Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   2   3   4   5   6   7   8   9   ...   102

_________Milli Kitabxana_________ 
 
8
 
vun Cəlil Məmmədquluzadəyə həsr etdiyi “Böyük demokrat”, Şı-
xəli Qurbanovun “Puşkin və Azərbaycan poeziyası”, “XIX əsrdə 
Azərbaycan-rus  ədəbi  əlaqələrinin inkişaf mərhələləri”,  Şamil 
Qurbanovun “XIX əsrin sonu, XX əsrin  əvvəllərində Azərbay-
can-rus ədəbi  əlaqələri”, “Açılmamış  səhifələr”, Alməmməd Al-
məmmədovun “XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əla-
qələri”, Dilarə Əliyevanın “Azərbaycan-gürcü ədəbi əlaqələri ta-
rixindən” adlı elmi-tədqiqat  əsərlərində Tiflis ədəbi mühitinin 
işıqlandırılmasına, onun Azərbaycan  ədəbiyyatının inkişafındakı 
roluna, qarşılıqlı ədəbi əlaqələr tarixinə dair geniş fikir və zəngin 
material vardır. Qocaman jurnalist Qulam Məmmədlinin “Molla 
Nəsrəddin” adlı salnaməsi və “Azərbaycan teatrının salnaməsi” 
kitabları da Tiflis ədəbi mühitini işıqlandıran faktlarla zəngindir” 
(Abbas Hacıyev. “Tiflis ədəbi mühiti”, Bakı, 1980, səh.6). Alim-
lərimiz adları  çəkilən bu elmi-tədqiqat  əsərlərində  İrəvan  ədəbi 
mühiti ilə bağlı olan məsələlərin qeyd olunmasına, qələm sahiblə-
rinin yaradıcılığının  ədəbi istiqamətlərinə yeri gəldikcə münasi-
bətlərini bildirmişlər. Eyni zamanda, Azərbaycanın Abbasqulu 
ağa Bakıxanov Qüdsi, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, 
M.F.Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə 
xan Ləli, Sultanməcid Qənizadə, Xanqızı Natəvan, Firudin bəy 
Köçərli,  İsa Sultan Şahtaxtlı, Məhəmməd ağa  Şahtaxtlı, Eynəli 
bəy Sultanov, Mirzə  Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdi-
yev, Hüseyn Cavid, Salman Mümtaz, Abdulla Sur, Əli Nəzmi, 
Məmməd Səid Ordubadi və b. bir çox yaradıcı  qələm sahib-
lərinin, ictimai xadimlərinin yorulmadan xalqın iqtisadi, mədəni 
cəhətdən tərəqqisinə çalışdıqlarını diqqətə çatdırmaqda əllərindən 
gələni etmişlər. 
İrəvan ədəbi mühiti ümumi Azərbaycan ədəbi mühitinin apa-
rıcı qollarından biri olmaqla, bu və ya digər ədəbi simaların yara-
dıcılığı timsalında, həmçinin Göyçə aşıq mühitinin müxtəlif dövr-
lərini  əks etdirən “Aşıq  Ələsgər və XIX əsr Göyçə  aşıqları” 
(1972), “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” (1997), 
“Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf yolları” (2003), “İrəvan 


_________Milli Kitabxana_________ 
 
9
 
ədəbi mühiti (1920-1950ci illər)” (2008) və digər mövzularında 
elmi monoqrafiyalar yazılmış, namizədlik və doktorluq dissertasi-
yaları müdafiə edilmişdir. Bu iş indi də davam etdirilir. Bütöv 
Azərbaycanı  əhatə edən ayrı-ayrı regionların tədqiqindən  əldə 
olunan nəticələrin ümumiləşdirilməsi və konkret yaradıcı şəxsiy-
yətlərin yaradıcılıq özgünlüyü və önəmli cəhətlərin nəzərə alın-
ması şərtilə dövrün ictimai-bədii və mədəni inkişaf səviyyəsi haq-
da qənaətləndirici fikir söyləmək olar. 
XIX əsrin ilk onilliklərindən başlamış ta XX əsrin iyiriminci 
illərinədək olan müddətdə Azərbaycanın qərbində, xüsusilə də İrə-
van quberniyasında ictimai-bədii təfəkkürün xarakterik xüsusiy-
yətlərini özündə kifayət qədər əks etdirən regionlardan biri İrəvan 
ictimai-siyasi, mədəni və ədəbi mühitidir. İrəvanın quberniya mər-
kəzi olması, burada ədəbi mühitin milli-mənəvi oyanışı  və milli 
özünüdərk prosesinin milli mənlik  şüuru səviyyəsinə çatıb, xalqı 
əlindən alınan istiqlal mübarizəsinə qaldırmaqda oynadığı rol ədə-
bi-bədii tariximizin araşdırıcılarının diqqətini cəlb etdi. Maarifçilik 
fəaliyyəti bilavasitə İrəvanla bağlı olan Firudinbəy Köçərli özünün 
1926-cı ildə işıq üzü görən iki cildlik “Azərbaycan ədəbiyyatı ta-
rixi materialları”nda  İrəvanda  ədəbi mühit və  İrəvan  şairləri haq-
qında kifayət qədər məlumat [115, 219] vermişdir.  
Yuxarıda adları çəkilən dissertasiyalarda əhatə edilən dövrün 
ictimai-siyasi hadisələri, ermənilərin xalqımızın başına açdığı 
amansız vəhşiliklər, qəddarlıqlar, qətliamlar, kütləvi qırğınlar, iş-
ğallar barədə  tarixi faktlara söykənən həqiqətlər öz əksini 
tapmış və bu tədqiqatda da yeri gəldikcə diqqətə çatdırılır. 
Irəvan ədəbi mühitindən söhbət açanda, ilk növbədə, sözün ge-
niş mənasında, təbii, ekoloji, iqtisadi, demoqrafik, mədəni, mənəvi, 
siyasi, elmi, ədəbi atmosfer başa düşülür. Ədəbi mühit bütövlükdə 
bu atmosferin tərkib hissəsi olmaqla, cəmiyyət həyatının mənəvi 
dünyasının məcmusudur [47, 9]. Bu mənəvi dünyanın qorunub sax-
lanması, gələcək nəsillərə çatdırılması  bədii və publisistik əsərlər, 
ədəbi yığıncaq, məclis-dərnəklər və daha önəmli vasitələrlə həyata 
keçir. Məkdəbdarlıq və maarifçilik sahəsində  həyata keçirilən işlər 


_________Milli Kitabxana_________ 
 
10
 
də ədəbi mühitlə bilavasitə bağlıdır. Şübhəsiz ki, ədəbi mühit müəy-
yən konkret zaman və  məkan çərçivəsində xalqın milli-mədəni tə-
fəkkür, düşüncə  və dünyabaxışının ictimai-bədii ifadəsini özündə 
əks etdirən, daim inkişafda olan canlı orqanizmdir. [47]  
Bu monoqrafiyada bizim əsas tədqiqat predmetimiz XIX-XX 
əsrlərdə İrəvan ictimai-siyasi, mədəni və ədəbi mühitində yazıb-
yaradan qələm sahiblərinin həyat və yaradıcılıqlarıdır. Tədqiqatda 
həmin dövrün ictimai-siyasi hadisələrinin bədii yaradıcılıqda əks-
sədası, elm, mədəniyyət, məktəbdarlıq sahəsində yaradıcı ziyalı-
ların apardıqları mütərəqqi fəaliyyətlərinin əsas istiqamətləri diq-
qət mərkəzində saxlanılır. Irəvan xanlığının müxtəlif ərazilərində-
ki sənət adamlarının, el şairlərinin, aşıqların yaradıcılıqlarının 
mahiyyətini araşdırmaq, tarixi-estetik məzmununun müasir səciy-
yəsini vermək əsas məqsədlərimizdəndir. 
İrəvan ədəbi mühitinin mövzu üzrə nəzərdə tutulan dövrünün 
araşdırılması olduqca əhəmiyyətlidir. Ermənilər tərəfindən xalqı-
mızın başına gətirilən bəlaların tarixilik baxımından gələcək nəsil-
lərin yaddaşından silinməməsi,  İrəvan xanlığının qədim və  əzəli 
Türk-Oğuz ellərinə  məxsus olduğunu dünya tarixçilərinin, alim-
lərinin və  səyyahlarının  əsərlərində verilən faktlar əsasında ümu-
miləşdirmək tədqiqatımızın əsas məqsəd və vəzifələrindəndir.  
1800-1920-ci illər arasında baş vermiş ictimai-siyasi hadisə-
lərin törətdiyi fəsadları, bunların yaratdığı ümumi nəticələrini er-
mənilərin Azərbaycan elminə, incəsənətinə, mədəniyyətinə, tarixi 
memarlıq abidələrinə vurduğu amansız zərbələri təkzibolunmaz 
faktlar  əsasında qaynaqlardan araşdırmaya cəlb etmək, milli 
münasibətlərin kəskinləşməsində  əsas səbəbləri üzə  çıxarmaq, 
mühitin üzləşdiyi problemlərin yaratdığı sosial-iqtisadi və mənəvi 
çətinliklərini xarakterizə etmək də əsas məqsədlərimizdəndir.  
İrəvan ədəbi mühitinin tədqiqatda nəzərdə tutulan dövründə 
İrəvan xanlığınının tarixi özünəməxsusluğunu görkəmli sənət 
adamlarının həyat və yaradıcılığı timsalında araşdırılması da əsas 
məqsəd kimi qarşıya qoyulmuş, məktəbdarlıq, kitab nəşri, maarif-
çilik, rəssamlıq, nəccarlıq, teatr truppalarının yaradılması, mət-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə