Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   2   3   4   5   6   7   8   9   10   ...   102

_________Milli Kitabxana_________ 
 
21
 
yayılan kimi dərhal Azərbaycan vilayətinin bütün xanlıqlarından 
ermənilər Təbrizə  tələsdilər. Onlar Lazerevə deyirdilər: “Siz bi-
zim qohumumuzsunuz. Bizim əvəzimizə  mərhəmətli və böyük 
Ümumrusiya İmperatorundan xahiş edin. Bizim əvəzimizə Rusi-
yanın məşhur başçısından xahiş edin. Biz özümüz Nikolayın hör-
mətli himayəsi altına keçirik. Biz onun çiçəklənən dövlətinin hi-
mayəsində yaşamağa və ölməyə şadıq”. 
İrəvanın başı üzərindən fəlakət fırtınaları zaman-zaman ötüb 
keçmişdir. Bu fırtınalı qasırğalar, İran və Osmanlı imperiyaları ara-
sında müxtəlif vaxtlarda baş verən müharibələr zamanı buradakı 
vilayətlər soyğunçuluğa, talana və  dəfələrlə dağıntılara məruz 
qalmış, dönə-dönə  əldən-ələ keçmiş, bu faciələr  İrəvan  şəhərinin 
taleyindən də yan keçməmişdir. Azərbaycanın ayrılmaz bir parçası 
olub, qondarma Ermənistan  ərazisi adlandırılan  İrəvan  şəhərinə 
dəyən ağır zərbələr Quzey və Güney Azərbaycanın yaxından 
köməkliyi nəticəsində  bərpa olunmuşdur. Bütün dövrlərdə bütöv 
Azərbaycanla iqtisadi və mənəvi əlaqələri ilə sıx bağlı olan İrəvan 
azərbaycanlıların əzəli yaşayış məskəni kimi tarixi sənədlərdə qeyd 
edilmişdir. İrəvanı həmişə azərbaycanlılar idarə etmiş, şəhərin qo-
çuları da azərbaycanlılar olmuşlar. Rusların köməkliyi və  dəstəyi 
ilə  İrəvan Yerevan olandan sonra ermənilər ipə-sapa yatmadılar, 
azərbaycanlıları gözümçıxdıya salmağa, özlərini  şəhərin sahibi 
kimi aparmağa başladılar... İrəvanı iki çay kəsib keçirdi – Gedər-
çay və Zəngi çayı. Şəhər iki yerə bölünürdü – yuxarı hissəsi Zəngi 
çayının sıldırım təpəlikləri üstündə, aşağı hissəsi çuxurda yerlə-
şirdi. Zənginin üstündəki sonralar adını  dəyişdirdikləri körpüyə 
Pənah xanın körpüsü deyərdilər. Çay mənbəyini Göyçə gölündən 
götürürdü. Ağrı vadisinin bir ucu İrəvana gəlib çıxırdı Şəhəri meşə 
və bağlar - Güllü bağ, Sərdar bağı, Dəlmə bağları, Xan bağı və s. 
əhatə edirdi. Təmiz müsəlman şəhəri olan İrəvanda Təpəbaşı, Tox-
maqgöl, Dəmirbulaq , Gedərçay, Şəhər və Qırmızı kimi məhəllələr, 
bu məhəllələrin hərəsinin öz məscidi vardı – Göy məscid, Novru-
zəli məscidi, Günnüklü məscid, Hüseynəli məscidi, Qala məscidi, 
Hacıbəyim məscidi, Şəhər məscidi, Zalxan məscidi. 


_________Milli Kitabxana_________ 
 
22
 
Qeyd olunmalıdır ki, İrəvan etnik arealından söhbət gedər-
kən bu etnik arealın onun coğrafiyasından daha geniş olduğunu 
söyləmək olduqca zəruridir. Son deportasiyayadək Ermənistan 
adlanan Qərbi Azərbaycan  ərazisinin  əksər bölgələrində tarixən 
daimi yaşayan azərbaycanlılardan  əlavə,  İrəvan xanlığındakı 
müxtəlif yaşayış məskənlərində doğulan, boya-başa çatanların ço-
xusu Bakıda, Gəncədə,  İmişlidə, Sabirabadda, Ağcabədidə, Bər-
dədə, Goranbayda, Tərtərdə, Şəmkirdə, habelə Sovetlər İttifaqının 
bir sıra şəhərlərində zərurət üzündən kök salmışdır. İrəvan ədəbi 
mühiti adı altında gedən söhbətlər həm də bu adı sadalanan əra-
zilərdə yaşamış və bu məkana bağlı olan İrəvan mənşəli şəxsiy-
yətlərin ədəbi-bədii fəaliyyətini də nəzərdə tutur. 
Irəvan xanlığı təkcə coğrafi məkan deyil, həm də güclü ədə-
bi-estetik informasiya məkanıdır. Bu xanlığın adı  çıkiləndə ilk 
növbədə  Gərnibasar, Göyçə, Dərəçiçək, Dərələyəz, Ağbaba ma-
halları – saz-söz yada düşür. Bu mahallar türk əxlaqı və mədəniy-
yətinin aparıcı ocaqları, “ana sazımızın beşiyi, bədii sözümüzün 
çağlayan çeşməsi yada düşür” [145-3] [57-3]. Qərbi Azərbaycan 
əsilli oğuz türkləri olmazın məşəqqətlərlə üzləşdikləri vaxtlarda 
doğma dilini, adət-ənənələrini, milli və  mənəvi dəyərlərini heç 
nədən qorxub çəkinmədən qoruyub saxlamışlar. 
İndi  əlçatmaz olan adı  çəkilən bu ərazilər başdan-başa 
erməniləşdirilmişdir. Bu, yaşayış məskənləri, yer, çay, dağ adları, 
məscid, məhəllə və bağ adları coğrafiyaçıların, siyasətçilərin yad-
daşlarda Qarabağ  məsələsinin həllinə yönəldilən aktual söhbət-
lərdə və bir də bu adların, yerlərin həsrətini çəkən ixtiyar qocala-
rın ara-sıra söhbətlərində yaşayır. Lakin yaradıcı ziyalıların yara-
dıcılığında, alimlərin, tədqiqatçıların tədqiqatlarında Qərbi Azər-
baycan və İrəvan mövzusu gündəmdədir.  
Coğrafiya elmləri doktoru, prof. E.Q.Mehrəliyevin soydaşları-
mızın mütaliəsinə təqdim etdiyi “İrəvanilər” (“Çaşıoğlu” nəşriyya-
tı, Bakı, 2000) kitabının müqəddiməsində gürcü xalqının mütəfək-
kirlərindən İlya Çavçavadzedən gətirdiyi sitatda göstərilir ki, “Mil-
lət öz tarixini unudanda onun süqutu başlayır... Tarix millətin bü-


_________Milli Kitabxana_________ 
 
23
 
tün varlığını ürəyinin dərinliyində  gəzdirir və bununla da hər bir 
millətin mətanəti, qüdrəti, gələcəyi üçün topladığı qüvvə  və ehti-
yatı güzgü kimi özündə əks etdirir.” Görkəmli şəxslərin fəaliyyəti 
nəinki özləri haqqında, eləcə də millətinin bu və ya digər dövrlərdə 
nəyə qadir olduğu haqqında da məlumat verir. Odur ki, “İrəvani-
lər” kitabçası Azərbaycan tarixində, ədəbiyyatında və mədəniyyə-
tində rolu olan şəxsiyyətlərin məkani təxəllüsləri ilə diqqəti çəkir. 
Erməni tarixşünası M.Vartanyan 1914-cü ildə Cenevrədə çap 
olunan “Erməni hərəkatının tarixi” monoqrafiyasında qeyd edir 
ki, “Türkiyə erməniləri rus ermənilərinə görə erməni mədəniy-
yəti, dili, tarixi və  ədəbiyyatı baxımından çox güclü və  sərbəst 
idi. XIX əsrin əvvəllərində ermənilik bir millət olaraq hələ Avro-
pada bilinmirdi, ...milliyətsiz, sərsəri kimi tanıyırdılar”. Ermənilər 
haqqında çoxsaylı müəlliflərin danılmaz tarixi faktlara əsaslanan 
fikirlərinə istinad etsək, onların Azərbaycan torpağına  əsasən 
Qars ərazisindən 1797-ci ildə köç etdiyi aydınlaşır. 1813-cü ildən 
sonra rus sərkərdələri tərəfindən İranda Rusiyanın səlahiyyətli sə-
firi olan A.S.Qriboyedovun köməyi ilə İrandakı ermənilərə mər-
həmət göstərilərək, onları  İranın Loristan vilayətindən Azərbay-
canın geniş ərazisinə – Zəngəzura, Qarabağa, Vedibasara, Dərələ-
yəzə, Zəngibasara, Göyçə mahalına köçürmüşlər və bunun nəti-
cəsində də milli tərkib dəyişilmişdir. [207-12] 
Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi ilə 
əlaqədar həyata keçirilən, həyatda, siyasətdə müstəsna rol oyna-
yan Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedov yazırdı: “Er-
mənilərin böyük qismini müsəlman mülkədarlarının torpaqlarında 
yerləşdirdik. Bu torpaqların sahibi olan müsəlmanların  əksəriy-
yəti yaylaqlarda olduqlarına görə gəlmələrlə onlar arasında hadi-
sələr az baş verirdi, onlar (ermənilər – Z.M.) öz narahatlıqlarını 
bildirən müsəlmanları da sıxışdırırdılar. Biz müsəlmanlara çox tə-
sir etməyə çalışırdıq ki, indiki vəziyyətlə barışsınlar. Hətta biz 
onlara bildirirdik ki, ermənilər bu ərazidə çox qalmayacaqlar. 
Amma onlar təlaş içində deyirdilər ki, ermənilər bu torpaqları 
həmişəlik ələ keçirəcəklər” [122-387]. A.Qriboyedov müsəlman-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə