Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   28   29   30   31   32   33   34   35   ...   102

_________Milli Kitabxana_________ 
 
96
 
Əgər bu dilbər mənə mehribandırsa,  
Asimanın mehriban olmaması da kədərli deyil. 
Qəlbimdən çıx, ey qəm, çünki bu gecə  
Cananın vəsl məsələsi var ortalıqda. 
Dəlil  İrəvani: Fətəli şah Qacar dövrünün şairidir. Fətəli şa-
hın müasirlərindəndir.  Şahı  mədh edən bir qəsidəsində  və onun 
bir yerində İrəvan hakimi Hüseyn xanın bünövrəsini qoyduğu İrə-
van məscidinin binasının tikilməsi tarixinə işarə edib: 
İndi İrəvanda da onlardan yadigar qalıb, 
Bu mina üzlü məscidin binası. 
Dəlil onun tarixindən ilham alıb yazıb yaratdı, 
Onlar xeyirxahlığından bir məscid binası ucaldı. 
Fətəli şahın mədhinə həsr etdiyi həmin qəsidənin birinin axı-
rında isə İrəvan şəhərindəki məscidin təmir edilməsi tarixini gös-
tərmişdir. Həmin qəsidədən bir beyt: 
(Öz işan məscidi nikust bərpa: 
hicri qəməri 1238). 
“Bina tarixini Dəlil rəqəmə saldı, 
Ondan tarixə bir məscid binası qaldı”.  
Şakir  İrəvani: Kor kimi məşhur olan Şeyx Musa İrəvani 
hicri tarixi ilə XIV əsrin söz sahiblərindən olan Şakir təxəllüslü 
şairdir. O, xoş avazlı vaiz, şirin dilli natiq və bir qədər çopur 
adam olub. Hər iki gözdən məhrum olan Şakir İrəvani güclü hafi-
zəyə malik olub. O, yaxşı iştahaya malik olub, çillə plovu və ba-
dımcanı sevib. Çox öz-özünə aşağıdakı beyti zümzümə edərmiş:  
Canım kimi sevdiyim yeməklər 
Çillə, cücə və badımcandır. 
Şəhab  İrəvani: Məhəmməd xan Qacar İrəvaninin oğlu Hə-
sən xan cavanlıqda yaxşı rəftarı ilə seçilib və fənləri kamil öyrə-
nib. Məhəmməd Mirzə yazır: Cavanlıqda Əli Nağı Mirzənin ya-
xın ətrafına düşüb və indi də (qəməri 1240) həmin şəxsin yanında 
layiqli izzət və hörmət sahibidir. Onların səyi nəticəsində  qəzəl 
yaradıcılığında xeyli qabağa gedib. Mahmud Mirzəni mədh elə-
yən şeirində deyir: 


_________Milli Kitabxana_________ 
 
97
 
Zülfün üzündə oddan çıxan tüstüyə bənzər, 
Ey hökmdar, sənin tüstündən göz yaşarır. 
Qabil İrəvani: Məhəmməd xan Qacarın oğlu, Çeşmə və Şə-
hab İrəvanilərin qardaşı olan Hüseynəli Mahmud Mİrzənin müa-
sirlərindən və yaxınlarındandır. Onun belə bir şeiri var: 
Sənin zülmlərindən çox gileyim var
Bizim gileyimiz çox, sizin hövsələniz. 
O uzun hörüklərdən təkcə mən həyəcanlı deyiləm, 
Bu hörüklərin mənim kimi divanə etdiyi insanlar çoxdur. 
Nazim  İrəvani:  Abbasqulu xan Cavanşirin oğlunun yavəri 
olan  Əli  Əkbər xanın oğlu  Əli xan İrəvandan  İrana köçmüşdü. 
Nəsrəddin şahın yaxınlarından ola bilmişdi. Bir müddət xarici iş-
lər naziri, bir müddət isə ədliyyə naziri olmuşdu. Əli Əkbər xan 
Təbrizdə məskunlaşmışdı. İbrət Haininin yazdığına görə, buradan 
Herata göndərilmişdi... Heratdan qayıtdıqdan sonra Tehrana gəl-
miş və orada vəfat etmişdi. Əli xan Tehranda doğulmuş, fars dili 
üzrə  təhsil aldıqdan sonra orduda işə girərək, dövlət xidməti ilə 
məşğul olmuşdu. Polkovnik rütbəsinə yüksəldikdən sonra bir 
müddət rus səfirliyinin mühafizəsinə başçılıq etmişdi. Sonra qə-
dim qoşun hissələri dağıdıldığına görə, kazak idarəsinə daxil ol-
muş, orada bir müddət hərbi fənlərin təlimi ilə məşğul olmuşdur. 
Tədricən sultanlıq rütbəsinə yüksəlmişdi. Dəfələrlə  Ərdəbil və 
Qaracadağa ezam olunaraq orada öz vəzifəsini yerinə yetirmişdi. 
Bundan sonra ingilis səfirliyinin mühafizəsinə  rəhbərliyə  cəlb 
edilmiş və altı il həmin vəzifədə çalışmışdı. Daha sonra qoşun ko-
mandanlığının baş müşavirlər idarəsində xidmətini davam etdir-
mişdir. Əsas üslubu qəzəlxanlıqdır və bu sahədə mərhum Mühitin 
yolunu davam etdirmişdir. Şeirlərindən birində deyir: 
Hə münasibətlə sənin ətrini gülə veriblər, 
Məgər onlar sənin gözəl üzünü görməyiblər. 
Gülə de ki, nə üzünün rəngi ilə fəxr eləyirsən, 
Bir külək əsər sənin üzünün suyunu aparar. 
Əgər qiyamət günü Hazim torpaqdan qalxsa,  
Birinci səni axtarmaq fikrinə düşər. 


_________Milli Kitabxana_________ 
 
98
 
(1. Tərcümeyi-hallar və ixtisarla verilmiş İrəvan şeir nümu-
nələri Əziz Dövlətabadinin "Qafqazda fars şeiri" kitabı əsasında 
hazırlanıb)  
Aşüftə Kəlbəhüseynbəy (...-... ). O, İrəvan əyanları ailəsin-
dəndir. Aşüftə  İrəvaninin  əsil adı  Kəlbəhüseynbəy idi. O, İrəva-
nın  əsil-nəsəbli ailəsindən çıxmış  və bu diyarın  şeyxülislamı ol-
muş, Fazil İrəvani kimi tanınan Hacı Molla Məhəmməd İrəvani-
nin qardaşı oğlu idi. Aşüftə Tehranda Zillüsultan Əlişahla dostluq 
etmişdir. Onun poeziya nəzəriyyəsi sahəsində müsahibə və müşa-
hidələri diqqəti cəlb etmişdir. Aşüftə öz dövründə rəftarlığı, cəl-
bedici və məlahətli söhbəti, habelə gözəl görkəmi və daxili saflığı 
ilə tanınmış, şeirlərini Aşüftə (“vurğun”) təxəllüsü ilə yazmışdır. 
Aşüftə Kəlbəhüseynbəyin dərin məzmunlu və ürəyəyatan şeirləri 
hələ özünün sağlığında dillər  əzbəri olmuşdur.  Aşüftə  Kəlbəhü-
seynbəyin şeirlərindən aşağıdakı nümunələrə diqqət yetirək: 
Qılıncın altındayam, istərəm bir baxasan
Qorxuram qiyamətdə məndən utanasan.  
 
 
 
 
İncitmə məni, öldür, əgər layiq deyiləm qəfəsinə, 
Ölərəm mən, düşərsən tordakı quşlar tənəsinə! 
 
 
 
 
Yalvarıram mən dilbərə öpüş verib al canı, 
Dedi Məcnun olmusan, buna zaminin hanı? 
Cavanlığında Tehrana gələrək zilli-Sultanəlişahın mehriban-
lığı və kəraməti altında ömür sürürdü. Onun gözəl və lətafətli nit-
qinə müasirləri həsəd çəkirdi. Onun şeirlərindən birində deyilir: 
Dedin, mənim vüsalımı məgər yuxuda gördün?  
Bəli, məgər mən yatdım ki, yuxu da görəm? 
Aşüftə haqqında ən geniş məlumat “Təzkireyi-Dilguşə” top-
lusunda cəmlənmişdir. (Dəlil  İrəvani və digər  İrəvanilər barədə 
məlumatlar Məhəmmədəli Tərbiyətin 1987-ci ildə ADU tərəfin-
dən nəşr edilən “Danışməndani-Azərbaycan”: Azərbaycanın gör-
kəmli elm və sənət adamları” toplusunun 35, 77, 110, 189, 345-ci 
səhifələrində verilmişdir).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə