Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   33   34   35   36   37   38   39   40   ...   102

_________Milli Kitabxana_________ 
 
111
 
   
Mərhəba, ey Həsən bəyi-aqil
  
Elmi 
–hikmətdə qabilü kamil, 
  
Bafəhm olmağında söz yoxdur, 
  
Oldu 
məlum: qeyrətin çoxdur. 
   
Əhli-Qafqazı etmisən xoşnud, 
   
Sən özün səd, əhl-naməsud. 
   
Sənə hər kimsə tutsa bir irad, 
  
Gurbatində bulmayıb irşad... 
  
...İrəvandan yazıldı bu namə. 
   
Xəlqdən mən də gəlmişəm dadə 
   
Yəni Seyyid Rza Əmirzadə.  
Hüquq məsələləri üzrə dini hökm çıxaran yüksək vəzifəli ru-
haninin (müfti-Əfəndi) “Məcmuə”sində Hacı Seyid Rzanın şeirlə-
rindən bir neçə müxəmməs, müstəzad, tərkibbənd və tərcibbənd-
lər öz əksini tapmışdır: 
Dilbəra, gəl, gəl ki, əyyam-baharın vaxtıdır, 
Daməni-səhrada seyri-laləzarın vaxtıdır, 
Mövsümi-gülgəştü cami-zərnigarın vaxtıdır, 
Sən kimi fərxündə zati-gülüzarın vaxtıdır, 
Lütf ilə can almağa çeşmi-xumarın vaxtıdır, 
Görməyə ruxsarını bu dilfikarın vaxtıdır... 
Hacı Seyid Rzanın klassik şeirin bu və ya digər növlərinə aid 
bir sıra şeirləri, kəlamları vardır. O, təxminən altmış il ömür sür-
müş, 1906-cı ildə İrəvan şəhərində vəfat etmişdir. Əziz dostların-
dan Mirzə Abbas “Zari” onun məzar daşının üstünə aşağıdakı qi-
təni həkk etmək üçün yazmışdır: 
Dövrün əsilzadələrinin fəxri Seyid Rza Sabir idi. 
(Onun vücudu) bəlağət elmini əhatə edən, ağıl  
və kamalın toplanan yeri idi. 
Dünyadan birbaşa cənnət bağına köçdü, 
Şeiri ariflərə çox xoş gəldiyindən 
Onun vəfalı tarixi “ şairi-şirin məqal” oldu. 
Mirzə Əlixan Şəmsül-Hükəma “Ləli” (1845-1905). 1845-ci 
ildə Təbrizdə anadan olub, 1905-ci ildə Tiflisdə vəfat edib. Onun 


_________Milli Kitabxana_________ 
 
112
 
ata və anası  əslən irəvanlıdır. Atasının adı Hacı  Ağa Mirzə  İrə-
vanidir. Mirzə  Əlixan  İrəvani (“Ləli”) Təbrizdə  təhsil alıb, orada 
mədrəsələrdə ərəb və fars dillərində dərin biliklərə yiyələnib. Dər-
man maddələri,  ədviyyat və müxtəlif bitki yağları satılan  əttar 
dükanı açıb, satılan dərmanların reseptini yazıb. Məşhur təbiblərin 
yanında olub, təbabət elminə dair məlumatlar  əldə edib. Təbabət 
elmini mükəmməl öyrənmək üçün Tehrana gedib, təhsilini başa 
vurandan sonra Təbrizə qayıdıb. Misirə,  İstambula və Avropanın 
bəzi şəhərlərinə ezam olunub, təcrübəsini artırıb. İran təbiblərindən 
məşhuru olub. Ləli  İrəvani Nəsrəddin  şahın oğlu,  İran  şahı Mü-
zəffərəddin  şahın (1896-1906) xüsusi həkimi olmuş  və  Şəmsül-
hükəma (“Həkimlər günəşi”) ləqəbi almışdır. Sənədlərində və mö-
hüründə imzası “Ləli həkim” olmuşdur. Ömrünü və güzəranını tə-
babət ilə keçirmişdir. Nüfuzlu adamlardan sayılıb. Ləli İravani şair 
kimi də tanınıb.  Onun fars və Azərbaycan dillərində çox gözəl 
qəsidələri, qəzəlləri, dübeytləri və görkəmli şəxslərin ölümünə həsr 
olunan hüznlü nəğmələrdən ibarət şeirlər divanı Təbrizdə iki dəfə 
nəşr olunub. Lakin onun bir çox şeirləri hələ də çap olunmamışdır. 
Aşağıdakı qəzəli “Təqvimi Tərbiyət”dən götürülmüşdür: 
Qaşların kamanilə sən ox vurdun qəlbimə, 
Sinəmdən keçib batdı yaralı qəlbimə. 
 
Halaldır badə içmək adama yar yanında, 
Dolu qədəh əlində, dodağı dodağında. 
 
Məst olmuşduq ikimiz, həm dilbər, həm də ki, mən 
O, badə içməyindən, mən nərgiz gözlərindən 
 
Mən tövbə sındırmışdım, günah alım özümə, 
Badə içdik, tövbə də sındı öz-özünə. 
 
Boyun saldım zəncirə, baş verdim qılıncına, 
Qara zülflər düşəndə qaşlarının küncünə. 
 
Sənin fərağında mən əl çəkdim varlığımdan, 
Ölüm mənə yaxşıdır sənin ayrılığından. 


_________Milli Kitabxana_________ 
 
113
 
Əhsən o ləl dodağınla əfsunladın Ləlini, 
Bir kəlmə söyləməklə qıfılladın dilini. 
Ləlinin Tiflisdə havaların isti və yağışlı keçməsi barədə  də 
şeirləri vardır: 
Bir deyən yoxdur, ey xudavənda, 
Bu bədən qurğuşundu, ya misdi? 
Kürəxanə deyil bizim mənzil,  
Nəyə lazım bu qədər isti?  
Bizim bu ev Məkkə, mən ərəb deyiləm, 
Ərəbistan deyil bu, Tiflisdi. 
Bu hava xətti-istifadə gərək, 
Sakinani –şimalə çox pisdi. 
Bunu göndər ki, özgə bəndələrin 
Cümləsi acü urü müflisdi. 
Cücülər doldurub kitab arasın, 
Biri molla, biri müddərisdi. 
Birəvü, mığmığavü kor milçək 
Cəm olub, bir qəribə məclisdi. 
Şəhəri qızdırıb, çölü soyudub, 
Bilmirəm bu necə mühəndisdi ?! 
Yağarlığın yaratdığı çətinlikləri isə belə tərənnüm edir: 
Bu yağış dayanarmı dəmir, daş, görüm, 
Qalaydı xeyrin, ilahi, qapıda kaş görüm! 
  
Yağış gərək çölə yağsın, nə şəhər, bazarə, 
Nə xeyri var sənə üstü başımı yaş görüm? 
 
Bir aydı üst-başım zığdı, başmağım palçıq, 
Özün mələklər ilə bircə gün sulaş görüm.  
 
Nə vaxt yağıbdı yağış, küçələrdə it boğulub, 
Nə vaxt yağıbdı dolu , sındırıbdı baş görüm. 
 
Bahalıq ildə acından ölənləri gördün, 
Tapa bilir onların qırxı bir lavaş görüm?[116-219] 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə