Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   24   25   26   27   28   29   30   31   ...   102

_________Milli Kitabxana_________ 
 
84
 
Tiflisdən Naxçıvana qayıdanda... danışmaqda çətinlik çəkir-
dim, ...əmimin mənimlə yaşıd oğlu İbrahim... məndən ayrılmazdı. 
Tiflisdə gördüklərimdən, öyrəndiklərimdən ona nəql edərdim, o 
da Naxçıvandakı hadisələrdən mənə danışardı. 
Nəhayət, ara bir qədər sakitləşəndən sonra atam yenə  məni 
təlim-tərbiyəm üçün ...uzaq Tiflisə göndərməkdən ehtiyat edib, ya-
xın  İrəvandaca saxlamağı  məsləhət gördü. O zaman azərbaycanlı 
uşaqları gimnaziyaya hazırlaşdırmaq üçün İrəvanda iki pansion var 
idi. Bunların birini müəllim Cəfər bəy Cəfərov açmışdı, birini də 
İbadulla bəy Muğanlinski ilə Cabbar bəy Məmmədov saxlayır-
dı. Atam ikinci pansionu daha müvafiq bilib, məni ora aparmışdı. 
Həmin İbadulla bəy Muğanlinski ilə Cabbar bəy Məmmə-
dova məxsus pansion İrəvanda Daşlı küçənin sonunda, İran konsu-
lu Bədəlbəyovun evi ilə yanaşı ikimərtəbəli evdə yerləşirdi. Burada 
təhsil alan uşaqların çoxu naxçıvanlı idi. Burada İbadulla bəy və 
Cabbar bəydən başqa bizim dərslərimizə Aqnessa Eduardovna adlı 
bir rus müəlliməsi də baxırdı. Pansionda möhkəm intizam vardı. 
İntizamı pozan uşaqlara tənbeh edilirdi. ...İrəvanda pansionda yaşa-
yan zaman atam mənə fars dili müəllimi tapmışdı. Bəxtimdən mə-
nim İrəvandakı müəllimim olduqca bilikli və təcrübəli imiş. Cab-
bar bəy Məmmədovun atası Molla Abbas (onu camaat arasında 
həm də Mirzə Abbas Məhəmmədzadə kimi tanıyırmışlar –Z.M. ) 
fars dilinin mütəxəssisi olduğu üçün Fars Abbas adı ilə  şöhrət 
tapmışdı. Fars Abbas İrəvanda mənim xüsusi müəllimim oldu. O 
zaman farsca təlim kitabı əvəzinə fars klassik ədəbiyyatından dərs 
verilirdi. Mənim müəllimim təlim üçün Sədinin “Gülüstan”ını seç-
mişdi. Ərəb əlifbasını mən artıq öyrənmişdim və sərbəst oxuyub 
yaza bilirdim. Buna görə “Gülüstan”ı oxumaqda çətinlik 
çəkmirdim. “Gülüstan”ı səhifədən-səhifəyə oxuya-oxuya tərcümə 
edib, hər cümləsini, hər sözünü təhlildən keçirə-keçirə, daxili 
mənasını aydınlaşdıra-aydınlaşdıra  şeirlərini isə  əzbərləyərək 
irəliləyirdik. Eyni zamanda unudulmaz qocaman müəllimim fars 
dilinin sərf-nəhvini də  mənə öyrədir, fellərə aid çətin qanunları 
mənə əzbərlədirdi. İrəvanda Molla Abbasın bir il müddətində mənə 


_________Milli Kitabxana_________ 
 
85
 
verdiyi dərslər, əzbərlətdiyi şeirlər bu gün də yadımdadır və dərin 
təşəkkürlə etiraf etməliyəm ki, mənim bu gün farsca az-çox 
oxuyub yazmağıma bais ilk növbədə həman dərslərdir... 
İbadulla bəy Muğanlinski və Cabbar bəy Məmmədovun İrə-
vandakı pansionunda bir il hazırlıq keçəndən sonra mən 1906-cı 
il payızda imtahan verib, İrəvan gimnaziyasının hazırlıq sinfinə 
girdim...  
1906-cı ilin payızından qalan məktubların səhifələrində ma-
raqlı hadisələrdən xəbər verən sətirləri... 8 noyabr tarixli məktub-
da pansionda yaşayan uşaqların adlarını yazmışam ki, bunların 
bəzilərini bura köçürürəm: irəvanlılardan – Mustafa Topçubaşov 
(mərhum akademikimiz), Mehdi Topçubaşov, Mirəhməd Miryəh-
yayev – cəmi on bir nəfər; naxçıvanlılardan Baba, Şulan və Ələk-
bər Qədimovlar,  İbrahim və  Fərman Kəngərlilər, Novruz Musa-
yev, İbrahim Nəsirbəyov və mən – cəmi səkkiz nəfər. Beləliklə, 
məlum olur ki, 1906-cı il payızda  İbadulla bəy Muğanlinski və 
Cabbar bəy Məmmədovun pansionunda cəmi on doqquz uşaq 
yaşamış, onlardan bu günə qalanı mənəm. Həmin il noyabrın dör-
dündə gimnaziyada zabastovka oldu. Şərt budur ki, kənar edilmiş 
müəllim Lantsmanın həmin tarixli məktubunda belə maraqlı  xə-
bər vardır: “Bu gün dördüncü gündür ki, gimnaziyaya getmirəm... 
yerinə qaytarılsın, gimnaziyanın direktoru Boqolyubski isə işdən 
çıxarılsın...”[86-44, 47]  
Mirzə Abbas Məhəmmədzadə: XIX əsrin sonları  və XX 
əsrin  əvvəllərində  Qərbi Azərbaycanda, xüsusən də  İrəvanda ic-
timai-siyasi, mədəni və  ədəbi mühitdə barmaqla göstərilən məş-
hur ziyalılardan biri kimi tanınırdı. Başqa ziyalılardan onu fərq-
ləndirən ən üstün cəhəti zamanının ensiklopedik biliyə malik fars 
dili mütəxəssisi olması idi. İrəvanda təhsil görmüş adamlar onu 
Mirzə Abbas Məhəmmədzadə kimi deyil, “Fars Abbas” kimi ta-
nıyırdılar. Həm pansionda, həm də gimnaziyada fars dilindən dərs 
deməsi, tələbkar bir müəllim tək şagirdlərinin rəğbətini qazanma-
sı, “Razi” təxəllüsü ilə  ədəbi-bədii cəhətdən dolğun məzmunlu 
şeirlər yazması onu daha məşhur etmişdir. 


_________Milli Kitabxana_________ 
 
86
 
Mirzə Abbas Məhəmmədzadə  nəsil-nəcabətliklə  İrəvanlıdır. 
O, 1846-cı ildə  İsfahanda anadan olmuşdur. Iranın Qafqazda ən 
çox gediş-gəliş etdiyi, iqtisadi-siyasi və  mədəni  əlaqə saxladığı 
şəhərlərdən biri İrəvan idi. Abbasın atası Məhəmməd ticarət işləri 
ilə əlaqədar olaraq İsfahana getmiş və orada ailə qurmuşdur. Əs-
lən  İrəvanlı olan Məhəmməd oğlu Abbasın 10-11 yaşı olarkən 
ailəsi ilə birlikdə doğma şəhəri İrəvana qayıdır. Mədrəsədə təhsil 
aldığı dövrdə ciddi mütaliə ilə məşğul olur. Dini biliklərə dərin-
dən yiyələnən, fars dilini mükəmməl bilən Mirzə Abbas İrəvanda 
fəaliyyət göstərən dini məktəblərdə fars dilini tədris edir. Əsrin 
sonlarında açılan yeni tipli pansion və məktəblərdə, 1881-ci ildə 
İrəvan gimnaziyasında və müəllimlər seminariyasında  ərəb və 
fars dilləri ilə yanaşı, rus dilini də lazımınca öyrənir. Dövrünün 
görkəmli ziyalısı kimi uzun illər  İrəvan gimnaziyasında və pan-
sionda müəllim işləyir. 
Mirzə Abbas Məhəmmədzadə  şeirlərini “Razi” təxəllüsi ilə 
yazırmış. Bakıda onun 1912-ci ildə Orucov qardaşlarının mətbəə-
sində  nəşr ettdirdiyi “Güldəstə” kitabında Sədi, Cami kimi gör-
kəmli klassiklərin tərbiyəvi əhəmiyyət daşıyan nəsihətamiz şeirlə-
rindən yaradıcılıqla istifadə etməklə, özünün xalqı maarifə, elmə 
çağıran, maarifçilik ideyaları  təbliğ edən “Məktəbin tərifi”, 
“Məktəbə rəğbət” və başqa şeirlərinə geniş yer ayırmışdır. Mək-
təbi  şərəflər növünün mənbəyi adlandırmış, məktəbə biganəlik 
göstərənləri avara saymış, həmçinin “İki itin dostluğu” kimi digər 
bir sıra ibrətamiz hekayələri də nəzmə çəkmişdir. Onun “Bədra-
ğatül-Ətfal” (Balalara hədiyyə) kitabı Bakı  və Tiflisdə, eyni za-
manda  İrəvanda “Budaqov” mətbəəsində (1913), rus dilini mü-
kəmməl bilən bir mütəxəssis kimi tərtib etdiyi «Sаmоuçitеl 
pеrsidskоqо  yаzıkа dlyа russkiх»  dərsliyi Bakıda Orucov qar-
daşlarının mətbəəsində (1913) çapdan çıxmış [29-158] [29-87], 
uzun müddət ondan məktəblərdə bəhrələnmişlər. 
Mirzə Abbas Məhəmmədzadə erməni millətçilərinin törətdi-
yi 1918-ci ilin qanlı  qırğınları günlərində  İrəvanda vəziyyətin 
kəskinləşdiyi bir vaxtda Təbrizə gedir və 1919-cu ildə burada və-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə