Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   25   26   27   28   29   30   31   32   ...   102

_________Milli Kitabxana_________ 
 
87
 
fat edir. Onun 1882-ci ildə İrəvanda anadan olmuş, İrəvan Müəl-
limlər Seminariyasnı 1902-ci ildə bitirən, dörd il Nehrəmdə, Qə-
mərlidə, İmanşalı kəndində müəllim işləyən, sonralar müəllimlər 
seminariyasında Azərbaycan dili müəllimi kimi şöhrətlənən oğlu 
Cabbar Məhəmmədzadə isə daşnakların hakimiyyətə  gəlməsi ilə 
əlaqədar olaraq İrəvan gimnaziyası  və müəllimlər seminariyası 
bağlandığından Naxçıvana gedir. Buradakı ali ibtidai məktəbdə 
rus, türk və Azərbaycan dillərindən dərs deyir. Naxçıvanda iki il-
lik fəaliyyəti dövründə  tərtib etdiyi üç kitabı - «Sаmouçitеl 
tyurkskоqо yаzıkа dlə russkiх», «Sаmouçitеl russkоqо əzıkа dlə 
tyurоk», «Sаmouçitеl russkоqо əzıkа dlə pеrsоv » - nəşr etdirir. 
1920-ci ildə Bakıya gəlir, Bakı Dövlət Universitetində, Az.Pİ-də, 
Kooperativ  İnstitutunda pedaqoji fəaliyyətə başlayır, 1920-ci 
illərdə  tək və müştərək Azərbaycan və rus dillərində ibtidai və 
orta məktəblər üçün iyirmiyədək dərsliyin tərtibçi-müəllifi olur. 
Azərbaycan Kooperativ İnstitutunda kafedra müdiri, dosent 
vəzifəsinə seçilir, dissertasiya müdafiə edir (1932), pedaqoji 
elmlər doktoru elmi dərəcəsi adını alır. 
Əziz Şərif pansionda olarkən burada baş verən bir hadisə ilə 
əlaqədar olaraq müəllimi Cabbar Məhəmmədzadənin yüksək in-
sani keyifiyyətlərini  İrəvan  əhvalatlarının birində belə xatırlayır: 
“İran konsulunun həyətində... meyvə ağacları bitirdi... üstümüzdə 
müəllimlərimizin nəzarəti olmayanda divara dırmaşar,  şaftalılar-
dan yığıb ciblərimizi doldurar... bunu görən olmazdı. Konsulun 
bağbanı görünən kimi gizlənərdik... Bir dəfə həmin bağın divarı-
nın üstü ilə bir pişik yeriyirdi. Uşaqlardan kim isə yerdən balaca 
bir daş götürüb pişiyə atdı, pişik aşıb divarın o tayına düşdü... 
Pansion qulluqçusu darvazanı açanda cənab konsul, onun arxasın-
ca da bir dəstə adam həyətə girdi. Nişanlı rəsmi libasını geymiş 
konsul  əlində ölü pişiyi gətirirdi. Onun acıqlı  səsi həyətə yayıl-
mışdı. Səsə müəllimlərimizdən Cabbar bəy çıxdı  və hörmətlə 
konsulu salamladı. O, çığırmağa və  hədələməyə başladı. Onun 
hədə  və  şikayətlərini səbrlə dinlədikdən sonra Cabbar bəy söz 
verdi ki, müqəssir bizim içimizdədirsə, onu tənbeh eləsin... Müəl-


_________Milli Kitabxana_________ 
 
88
 
limimiz bizi başına yığıb nəsihət elədi: “İnanmıram ki, sizdən 
qəsdlə pişiyi daşla vurub öldürən olsun. Yəqin ki, pişiyə sizin da-
şınız dəysə də, səhvən dəymişdir. Ancaq ehtiyatlı olmaq lazımdır 
ki, belə hadisələr olmasın”. Müəllimimiz Cabbar bəy çox mehri-
ban və xoşxasiyyət adam idi. Ucaboy, qaraşın gənc müəllimimi-
zin olduqca mehriban təbəssümü var idi. O güləndə sifətindən 
sanki nur yağardı. Mən də onu çox sevər və hörmətini saxlayar-
dım. İbadulla bəy isə bir qədər əsəbi və hövsələsiz idi, mən də, o 
biri uşaqlar da ondan qorxar və çəkinərdik” [86-39,44,47].  
İrəvanda və onun əhatə etdiyi ərazilərdə çoxsaylı  nəsillər 
yaşamışdır, onlardan daha məşhur olanı  Muğanlinskilər  nəsli 
haqqında: 
Muğ-muğan türk tayfalarının adı ilə bağlı olan yerlər  əski 
dövrlərdən başlayaraq müxtəlif  ərazilərdə geniş yayılmışdır. Bu 
yerlərin adı zaman-zaman gah dəyişdirilmiş, gah da hazırkı zəma-
nəmizə kimi gəlmişdir. Sonralar Ermənistan adlandırılan qədim 
Oğuz yurdunun ərazilərində də Muğqara tayfalarının adı ilə bağlı 
yerlər də vardır. Qəmərli rayonundakı Muğanlı və Muğan kənd-
ləri, Kəvər rayonundakı Hacı Muğan, Üçkilsə rayonundakı Mu-
ğan kəndi barəsində söhbət açdığımız türk tayfalarının daimi 
məskən salıb yaşadıqları yerlərdir. Yurd-yuvasına, el-obasına, 
göz açdığı torpağına sonsuz məhəbbətlə bağlı olan insanlar “İrə-
vani”, “Qəmərli” kimi, “Muğanlı” nisbəsini də özlərinə  təxəllüs 
götürmüşlər. Lakin rus ordusu İrəvan xanlığını işğal etdikdən və 
İrəvan quberniyası yarandıqdan sonra “İravanilər” “Erivanskilə-
rə”, “Qəmərlilər” “Qəmərlinskilərə” çevrildiyi kimi, “Muğanlı-
lar” “Muğanlinskilərə”, “Makulular” “Makinskilərə”, “Şadlılar” 
“Şadlinskilərə” çevrilmişdir. İmperiya siyasəti kimi “ski” təxəllü-
sü qəbul edənlərin quberniyada vəzifə tutmaq imkanı nisbətən 
asan idi. Bu cür nisbə götürənlər xalqının, soydaşlarının və həm-
vətənlilərinin gələcəyini hər  şeydən daha çox düşündüyü üçün 
yalnız vəzifə səlahiyyəti çərçivəsində və ictimaiyyət arasında qa-
zandığı mövqeyinə görə xalqının mənafeyi naminə hamıdan çox 
fəaliyyət göstərən insanlardır. O insanlardan biri də tarixi xidmət-


_________Milli Kitabxana_________ 
 
89
 
ləri ilə qollu-budaqlı, həm də çoxsaylı ziyalıları olan böyük bir 
nəsilin tanınmış maarifçi oğlu İbadulla bəy Muğanlinskidir. 
İbadulla bəy Muğanlinski  İrəvan Müəllimlər Seminariyası-
nın 1901-1902-ci il on səkkizinci buraxılışının məzunudur. Onun-
la həmin buraxılışda Y.Babayev, A.Sultanov, C.Məmmədov, 
Ş.Mahmudbəyov, H.Şaxtaxtınski və b.-nın adları yazılmışdır.  
Maarifçiliyə xüsusi əhəmiyyət verən İbadulla bəy Muğanlin-
ski İrəvanda açdığı yeni tipli pansionda işlərin təşkilini təmin edir 
və buranı bacısı Nəcibə xanımın həyat yoldaşı, sonralar görkəmli 
ədəbiyyatşünas olan Cəlal Məmmədovun atası Cabbar Məhəm-
mədzadəyə tapşırır, özü isə birdəfəlik İrana köçür. İbadulla bəy bir 
müddət İranda müxtəlif sahələrdə çalışmış, hətta bir müddət İranda 
olan rus zabitlərinə  dərs demişdir.  İ.Muğanlinski 1948-ci ilin av-
qustunda İranda vəfat etdikdən sonra övladları Vətənə qayıtmışdır. 
Muğanlinskilərin nəsil  şəcərəsinin bir qolu Abbasəli bəy 
Muğanlının ailəsi ilə, digər qolu Mehdi bəy Sultanovların ailəsi 
ilə bağlıdır.  
Abbasəli bəy Muğanlınskinin altı övladı olub: Əslidar, Adil, 
Nurəddin, Fuad, Nəzirə və Zərifə. Onlardan Əslidar və Adil İrə-
van gimnaziyasını bitirmiş, Almaniyanın Leypsiq və Berlin şə-
hərlərində, Nurəddin, Fuad, Nəzirə  və  Zərifə isə Bakıda, Lenin-
qradda ali təhsil almışdir. Elmlər namizədi və doktorluq dərəcə-
ləri olan ixtisaslı mütəxəssis olmaqla hamısı  rəhbər vəzifələrdə 
xalqına xidmət göstərmişlər. Fuadın övladları Arif və Faiq ata-
larının sənətini davam etdirirlər. 
Bu nəslin görkəmli adamlarının elmə, maarifə, mədəniyyətə 
və idarəçiliyə olan münasibətləri barədə filologiya elmləri dok-
toru, professor Əsgər Zeynalovun 1999-cu ildə “Oğuz” nəşriyya-
tında çapdan buraxılmış “İrəvan ziyalıları” kitabından, həmcinin 
«Kаvkаzskiy kаlеndаrc» məcmuəsinin 1900-1908-ci illərdəki 
saylarından isə  həyat və  fəaliyyətlərinin müxtəlif məqamlarına 
maraq göstərənlər məlumat əldə edə bilərlər.  
İrəvan ziyalılarının Bakıda yaşayan tanınmış yazıçı,  şair və 
maarifçilərlə  ədəbi  əlaqələri xüsusi əhəmiyyət kəsb edirdi. Cab-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə