Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   10   11   12   13   14   15   16   17   ...   102

_________Milli Kitabxana_________ 
 
42
 
M.F.Axundovun “Dərviş  Məstəli  şah” komediyasını 1890-cı il 
aprel ayının 4-də tamaşaya qoyması böyük marağa səbəb olmuş
həmin gün İrəvan Müəllimlər Seminariyasının tələbəsi Rzayevin 
“Günahsız nigah” adlı vedovilinin oynanılması da yaddaqalan 
tarixi hadisəyə çevrilmişdi. 
Qeyd olunmalıdır ki, F.Köçərlinin tövsiyəsi və  rəhbərliyi 
əsasında hər iki pyesin əsas rollarında tələbə Haşım bəy Vəzirov 
oynamış, sonralar həvəskar artist kimi V.Şekspirin “Otello” faciə-
sində Otello rolunu da xüsusi məharətlə ifa etmişdı. 
F.Köçərli on il İrəvan Müəllimlər Seminariyasında çalışır, 
1895-ci ildə Qori Müəllimlər Seminariyasına  şəriət və türk dili 
müəllimi vəzifəsinə dəyişdirilir. Onun “Müxtəsər tərcümeyi-halı”-
nı yazan F.Ağazadə Firudinin geniş hafizəyə  və biliyə malik ol-
duğunu yüksək qiymətləndirərək yazırdı: “Firudin bəyin nəinki 
farscanı, bəlkə türkcəni böylə kəmalınca öyrənə bildiyini qeyd et-
mək lazımdır... Rus yazıları ilə türkcə müqayisə edilsə, məramının 
rusca ifadəsi türkcədən daha səlis, daha mətin olduğu görülə bilər. 
Bu cəhəti özü dəxi duyduğu üçün daim türk ədəbiyyatı ilə məşğul 
olmuş və nəticədə əsrinin ədibləri tərəfindən müqtədir yazıçılar ki-
mi təhsinlər görmüşdür... Qori Müəllimlər Seminariyasında  şəriət 
və türk dili müəllimi işləyən Köçərli Qafqaziyaya dağılmış  gənc 
müəllimlər tərəfindən dərin hörmətlərə  məzhər olmuşdur [37] 
[156]”. Tanınmış alimlərdən Kamal Talıbzadənin “XX əsr Azər-
baycan tənqidi” [176] və “Sənətkarın şəxsiyyəti” [175], Bəkir Nə-
biyevin “Firudin bəy Köçərli” adlı monoqrafiyalarında [156] F.Kö-
çərlinin zəngin yaradıcılıq yolunu istənilən səviyyədə  işıqlandır-
dıqlarından onun XX əsr Azərbaycan  ədəbiyyatının inkişafindaki 
xidmətlərindən monoqrafiyada geniş söhbət açılmamışdır.  
Qafqazda mətbuatın formalaşması istiqamətində mütərəqqi 
ideyalı, maarifçilik-məktəbdarlıq sahəsində yorulmadan çalışan, 
heç nədən qorxub-çəkinməyən ziyalıların böyük bir dəstəsi Tiflis-
də cəmləşmiş və öz fəaliyyətləri ilə kifayət qədər tanınırdılar. Diq-
qəti özünə cəlb edən maarifpərvər qələm və söz sahiblərindən bir 
çoxunu, o cümlədən Firudin bəy Köçərlini və İrəvan ədəbi mühi-


_________Milli Kitabxana_________ 
 
43
 
tində təzə-təzə ədəbi-bədii fəaliyyəti ilə tanınan Haşım bəy Vəziro-
vu Qafqazda nəşr olunan qəzet və jurnallarda dərc olunan məqalə-
lərindən yaxşı tanıyırdılar. Haşım bəy Mirabdulla oğlu Vəzirov 
(1868, Şuşa - 4 fevral 1916, Bakı) Azərbaycan jurnalisti, yazıçısı-
dır. O, İrəvan Müəllimlər Seminariyasını bitirmiş, 1906-cı ilədək 
İrəvanda, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Bütün şüurlu 
həyatını vətən övladlarının şüurunun oyanmasına, mədəni səviyyə-
sinin yüksəldilməsinə  sərf edən, çoxcəhətli fəaliyyəti ilə onların 
tərəqqisinə çalışan Haşım bəy Vəzirov öz doğma xalqının ictimai 
fikir tarixində özünəməxsus yer tutur. Onun XIX əsrin sonu, XX 
əsrin əvvəllərində xüsusən Qərbi Azərbaycanın, bütövlükdə Azər-
baycanın mədəni həyatında, ictimai-siyasi, bədii-estetik fikir tari-
xində görkəmli pedaqoq, jurnalist, nasir və yazıçı-dramaturq kimi 
fəaliyyəti müasirlərindən daha çox fərqlənmişdir. O, iyirmi beş 
ildən artıq yorulmadan ictimai fəaliyyətlə məşğul olmuşdur. 
Haşım bəy Mirabdulla oğlu Vəzirov (atasının adı Azərbay-
can Sovet Ensklopediyasında səhvən Mir İman kimi verilmişdir – 
Z.M.) 1868-ci ildə  Şuşa  şəhərində anadan olmuşdur. Onun ulu 
babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları 
xanlıqda bəyzadələr kimi məşhurlaşmış, camaat arasında “vəzir-
vəzir” adı ilə tanınmış, sonradan “vəzir” ifadəsini özlərinə soyadı 
seçdiklərinə görə “Vəzirovlar” adlanmışlar. 
Haşım bəyin uşaqlıq və  gənclik illəri  Şuşa  şəhərində keç-
mişdir. Azərbaycanın ruslar tərəfindən işğalından sonra xanlığın 
mədəniyyət, sənətkarlıq, ticarət mərkəzi olan Şuşa özünün keçmiş 
əzəmətini itirmiş, əyalət şəhərinə çevrilmişdir. Rus çarizmi azər-
baycanlıları itaətdə saxlamaq üçün Qarabağ xanlığına çoxlu rus 
və erməni (ermənilər əsasən İrandan gətirilib) ailələri köçürmüş, 
“ipə yatmayan” xanzadə  və  bəyzadələri təqib edir, hüquqlarını 
məhdudlaşdırır, tabe olmayanları Sibirə sürgün edir, var-dövlətini 
müsadirə edərək öz sadiq “qullarına”, məmurlarına “səxavətlə” 
paylayırdı. Çarizmin qəddar müstəmləkəçilik siyasəti bütövlükdə 
Azərbaycanda, o cümlədən Qarabağda törədilən etnik qırğınları 
üçün zəmin yaratmışdır. 


_________Milli Kitabxana_________ 
 
44
 
Haşım bəy ilk təhsilini “zamanının ali tərbiyə və təlim gör-
müşlərin”dən hesab olunan atası Mirabdulladan almış, on iki ya-
şında atadan yetim qalmış, anası Nənəş xanımın tərbiyəsi ilə bö-
yümüş və təhsilini davam etdirmişdir. Anası onu şəhər mədrəsə-
sində  dərs verən (ilahiyyatçı) müəllimlərdən Molla Həmid və 
Mirzə  Əlinin mədrəsəsində oxutmuş, sonra isə  Şuşa  şəhərindəki 
hökumət məktəbinə qəbul etdirmişdi. 
Haşım bəy  Şuşa  şəhər realnı  məktəbini müvəffəqiyyətlə bi-
tirmiş, təhsilini İrəvan Müəllimlər Seminariyasında davam etdir-
mişdir.  İrəvan Müəllimlər Seminariyasının ana dili və  şəriət 
müəllimi, görkəmli pedaqoq və alim Firudin bəy Köçərli Haşım 
bəy Vəzirovun formalaşmasında  əvəzsiz rol oynamışdır. O, bu-
rada da Şuşada olduğu kimi ana dili, fars və ərəb dilini dərindən 
öyrənmiş, həmçinin  İslam dininin tarixini, ehkamlarını böyük 
maraqla mənimsəmişdir.  
İrəvan Müəllimlər Seminariyasını bitirən Haşım bəy Vəzirov 
müəllimlik hüququ almış,  İrəvan quberniyasının Böyük Vedi və 
bir çox başqa kəndlərində, Cavanşir qəzasının Alpout, Şəki qəza-
sının Göynük, yenə Cavanşir qəzasının Bərdə kəndlərində müəl-
lim və  məktəb müdiri işləmişdir. Onun maarifçilik fəaliyyətinin 
müəyyən dövrü doğma  şəhəri  Şuşa ilə bağlıdır.  Şuşa ziyalıları 
rus-Azərbaycan tipli məktəblərin açılmasına hədsiz maraq göstə-
rərək məscid nəzdində bu işin təşkilinə nail olmuş, nəticə olaraq, 
Haşım bəy Vəzirovun müdirliyi ilə 1898-cı il oktyabrın 6-da Şu-
şada ikisinifli rus-tatar məktəbi açılmış,  şəhər müsəlman cəmiy-
yətinin xahişi ilə  məktəbin müəllimlərinə dövlət qulluqçusu və 
çarın tacqoyması münasibətilə həmin məktəbə “Şuşa Nikolayevsk 
rus-tatar məktəbi” adı verilmişdir [119]. Zaqafqaziyanın hər ye-
rində, o cümlədən Şuşada, İrəvanda və digər yerlərdə qız məktəb-
lərinin yaranmasına təşəbbüs göstərilirdi. XX əsrin əvvəllərində, 
hələ ötən əsrdən meydana çıxan dövlət məktəbləri, gimnaziyalar, 
real məktəblər öz fəaliyyətini davam etdirirdı. Artıq bütöv Azər-
baycanın bir çox guşələrində bu tipli rus-Azərbaycan məktəblə-
rində iki il ərzində tədris olunan dilləri şagirdlər öyrənə bilirdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə