Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə9/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   5   6   7   8   9   10   11   12   ...   137

 
22 
səlmiş,  poeziya  forma  və  məzmun  baxımından  zənginləşmiş,  Füzuli 
ənənələri ümumtürk kontekstindən uzaqlaşaraq xeyli sadələşib və yığ-
camlaşıb lokal səciyyə almışdır. Vaqif və Vidadinin yaradıcılığında Fü-
zuli təsiri duyulsa da, füzuliyanəlik görünməz həddə çatmışdır. Onla-
rın ikisi də müasirlərinin çoxu kimi yaşadıqları zəmanədən və mühit-
dən  yazır,  həyatın  gerçək  gözəlliklərini  və  təzadlarını,  insanların  sevinc 
və kədərini, arzu və istəklərini, mənəvi yaşantılarını əks etdirirdilər. 
Ə.Səfərli Vaqif və Vidadinin yaradıcılığına ənənəvi  yanaşıb el-
mi sələflərinin əksəriyyəti kimi Vidadi lirikasını bədbin, Vaqif şeirini 
nikbin  pafoslu  hesab  etsə  də,  sonda  bu  konsepsiya  tərəfdarlarına  əks 
mövqedə  dayanır.  Onun  qənaətinə  görə,  Vidadi  həmişə  ağlamadığı 
kimi,  Vaqif də  həmişə  gülmür. Xüsusilə “Mən cahan mülkündə  müt-
ləq  doğru  halət  görmədim,  Hər  nə  gördüm,  əyri  gördüm,  özgə  babət 
görmədim”, – deyə yaşadığı zəmanədən ictimai mühitdən şikayətlənən 
insanlarda  etibarsızlıqdan,  sədaqətsizlikdən,  riyakarlıqdan,  böhtançı-
lıqdan başqa heç nə görmədiyi üçün kədərlənən, xiffət çəkən və cahan 
mülkündə gördüklərindən usanaraq ömrünün müdrik çağlarında “Gör-
mədim”  kimi  şedevr  bir  əsər  yazan  Molla  Pənahın  hər  zaman  və  hər 
yerdə  həyatın  bütün  əzablarını  toy-bayram  kimi  qarşıladığını  düşün-
mək  səhvdir.  Əlyar  Səfərli  doğru  deyir  ki,  nikbin  Vaqifin  bədbin-
ləşdiyi,  kədərdən  üzüldüyü,  hətta  yaşamaqdan  bezdiyi  vaxtlar  da  ol-
muş və onun “Yoxdur”, “Görmədim”, “Bax” rədifli şeirləri belə mə-
nəvi sıxıntıların bədbin əhvali-ruhiyyənin poetik ifadəsi kimi meydana 
gəlmişdir.  
“Qədim və orta əsrlər Azərbaycan  ədəbiyyatı” dərsliyi  sonralar 
təkmilləşdirilərək  yenidən  çap  edilmişdir  (1998).  İlk  nəşr  “Müəllif-
lərdən”  və  “Ədəbiyyat”  hissələrindən  başqa  6  fəslə  ayrılmışdı  və  hər 
fəslin adı vardı: “Ən qədim dövrlərdə Azərbaycan ədəbiyyatı”, “Erkən 
orta əsrlər ədəbiyyatı” və s. Kitabın birinci nəşrindəki “Müəlliflərdən” 
hissəsi  ixtisar  olunmuş,  onun  əvəzinə  elmi  bir  “Giriş”  artırılmış,  bu 
hissədə  divan  ədəbiyyatının  özgün  xüsusiyyətləri  aydınlaşdırılmışdır. 
İlk  nəşrdə  üçüncü  fəsil  “XI-XII  əsrlər  ədəbiyyatı”  adlanırdı.  İkinci 
nəşrdə  bu  fəsil  parçalanaraq  iki  müstəqil  fəslə  ayrılmışdır:  “XI  əsr 
Azərbaycan  ədəbiyyatı”,  “XII  əsr  Azərbaycan  ədəbiyyatı”.  “Xətib 
Təbrizi” və “Qətran Təbrizi” oçerkləri üçüncü fəsildə, “Məhsəti Gən-
cəvi”,  “Xaqani  Şirvani”  və  “Nizami  Gəncəvi”  oçerkləri  dördüncü  fə-
sildə verilmişdir. Qətran və Xətib haqqında oçerklərin yeri dəyişilmiş, 
ilk  nəşrdəki  düzgün  sıralanma  pozulmuşdur.  İkinci  nəşrdə  müəlliflər 
dərsliyə  orta  əsrlərdə  yaşamış  Seyid  Zülfüqar  Şirvani,  Hümam  Təb-
rizi, Mahmud Şəbüstəri, Bədr Şirvani, Hamidi, Həqiri Təbrizi, Mirzə 


 
23 
Cahan  şah  Həqiqi  və  Möhsün  Nəsirinin  həyat  və  yaradıcılığını  işıq-
landıran oçerklər artırmaqla həm dərsliyi məzmunca zənginləşdirmiş, 
həm  də  Azərbaycan  ədəbiyyatının  orta  sərlər  dövrünə  dair  daha  dol-
ğun  elmi  təsəvvür  yaratmağa nail olmuşlar.  Elə həmin ildə (1998) bu 
kitab Tehranda, ondan beş il əvvəl (1993) isə Ankarada yayımlanmışdır. 
“Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyi müəyyən 
əlavələr və təkmilləşdirmələrlə XXI  əsrdə Bakıda yenidən nəşr olun-
muşdur (2008). Bu dəfə müəlliflər kitabı Tehran nəşrində olduğu kimi 
“Azərbaycan ədəbiyyatı tarixi” adlandırmışlar. XV əsr şairi Xəlili, XV 
əsrin  ikinci  yarısı  və  XVI  əsrin  əvvəllərində  yaşamış  Süruri,  Bəsiri 
haqqında  yığcam  məlumat  verilmiş,  digər  sənətkarların  həyat  və  ya-
radıcılığına dair bəzi faktlar dəqiqləşdirilmişdir. Ali məktəblərin filo-
logiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş “Qədim və orta 
əsrlər  Azərbaycan  ədəbiyyatı”  kitabı  yığcamlaşdırılaraq  orta  ümum-
təhsil  məktəblərinin  ədəbiyyat  proqramına  uyğunlaşdırılmış  və  müəl-
liflər  həmin  proqram  əsasında  orta  ümumtəhsil  məktəbinin  IX  sinfi 
üçün “Ədəbiyyat” dərsliyi yazmış, bu dərslik bir neçə dəfə nəşr edil-
mişdir (1994, 1995, 1996, 2000, 2001, 2002). 
Ümumiyyətlə, Əlyar Səfərlinin yaradıcılığında XVII-XVIII əsr-
lər Azərbaycan ədəbiyyatının, özəlliklə bu dövrün epik şeirinin tədqiqi 
mühüm yer tutur. Onun “Məsihi” və “XVII-XVIII əsrlər Azərbaycan 
epik  şeiri”  monoqrafiyaları  Azərbaycan  orta  əsrlərinin  son  dövründə 
yaranmış epik şeirin tədqiqinə həsr edilmişdir. Bu baxımdan Ə.Səfərli 
akademik Həmid Araslının birbaşa davamçısıdır. Məlum olduğu kimi 
Həmid  Araslı  hələ  1930-cu  illərdən  başlayaraq  XVII-XVIII  yüzillər 
Azərbaycan  ədəbiyyatının  elmi  tədqiqatdan  kənarda  qalan  məsələ-
lərinə,  bu  əsrlərdə  yaşamış  sənətkarların  həyat  və  yaradıcılığına  dair 
bir  sıra  elmi  məqalə,  oçerk,  icmal,  nəhayət,  doktorluq  dissertasiyası 
yazmış,  bu  əsərin  mətni  əsasında  “XVII-XVIII  əsrlər  Azərbaycan 
ədəbiyyatı  tarixi”  adlı  sanballı  bir  dərslik  hazırlayaraq  nəşr  etdirmiş 
(1956),  həmin  dövrdə  yaşamış  Məhəmməd  Əmani,  Fədai,  Məsihi, 
Saib  və  Qövsi  Təbrizilər, Məhcur Şirvani,  Molla Pənah Vaqif, Molla 
Vəli  Vidadi  kimi  şairlərin  bioqrafiyası,  yaradıcılıq  yolu,  “Bəxtiyar-
namə”,  “Vərqa  və  Gülşa”,  “Qisseyi-Şirzad”  və  s.  epik  məsnəvilər, 
“Şəhriyar”  dastanı,  habelə  XVIII  əsrdə  yazılmış  tarixi  mənzumələr 
haqqında ilk elmi məlumat vermişdir. Bu məlumat XVII-XVIII əsrlər 
Azərbaycan ədəbiyyatının sonrakı tədqiqatçıları, o cümlədən Ə.Səfərli 
üçün  yaşıl  mayak  –  yolgöstərici  olmuş,  onlar  elmin  zirvələrinə  bu 
yolla getmişlər.  
Ə.Səfərlinin ilk sanballı tədqiqat əsəri “Məsihi” (1992) monoq-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə