Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   21   22   23   24   25   26   27   28   ...   102

_________Milli Kitabxana_________ 
 
75
 
verib, işıq verməmişdilər. Nəticədə  qədim  İrəvan xanlığının tor-
paqları daşnakların əlinə keçmiş, azəri türklərinə aid olan mədəniy-
yət ocaqları, məktəblər bağlanmış, abidələr dağıdılmış, bir sözlə, 
xalqımızın əsrlər boyu yaratdığı, yadigar qoyduğu izlər silinmişdir. 
Çoxsaylı ailələrin taleyinə qürbətdə yaşamaq, başqa ölkələrdə 
vətən həsrətilə əbədiyyətə qovuşmaq yazılmışdır. Onlardan biri də 
İrəvanda yaşayan əsilzadələrdən İsmayılbəy Qazıyev olmuşdur. O, 
Tiflisdə gimnaziya təhsili almış, bir çox mühüm dövlət qulluqların-
da işlədikdən sonra, 1904-cü ildə  İrəvan qubernatorunın müavini 
təyin olunmuşdur. XIX əsrin 70-ci illərində quberniyanın Qadın 
Xeyriyyə Cəmiyyətində fəal təşkilatçılardan biri kimi həyat yoldaşı 
Dürrətul xanımla birgə məqsədyönlü iş aparmışlar. Lakin nanəcib 
qonşuların törətdikləri qanlı hadisələr bu nəsilləri pərən-pərən sal-
mış, onların topdağıtmaz xanimanları viran olmuşdur. Qazıyevlər 
və Bağırbəyovlar Türkiyənin Qars, Ərdəhan obalarına pənah apar-
mışlar. Fəqət burada da vəziyyət ağır olduğundan Tiflisə, sonra 
Gəncəyə qaçmış, daha sonra Bakıda qərar tutmuşlar... 
Azərbaycanın ziyalı ailələri  İrəvan müsibətlərinin ağır dəh-
şətlərini görmüş, canlı  şahidləri kimi ömürlərinin sonunadək bu 
dəhşətləri unuda bilməmişlər. Daşnaklar İrəvanda qan-qan deyən-
də Qədimbəyovlar ailəsinin üç cavan oğlu qanına qəltan edilmiş-
dir, azğınlaşmış quldurların balaca uşaqları süngüdən keçirdiklə-
rini, qır qazanına atdıqlarını gözləri ilə görmüşdülər... Belə vəhşi-
likləri görən Qədimbəyovların qalan üzvləri şəhəri başılovlu tərk 
etmiş, onlardan 17 yaşlı Gülruh bu dəhşətlərin ağrılarını ömrü bo-
yu yaşaya-yaşaya elmi-pedaqoji sahədə  təşkilatçı qadınların ön-
cüllərindən biri olmuşdur.  
Azərbaycan folklorşünaslığı tarixində müstəqil janr kimi ilk 
orijinal “Atalar sözü” kitabının çapı  işi də  məhz  İrəvanın payına 
düşmüş, özlərinə nisbə götürmüş Qəmərlinskilər nəslinin tanınmış 
simalarından olan Məmmədvəli Qəmərlinin adı ilə bağlanmışdır. 
Lakin  İrəvanın ictimai-siyasi, tarixi və  ədəbi-mədəni mühiti ilə 
bağlı qaynaqlarda Məmmədvəli Qəmərli barədə qorunmuş bilgilər 
dağınıq vəziyyətdədir və bu, olduqca ziddiyyətli mahiyyət daşıyır. 


_________Milli Kitabxana_________ 
 
76
 
Son vaxtlar aparılmış axtarış və araşdırmalardan bəlli olur ki, 
Məmmədvəli Qəmərlinin atası Əli Qəmərli çar ordusunun gene-
ralı olmuşdur. Babasının yolunu davam etdirən Məmmədvəlinin 
oğlu Hüseyn Qəmərli də türk ordusunun generalı rütbəsinə yük-
səlmişdir. İkinci oğlu Əli Qori Müəllimlər Seminariyasını, digər 
oğlanları Paşa, Adil, Mahmud isə gimnaziya bitirib müəllim işlə-
mişlər [75-469]. Qəmərlinskilər  İrəvan xanlığının mahallarından 
olan və  İrəvan  şəhərinə yaxın  ərazidə yerləşən Qəmərli (Gərni-
basar) mahalının adını özlərinə soyad kimi qəbul etmişlər. 
“Atalar sözü” kitabının titul səhifəsindən bəlli olur ki, bu toplu 
İrəvan məktəbi-islamiyyəsinin türk dili müəllimi Məmmədvəli Qə-
mərlinin əsəridir və 1899-cu ildə İrəvanın “Edelson” mətbəəxana-
sında çap olunub. 1907, 1908 və 1911-ci illərdə dəfələrlə dərc edil-
miş “Ana dili” kitablarının müəllifləri sırasında Məmmədvəli Qə-
mərlinin də adı vardır. 1926-cı ildən nəşrə başlayan “Zəngi” qəze-
tinin (sonralar “Sovet Ermənistanı”) 12 və 19 yanvar 1926-cı il ta-
rixli 5 və 6-cı saylarında “o vaxtın adamı” imzalı bir müəllifin “Er-
mənistan türklərinin mədəniyyəti barəsində” məqaləsindən məlum 
olur ki, Məmmədvəli Qəmərli həm də 1900-cü ildə  dərc edilmiş 
“Vətən dili” kitabının müəllifi olmuşdur. Məqalədə çar üsul-idarəsi 
dönəmində Azərbaycan türkcəsinin (dilinin) təqiblərə  məruz qal-
masından, yerli sakinlərin acınacaqlı durumundan, Məmmədvəli 
Qəmərlinin vəziyyətinin ağırlığından, o cümlədən maarif sahəsində 
çalışan ziyalıların müxtəlif təzyiqlərlə üzləşmələrindən söz açılmış, 
bir dəfə Məmmədvəli Qəmərlinin “Körpü qulağı” (İrəvan sakinlə-
rinin danışığında son vaxtlara qədər dolaşan məhəllə adı) deyilən 
yerdə döyüldüyü xüsusi vurğulanmışdır [182]. 
Məmmədvəli Qəmərlinin gimnaziya, seminariya müəllimi 
kimi maarifçilik fəaliyyəti, həmçinin tərcümeyi-halı, həyat yolu 
ilə bağlı  qısa məlumatları tarixçi-alim İsrafil Məmmədovun  İrə-
van tarixinə  həsr edilmiş çox dəyərli  əsərinin birinci kitabında 
özünə yer tapan arxiv sənədləri  əsasında müəyyənləşdirmək 
mümkün olmuşdur. Həmin sənədlərdən birində qeyd edilir ki, 
Mirzə Məmmədvəli Qəmərli 1898-ci ildə İrəvanda rus-tatar mək-


_________Milli Kitabxana_________ 
 
77
 
təbini bitirib, 1900-cü il martın 13-də İrəvan quberniya məclisin-
də imtahan verərək müəllim adı almış, 1901-1911-ci illərdə  İrə-
van rus-tatar seminariyasında müəllim işləmişdir [137-639]. 
Məmmədvəli Qəmərlinin gimnaziya, seminariya müəllimi ki-
mi maarifçilik fəaliyyətini əks etdirən sənədlərdən və İrəvan ədəbi-
mədəni mühiti ilə bilavasitə bağlı xatiratlardan birini də uzun illər 
“Azərnəşrdə” işləmiş, görkəmli pedaqoq-alim, APİ-nin mərhum 
professoru, İrəvan ziyalıları nəsillərinin ənənəsini uğurla davam et-
dirən Əli Fərəcov tələbəlik illərində mənə danışmışdı. Hətta atası 
Abbas Ağa Kərbəlayi Əli oğlu Fərəcovun Xalq Maarif Nazirliyinin 
A.S.Puşkin adına İrəvan Rus-Tatar Məktəbini 1899-1903-cü illər-
də və anası Kövsər xanım İsmayılovanın rus-tatar qızlar gimnazi-
yasını 1906-1911-ci illərdə  əla qiymətlərlə bitirdiklərini, atasının 
Almaniyanın Leypsiq şəhərində ali təhsil aldığını, atasının maarif-
çilik fəaliyyəti ilə  məşğul olmasını, ölməz  şairimiz M.Ə.Sabirin 
əsərlərinin çap etdirilməsi ilə əlaqədar ianə toplaması barədə söylə-
diyi fikirlərə dair əyani sənədlər göstərdiyini unutmamışdım. Bu 
barədə Əli müəllimin oğlu Rauf Fərəcova bildirdim, ondan evlərin-
dəki sənədləri bir nəzərdən keçirməyi, İrəvan və onun ədəbi mühiti 
ilə bağlı olan materialların olub-olmaması ilə maraqlanmağını rica 
etdim. Onun axtarıb-tapdığı və mənə gətirdiyi qovluğun içərisində-
ki materiallar arasında uzun illərdən bəri, daha doğrusu, bir əsrdən 
artıq qorunub saxlanılan sənədlər: Abbas Kərbalayi Əli oğlu Fərəco-
va Zaqafqaziya Şeyxulislamı, Ruhani İdarəsinin sədri M.A.Axund-
zadənin imzası  və gerbli möhür ilə  təsdiq olunaraq 31 dekabr 
1898-ci il tarixdə Tiflis şəhərində verilmiş 2570 №-li şəhadətnamə, 
1903-cü ilin iyun ayının 1-də A.S.Puşkin adına İrəvan rus-tatar şə-
hər məktəbini bi-tirməsinə dair 204 №-li attestat, 22 yanvar 1930-
cu ildə Sovet işində aparıcı rəhbərlərdən Mirqasımovun imzası ilə 
Abbas Fərəcovun həyat və fəaliyyətini səciyyələndirən 7 №-li əmr 
vardı. Həmçinin İrəvan rus-tatar məktəbini bitirməsi barədə Kövsər 
Məhəmməd qızı İsmayılovaya 1911-ci ilin 1 iyununda verilmiş 8 
№-li Şəhadətnamə və əski əlifba ilə “Maarif və mədəniyyət” məc-
muəsinin (№24, 1926), “Şərq qadını” (№5(31), 1926) jurnalının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə