Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
  1   2   3   4   5   6   7   8   9   ...   102


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 
__________________________________________ 
 
 
ZİYƏDDİN MƏHƏRRƏMOV 
 
 
 
 
 
 
 
 
İRƏVANDA MƏKTƏBDARLIQ 
VƏ  MAARİFÇİLİK  
 
(1800-1920-ci illərdə  
ədəbi-mədəni mühit) 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2010 


_________Milli Kitabxana_________ 
 
2
 
ELMİ MƏSLƏHƏTÇİLƏR:  Teymur ƏHMƏDOV,  
filologiya elmləri doktoru, professor; 
İsrafil ABBASLI,  
filologiya elmləri doktoru, professor; 
Şamil VƏLİYEV, 
filologiya elmləri doktoru, professor. 
 
ELMİ REDAKTORLARI:   Qara NAMAZOV,  
filologiya elmləri doktoru, professor; 
İsmayıl MƏMMƏDOV
filologiya elmləri doktoru, professor; 
Əziz ƏLƏKBƏRLİ,  
filologiya elmləri üzrə fəlsəfə 
 
       doktoru. 
RƏYÇİLƏR:    
 
Alxan BAYRAMOĞLU,  
filologiya elmləri doktoru, professor; 
Ənvər ƏHMƏD,  
filologiya elmləri üzrə fəlsəfə  
 doktoru, professor; 
  
Ziyəddin Məhərrəmov.  İrəvanda məktəbdarlıq və maa-
rifçilik (1800-1920-ci illərdə  ədəbi-mədəni mühit), Bakı, 
“Nurlan”, 2010, - 320 səh. 
Filologiya elmləri üzrə fəlsəfə doktoru Ziyəddin Həmil oğlu 
Məhərrəmovun bu kitabında qədim tarixə, zəngin ədəbi ənənələrə 
malik  İrəvan xanlığı  ərazisində Azərbaycanın Qərb zonasında 
məktəbdarlıq və  mədəniyyətin, o cümlədən maarifçilik ədəbi 
hərəkatının yaranması  və inkişaf xüsusiyyətləri araşdırılmışdır. 
Müəllif elmi-tarixi mənbələrə, arxiv sənədlərinə  və  İrəvanda ilk 
yazılı mətbuat abidələri “Lək-lək”, “Bürhani-həqiqət” jurnallarına 
istinadən ictimai-ədəbi və milli-mədəni fikir tariximizin 
mənzərəsini işıqlandırmağa çalışmışdır. 
А
 
   4702060000    
Qrifli nəşr
 
  
   N-098-2010            
  © Z.Məhərrəmov, 2010 


_________Milli Kitabxana_________ 
 
3
 
GİRİŞ 
 
Mühit deyəndə  təsəvvürümüzdə, sözün geniş  mənasında, 
təbii, ekoloji, iqtisadi, mədəni, siyasi, mənəvi,  ədəbi atmosfera 
canlanır. Ədəbi mühit isə sadalanan bu atmosferin tərkib hissəsi 
olmaqla, cəmiyyət həyatının mənəvi dünyasının ümumi məcmu-
sunu təşkil edir. Bu mənəvi dünyanın özünüifadəsi bədii və pub-
lisistik əsərlər, müxtəlif istiqamətli mədəni-kütləvi tədbirlər, ədə-
bi yığıncaqlar, məclislər, dərnəklər və başqa incəsənt sahələrini 
əhatə edən vasitələrlə  həyata keçirilir. Maarifçilik və  məktəb-
darlıq işləri, kitab nəşri, teatr truppalarının yaradılması sahəsin-
dəki işlər də əsasən ədəbi mühitlə bağlıdır. Ədəbi mühit konkret 
məkan çərçivəsində xalqın milli-mədəni təfəkkür, düşüncə  və 
dünyabaxışının ictimai-ədəbi ifadəsini özündə əks etdirən, daimi 
inkişafda olan canlı orqanizm, eyni zamanda xalqın ümummilli 
həyatının tərkib hissəsidir. Bu cəhətdən ədəbiyyatşünaslıq ədəbi-
ictimai fikir durumumuzun hərtərəfli öyrənilməsinə diqqələ ya-
naşmağı önəmli sayır.  
Ədəbiyyat tariximizin öyrənilməsi bir qayda olaraq cərəyan-
lar,  ədəbi məktəb və  cəmiyyətlər, yaradıcı  şəxsiyyətlər,  ədəbi 
janrlar, metodlar, ədəbi  əlaqələr və sair istiqamətlər üzrə diqqət 
mərkəzində olmuşdur. Aparılan elmi araşdırma və  tədqiqatların 
məzmun və mahiyyətində tanınmış yaradıcı  şəxsiyyətlərə  həsr 
olunan elmi əsərlərdə  həmin bədii söz ustalarının formalaşdığı 
konkret məkan və ədəbi iqlim barədə qiymətli fikirlər söylənilir. 
Lakin bu fikir və mülahizələr konkret sənətkara həsr olunduğun-
dan tədqiqatçı bütövlükdə ədəbi mühitin işıqlandırılmasını qarşı-
sına məqsəd qoymur, buna heç bir tədqiqatçının qüvvəsi, gücü 
çatmaz və vaxtı da kifayət etməz. Ədəbi mühitin regional tədqiqi-
nə həsr olunan tədqiqatlar ilk baxışda daha əhatəli görünür, lakin 
bu cür tədqiqatlarda zaman və  məkan məhdudiyyəti bütün yara-
dıcı ədəbi-bədii sənət adamlarının fəaliyyətlərini hərtərəfli, incə-
liklərinə kimi işıqlandırmaq imkan xaricindədir. İrəvan ədəbi mü-
hiti mövzusunda tədqiqat ictimai-ədəbi fikri, onun uğur və prob-


_________Milli Kitabxana_________ 
 
4
 
lemlərini, konkret zaman və  məkan daxilində olsa da, mühitin 
milli-ədəbi, mədəni problemləri, ictimai-siyasi və sosial qayğıları 
vəhdətdə nəzərdən keçirilir.[47, 9] 
Azərbaycan  ədəbiyyatı  dünya  ədəbiyyatının ayrılmaz hissə-
lərindən biri olmaqla, ictimai-siyasi və  bədii fikir tarixində özü-
nəməxsusluğu ilə seçilir. Müxtəlif dövrlərdə yaşamış qələm sahi-
bi olan soydaşlarımızın yazıb-yaratdığı və bu günümüzədək gəlib 
çıxan ədəbi-bədii irsi: zəngin folklor nümunələrini özündə ehtiva 
edən ağız ədəbiyyatı, ozan-aşıq sənəti, yazılı klassik ədəbiyyat və 
digər daşüstü abidələr buraya daxildir. 
Öz inkişafını və formalaşmasını min illər ərzində təmin edən 
Azərbaycan ədəbiyyatı xalqımızın elmi-bədii təfəkkürünün əvəz-
siz nümunələri elmi-fəlsəfi,  ədəbi-bədii tutumu ilə bu gün də 
təkrarsızdır. Əlbəttə, bu, dünya ədəbi-bədii fikir tarixinin sistemli 
qanunauyğunluğu, varisliyə  əsaslanan davamlı  ənənənin ümdə 
xüsusiyyətləri baxımından diqqəti cəlb edir. Elmi-texniki tərəq-
qinin, sivilizasiyanın geniş vüsət aldığı bir dövrdə yaşamağımıza 
baxmayaraq, ümumbəşəri dəyərlərdən bəhrələnmək yenə də antik 
dövrdən bu günədək fikir dühalarının yaratdığı mənəvi irsə daha 
qayğı ilə müraciət etməyi zərurətə çevirir. 
İndiki zamanda Azərbaycanda milli-mənəvi dəyərlərin 
qorunub-saxlanmasına, daha da inkişaf etdirilməsinə tələbkarlıqla 
yanaşıldığı bir şəraitdə xalqımızın öz milli-mədəni irsinə, tarixi 
keçmişinə son dərəcədə  həssaslıq göstərməyi tələb edir. Bu 
nöqteyi-nəzərdən dünya xalqlarının təcrübəsindən istifadə etməyi
qloballaşma dövrünün səciyyəvi proseslərinə istinad etməklə 
milli-mənəvi irsə sayğı ilə yanaşmaq Azərbaycan  ədəbiyyatının 
ayrılmaz tərkib hissəsi sayılan, tarixi ənənələrlə müasir yenilikləri 
özündə birləşdirən İrəvan xanlığı ərazisinin tarixi, ictimai-siyasi, 
mədəni və  ədəbi mühitinin sistemli şəkildə araşdırılması elmi 
yanaşmadan da öncə milli-mənəvi ehtiyacdan , dədə-baba yaşayış 
məskənimiz, yurdumuz olan Qərbi Azərbaycan ərazisinin erməni-
lər tərəfindən mərhələ-mərhələ böyük imperiyaların bilavasitə ha-
vadarlığı ilə işğal edilməsi məsələlərinin mahiyyətini tarixi, ədə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə