Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 436,97 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix08.07.2018
ölçüsü436,97 Kb.
#53814
  1   2   3   4   5   6   7   8   9   10




AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 

 

 



Əlyazması hüququnda 

 

 



 

JALƏ SÜLEYMAN QIZI ŞÜKÜROVA 

 

 

 



ƏZİZ DÖVLƏTABADİNİN “SÜXƏNVƏRANİ-AZƏRBAYCAN” 

TƏZKİRƏSİ AZƏRBAYCAN ƏDƏBİYYATININ 

ÖYRƏNİLMƏSİNDƏ BİR QAYNAQ KİMİ 

 

 

5716.01-Azərbaycan ədəbiyyatı 

 

 

 



Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 

təqdim edilmiş dissertasiyanın  

 

 

 

 

 

 

A V T O R E F E R A T I 

 

 

 

 

 

 

 

BAKI-2017 





 

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd 

Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi 

şöbəsində yerinə yetiriımişdir. 

 

Elmi rəhbər:                    Möhsün Zellabdin oğlu Nağısoylu, 

    akademik  



                                           

 

Rəsmi opponentlər:        Vüqar Mikayıl oğlu Əhməd, 

                                          filologiya üzrə elmlər doktoru, professor 

 

                                          Kamil Hüseyn oğlu Allahyarov

                                          filologiya üzrə elmlər doktoru, professor 

 

Aparıcı müəssisə:           Azərbaycan Dövlət Pedoqoji 



                                          Universitetinin Azərbaycan və dünya  

                                          ədəbiyyatı kafedrası 

 

Müdafiə  “_10___”  __07____  2017-ci  ildə,  saat  ___-da  Azərbaycan 

Milli  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  nəzdində 

filologiya  üzrə  elmlər  doktoru  və  filologiya  üzrə  fəlsəfə  doktoru  elmi 

dərəcəsi  almaq  üçün  təqdim  edilən  dissertasiyaların  müdafiəsini  keçirən 

D.01.131-Dissertasiya Şurasının iclasında keçiriləcək. 



 

Ünvan:  Az.1143,  Bakı  şəhəri,  H.Cavid  prospekti  115,  Akademiya 

şəhərciyi,  Əsas  korpus,  Nizami  adına  Ədəbiyyat  İnstitutu.  Elektron  Akt 

zalı, IV mərtəbə. 

 

Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış olmaq 



mümkündür

 

 

Avtoreferat “_____” ______  2017-ci ildə göndərilmişdir. 



 

 

 

Dissertasiya Şurasının  




elmi katibi, filologiya  

üzrə fəlsəfə doktoru:                           İsmixan Məhəmməd oğlu Osmanlı 




                İŞİN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun  aktuallığı.  Çoxəsrlik  ədəbi  düşüncə  tarixinə  malik 

Azərbaycan  ədəbiyyatşünaslığı  zamanla  müxtəlif  inkişaf  mərhələlərindən 

keçmiş,  fərqli  ədəbi  cərəyanların,  müxtəlif  ictimai-mədəni  proseslərin 

təsirinə  məruz  qalmış,  qazandığı  ədəbi  düşüncə  ənənələrini  zəngin 

ədəbiyyatşünaslıq  irsi  kimi  müasir  dövrümüzədək  gətirib  çıxara  bilmişdir. 

Müasir  Azərbaycan  ədəbiyyatşünaslığı  hazırkı  siması  ilə  bütövlükdə 

Avropa  ədəbi-nəzəri  fikrinin  təsiri  altında  olsa  da,  özünün  tarixi-ədəbi 

məzmununu heç vaxt itirmir və milli ədəbiyyatşünaslığın yaddaşında daimi 

yaşayan Şərq ədəbi düşüncə formaları, metodoloji yanaşma üsulları, ədəbi-

nəzəri  təhlil  modelləri  müasir  ədəbi  metodologiyalarla  üzvi  qovuşmaya 

girərək  Azərbaycan  ədəbiyyatşünaslığının  milli  simasını,  özünəməx-

susluğunu qoruyub saxlaya bilir.  

Azərbaycan  ədəbiyyatşünaslığı  zəngin  tarixi  ədəbi  bazaya  malikdir. 

Yaşadığımız  dövrdə  ədəbiyyatşünaslıq  elmi  əsrlərin  mirası  olan  klassik 

irsimizin  öyrənilib tədqiq  olunmasında  milli  ənənələrə dayanaraq onlardan 

faydalanmaq  imkanı  qazanmışdır.  XX  yüzilliyin  əvvəllərindən  başlayaraq 

bir  sıra  görkəmli  alim,  yazıçı  və  maarifçi  şəxsiyyətlərin  ədəbiyyat 

sahəsində atdıqları addımlar ədəbiyyatşünaslığın inkişafına təkan vermişdir.  

Şərqdə  və  onun  ayrılmaz  parçası  olan  Azərbaycanda  ədəbiyyat-

şünaslığın  nəzəri  qaynaqlarından  biri  təzkirələrdir.  Maraqlı  haldır  ki, 

təzkirəçilik  ənənəsi  XX  əsrədək  davam  etmişdir.  Təzkirələr  sadəcə  orta 

əsrlər  ədəbiyyatşünaslıq  janrı  deyil,  eyni  zamanda  öz  dövrünün  ədəbi 

norma  və  baxışlarını,  metodoloji  əsaslarını,  təhlil  formalarını,  analitik 

düşüncə  sistemini,  müəllif-mətn,  müəllif-zaman,  sənətkar-mühit  kimi 

yaradıcılıq  prosesinin  müxtəlif  münasibətlər  modelini,  zamanın  ədəbi 

zövqünü,  ədəbi  simasını,  məzmununu,  forma  və  dinamikasını  və  s. 

öyrənmək  baxımından  əvəzsiz  qaynaqlardır.  Təzkirələrin  klassik  irsimizin 

dərindən  öyrənilməsindəki  rolu  və  əhəmiyyəti  bu  gün  də  öz  aktuallığını 

qoruyub  saxlamışdır.  Quruluş  və  prinsipinə  görə  bir-birindən  fərqlənən 

təzkirələr  sənətkarların,  o  cümlədən,  onların  yaradıcılıq  və  poetikasının 

öyrənilməsində böyük əhəmiyyət kəsb edir.  

Məhəmmədəli  Tərbiyət  “Danişməndani-Azərbaycan”  əsəri 

ilə 

təzkirəçilik  ənənəsinə  yeniliklər  gətirməklə  bu  istiqamətdə  yeni  əsərlərin 



yaranmasına  rəvac  vermişdir.  Çağdaş  dövrümüzdə  Əziz  Dövlətabadi  öz 

sələfindən  bəhrələnərək  bu  uğurlu  və  şərəfli  işi  davam  etdirən  ən  məşhur 

alimlərdən  biri  hesab  olunur.  Yaxın  və  Orta  Şərq  təzkirəçilik  ənənəsinin 



Yüklə 436,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə