_________Milli Kitabxana_________
51
riyasət və böyüklük istəməyi erməni böyüklərinin xoşuna gəlmə-
di. Ölüm kağızları yazdılar. Öldürmək fikrinə düşdülər. Mərhum
Məmmədqulubəyi Peterburqdan gələndən bəri gözləyirlərdi ki,
hər nə cür olsa öldürsünlər. Mərhum işin bu cəhətini çox yaxşı
bilirdi. Bunu bilə-bilə yenə istəyirdi ki, vəkilliyini buraxıb Parisə
getməyə, oradan millətinə özgə yolda xidmət etməyə məcbur ol-
du. O aşiqi-millət, o möhübbi-xidmət etmək istəyirdi ki, öz bacısı
oğlunu və özgələri Parisə təhsilə aparıb, bu barədə qafqazlılara
bir qapı açsın. İstəyirdi ki, Qafqazdan tələbə getməyə vasitə olub
bir dairə içində sıxışıb qalan müsəlmanlara o mənbəyi-fənn və
hünəri tanıtdırsın. İşdə məhz bu fikrə xidmətlə keçən avqustun
25-də İrəvanı tərk edib Tiflisə getdi. Orada bir neçə gün qalandan
sonra bacısı oğlu Heydərlə Batuma getdi ki, gəmiyə minib oradan
da Parisə yollansın. Batumda gəmi biletini alıb bir saat sonra yola
düşməyə müntəzir oldu. Bu arada dostlarına açıq məktub yazmaq
istədi. Bir dükandan bir neçə açıq məktub alıb bəzi dostlarına bu
sözləri yazdı: “Batumdayıq, bilet aldıq, bir səat sonra Firəng gə-
misinə minəcəyik. Vətənim mənim heç vaxt yadımdan çıxmaya-
caqdır. Xidmət bir yer ilən deyil, insanın özü ilədir...”
Bu axırıncı məktublarını cibinə qoyub poçta qutusuna burax-
mağa və oradan yemək yeməyə gedənəcən istədi ki, erməni milli
komiteti tərəfdən gondərilən üç məlun erməni gizləndikləri diva-
rın küncündən qəflətən çıxıb, o fədakari-milləti xəncərlər ilə par-
ça-parça doğrayıb qaçdılar. İştə yüzlərcə illərdə İrəvan quberniya-
sının təkcə meydanə çıxardığı, bütün qafqazlıların fəxr edəcəkləri
bu həmiyyəti-nücəssəm, bu nuriçeşmi-millət hənuz 41 yaşında
ikən bir neçə xaini-dinin ədu əkbərin kövrək xəncərləri altında
şəhid edildi.
Məmmədqulubəy xalis doğru bir müsəlman idi. Mükəmməl
bir insan idi. Şəhidi-cənnətməkanın doğranan mübarək vücudu iki
günə qədər Batumda qaldıqdan sonra sentiyabrın birində Batum
müsəlman konsulluğunun, bəyzadələrinin, ümummüsəlman ca-
maatının təşyeyi ilə Tiflisə göndərildi. Tiflis camaatı mərhumun
cənazəsini çox artıq ehtiramla Tiflis vağzalında istiqbal etdilər,
_________Milli Kitabxana_________
52
Oradan böyük bir cəmiyətlə məscidə aparıb, sentyabrın 2-də mü-
səlman qəbristanlığında öz bacısının
1
yanında xaki-qüfranə-qərar-
gahi əbədisinə təslim etdilər. Cənabi-həqq mərhumə rəhmət ğar-
daşı-bacısı yerində olan ümum müsəlmanlara mətanəti-qəlbi-la-
zımə mərhəmət ehsan etsin...”[95-2]
Erməni komitəsinin və terrorçularının əvvəlcədən planlaşdır-
dığı qətl beləcə həyata keçirilmiş, xalqımızın maarifpərvər ziyalı
oğlunu arzularına çatmaqdan mərhum etmişdir.
Məmmədqulubəy barədə bir kiçik xütbə (çıxış)
Əzizim, dostum, Məmmədqulubəy! Ruhun möhtab olmasın,
vücud zahirənnəzərdən qaldısa. Nam müqəddəsin idi qalacaqdır.
Heç məyus olma, millət yolunda ölmək ilə cənnət əlayə girmək
qapısını ən əvvəl sən açdın, bu zamanda şəhidi millətin fədakaran
əmitən sərəfrazı sən oldun. O möhtərəm rəyasəti sən intisab etdin.
Nədən mükəddər olursuz. Yolunda fəda olduğun cəmaət o qədər
biheysiyat, binamus, bidin deyildirlər ki, səni idəltəhr yaddan çı-
xarsınlar, xeyr, xeyr. Sən cəmaətimizi o mərtəbəyə biqeyrət, bihə-
yat hesab etməzsən. Sən arxayın yat ki, sənin səyb şəhadətin adi
müsəlman və mömin olan heç vaxt yaddan çıxarmayacaqdır.
Ay nur çeşm millət, sən məhsun olma ki, sənin ali niyyətlə-
rin müqəddəs xəvahətlərin həyat baxış ümidlərin əmələ gəlməmiş
qalacaqdır. Bəs nələr etmək ki, ermənilər səni şəhid etməklə niy-
yətlərinə, xəvahişlərinə mane oldular, əsla rahat yat ki, sənin hər
damcı qanın yerinə sənin cəmaətin, sənin millətin yüz-yüz xəva-
hişini əmələ gətirəcəkdir. Yat, əziz canımız, rahət yat ki, sənin ru-
hun məzub olmağına əsla razı olmasına cıqır. Sənin bihudə tökül-
müş pak məsum qanlarından bu məmləkətdə, bu vətənümumidə
əxut və məhəbbət sağ və əsla çıtırğı və təkamül qaları bitəcəkdir...
Arxayın ol. Arxayın ol ki, sən həqiqətdə ölmədin, sən dünya-
dakı sağından daha artıq sağsan. Deyirəm bundan sonra hər saət
1
Məhəmmədqulu bəy Kəngərli Cəlil Məmmədquluzadənin həyat yoldaşı
Nazlı xanımın qardaşıdır.Tiflisdə bacısının məzarənın yanında dəfn edilmişdir.
_________Milli Kitabxana_________
53
gözümüzün önündən, qəlbinizin içindən. Bu barədən bizdən əmin
ol da yolun kit-kit qərarına həkk olan ərvah şəhidliyə qovuşanlara
de ki, “millətimin təqsirini bağışlayın, çoxdan sizi yalqız qoymuş-
dular. Neçə illərdir sizə yoldaş göndərmədilər, indi isə millətin
oyanıbdır, mərhəmətə gəlibdir. Öz haqlarıiə insan olduqlarını
qanmağa başlayıblardı. Məni sizin yanınıza göndərdilər ki, millə-
timiz bu fərəhbəxş xəbərini sizə müjdə edəm. Ruhum Məmməd-
qulubəy, xatircəm ol ki, sənin xəvahişlərinin hamısını yerinə ye-
tirəcəyiz, aşəşlərinə qalmaz, qalx yuxarılara, qalx! Yüksəl ki, ye-
rin bu yerdəkilərdir, dünyaya gəliş asan deyildir. Yüksəl ki, bu-
nun da fərqi vardı. İnsanlığı özgə zövqi vardir.
İrəvanda dünyanın hər yerindən sorağı gələn ziyalı nəsilləri
yetişmişdir. Onlardan XIX əsrin ikinci yarısında tanınan Mirba-
bayevlər, Bağırbəyovlar, İrəvanskilər, Topçubaşovlar, Muğanlın-
skilər, Fərəcovlar və başqa nəsillərin nümayəndələri İrəvan qu-
berniyasında nüfuz və mövqe sahibləri olmuşdur. İrəvan Qafqaz-
da elmin, maarifin, mədəniyyətin ən çox inkişaf etdiyi mərkəz-
lərdən biri kimi tanınmışdır. Burada 1881-ci ildən müəllimlər se-
minariyası, 3 gimnaziya, bir qadın gimnaziyası, 2 pansionat fəa-
liyyət göstərmiş, teatr tamaşaları verilmişdir.
“Leylək” satirik jurnalı, “Bürhani-Həqiqət” bədii jurnalı nəşr
edilmişdir. İrəvandan çoxsaylı gənc Avropanın, Rusiyanın məş-
hur universitetlərində təhsil almışlar. Dünya şöhrətli alim Mustafa
Topçubaşov, akademikllər Heydər Hüseynov, Əhməd Rəcəbli, ta-
nınmış dilçi Miryusif Mirbabayev, görkəmli dövlət xadimlərin-
dən Əziz Əliyev, Maqsud Məmmədov, Həsən Seyidov, Miribra-
him Seyidov, bəstəkar Səid Rüstəmov və saymaqla qurtarmayan
görkəmli şəxsiyyətlər İrəvan gimnaziyasinın məzunları olmuşlar.
Adları çəkilən bu tanınmış şəxsiyyətlərin həyat və fəaliyyəti
barədə ətraflı məlumat almaq istəyənlər görkəmii filoloq alim,
İrəvan ədəbi mühitinə dair çoxsaylı fundamental elmi məqalələrin
müəllifi Əsgər Zeynalovun 1999-cu ildə “Oğuz eli” nəşriyyatında
çapdan buraxılmış “İrəvan ziyalıları” kitabına da müraciət edə
bilərlər.
Dostları ilə paylaş: |