Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   2   3   4   5   6   7   8   9   ...   102

_________Milli Kitabxana_________ 
 
18
 
gah edən və adını tarix səhifəsinə “Paskeviç-İrəvanski” kimi yazdı-
ran rus generalının hüzuruna göndərmişdir.  Şərəf bəy generala 
layiqli hədiyyələr verdikdən sonra, rus təbəəliyini qəbul edərək, 
bəylik silkini, bəylik xanədanını, mal-mülkünü qorumaqla yanaşı, 
azərbaycanlılar yaşayan kəndlərin də İrana köç etməsinin qarşısını 
almışdır. Bu, həmin Mahmud ağa və Şərəf bəydir ki, onların səcərə 
rişələrindən və qol-budaqlarından düzü-dünyanı dolduran məşhur 
“Hacılar nəsli” törəmiş  və  həmin törəmələrdən biri də ömrü mü-
barizələrdə və doğma xalqına sədaqətlə xidmətdə keçən Eyyub ağa 
və onun oğlu Maqsud Hacıyev [77, 16] olmuşdur.” 
Vaxtilə İrəvan xanlığı ərazisinə səfər etmiş fransız səyyahları 
Jan Batist Taverniye (1655), Jan Şarden (1665) və digər Avropa 
səyyahları öz yol qeydlərində  İrəvan qalasından, burada yaşayan 
[60, 273] əhalinin milli mənsubiyyətindən söhbət açmışdır. Səyya-
hlardan biri şəhər qalasında 800 evin olmasını və orada yalnız mü-
səlmanların yaşadığını yazmışdr: “Şəhər torpaqlarını  cənub-qərb-
dən axan Qırxbulaq və  şimal-şərqdən axan Zəngi çayları suvarır. 
Sərdarın sarayı çox gözəl, möhtəşəm bir imarətdir...” Səyyahlar 
“Xan sarayı”nın şüşəbəndli-güzgülü salonu, qalada ucaldılmış qo-
şa-qoşa əzəmətli məscidlər, iki-üç mərtəbəli imarətlər, karvansara-
lar, meydanlar, mərmər hovuzlar, fəvvarələr, möhtəşəm abidələr, 
bağ-bağçalar,  İrəvan həyat tərzi, onun sakinləri haqqında heyran-
lıqla məlumat vermişlər. Lakin XVII əsrin yetmişinci illərində zəl-
zələ nəticəsində yerlə-yeksan olmuş İrəvan Təbrizdən gələn Azər-
baycan vəziri Mirzə İbrahimin rəhbərliyi ilə yenidən tikildi. Şəhər 
dirçəldi,  əhali bərpa olunmuş evlərə qayıtmağa başladı". XVIII 
əsrin ortalarında  İrəvan xanlığının yaradıldığı, xanlığın  əsasının 
Mir Mehdi xan tərəfindən qoyulduğu,  ərazisinin Ağrı vadisi, Də-
rələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşdiyi və naiblər 
tərəfindən idarə olunan on beş mahalı əhatə etdiyi, İrəvan şəhərinin 
bu xanlığın mərkəzi olduğu, buranın daimi aborigen əhalisinin 
hamısını türklər təşkil etdiyi təkzibolunmaz tarixi faktdır. 
XVIII əsrin sonlarında Hüseynəli xan və onun oğlu Məhəm-
məd xan dövründə memar Mirzə Cəfər sarayda yeni tikinti işləri 


_________Milli Kitabxana_________ 
 
19
 
aparmış, onu daha baxımlı etmək üçün memarlığın mövcud im-
kanlarından bacarıqla istifadə etmişdi. 
Səfəvilər imperiyasının süqutuna bir sıra obyektiv səbəblər-
dən şərait yaranmışdi. Şiəlik həddindən artıq şişirdildiyindən bu, 
islam mühitinin daxilində parçalanmaya gətirib çıxarmış, Azər-
baycanda dini zəmində eyni bir xalqın qırılmasına, türk dünyası-
nın parçalanmasına və onun milli-tarixi birliyinin zəifləməsinə, 
qardaş  qırğınlarına, müharibələrə  səbəb olmuşdur. Hərbi və dini 
hakimiyyətin ön plana çəkilməsi Azərbaycanın təsərrüfat həyatı-
na laqeydlik göstərilməsi və  həyat tərzinin tənəzzülü ilə  nəticə-
ləndi. Səfəvilərin Avropa diplomatiyasının əlində vasitəyə çevri-
lərək Qərb kapitalının  Şərqə, xüsusilə Türkiyə  və Azərbaycana 
maraqlarının mahiyyətinə varmaması  nəticəsində XVII əsrdən 
sonra Azərbaycan dövlətçiliyinin XX əsrə qədər davam edən tə-
nəzzülü başlandı. XVIII əsrdə uzaqgörən siyasətçi Quba xanı Fə-
təli xanın Azərbaycanı vahid dövlət kimi birləşdirmək uğrunda 
inadkar mübarizəsi baş tutmadı. Bu xalqın xanlıqları arasında Av-
ropanın, xüsusilə Rusiyanın soyuq küləkləri cövlan edirdi. Özünü 
imperiya elan etmiş Rusiyada bu dövlətin siyasi strategiyasını əks 
etdirən I Pyotrun “Vəsiyyətnamə”si yazılmış, beyinləri şiəlik təri-
qəti ilə  zəhərlənmiş fars feodalları Azərbaycanın varlığı ilə heç 
cür hesablaşmaq istəmir. Həticədə formal bir müharibədən sonra 
XIX  əsrin  əvvəllərində Azərbaycan ikiyə bölündü, həm coğrafi, 
həm də dövlət müstəqilliyini itirdi. 1918-ci il mayın 28-nə, Şimali 
Azərbaycanda milli dövlət yaranana qədər müstəqilliyimiz, milli 
varlığımız laylaların, bayatıların ümidinə qaldı, muğamın ürək-
parçalayan hücrələrində daldalandı, həsrətlə, gizli-gizli Araza göz 
yaşı axıtdı [168-100]. Hələ 1896-cı ildə Dərbəndi ələ keçirən rus 
qoşunları bir neçə istiqamətdə Zaqafqaziyaya hərəkətə başlaya-
raq, ilk növbədə Gürcüstanı Rusiyanın tabeliyinə  qəbul etdi. 
Təəssüf ki, Quba xanı  Fətəli xanın xanlıqları vahid dövlət kimi 
birləşdirmək barədəki uzaqgörən, inadkar mübarizəsi uğur qazan-
madı, o dövrdə kifayət qədər gücü olan Azərbaycan xanlıqları 
“mənəmlik” iddiasından yurdu yağıya qurban etdi. “Mənəm-mə-


_________Milli Kitabxana_________ 
 
20
 
nəm” deyən xanlardan yalnız ikisi – Gəncə xanı Cavad xan və 
İrəvan xanı Hüseynqulu xan axıra qədər ruslara müqavimət gös-
tərdilər, mərdliklə vuruşdular. Gürcü əsilli rus generalı Sisianovla 
Cavad xanın məktublaşması bu baxımdan ibrətamizdir.  
Gəncə yaxınlığında “Kürəkçay” müqaviləsinin (1805-ci il) 
imzalanması, bu müqaviləyə görə Qarabağ xanlığının Rusiyanın 
tabeliyinə keçirilməsi, Naxçıvan xanlığının tərkibində olan Meğri 
nahiyəsi istisna olmaqla Zəngəzurun böyük bir hissəsinin Rusiya-
nın tabeliyinə verilməsi, 1806-cı ildən etibarən Rusiya-İran mü-
haribəsinin yenidən qızışması, rus generalı P.Kotlyarevskinin qo-
şunlarının  İran  şahzadəsi Abbas Mirzəni məğlub etməsi,  Şəki, 
Şirvan və Talış xanlıqlarını tutması, 1813-cü ilin yanvarında Lən-
kəran qalasının süqut etməsi, nəhayət, Qarabağın Gülüstan kən-
dində Rusiya və Iran arasında ikinci sülh müqaviləsinin (1813-cü 
il oktyabrın 12-də) bağlanması Azərbaycanın iki imperiya arasın-
da bölüşdürülməsinin əsasını qoydu, bu, tarixə “Gülüstan” mü-
qaviləsi kimi daxil olan sənəd imzalandı. Buna baxmayaraq, yenə 
İran İngiltərənin təhriki ilə 1826-cı ildə müharibəni yenidən qızış-
dırdı, rus qoşunları tərəfindən həlledici hücumlar İran qoşunlarını 
geriyə çəkilməyə məcbur etdi. Ən qanlı hücumlar isə İrəvan xan-
lığı  ərazisində gedirdi. İrəvan sərdarı Hüseynqulu xan və onun 
qardaşı Həsən xan qəhrəmanlıqla müqavimət göstərirdilər. Gene-
ral Paskeviçin komandanlıq etdiyi çar ordusu hissələrinin 1827-ci 
il martın 13-də Eçmiədzinə daxil olması, həmin ilin iyunun 7-də 
Naxçıvanı tutması, iyulun 7-də Abbasabad qalasının süqut etmə-
si,  İrəvan sərdarı Hüseynqulu xanın müqavimət göstərməsinə 
baxmayaraq, 1827-ci il sentyabrın 20-də  Sərdarabad qalası, ok-
tyabrın 1-də isə  İrəvan qalası [121-387] xaç yürüşünün [45] so-
nuncu qurbanlığı oldu.  
Bu barədə S.N.Qlinka azərbaycanda məskunlaşan ermənilə-
rin Rusiya hüdudlarına köçürülməsi barədəki əsərinin əvvəlində, 
xüsusən də 17-18-ci cəhifədə vəziyyət barədə geniş şərh verərək 
yazmışdır: “...Paskeviçin gələcəyi görmə qabiliyyəti yenə də özü-
nü göstərdi. Lazerevin Təbrizin komendatı təyin olunması xəbəri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə