Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   26   27   28   29   30   31   32   33   ...   102

_________Milli Kitabxana_________ 
 
90
 
bar Məhəmmədzadənin məslək dostu olan Abdulla Şaiqlə  mək-
tublaşması və Mirzə Cabbarın qırxa yaxın məktubunun onun arxi-
vində əziz bir yadigar olaraq qorunub saxlanılması faktı qarşılıqlı 
ədəbi əlaqələrin çoxcəhətliliyindən xəbər verir [174]. 
Qədim tarixə malik olan və Ermənistan adlandırılan Qərbi 
Azərbaycan əhalisinin zəngin mübarizə tarixi, maddi mədəniyyət 
abidələri, incəsənəti, bədii yaradıcılığı, qayaüstü yazı və rəsmləri, 
etnoqrafiyası istənilən səviyyədə öyrənilməmiş, öz doğma xalqı-
nın gələcəyi uğrunda mübarizə aparan fədailərin ictimai fəaliyyəti 
unudulmuşdur. Öz dədə-baba torpaqlarında insanlıq formalaşan-
dan aborigen əhali kimi firavan yaşayan azərbaycanlılar erməni 
millətçiləri tərəfindən soyqırımlara, ağır itkilərə, talanlara, məc-
buri olaraq yurd-yuvalarından qovulmalara məruz qalsalar da, bir 
müddətdən sonra yenidən tarixi torpaqlarına qayıtmışlar. 
Soyqırımı siyasətini ardıcıl olaraq həyata keçirən erməni 
millətçiləri 1905-ci ili, 1918-1920-ci illəri, 1948-ci ili, 1988-ci ili 
azərbaycanlıların taleyində ən faciəli illərə çevirmişlər. Dünyada 
sülh və əmin-amanlıq siyasətinin tərənnümçüsü olan Sovet impe-
riyasının, erməni lobbisinin muzdlu nökəri M.S.Qorbaçovun kö-
məyinə arxalanan erməni millətçiləri “türksüz Ermənistan” siya-
sətini 1988-ci ildə həyata keçirdilər. Əvvəllər erməniləşdirdikləri 
ərazilərlə kifayətlənməyərək, Dağlıq Qarabağ problemini ortaya 
atmaqla, Sovet qoşunlarının bilavasitə  iştirakı ilə Azərbaycanın 
daha 20 faiz ərazisini işğal etdilər [183-5,7] [60-273]. 
Faciələrlə dolu bu məşəqqətli illərdə, həmçinin 1948-1953-
cü illərdə azərbaycanlıların başına gətirilən müsibətlərlə bağlı 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci 
il 26 mart tarixli Fərmanının xatırladılması olduqca zəruridir və 
yerinə düşür. Fərmanda göstərildiyi kimi, “son iki əsrdə Qafqazda 
azərbaycanlılara qarşı  məqsədyönlü  şəkildə  həyata keçirilmiş 
etnik təmizləmə  və soyqırımı siyasəti nəticəsində xalqımız ağır 
məhrumiyyətlərə, milli faciə  və  məşəqqətlərə  məruz qalmışdır. 
Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticə-
sində azərbaycanlılar indi Ermənistan adlandırılan  ərazidən – 


_________Milli Kitabxana_________ 
 
91
 
minillər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından didərgin 
salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məx-
sus minlərlə tarixi mədəni abidə  və yaşayış  məskəni ermənilər 
tərəfindən dağıdılıb viran edilmişdir. 
SSRI Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nöm-
rəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan 
xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsa-
sında göstərilən illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan 
ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə  və zorakılıqla 
sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların 
icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları 
geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr 
ağır köçürmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara 
və  mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni 
şovinist dairələrinin və SSRİ  rəhbərliyinin cinayətkar siyasəti ilə 
yanaşı, o dövrün Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd 
mövqeyi soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində  və 
həyata keçirilməsində az rol oynamamışdır”.  
Bu məqsədlə elmi araşdırmaların aparılması, həmin deporta-
siyanın hərtərəfli tədqiq edilməsi, xalqımıza qarşı dövlət səviy-
yəsində  həyata keçirilən bu tarixi cinayətə hüquqi-siyasi qiymət 
verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması üçün bö-
yük tərkibdə Dövlət Komissiyası yaradılmışdır. Prezidentin özü-
nün sədrlik etdiyi bu komissiyaya alimlər, yazıçılar, hüquqşünas-
lar və bir sıra səlahiyyətli işçilər daxil edilmişdir. 
Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan 
xalqının taleyi belə gətirmişdir ki, son iki yüz il ərzində bu xalqın 
yaşadığı ərazi üç yerə parçalanmışdır. XIX əsrin əvvəllərində Rus 
imperiyasının qəsbkarlıq siyasəti nəticəsində Azərbaycan  ərazisi-
nin bir hissəsi – Şimali Azərbaycan Rusiyanın tərkibinə daxil edil-
miş, əhalinin böyük əksəriyyətinin yaşadığı  ərazi – Cənubi Azər-
baycan  İran dövlətinin tərkibində qalmış, uzun əsrlərdən bəri 
Oğuz-Azəri tayfalarının yaşayış məskəni olan Qərbi Azərbaycan – 
İrəvan xanlığı və ətraf mahallar sonralar “Erməni vilayəti” adlan-


_________Milli Kitabxana_________ 
 
92
 
dırılmış, 1921-ci ildə isə bolşevik siyasəti nəticəsində yaradılmış 
Ermənistan Sovet Sosialist Respublikasının tabeliyinə verilmişdir. 
Sovet hakimiyyəti illərində  tədricən deformasiyaya uğrayan 
“Lenin milli siyasətinin” xalqlar dostluğu zorakı, çürük mahiyyə-
tinə görə  tədricən millətlər arasında münaqişəyə çevrildi. Nəticə 
etibarı ilə Ermənistan Respublikası  ərazisində yaşayan azərbay-
canlılar zaman-zaman öz ata-baba yurdlarından deportasiya edi-
lib, məcburi köçkünə, qaçqına çevrildilər. Bu, əvvəllər Rus çariz-
minin, sonra isə bolşevizmin Azərbaycan xalqına vurduğu ən bö-
yük zərbələrdən biridir. Hələ XIX əsrin 30-cu illərindən başlaya-
raq, XX əsrin 50-ci illərinə qədər yerli əhali olan azərbaycanlılar 
didərgin salınmış, onların  əzəli torpaqlarına isə Yaxın və Orta 
Şərq ölkələrindən köçürülən ermənilər yerləşdirilmişdir (Bax: 
Cədvəl-№1). Azərbaycanlılar Türkiyədən gəlmiş bu “yazıq”, di-
dərgin ermənilərə “qaxdağan”, İrandan gələnlərə isə “persoy” de-
yərdilər.  Əsasən daşyonan, pinəçi, yamaqçı  işləyən “qaxdağan” 
və “persoy”lar sonralar erməni millətçilərinin və xarici havadarla-
rının yaxından köməyi ilə yerli əhalini – azərbaycanlıların özləri-
ni Türkiyəyə, İrana, Azərbaycana, Şimali Qafqaza və Orta Asiya-
ya sıxışdırıb, didərgin etdilər. Vaxtı ilə əhalisinin böyük əksəriy-
yətini azərbaycanlılar təşkil edən Qərbi Azərbaycanda hazırda bir 
nəfər belə azərbaycanlının qalmaması tarixi faktdır. 
Bir cəhəti də qeyd edək ki, vaxt keçdikcə Qərbi Azərbaycan-
da – sonralar Ermənistan adlanan ərazidə yaşayan azərbaycanlıla-
rın sayı, maarifi, məktəbi, mədəni abidələri haqqında məlumat, 
nəinki yerli, hətta mərkəzi nəşrlərdə unuduldu. Məsələn, 1980-ci 
illərdə Moskvada “Sovetskaya ensiklopediya” nəşriyyatında çap 
edilmiş iri həcmli “Sovetskiy ensiklopediçeskiy slovar”da, 1993-
cü ildə yenə də Moskvada “Bolşaya Rossiyskaya ensiklopediya” 
nəşriyyatında çap edilmiş “Rossiyskaya Pedaqoqiçeskaya Ensik-
lopediya”da (I cild) Ermənistan  ərazisində 1922-1923-cü tədris 
ilində yalnız 36 azərbaycanlı  məktəbinin (1500 şagirdi) olması 
qeyd olunur. Sonrakı illərə aid heç bir məlumat verilmir... 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə