Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   27   28   29   30   31   32   33   34   ...   102

_________Milli Kitabxana_________ 
 
93
 
1.3.“İrəvanilər” və İrəvan şairləri haqqında 
 
Qərbi Azərbaycanın, xüsusən də  İrəvan  şəhərinin və onun 
ərazisilərinə daxil olan xanlıqların yaşayış məskənlərinin ta bine-
yi qədimdən hansı xalqa mənsub olduğunu, kimin Vətəni olduğu-
nu sübut etmək dəlillərə istinad etmək zərurətini yaradır. Həmin 
ərazidə gedən tarixi proseslərin daimi aborigen əhali olan azər-
baycanlıların həyatında baş verdiyini, fövqəldövlətlərin himayəsi 
ilə ermənilərin bu əraziləri özününküləşdirməsi üçün fürsətdən is-
tifadə edərək yer adlarını tez-tələsik dəyişdirməsi faktları Vətəni-
ni sevən hər bir azərbaycanlını düşündürmüşdür. Zəka sahibləri 
yer adlarının dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutan 
məqsədləri pozmağa diqqətlə yanaşmışlar.  İrəvan və onun əhatə 
etdiyi mahalların ərazilərində anadan olan alim və şairlərin, adlı-
sanlı  və ünlü şəxsiyyətlərin  əksəriyyəti özlərinə  həmin yerlərin 
adlarını soyad (nisbə, məkani təxəllüs) kimi qəbul edərək özlərini 
vətənləşdirmiş, vztznin adını  əbədiləşdirmişlər. Məsələn,  İrəvan 
xanlığının adlı-sanlı adamları çox vaxt adlarına “İrəvani” nisbəsi-
ni  əlavə etmişlər. Bu cəhətdən “İrəvanilər” kitabçasının [134-8] 
Azərbaycan tarixinin, mədəniyyətinin,  ədəbiyyatının inkişafında 
əvəzsiz xidmətləri olan görkəmli şəxsiyyətlərın arxivlərdən adla-
rının araşdırılaraq barələrində soydaşlarımıza məlumat vermək, 
onları bilikləndirmək Azərbaycan torpaqlarının ermənilər tərəfin-
dən işğala məruz qaldığı indiki zamanda olduqca gərəklidir, həm 
də dünya ictimaiyyətinin məlumatlandırılmasında olduqca mü-
hüm əhəmiyyətə malikdir. Bu şəxsiyyətləri arayıb-axtarmaq, on-
lar haqqında məlumat toplamaq, ermənilərin əsassız olaraq Azər-
baycanın qərb bölgəsinin yaşayış məskənlərini özlərinə çıxdıqları 
bir vaxtda buradakı dədə-baba torpaqlarımızdan çoxsaylı görkəm-
li  şəxsiyyətlərin yetişdiyini və yurdumuza çəkinmədən sahib çı-
xan ermənilərin məkrli siyasətinin haradan qaynaqlandığını 
dünyanın aparıcı dövlətlərinə təkzibolunmaz tarixi faktlarla sübut 
etmək bizim hər birimizin - tarixçilərimizin, tədqiqatçılarımızın 
müqəddəs borcudur...  


_________Milli Kitabxana_________ 
 
94
 
“İrəvanilər” haqqında bir qədər əhatəli məlumat vermək təd-
qiqatın məqsədlərindəndir:  
İrəvani Hacı Molla Məhəmməd  (1763-1817).  İrəvan  əyan-
ları ailəsindəndir. Böyük din xadimi olmuşdur. Əvvəlcə İrəvanda, 
sonra Nəcəfdə dini təhsil almış, vətənə qayıdaraq islam dininin 
məşhur bilicisi kimi tanınmışdır. Çox keçmədən  İrəvanda  Şey-
xülislam vəzifəsinə qədər yüksəlmişdir.  
Daniş Mirzə Rzaxan İrəvani. O, ləqəbi  Ərfəüddövlə olan, 
Daniş Hacı Hüseyn İrəvaninin oğludur. O, 1853-cü ildə Təbrizdə 
anadan olmuş, orada təhsilini başa vuraraq dövlət işlərində çalış-
mışdır. Diplomat kimi İran Dövlətinin Tiflisdə, Peterburqda, İs-
tambulda konsulu və səfiri olmuşdur. Mirzə Rzaxan Daniş 1899-
cu ildə Lahə konfransında İran Dövlətini təmsil etmişdir. O, dün-
yada ümumi sülhün bərpa edilməsi, insan ömrünün uzadılması və 
fars  əlifbasının izahı haqqında nəzm və  nəsrlə kiçik və böyük 
əsərlər yazmışdır. “Müntəxəbati Daniş” kitabı da ona məxsusdur. 
Bu əsərini o, 1888-ci ildə yazıb çap etdirmışdir. Fətullaxan Şey-
bani onun geniş tərcümeyi-halını yazmış və onu yüksək qiymət-
ləndirmişdir. Tehranda çıxan “Şərəf” qəzetində onun portreti ve-
rilmiş və fəaliyyəti işıqlandırılmışdır.  
İrəvani Daniş Hacı Hüseyn.  Daniş  Hacı Hüseyn İrəvani 
XIX əsrin ortalarında İrəvanda doğulmuşdur. O, Mirzə Rzaxanın 
atasıdır.  Əsas yaradıcılığı poeziya olub, şeirlərini  Ərfəüddövlə 
təxəllüsü ilə yazmışdır. Gənc yaşlarından Təbrizə oxumağa get-
miş və həmişəlik də orada yaşamışdır. 
İrəvani Aşub (1813-1881). O, 1813-cü ildə İrəvan mahalın-
da anadan olub, təhsilini davam etdirmək üçün 1834-cü ildə Nə-
cəfə getmiş və orada bədii yaradıcılıqla məşğul olmuşdur. Fətəli 
şaha mədhiyyələr yazmışdır. 1876-cı ildə  vətəninə qayıtmış, 
1881-ci ildə 63 yaşında vəfat edib.  
İrəvani Aşub; Aşub təxəllüslü Mirzə  İsmayıl hicri-qəməri 
tarixi ilə XIII əsrin (h.q. 1211-1250) İrəvan şairlərindən olub, Fə-
təli şah Qacarın məddahlarından idi. O, günbəz binasının tarixi və 
Hüseyn xan (Fətəli  şahın kürəkəni və  İrəvan hakimi), onun qar-


_________Milli Kitabxana_________ 
 
95
 
daşı Həsən xan tərəfindən tikilmiş Müslümün oğlanlarının məza-
rının üstündə aşağıdakı xronoqrammanı deyib:  
Asiman saraylı xaqanın dövlətçiliyi dövründə, 
Cəsarətli şəhriyarın dünyada olduğu günlərdə,  
Aşubun qələmi onun tarixini yazdı... 
(Hüseyn və Həsən səadətin əsası oldu) 
İrəvandan xeyli sayda şair çıxmış  və onlar şeirlərini  əsasən 
azəri türkcəsi və farsca yazmışlar. Onların arasında  ərəb dilində 
çoxlu əsərlər yadigar qoyanları da var. Əvvəlki səhifələrdə həmin 
şairlərin bir neçəsinin adı  və  şeirlərindən nümunələrlə tanış ol-
duq. İndi də onlardan bir neçəsi ilə tanış olacağıq: Aşüftə İrəvani, 
Bidil İrəvani, Çeşmə İrəvani, Höccət İrəvani, Hərif İrəvani, Dəlil 
İrəvani, Şakir İrəvani, Fəxri İrəvani, Qabil İrəvani, Qüdsi İrəvani, 
Hazim İrəvani və b. 
Onlardan üçü Çeşmə,  İrəvani təxəllüslü Rzaqulu xan, Qabil 
İrəvani təxəllüslü Hüseynəli xan, Şəhab  İrəvani təxəllüslü Həsən 
xan Məhəmməd xan Qacar İrəvaninin oğlanlarından idi. Çeşmə və 
Qabil İrəvani Fətəli şahın oğlu Mahmud Mirzənin yaxın qohumları 
sırasında idilər. Şəhab İrəvani isə Fətəli şahın digər oğlu Rükn-ül 
dövlə adlanan Molla Zaman Əlinağı Mirzənin nəslindən idi. 
Bidil İrəvani: Adı Paşaxan idi və İrəvanın əsil zadəganların-
dan biri olan bu şəxs XIX əsr şairlərindən olub, Bidil təxəllüsünü 
qəbul etmişdi. Şeiri belədir (sətri tərcümədə): 
Qəmzəndə və bütün hüsnündə çox fitnə var
Kaş ki, əhdində davamlı olaydın. 
Oturdun və oturmağınla behişti bəzədin, 
Qalxdın qiyaməti əyan etdin və qiyamət yaratdın. 
Əgər sənin billur əlindən bir cam içsəm,  
Nəhayətsiz məst olub, məhşər gününədək özümə gələ bilmərəm. 
Çeşmə  İrəvani: Rzaqulu İrəvani Fətəli  şahın oğlu Mahmud 
Mirzənin əmirlərindən olan Məhəmməd xan Qacar İrəvaninin oğlu 
idi.  İllərlə  Nəhavənddə onun xidmətçilərinin başında olmuş, 
ahəngdar və  xəlqi təbə, xoş  rəftara malik olub, hörmət və izzətlə 
yaşayıb. Aşağıdakı nümunə onun şeirlərindəndir(sətri tərcümədə): 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə