  bö-
yüdür. Seyranyanın casuslarından Şeytan Cabbar, Kor Salman, Rəsul 
tez-tez  gəlib  anamı,  xalamı,  balaca  uşaqları  qorxudur,  ailəyə  sıxıntı 
çəkdirirmiş.  Daşnak  erməni  öz  soydaşlarımızla  birləşib  ailəmizdən 
qisas alır. Belə şəraitdə Sahab xalanın uşaqları təhsil ala bilmir, azacıq 
pərvazlanan  kimi  onları  zorla  kolxoza  yazır,  məktəbdən  ayırırdılar. 
Təkcə  Əlyar  məktəbə  gedir.  O,  Anabatda  ibtidai  təhsil  alır,  Gənzə 
kəndində yeddiillik məktəbi bitirir. Ancaq bu illər də sıxıntısız keçmir. 
Ona  tez-tez  “qolçomaq  oğlu”  deyib  gülürlər  və  yeniyetmə  Əlyar  bu 
acı  sözləri  eşitməkdən  bezib  məktəbdən  uzaqlaşmaq  istəyir.  Lakin 
anasının  məsləhəti  və  təkidi  ilə  o,  təhsilini  davam  etdirir.  Dərslərini 
yaxşı  oxuduğu üçün Əlyar getdikcə müəllimlərinin və şagird  yoldaş-
larının rəğbətini qazanır, daha ona “qolçomaq oğlu” demirlər. 
1951-ci  ildə  14  yaşlı  Əlyar  Ordubad  pedaqoji  məktəbinə  daxil 
olur. Məktəbdə verilən təqaüdlə dolanır, özünə pal-paltar alır. Dörd il 
burada  oxuyub  pedaqoji  məktəbi  qurtardıqdan  sonra  1955-ci  ildə 
imtahan  verib  ADU-nun  Şərq  fakültəsinə  qəbul  edilir.  Ehtiyac  yenə 
onun  yaxasından  əl  çəkmir.  Gənc  Əlyar  ağır  günlər  keçirir.  Həmin 
günləri  xatırlayaraq  o  yazır:  “Böyük  qardaşım  Muxtarın  üstünə  şər 
atıb həbs etmişdilər. Anam nə qədər çox işləsə də, mənə pul göndərə 
bilmirdi. Hərdən bir çamadan qoz içi – ləpə göndərirdi. Biz 5 nəfər tə-
ləbə kiçik bir otaqda qalırdıq. Mən qoz ləpəsi ilə dolu çamadanı açıb 
uşaqların  qabağına qoyur və deyirdim:  “Ya bunu aparıb sataq,  ya da 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə