Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə8/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   4   5   6   7   8   9   10   11   ...   137

 
20 
ravətini, bədii gözəlliyini və emosional təsirini qüvvətləndirir, xəlqilik 
ruhunu artırır. Ə.Səfərlinin təhlillərində məsnəvinin epik vüsətini şərt-
ləndirən əlamətlər: fabula, süjet və kompozisiya xüsusiyyətləri, surət-
lərin xarakteri, onların ətrafında baş verən hadisələrə və insanlara mü-
nasibəti  aydın  görünür.  Əsərin  mövzusu,  ideyası  haqqında  məlumat 
verib  surətləri  səciyyələndirməklə  kifayətlənməyən  tədqiqatçı  məsnə-
vinin  poetik özəllikləri barədə söhbət  açır; konkret  olaraq onun hansı 
xətlə yazılması, vəzni, bəhri, misraların daxili bölgüsü, təhkiyə üsulu, 
hadisələrin  məkanı,  xalq  adət-ənənələri,  mərasimləri  haqqında  deyi-
lənlər  “Dastani-Əhməd  Hərami”nin  məzmun  zənginliyini  və  bədii 
estetik gözəlliyini aydın təsəvvür etməyə imkan verir. 
Haqqında  söz  açdığı  orta  əsrlər  Azərbaycan  şairlərinin  hər  bi-
rinin  bədii  yaradıcılığını  onların  dünyagörüşü,  tərcümeyi-halı,  fəlsəfi 
düşüncələri, ictimai-siyasi fəaliyyəti, nəhayət,  ədəbiyyatın ümumi in-
kişaf  xətti  ilə  vəhdətdə  öyrənən  və  izah  edən  Ə.Səfərli  Qazi  Bürha-
nəddini  (1344-1398)  “görkəmli  Azərbaycan  şairi  və  dövlət  xadimi”, 
“doğma ana dilini bütün varlığı ilə sevən, onun qayğısına qalan və bu 
dildə yazmağa xüsusi əhəmiyyət verən şair” adlandırır, onun yaradıcı-
lığını  Həsənoğlu  ilə  Nəsimi  arasında  mənəvi  körpü,  Nəsiminin  yara-
dıcılığını  “ədəbiyyat  və  ictimai  fikir  tariximizdə  yeni  bir  mərhələ”, 
Füzulini  “orta  əsrlər  Azərbaycan  ədəbiyyatında  ana  dilində  yaranan 
şeirin ən böyük nümayəndəsi” hesab edir. 
“Qazi  Bürhanəddin”, “İmadəddin  Nəsimi” və  “Məhəmməd  Fü-
zuli”  oçerklərinin  əvvəlində  preambula  kimi  verilən  bu  fikirlərin  hə-
qiqət  olduğu  öz  təsdiqini  Ə.Səfərlinin  elmi  təhlillərində,  izah  və  şər-
hlərində  tapır.  Onun  yazdığı  portret  oçerklərin  hər  birinin  başlanğı-
cında barəsində danışılan sənətkarın kimliyi, bədii fikir tarixində möv-
qeyi göstərilir, sonra tərcümeyi-halı verilir, daha sonra yaradıcılığının 
əsas  mərhələləri,  əsərlərinin  mövzu  və  ideya  istiqaməti,  nəhayət,  sə-
nətkarlığı: klassik bədii irslə ideya-estetik əlaqələri, forma və məzmun 
baxımından  ədəbiyyata  gətirdiyi  yeniliklər,  özündən  sonrakı  bədii 
fikrə təsiri, xalqın, millətin öz sənətkarına ehtiramı, onun adını əbədi-
ləşdirmək  üçün  həyata  keçirdiyi  tədbirlər  şərh  edilir.  Belə  sistemli 
təhlil və şərh üsulu Əlyar Səfərliyə haqqında bəhs etdiyi şairin, yaxud 
ədibin ədəbiyyat tarixində yerini, bədii düşüncənin inkişafında rolunu 
düzgün müəyyənləşdirmək – elmi nəticələr çıxarmaq imkanı  yaradır: 
“Qazi  Bürhanəddin  anadilli  şeirimizin  güclənməsində,  ədəbiyyatda 
dünyəvi,  real duyğuların təsvirinin geniş vüsət almasında xüsusi xid-
mətləri olan ustad sənətkarlardandır. Bütün sonrakı dövr anadilli şeiri-
mizə  onun  faydalı  təsiri  vardır”  [1,  s.  187];  “1973-cü  ildə  Nəsiminin 


 
21 
anadan  olmasının  600  illik  yubileyi  əsl  xalq  bayramına  çevrilmişdir. 
Nəsiminin vətənində ilk dəfə olaraq onun əzəmətli heykəli ucaldılmış, 
bir sıra yerlərə Nəsiminin adı verilmişdir. Nəsiminin həyat və fəaliy-
yətindən bəhs açan kinofilm çəkilmiş, İ.Hüseynovun “Məhşər” romanı 
və Qabilin “Nəsimi” poemasında ölməz şairimizin bədii surəti yaradıl-
mışdır”  [1,  s.  202];  “Füzuli  anadilli  ədəbiyyatımızda  orta  əsrlərin, 
daha  doğrusu,  intibah  dövrünün  yetişdirdiyi  ən  böyük  sənətkardır”. 
Özündən  əvvəlki  Şərq  mədəniyyətinin  ən  yaxşı  ənənələri  əsasında 
yetkinləşən  sənətkar  özündən  sonrakı  ədəbiyyata  güclü  təsir  göstər-
miş,  əsrlərlə  şairlər  Füzulini  ötmək  yox,  ona  yaxınlaşmaqla  fəxr 
etmişlər. Qövsi, Məsihi, Saib, Vaqif, Vidadi, Nəbati, Seyid Əzim Şir-
vani,  Əlağa  Vahid  Füzulini  ustad  kimi  qəbul  etmiş,  ondan  öyrən-
mişlər.  Füzuli  təkcə  “nazimi-ustad”  yox,  həm  də  şairi-ustaddır...  Fü-
zuli  dünya  ədəbiyyatının  ən  böyük  simaları  ilə  yanaşı  durmağa  tam 
layiq olan sənətkarlardan biridir” [1, s. 287]. 
Tədqiqatçının  elmi  müşahidələrinin,  ədəbi-nəzəri  düşüncələri-
nin,  özündən  əvvəl  yazılanlardan  öyrəndiklərinin  ümumiləşdirilmiş 
nəticəsi kimi söylənən belə fikirlər onun həmmüəllifi olduğu “Qədim 
və  orta  əsrlər  Azərbaycan  ədəbiyyatı”  dərsliyində  yer  alan  “Fədai”, 
“Məhəmməd  Əmani”,  “Məsihi”,  “Qövsi  Təbrizi”,  “Saib  Təbrizi”, 
“Məhcur Şirvani”, “Molla Vəli Vidadi”, “Molla  Pənah Vaqif”,  “Mə-
həmmədin  “Şəhriyar”  dastanı”  oçerklərinin  də  məzmununda  aydın 
görünür.  Ə.Səfərli  Əmaninin  yaradıcılığını  “XVI  əsrin  ikinci  yarısı 
üçün qiymətli bir hadisə”, Fədainin “Bəxtiyarnamə” məsnəvisini “də-
rin  humanizmi,  ideya  məzmunu  və  bədii  ləyaqətilə  seçilən  əsər-
lərdən”,  Məsihinin  “Vərqa  və  Gülşa”  əsərini  “ideya-bədii  gözəllik-
lərinə  görə  XVII  əsr  Azərbaycan  ədəbiyyatı  tarixində  yeni  bir  ədəbi 
hadisə”,  Məhcur  Şirvaninin  “Qisseyi-Şirzad”  poemasını  “bədii-fikri 
keyfiyyətlərinə  görə  orijinal  bir  əsər”  hesab  edir,  Saib  Təbrizini  “öz 
zəngin və dolğun yaradıcılığı ilə Yaxın və Orta şərq xalqlarının bədii 
fikir tarixində  yeni səhifələr açmış” və ana dili olmayan “fars dilində 
fars şairlərinin hamısından yaxşı yazan Azərbaycan şairi”, Qövsi Təb-
rizini  “Azərbaycan  və  fars  dillərində  gözəl,  mükəmməl  şeirlər  müəl-
lifi” kimi dəyərləndirir.  
“Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyində xüsu-
si yer tutan “Molla Vəli Vidadi” və “Molla Pənah Vaqif” öçerklərinin 
də  müəllifi  Əlyar  Səfərlidir.  Məlumdur  ki,  bu  sənətkarların  yaradıcı-
lığı ilə Azərbaycan ədəbiyyatı tarixində yeni səhifələr açılmış, poetik 
fikirdə orta əsrlərdən yeni dövrə keçidin əsası qoyulmuşdur. Bu dövr-
də  həm  klassik,  həm  də  yeni  üslub  təzə  bir  inkişaf  mərhələsinə  yük-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə