Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə26/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   22   23   24   25   26   27   28   29   ...   137

 
67 
mərhum  atasının  da  hamı  libasları  nəcis  və  haram  imiş  və  ona  mür-
təkib olanları da məlamət olmalı imiş”. Məqalə müəllifinin belə məna-
sız fikrinə qarşı çıxan Molla Ruhulla ona cavab verərək göstərmişdir 
ki,  İranın  dirisinin  də, ölüsünün də geyimi,  libası  əlli  ilə  yaxındır ki, 
ingilis  və  rus  parçalarından  toxunmuşdur.  Qənd,  çay,  ətriyyat,  sabun, 
kibrit  və  sair  gündəlik  işlədilən  ləvazimatlar,  hətta  Qurani-Kərim  və 
ibadət  kitabının  kağızları  da  xaricilərin  əli  ilə  onların  fabrikalarında 
hazırlanmışdır.  Ona görə də Molla Ruhulla göstərmişdir ki, əgər mə-
qalə  müəllifinin  dediklərinə  əməl  olunsa,  bizim  ətrafımızdakı  hər  bir 
əşya haramdır və murdardır. Daha sonra o, məqalə müəllifi kimi “mü-
səlmançılığ”ın “təəssübündə” duranlara cavab vermişdir ki, hər kimin 
qeyrəti varsa,  əvvəl lazım olan şeyləri gərək özü tərtib etsin və sonra 
da  rəzil  və  nəzis  kimi  zəbandirazlıq  etsin”.  Hacı  Molla  Ruhulla 
məqalə  müəllifinə  anladır  ki,  onun  qəzet  səhifələrini  belə  boşboğaz 
nalayiq  sözlərlə  doldurmaqla  əcnəbiləri  özümüzə  qarşı  qaldırmağa 
səbəb oluruq. 
Məqalə  müəllifi  öz  yazısında  islam  dünyasının  geridə  qalma-
sında  mollaları,  ümumiyyətlə,  alim  təbəqəsini  müqəssir  hesab  etmiş-
dir. Hacı Molla Ruhulla onun bu fikrinə qarşı çıxaraq göstərmişdir ki, 
“qeyri-təbəqələr bunlardan dəxi neçə dəfə bədtərdirlər. Və bu barədə o 
qədər  nəqllər  danışılıb  və  eşidilib  ki,  onların  təkrarı  insanın  qanını 
qaraldır.” 
Hacı Molla Ruhullanın “Halımıza dair” adlı genişhəcmli məqa-
ləsində  dövri  mətbuatdakı  mövcud  vəziyyət  açıqlanmış,  jurnalistlər 
qarşısında  bəzi  mühüm  vəzifələr  qoyulmuşdur  [4].  O,  qələm  sahiblə-
rinə  elm  və  maarifə  dair  faydalı  məqalələr  yazmağı,  əsrin  münəvvər 
fikirli  şəxslərini  təbliğ  etməyi,  keçmiş  və  gələcək  haqqındakı  dəyərli 
əsərlərdən lazımi və zəruri mətləbləri seçib nəzərə çatdırmağı tövsiyə 
edir,  qələmbazlıq,  məddahlıqla  məşğul  olanları  tənqid  edirdi.  Hacı 
Molla  Ruhulla  bəzi  qəzetlərdə  elmdən,  ədəbdən,  siyasətdən,  iqtisa-
diyyatdan  bir  kəlmə  belə  yazılmadığını  qeyd  etməklə,  onların  səbəb-
lərini də göstərmiş, başqa millətlərin ittifaqları haqqında geniş yazılar 
dərc  olunduğu  halda,  millətə  yaraşmayan  sifətlərin  təbliğ  olunmasına 
görə narahatlığını da bildirmişdir. O, qəzet müxbirlərini öz yazıları ilə 
Bakıda  fəaliyyət  göstərən  “Nəşri-maarif”,  “Səadət”  və  s.  bu  kimi 
mədəni-maarif  cəmiyyətlərinin  dağılmasına  səbəb  olmamağa,  millət 
arasında, xalq arasında ikitirəlik, məzhəb ayrılığı salmamağa çağırırdı: 
“Bəsdir  heyvanat  mübarizəsi!  Bəsdir  sünni-şiələr  dəvası!  İndi  gəlin 
islamiyyət, insaniyyət dəvası edin! Bir baxın, nəşriyyat aləmində mü-
səlmanlıq adına nə təranələr çalınır, nə nağıllar oxunur” [4]. 


 
68 
Hacı Molla Ruhulla insanın xarici görünüşünün deyil, daxilinin, 
qəlbinin təmizliyini, başqalaşmasını tələb edirdi. 
O, “Yeni həqiqət” qəzetində dərc etdirdiyi “Bizdə məarifə təbii 
pərdələr” [5] başlıqlı irihəcmli məqaləsində ananın, atanın hər birinin 
ayrılıqda uşaqların  tərbiyəsindəki  rolunu və vəzifələrini açıqlamışdır. 
Molla Ruhulla bəşərin ən böyük şərəf, üns, ülviyyət üzrə yarandığını, 
insanda  elmə,  ədəbə,  hünər  və  maarifə  təbii  bir  həvəs  və  şövq  oldu-
ğunu qeyd etməklə bərabər, həm də millətinin qafil, cahil, ruhsuz, ci-
simsiz  qalmağıma  təəccüb  etmişdir.  O  yazırdı:  “Səfa  ruhumuz  yox, 
əfkarımız  tutğun,  daireyi-əqliyəmiz  tutğun,  daireyi-əqliyəmiz  tənğ, 
zehn və zəkamız pozğun, mənfur sifətlərə, mərəzlərə tutuluruq. Dəni, 
qeyrətsiz, namussuz, insan oğluna yaraşmayan xəyanət, cəvanlıq, vəh-
şilik kimi çirkin hallar ilə yaşayıyoruz” [5]. Molla Ruhulla xalq həya-
tına biganə olmamağa, sosial-ictimai nöqsanlara kənardan baxmamağa 
çağırır, bu sahədə canlanma  yaratmaq üçün tərbiyə məsələlərinə diq-
qəti gücləndirməyi zəruri hesab edirdi. O, “mövhumi mərəzlərə düçar, 
başları  xürəfat,  mövhumat  ilə  dolu,  məişətləri  pis,  murdar,  hər  tərəfi 
üfunət  bir  halda  yaşayan”  biçarə  anaların  yüksək  tərbiyəli  uşaqlar 
böyüyəcəyinə  şübhə  ilə  yanaşır  və  vurğulayırdı  ki,  insan  həyatın 
mənasını  məhz  uşaq  yaşlarından,  balacalığından  öyrənib  anlamalıdır. 
“Lakin təəssüf ki, onlar bu sözləri nəyinki analardan, heç atalarından 
da eşitməyiblər” [5]. 
Hacı Molla Ruhulla analara uşaqların tərbiyəsi üçün onlara daha 
çox insanlar arasında olan bərabərliyi, dostluğu, ülfət ilə yaşamalarını 
məsləhət bilmiş və ayrı-ayrı padşahların ölkələr, torpaqlar zəbt etmək 
məqsədilə  apardıqları  müharibələr  haqqında  danışmağın  əleyhinə 
olmuşdur.  O,  bu  fikrini  böyük  yunan  alimi  Sokratın  fikrilə  əsaslan-
dırmışdır.  Sokratın  fikrincə,  insanların  ən  xətalı  adətləri  balalarına 
padşahlar  təlimini,  onlar  arasında  qan  tökmək  əhvalını  oxutmaq,  öy-
rətməkdir.  Sokratın  bu  fikrinə  əsasən,  Hacı  Molla  Ruhulla  belə  bir 
nəticəyə  gəlmişdir  ki,  uşaq  vəhşilik  haqqında  məlumatlar  eşitdikcə, 
onun təbiətində yırtıcılıq əmələ gəlir və böyüyəndə də belə insanlarda 
məhəbbət hissləri olmur. 
Hacı  Molla  Ruhulla  insanlarda  ədəbliyi  ön  cərgəyə  çəkmiş  və 
ədəbliyin  insan  həyatında  nə  kimi  əhəmiyyətə  malik  olduğunu  bariz 
şəkildə sübut etmək üçün başqa bir antik yunan alimi Əflatunun fikrini 
misal gətirir: “Ədəb mənim yanımda Harunun xəzinəsindən, Şəddatın 
dövlətindən artıqdır. Çünki onlar fani, ədəb xəzinəsi isə həmişə baqi-
dir.” Hacı Molla Ruhulla insanlarda ədəb-ərkanı yaxın adamlarından, 
hətta valideynlərdən üstün tutmuşdur. O, fikrini Rəsul-Əkrəmin aşağı-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə