Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   23   24   25   26   27   28   29   30   ...   102

_________Milli Kitabxana_________ 
 
81
 
məktəbi məni valeh etdi. Yaxın gələcəkdə bizim millətin də ön sı-
ralarda olacağına əmin olmaq olar”. 
Bu xatirə-açıqlamalar İrəvan türklərinin ictimai-mədəni mü-
hiti haqqında xoş görüntülər yaratmaqla bərabər böyük şairimiz 
M.Ə.Sabirin də sevinc hisslərini səciyyələndirmiş və onda “yaxın 
gələcəkdə bizim millətin də ön sıralarda olacağına  əmin olmaq 
olar” inamını gerçəkləşdirmişdir. 
Azərbaycanın elm-təhsil mərkəzlərindən biri kimi, İrəvanda 
nəşr və kitab mədəniyyətinin vüsəti, onun yayım üfüqləri mövzu-
su ilə bağlı İsrafil Məmmədovun 1985-ci ildə Irəvanda çap olun-
muş “Sovet Ermənistanında Azərbaycan kitabı” biblioqrafik və-
saiti sözü gedən ədəbi mühitlə bağlı araşdırılan problemə aydınlıq 
gətirilməsi üçün çox önəmli əhəmiyyət kəsb edir. İrəvanın ictimai 
fikir tarixi, ədəbi-mədəni mühiti təhlilə cəlb edilsə də, bu barədə 
tam genişliyi ilə söhbət açmaq zərurətinə ehtiyac vardır [136].  
Məmmədvəli Qəmərli İrəvan ədəbi-mədəni mühitinin tanın-
mış nümayəndəsi kimi, ömrü boyu müəllim işləmiş, İrəvan mək-
təb müəllimlərindən Mirzə Qəmərlinski, Nərimanbəyov, Şahtax-
tinski, Rəcəbov, Qazıyevlər, Məhəmmədov, Şəfibəyov, Sultanov 
və Mirzə Ələkbər Mirzəzadənin müəllifliyi ilə “Ana dili” (I kitab 
47 səhifə, II kitab 79 səhifə və III kitab 89 səhifə, Tiflis, “Qeyrət” 
mətbəəsi, 1907, 1908), Türkü-Azərbaycan dilində  təriqi-sövti 
(səsli üsulla) üzrə təlim olunan əlifbaya müçtəmil (toplanmış) və 
Azərbaycan və ərəb dillərində dərslərə yeni başlayanlar üçün təzə 
qaydada tərtib tapmış sərməşqlərə (səhifənin əvvəlində nümunə-
lər) mübtəni 169 səhifəlik bir kitabça, Türkü-Azərbaycan dilində 
öyrədici inşa və imla yazılarla, qiraətlə  məşğul olanlar üçün 68 
səhifəlik kitabça, ibtidai siniflərdə üsuli-cədid üzrə Türkü-Azər-
baycan dilində təlim alanlara Firudinbəy Köçərli tərəfindən yeni 
hekayələr artırılaraq, şəkillərlə birgə 60 səhifəlik kitabça, daha bir 
68 səhifəlik kitabça aparıcı müəllif Zaqafqaziya seminariyasının 
müsəlman hissəsinin inspektoru A.O.Çernyayevski olmaqla, 
S.A.Vəlibəyovla birgə “Vətən dili” dərslik kitabları  tədris üçün 


_________Milli Kitabxana_________ 
 
82
 
hazırlanmış, həmin kitablar Tiflisdəki “Kəşkül” mətbəəsində 
1888, 1901 və 1908- ci illərdə çapdan buraxılmışdır [29-87,158].  
Böyük ziyalı, görkəmli ictimai-siyasi xadim Əli Rəsulovun 
anadan olmasının 100 illiyinə həsr olunan “Əli Rəsulov xatirələr-
də” toplusunda XX əsrin əvvəllərində Gədəbəy rayonunda təhsilin 
təşkili və inkişafında önəmli xidmətləri olan adlı-sanlı ziyalılardan 
R.Əliyev, Ə.Əliyev, Q.Sultanov və C.Sailovun adları sırasında İrə-
van rus-tatar məktəbinin müəllimi M.Qəmərlinin adı da çəkilir 
[153-78]. “Əli Rəsulov xatirələrdə” toplusunun müəllifi Nahid Ha-
cızadənin tərtibçi-müəllifliyi ilə 2008-ci ildə “Nurlan” nəşriyyatın-
da çapdan buraxılmış “Dağlar unutmur” xatirələr toplusu 100 illik 
yubileyi YUNESKO tərəfindən geniş qeyd edilən XX əsr Azərbay-
can ədəbiyyatının yaradıcılarından birinin – ustad sənətkar Mir Cə-
lal Paşayevin adına,  şərəfinə  Gədəbəy dağlarından dərilmiş çiçək 
dəstəsinə  bənzəyən bu topluda Gədəbəy ellərindən pərvazlanmış 
görkəmli alimlərin, qələm sahiblərinin böyük ədib, əsil xalq müəl-
limi haqqında minnətdarlıq duyğularının ifadəsi öz əksini tapmış-
dır. Burada böyük ədib, əsil xalq müəllimi Mir Cəlal Paşayevlə bir-
likdə Mirzə Fətəli Axundov adına Gəncə Türk Pedaqoji Texniku-
munda oxumuş və təyinatla Gədəbəy rayonunda işləməyə göndə-
rilmiş Mahmud Qəmərli barədə maraqlı məlumatı onun oğlu Faiq 
Qəmərlinin kövrək xatirələrindən oxuyuruq: “Atam Mahmud Qə-
mərli 1906-cı ildə  nəcabətli bir ailədə – Məmmədvəli Qəmərlin-
skinin ailəsində dünyaya göz açıb. Onun atası, mənim ulu babam 
çar ordusunun generalı olub. Mirzə  Məmmədvəli bir neçə  vətən-
pərvər ziyalı ilə birlikdə İrəvanda ilk qızlar məktəbi açmışdır. Bu, 
1901-ci ildə Zeynalabdin Tağıyevin Bakıda açdığı  qızlar semina-
riyasından sonra bütün Qafqazda ilk qızlar məktəbi sayılırdı. 
Babam bütün həyatını xalqın maariflənməsinə həsr etmişdir. 
O, müəllimliklə yanaşı, həm də bir sıra gərəkli kitabların, o cüm-
lədən “Atalar sözü”(1889), “Vətən dili” (1900), “İrəvan quber-
niyası haqqında xatirələr”, eləcə də birinci, ikinci, üçüncü siniflər 
üçün “Ana dili” dərsliklərinin müəllifidir. 


_________Milli Kitabxana_________ 
 
83
 
Babam Məmmədvəlinin adı Azərbaycan folklorşünaslığında 
xüsusi yer tutur. Onun bu sahədə xidmətlərindən yeri gəldikcə ge-
niş söz açılır. O, 1916-cı ildə erməni daşnakları  vəhşiliklər, qır-
ğınlar törədəndə böyük çətinlik bahasına ailəsi ilə birlikdə Gəncə 
şəhərinə köçmüşdür” [54-87].  
Faiq Qəmərli atası Mahmud Qəmərlinin gələcəyin böyük 
ədibi Mir Cəlalla tanışlığını, Gəncə Türk Pedaqoji Texnikumunda 
təhsil aldığını (1927-1928-ci illərdə), gəncliklərini Gədəbəydə bir 
yerdə müəllimlikdə keçirdiyindən, kirayədə qaldıqlarından ma-
raqla söhbət açır. 
Görkəmli  ədəbiyyatşünas, tənqidçi-publisist  Əziz  Şərif özü-
nün “Keçmiş günlərdən” adlı  sənədli xatirələr kitabında sözü ge-
dən mühitin səciyyəvi cəhətlərindən, baş verən ictimai-siyasi hadi-
sələrin törətdiyi fəsadlardan yeri gəldikcə maraqlı söhbətlər açaraq 
oxucu təsəvvüründə aydınlıq yaradır. O, xatirələrində yazır“Nax-
çıvanda “Tərbiyə” məktəbini qurtarıb azərbaycanca, farsca və rus-
ca az-çox savad öyrənəndən sonra mən təhsilimi Naxçıvandakı rus-
tatar məktəbində də davam etdirə bilərdim, lakin bəxtimdən bu za-
man Cəlil Məmmədquluzadə azərbaycanlı balalarını gimnaziyaya 
girməyə hazırlaşdırmaq üçün Tiflisdə xüsusi pansion açmış və mə-
ni də bu pansiona qoymağı atama təklif etmişdi. ...Pansionda Cəlil 
Məmmədquluzadə özü bisə rusca, Ömər Faiq Nemanzadə isə azər-
baycanca dərs verirdi... Burada yeyib-yatan şagirdlərdən başqa, bir 
neçə nəfər tiflisli uşaq da var idi ki, onlar səhər oxuyur, gecə ev-
lərinə qayıdırdılar. 1905-ci il noyabr ayının sonlarında erməni-mü-
səlman ədavəti zamanı pansion bağlandı... Mirzənin (C.Məmməd-
quluzadənin – Z.M) məsləhəti ilə atam məni bir rus ailəsinə tap-
şırdı. Ailədə qoca qadın iki müəllimə qızı ilə yaşayırdı, ad-famili-
yalarını unutmuşam, onlar rusca və fransızca danışırdılar... 
Çarizmin dəhşətli fitnəsi nəticəsində 1905-ci ilin fevralında 
Bakıda başlanmış, sonda da Zaqafqaziyanın başqa şəhərlərində öz 
davamını tapmış erməni-müsəlman  ədavəti 1906-cı ilin yazında 
Naxçıvanda qanlı qırğınla nəticələnmiş, bazar-dükan yandırılmış 
və talan edilmişdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə