Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   2   3   4   5   6   7   8   9   ...   102

_________Milli Kitabxana_________ 
 
5
 
bi-bədii, ictimai-siyasi faktlar əsasında səciyyəsini vermək olduq-
ca zəruridir.  
Azərbaycan mədəniyyətinin mühüm və  ən çox da erməni-
lərin heç bir əsası olmadan qədim Oğuz yurdunun əzəli və əbədi 
dədə-baba torpaqlarını, İrəvan xanlığının tarixi ərazilərindəki ya-
şayış  məskənlərinin adlarını erməniləşdirməklə, guya bu torpaq-
ların “həqiqi” sahibi olduqları barədə dünya ictimaiyyətində  cə-
fəng uydurmalarla yanlış təsəvvür yaratdıqları indiki şəraitdə bu 
ədəbi mühitin tədqiq olunması son dərəcə böyük əhəmiyyət kəsb 
edən sahələrdən biridir. 
Xalqımızın dünya mədəniyyəti tarixində adları fəxrlə çəkilən 
çoxsaylı yazıçı,  şair, publisist, alim və saz-söz sənətkarlarının 
həyatı, fəaliyyəti, ictimai-siyasi mübarizəsi, mədəniyyəti və yara-
dıcılıq inkişafı ədəbi mühit timsalında formalaşmışdır. 
XIX  əsrin birinci qərinəsinin mürəkkəb hadisələr, quzeyli-
güneyli Azərbaycan xalqının taleyində  ağır məşəqqətlər, qırğın-
lar, talanlar, işğallar və köçürmələrlə xarekterizə olunması, Qaf-
qazın, həmçinin ikiyə bölünən Azərbaycanın rus çarizmi tərəfin-
dən işğalı və İrandan, Türkiyənin müxtəlif ərazilərindən köçürü-
lən ermənilərin
1
 Araz çayı sahillərində məskunlaşdırılmasının hə-
yata keçirildiyi bir şəraitdə çarizmin yeritdiyi bu siyasətin nələrlə 
nəticələnəcəyini qabaqcadan qiymətləndirən ziyalıların öncül 
dəstəsinin nümayyəndələri yetişməkdə idi. 
Rusiyanın Zaqafqaziyada yeritdiyi siyasəti Azərbaycan xal-
qının mənəvi sarsıntıları ilə yanaşı, onun mədəni həyatında bir sı-
ra diqqətəlayiq yeniliklərin yaranmasına da səbəb olmuşdu. Azər-
baycanda realist ədəbiyyatın inkişafı, yeni tipli məktəblərin, gim-
naziya, seminariya və teatrların açılması mədəni yeniliklərdən idi.  
XIX əsrdə Zaqafqaziyada xalqların rus inqilabçı-demokratları 
ilə  əlaqəsi olan yeni fikirli ziyalıların zamanın ictimai-siyasi zid-
diyyətlərindən baş çıxaran bütöv bir dəstəsi yetişmişdi. Ümummilli 
                                                 
1
 Bax: А.С.Грибоедов. Горе от ума. Писъмо и записки. Баку, «Маариф», 
1989,  стр.387;  Н.Н.Шавров.  Новая  угроза  русскому  делу  в  Закавказъе: 
предстоящая распрадажа Мугани инородцам. С.Петербург, 1911, стр.63,64. 


_________Milli Kitabxana_________ 
 
6
 
ədəbi-ictimai fikrimiz Mirzə  Fətəli Axundzadə realist ədəbi  ənə-
nələrinin davamı ilə, “Molla Nəsrəddin”  ədəbi məktəbi ilə  səciy-
yəvidir. Həmin dövrün başlıca cəhəti olaraq, “ədəbiyyatımızda ye-
ni düşüncə tərzi, milli realist-maarifçilik məfkurəsi, eləcə də pub-
lisistika, mətbuat milli taleyin, gerçəkliyin həqiqətləri kimi əks 
olunmuşdur.”
1
 XX əsrin  əvvəllərində müstəqil ideya-estetik kon-
sepsiya formalaşdırmağa müvəffəq olan “Molla Nəsrəddin” və 
“Füyuzat” jurnallarının adları ilə bağlı satirik və romantik ədəbiy-
yat məktəbləri milli mədəniyyət tariximizə bir sıra parlaq nümu-
nələr bəxş etmək yolunda əvəzsiz rol oynamaqda idi.[171, 3-5] 
Dövrünün məfkurəvi aynası olan “Molla Nəsrəddin”lə “Fü-
yuzat”ı, Cəlil Məmmədquluzadə ilə Əli bəy Hüseynzadəni Sovet-
lər dövründə qarşı-qarşıya qoysalar da, bu iki mütəfəkkiri əks ide-
ya təbliğatçıları kimi təqdim etsələr də, C.Məmmədquluzadə Əli-
bəy Hüseynzadəni “yazıçılıqda çox məharətli bir şəxs”, hətta 
“möhtərəm yazıçı” adlandırırdı. 
Əli bəy Hüseynzadə isə öz növbəsində həm Mirzə Cəlil ya-
radıcılığını bütövlükdə, həm də onun nəşr etdiyi “Molla Nəsrəd-
din” jurnalının fəaliyyətini, o dövrün sosial-iqtisadi, ədəbi-mədə-
ni həyatında mövcud olan hər cür geriliyə, cəhalətə, fanatizmə 
qarşı mübarizədəki rolunu yüksək qiymətləndirir, tənqidin, riş-
xəndin, yumorun islahedici rolunu təsdiq edirdi. O, “Molla Nəs-
rəddin və Dəbistan” adlı məqaləsində yazırdı: “Molla Nəsrəddin 
izanlı məqalələri, lətifələri, həcvləri nigarişxanələrindən geri qal-
mır, böyük bir hünər və istedad ilə yazıldığı aşkardır...Hər halda, 
“Molla Nəsrəddin”in müdiri və “Molla Nəsrəddin”in müridi Cəlil 
Məmmədquluzadə  cənablarını müvəffəqiyyətləri üçün təbrik və 
qəzetinin qiraətini bütün oxucularımıza tövsiyə edirəm”. 
Bu misallardan aydın olur ki, hər iki mühərririn, hər iki jur-
nalın  məramı  eyni  olmuşdur – xalqın mədəni yüksəlişi, intibahı,  
 
---------------------- 
1
 Bax. N.Axundov. “Molla Nəsrəddin” jurnalının nəşri tarixi”, Bakı, 
1959, səh., 8.; Şurəddin Məmmədli. Azərbaycan  ədəbiyyatının Borçalı qolu, 
Tiflis, 2003. səh.143. 


_________Milli Kitabxana_________ 
 
7
 
istiqlaliyyəti. Bunların hər ikisi demokratiyanın, demokratik döv-
lət quruculuğunun tərəfdarı idilər[160]. 
Əli bəy Hüseynzadənin redaktoru olduğu “Füyuzat” jurnalı 
və digər mətbuat orqanları, qəzet və jurnallar ictimai və  fəlsəfi 
fikrin, habelə milli romantik bədii ədəbiyyatın yayılması sahəsin-
də öz sözünü deməyə müvəffəq olsa da, dövrün ictimai-siyasi 
ziddiyyətlərini əks etdirən məsələlərin füyuzatçılar tərəfindən Pe-
terburq, İstanbul, İrəvan, Kəlküt, Tiflis və s. şəhərlərdə nəşr olu-
nan ədəbi-bədii və ictimai yazıların araşdırılması ciddi elmi ma-
raq doğururdu. Milli ictimai fikir tariximizdə təkanverici xidmət-
ləri ilə seçilən, məşhur maarifçi-xeyriyyəçi Hacı Zeynalabdinin 
maliyyəsi ilə “Kaspi” mətbəəsində nəşr edilən “Füyuzat”ın 1906-
1907-ci illər ərzində 32 nömrəsi işıq üzü görmüşdü. Bu jurnalın 
mahiyyəti barədə titulunda yazılırdı: “...ədəbi, fənni, siyasi, icti-
mai, müsəvvir, həftəlik türkcə  məcmuəyi-islamiyyətdir”. Burada 
mövzu müxtəlifliyi, elmi-fənni yazılar, ədəbi-bədii və ictimai-si-
yasi məqalələrlə yanaşı, dünya ədəbiyyatından tərcümələrə, maa-
rif, səhiyyə, tarix, coğrafiya, sosiologiya, psixologiya, fizika, ar-
xeologiya, şərqşünaslıq, diplomatiya, ədəbiyyat nəzəriyyəsi, tən-
qid tarixi, dilçilik, musiqi, rəssamlıq və s. sahələrə xüsusi əhə-
miyyət verilirdi.  
Cəmiyyətdə, qonşu ölkələrin ictimai-siyasi həyatında,  ədəbi 
hərəkatımızda baş verən hadisələr, gedişatlar, satirik şeirin, bədii 
nəsrin, dramaturgiyanın üstünlüyü ələ alması milli məfkurəmizə 
və  bədii-estetik təfəkkürümüzə yeni ovqat gətirmişdi. Ümumi 
Azərbaycan və Tiflis ədəbi mühitindəki günü-gündən artan yeni-
lik meylləri, demək olar ki, Irəvan və Naxçıvan ədəbi mühitlərin-
də də açıq şəkildə özünü göstərməkdə idi. 
“Tiflis ədəbi mühiti öz əhəmiyyəti və zənginliyi ilə Azərbay-
can  ədəbiyyatşünaslarının diqqətini həmişə  cəlb etmişdir. Onlar 
Tiflisdəki Azərbaycan  ədəbi mühiti ilə bağlı  sənətkarların həyat 
və yaradıcılığına dair çoxlu tədqiqat əsərləri yazmışlar. Bu mühit 
haqqında geniş təsəvvür yaradan ədəbiyyatşünas alim Əziz Şəri-
fin bir sıra tutarlı  tədqiqatlarında, xalq yazıçısı Mirzə  İbrahimo-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə