Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   22   23   24   25   26   27   28   29   ...   102

_________Milli Kitabxana_________ 
 
78
 
nəşr olunan sayları və Azərbaycan Sovet Yazıçıları İttifaqı nəşriy-
yatının 1936-cı ildə buraxdığı “Sabir güzgüsü” şəkilli albom vardı. 
Bu materiallar içərisində diqqəti cəlb edən faktlardan biri – qov-
luqda ölməz ədibimiz Hüseyn Cavidin “Afət” əsərinə görə “Maarif 
və mədəniyyət” məcmuəsinin qorunub saxlanılması faktıdır. Çünki 
kütləvi cəza tədbirləri dövründə [79-531] həbs olunan, Sibirə sür-
gün edilən Hüseyn Cavidin əsərlərini qoruyub saxlamağın nə qədər 
çətin olduğunu başa düşmək olar... Həmin təhsil haqqındakı  sə-
nədlərdə gimnaziyanın müəllimi Məmmədvəli Qəmərlinin imzası 
ilə və vaxtilə Abbas Fərəcovla Puşkin adına İrəvan rus-tatar məktə-
bini bitirmiş Mirqasımovun rəsmi vəzifə daşıyan adam kimi 22 
yanvar 1930-cu il tarixdə verdiyi rəydə oxuyuruq: “...Abbas Fərə-
covu uşaqlıq və  məktəb illərindən tanıyıram, inqilabdan əvvəl, 
1910-1912-ci illərdə maarifçiliyin güclü tərəfdarlarından biri ol-
muş, xüsusən də türk maarifçiliyinin yorulmaz təbliğatçısı kimi 
özünü İrəvan əhalisi arasında tanıtmışdır. Fanatizmin hökm sürdü-
yü bir zamanda Rus-Tatar qadın məktəbinin açılmasının ilk təşəb-
büsçülərindən biri kimi qoca atasının fanatikliyinə baxmayaraq
bacılarının həmin məktəbdə oxumalarına müvəffəq olmuşdur. Mir-
zə Ələkbər Sabirin vəfatı zamanı onun əsərlərinin nəşri üçün ianə 
toplanmasında mənimlə (Mirqasımovla – Z.M.) birgə çalışmışdır. 
Türk əhalisi arasında marifçilik işi aparmış, onları teatrlara, tama-
şalara baxmağa cəlb etmişdir. ...Pedaqoji şuraya rəhbərlik etdiyim 
dövrdə də, ondan sonrakı son 5 ildə də valideynlər tərəfindən İrə-
van türklərinin komissiyasının tərkibində olmuşdur. Vətəndaş mü-
haribəsi zamanı erməni-türk qırğınında iştirak etməmişdir...” 
Azərbaycan Pedaqoji Universitetinin dosenti, pedaqoji elmlər 
namizədi Musa Həsənov görkəmli alim Əli Abbas oğlu Fərəcovun 
anadan olmasının 80 illiyi münasibətilə “Günəş” nəşriyyatında çap 
olunan (Bakı, 2006) “Xatirələrdə yaşayan  Əli müəllim” xatirələr 
toplusundakı “Böyük alim, gözəl insan” adlı  məqaləsində  İrəvan 
ədəbi-mədəni mühitində sayılıb-seçilən insanlardan söhbət açır, ma-
raqlı epizodlar söyləyir: “Mükəmməl dini təhsilli, geniş dünyagörüş-
lü, son dərəcə humanist keyfiyyətlərə malik olan Abbas Fərəcov sö-


_________Milli Kitabxana_________ 
 
79
 
zün  əsil mənasında dövrünün müdrik ziyalılarından biri idi. Deyi-
lənlərə görə, o vaxtlar işi dara düşən, müəyyən çətinliklərlə üzləşən 
şəhər və əyalət adamlarının çoxu Abbas kişiyə pənah gətirərlərmiş. 
O isə özünü oda-suya vurar, bütün tanışlıq əlaqələrini işə salar, heç 
bir təmənna ummadan ona pənah gətirənlərə kömək edərdi. 
Abbas kişi o vaxt İrəvanda məşhur vəkil kimi tanınan Mux-
tar Qafarovla, Ermənistan Respublikası Maarif Nazirinin müavi-
ni, Ermənistan Respublikası Ali Sovetinin deputatı Rza Vəlibə-
yovla, “Sovet Ermənistanı” qəzetinin baş redaktoru İbiş Abbasov-
la, respublikanın bir sıra yüksək vəzifəli, tanınmış ziyalıları  və 
din xadimləri ilə sıx dostluq əlaqələri saxlayırdı. Mənim rəhmət-
lik qayınatam İsmayıl Abdullayev bir vaxtlar İrəvanda Ali Məh-
kəmənin üzvü işləmiş  və Abbas kişi ilə qonşu olmuşdur. O de-
yirdi ki, ermənilər bizim harada ağıllı, tədbirli, diribaş adamları-
mız, xüsusən də gənclərimiz var idisə, onları qəsdən şərləyir, lə-
kələyir, həbsxanalara saldırırdılar. Bu, Abbas kişini də çox na-
rahat edirdi. Ona görə də o, vaxtaşırı mənimlə görüşər və onlara 
kömək etməyin zəruriliyindən danışardıq. 
Qayınatam Abbas kişinin qonşuluq münasibətlərindən də 
ağızdolusu danışardı. Deyərdi ki, O, çox səxavətli, əliaçıq, alicə-
nab və həssas qonşu idi. Evində ləziz xörək bişəndə, mütləq on-
dan qonşulara pay göndərərdi. Yaxud fürsət tapıb onları evinə də-
vət edərdi… Gözəl həyəti vardı. Hündür tut ağaclarının altında 
süfrə açar, samovar qoyar, çay dəstgahı düzəldərdi. Yayın əvvəl-
lərində tut yetişəndə tut ağaclarını çırpar, xırda sinilərə yığar, üs-
tünə qızıl güllər düzüb xonça düzəldər, qonşulara pay göndərərdi. 
Abbas kişi elmə, təhsilə də böyük əhəmiyyət verirdi. Oğlan-
larının təhsilinə ciddi nəzarət edər, onların ali təhsilli kamil insan 
olmalarına səy göstərərdi…” [142-53] 
Özgə  sənədlər: 1904-1905-ci dərs ili, Mirzə  Məmmədvəli 
Qəmərli  İrəvan rus-tatar məktəbinin müəllimi kimi xatırlanır; 
1911-ci il, İrəvan ikinci dərəcəli rus-tatar məktəbinin müəllimi 
Məmmədvəli Qəmərli 1912-ci il martın 5-də pedaqoji şuranın 
iclasında iştirak etmişdir. 21 sentyabr 1898-ci ildə İrəvan rus-tatar 


_________Milli Kitabxana_________ 
 
80
 
məktəbinə qəbul olub, 1903-cü il iyunun 3-də oranı bitirən Əkbər 
Mehdi oğlu  Əkbərovun; 28 dekabr 1899-cu ildə anadan olan, 
1906-1911-ci illərdə  İrəvan rus-tatar məktəbində oxuyan Nüşa-
fərim  Əlixanovanın; 10 yanvar 1903-cü ildə anadan olub, 1911-
1915-ci illərdə iki sinifli İrəvan rus-tatar qızlar məktəbini bitirən 
Münəvvər  Əlixanovanın  şəhadətnamələrində tatar dili müəllimi 
kimi Məmmədvəli Qəmərli də imza atmışdır. 
Maraqlı sənədlərdən biri də Məmmədvəli Qəmərlinin böyük 
oğlu Hüseynəli Qəmərlinin adı ilə bağlı  şəhadətnamədir. Həmin 
şəhadətnaməyə görə 1901-ci ilin sentiyabrında 9 yaşında ikən 
Hüseynəli Qəmərli iki sinifli İrəvan rus-tatar məktəbini bitirmiş-
dir.  Şəhadətnaməni məktəbin tatar dili müəllimi Məmmədvəli 
Qəmərli imzalamışdır.  İrəvan ziyalılarının maarifçilik fəaliyyəti-
ni, o cümlədən Məmmədvəli Qəmərlinin bu istiqamətlərdəki fəa-
liyyətini dolğun şəkildə nümayiş etdirən sənədlərdən biri də Qə-
mərlinskilər ailəsi tərəfindən təqdim olunan Mahmud Qəmərlinin 
atası  Məmmədvəli Qəmərli haqqında xatirələridir. 1916-cı ildə 
İrəvanda qələmə alınmış “Atamın xatirələrindən” başlıqlı bu ya-
zıda deyilir: “Mən Sabirlə (Mirzə  Ələkbər Sabir Tahirzadə – 
Z.M.) 1906-cı ildə müəllimlər qurultayında tanış ola bildim. Bizi 
doktor Nəriman Nərimanov tanış etdi və Sabirə belə dedi: “Mir-
zə, Məmmədvəli də  İrəvan çuxurunun görkəmli maarifpərvərlə-
rindəndir. İrəvanda bir qrup müəllim heyəti vardır ki, onlar kasıb 
balalarının təhsili üçün fədakarcasına və yorulmadan çalışırlar. 
Onların səyi və təlaşı ilə hətta İrəvanda qızlar məktəbi də açılmış-
dır”. 
Rəhmətlik Sabirin sevincdən gözləri yaşardı və mənə xüsusi 
meyl, rəğbət bəsləyərək uzun-uzadı dərdləşdik. Mən Sabiri İrəva-
na qonaq dəvət etdim. Lakin biz ikimiz də bir dərddə və bir və-
ziyyətdə idik. Bizim İrəvan xərcimizi N.Nərimanov ödədi. Qurul-
taydan sonra biz İrəvana getdik. Rəhmətlik Mirzə Ələkbər Sabir 
Həşimbəy Nərimanbəyov, Həmid bəy Şahtaxtinski, Sultanov, Qa-
zıyevlər və başqaları ilə tanış olarkən dedi: “Mirzə, Sizin bu 
müəllimlər, məktəblər, dərs üsulunuz, xüsusən müsəlman qız 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə