Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 436,97 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix08.07.2018
ölçüsü436,97 Kb.
#53814
1   2   3   4   5   6   7   8   9   10

22 

sufi  məsləkli  bir  insan  olduğunu  yazsa  da,  mənbə  kimi  istifadə  etdiyi 

Dövlətşah 

Səmərqəndinin 

“Təzkirətüş-şüəra” 

və 


“Danişməndani-

Azərbaycan” təzkirələrində Hümamın Sədi Şirazi ilə görüşdüyü faktı  qeyd 

edilməmişdir.  

Təzkirədə haqqında məlumat verilən şairlərdən biri də Şərif Təbrizidir. 

Şairin  Lisani  Şirazinin  şagirdi  olduğu,  çox  yaxşı  həcv  dediyi  də 

“Süxənvərani-Azərbaycan” 

təzkirəsinin 

müəllifi 

tərəfindən 

qeyd 


olunmuşdur.  

Dövlətabadi  təzkirədə  şairin  Xacəyə  yazdığı  həcvin  elə  özünün 

hüzurunda  oxuduğunu  yazsa  da,  bəzi  mənbələrdə  Şah  Təhmasibin 

hüzurunda  dediyi  və  buna  görə  də  şahdan  yaxşı  ənam  aldığı  qeyd 

olunmuşdur.  

Üçüncü 

yarımfəsil 

“Süxənvərani-Azərbaycan” 

təzkirəsinin 

Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər” adlanır. 

Alimin  bu  əsəri  təzkirəçilik  ənənəsinə  yeni  üslub  və  yanaşma  tərzi 

gətirmişdir.  Ə.Dövlətabadi  əsəri  tərtib  edərkən  qədim  mənbələrlə  yanaşı, 

həm  də  müasir  tədqiqat  əsərlərinə  müraciət  etmişdir  ki,  bu  da  təzkirəçilik 

ənənəsinə  yeni  nəfəs  bəxş  etmişdir.  Belə  ki,  ən  qədim  mənbələrdən 

yararlanaraq  ədəbi-bədii  irsimizin  öyrənilməsi  nə  qədər  məqsədəuy-

ğundursa, müasir dövrü də (XIX-XX əsr) lazımınca əks etdirmək üçün yeni 

mənbələrə istinad etmək olduqca aktualdır. Bununla yanaşı, Ə.Dövlətabadi 

özündən qabaq yazılan mənbələrə istinad edərkən müəyyən səhvləri də üzə 

çıxarmışdır.  Qeyd  edək  ki,  şüəra  təzkirələrində  ən  çox  rast  gəldiyimiz 

nöqsan  müəlliflərin  əvvəlki  qaynaqlarda  verilən  məlumatların  dəqiqliyini 

yoxlamadan  onları  olduğu  kimi  öz  əsərlərinə  daxil  etməsidir.  Müəlliflər 

eşitdiklərini  və  gördüklərini  heç  bir  araşdırma  aparmadan  təzkirələrində 

vermişlər.  Bu  da  bir  səhvin  digər  əsərlərdə  də  təkrar  olunmasına  və 

nəticədə yanlış fikrin formalaşmasına gətirib çıxarmışdır. Bunu nəzərə alan 

Ə.Dövlətabadi  öz  əsərinin  tərtibinə  tənqidi  yanaşmışdır.  Belə  ki,  müəllif 

istifadə  etdiyi  hər  bir  mənbəni  öncədən  araşdırmış,  verilən  məlumatın 

dəqiqliyini  yoxlamış,  rast  gəldiyi  və  şübhələndiyi  məqamlara  aydınlıq 

gətirmişdir. Bu da ədəbiyyatçının təzkirəçilik ənənəsinə verdiyi töhfələrdən 

və  ədəbiyyat  sahəsindəki  yeniliklərindən  biri  kimi  qiymətləndirilə  bilər. 

Ə.Dövlətabadi  digər  mənbələrdə  aşkar  etdiyi  səhvləri  aşkar  ederək  islah 

etmişdir.  

Ə.Dövlətabadinin  sözügedən  təzkirəsi  məhəlli  xarakter  daşıyır.  Yəni 

təzkirə  ərazi  üzrə  tərtib  olunub.  Bu  tip  təzkirələrin  yeganə  çatışmayan 

cəhəti oxucunun şairin hansı şəhərdə anadan olduğunu bilmədiyi halda onu 

tapmaqda  cətinlik  cəkməsidir.  Bəzən  elə  şairlər  var  ki,  onların  doğulduğu 




23 

məkan  hələ  də  dəqiq  bilinmir.  Bu  çətinliyi  aradan  qaldırmaq  üçün 

Ə.Dövlətabadi kitabın sonunda şairlərin adlarını daxil etdiyi siyahı verərək 

oxucuların işini asanlaşdırmışdır.  

Ə.Dövlətabadi  M.Tərbiyətin  “Danişməndani-Azərbaycan”  təzkirəsin-

də adı çəkilməyən bir çox şairlər haqqında məlumat toplamış və öz əsərinə 

daxil  etmişdir.  M.Tərbiyət  həmin  şairləri  müəyyən  səbəblər  üzündən  öz 

əsərinə  daxil  etməmişdir.  Lakin  Ə.Dövlətabadi  müraciət  etdiyi  mənbələrə 

çox  diqqətlə  yanaşmış,  bu  fərqləri  aşkar  etmişdir.  Və  nəticədə  bir  neçə 

Azərbaycan şairi haqqında məlumat əldə etmişdir.  



III 

fəsil 

“Qafqazda 

yaşayan 

farsdilli 

şairlər” 

təzkirəsi 

“Süxənvərani-Azərbaycan”  əsərinin  davamı  kimi”  adlanır.  Bu  fəsil  iki 

yarımfəsildən ibarətdir.  



Birinci  yarımfəsil  “Təzkirənin  yazılma  səbəbi  və  tərtib  prinsipləıri” 

başlığı altında təqdim edilmişdir.  

Müəllif  əsəri  qələmə  almamışdan  öncə-1966-cı  ildən  etibarən 

“Süxənvərani-Dağıstan”  (Dağıstan  şairləri),  “Qəbuli  Şirvani  və  divani-u” 

(Qəbuli Şirvani və onun divanı), “Parsiquyani-Qarabağ” (“Qarabağın farsca 

yazan şairləri”), “Parsiquyani-Ordubad” (“Ordubadın farsca yazan şairləri”) 

başlıqlı  məqalələrini  Təbrizin  Ədəbiyyat  İnstitutunun  nəşriyyatında, 

“Amuzeşi-pərvəriş”  jurnalında  çap  etdirmişdir.  Tədqiqatçı  uzun  illər  bu 

təzkirənin  üzərində  çalışaraq  “Fərhəngi-süxənvəran”,  “Tarixi-təzkirehayi-

farsi” əsərlərindən əlavə digər mənbələrə də müraciət edərək, İranın Astani-

Qüdsi-Rizəvi,  Məclis,  Tehran  və  Təbrizin  Milli  kitabxanalarında,  o 

cümlədən  Tehran  və  Təbriz  Universitetlərinin  Mərkəzi  kitabxanalarında, 

əlyazmalar  kataloqunda,  “Nəvvab”,  “Riyazül-aşiqin”,  “Gülüstani-irəm”, 

“Nəsrabadi”,  “Hüseyni”,  “Hidayət”,  “Mahmud”,  “Riyahi”,  “Xəlil”  və  sair 

bu  kimi  əsərlərdə  rast  gəldiyi  məlumatları  əxz  edərək  bunlardan 

faydalanmışdır.  İstifadə  olunmuş  ədəbiyyatlar  içərisində  müəllif  ən  çox 

Azərbaycan  təzkirələrinə  üstünlük  vermişdir.  Onu  da  qeyd  edək  ki, 

tədqiqatçı  alim  “Zəriə”  və  “Fərhəngi-süxənvəran”  əsərlərində  adı 

çəkilməyən 110 şair haqqında bilgi toplamışdır.  

“Sərayendeqani-şeri-parsi  dər  Qəfqaz”  təzkirəsi  ərazi  üzrə  tərtib 

olunmuşdur.  Bu  təzkirə  227  şairin  həyat  və  yaradıcılığını  əhatə  edir.  Əsər 

dörd  fəsildən  ibarətdir.  Bundan  təzkirədə  müəllif  M.Tərbiyətin 

“Danişməndani-Azərbaycan”  əsərində  adını  çəkmədiyi  40  şair  haqqında 

məlumat vermişdir. 

Bütün  bu  sadaladıqlarımızı  nəzərə  alsaq  ədəbiyyat  aləmində  belə  bir 

əsərə  böyük  ehtiyac  var  idi.  Ə.Dövlətabadi  əsəri  tərtib  edərkən  bir  çox 

mənbələrdə gedən səhvləri də aşkar edərək düzəliş vermişdir.  



24 

Əziz  Dövlətabadi  digər  təzkirədə  olduğu  kimi  bu  əsəri  də  ərazi  üzrə 

əlifba sırası ilə tərtib etmişdir.  

“Təzkirənin  Azərbaycan  ədəbiyyatı  tarixinin  tədqiqində  əhəmiyyəti” 

başlıqlı  yarımfəsildə  əsərdəki  ədəbiyyat  məsələləri  haqqında  məlumat 

verilir. 

Burada  Bakıxanov,  Xaqani  Şirvani,  Fələki  Şirvani,  Ağabəyim  xanım, 

Fatma  xanım  Kəminə,  Natavan,  Molla  Pənah  Vaqif,  Nizami  Gəncəvi, 

Məhsəti Gəncəvi kimi şairlər haqqında məlumat verilmişdir. 



Nəticədə  tədqiqatın  yekunu  olaraq  əldə  edilmiş  elmi-nəzəri  qənaətlər 

ümumiləşdirilmişdir: 

-Əziz  Dövlətabadi  XX  əsr  ədəbiyyatşünası  kimi,  iki  əsas  ənənə 

əsasında  formalaşmışdır:  orta  əsrlərdən  gələn  Şərq  ədəbiyyatşünaslıq 

ənənəsi və Avropa ədəbiyyatşünaslığının müəllifin mənsub olduğu mühitdə 

yenicə hiss olunmağa başlayan təsiri. 

-orta 

əsrlərdən 



başlanan 

əsrlər 


boyu 

inkişaf 


edən 

Şərq 


ədəbiyyatşünaslıq  ənənələri,  o  cümlədən  bu  ənənənin  aparıcı  janrı  olan 

təzkirə 


ənənəsi 

Əziz 


Dövlətabadinin 

“Süxənvərani-Azərbaycan” 

təzkirəsinin  ümumi  poetik  (ədəbi-estetik)  əsasını  təşkil  edir.  Bu  cəhətdən 

“Süxənvərani-Azərbaycan”  təzkirəsi  ümumşərq  təzkirə  ənənəsinin  parlaq 

örnəyi kimi, Azərbaycan ədəbiyyatının əsas qaynaqlarındandır. 

-Əziz Dövlətabadi XX əsr ədəbiyyatşünası kimi, öz dövrünün Qərbdən 

gələn  və  ölkədəki  sosial-mədəni  narazılıqlarla  qidalanan  inqilabi 

ideyalardan, maarifçilik düşüncəsindən, ədəbi təsirlərdən xəbərdar şəxs idi. 

Bu  cəhətdən  öz  “Süxənvərani-Azərbaycan”  təzkirəsini  ümumşərq 

təzkirəçilik ənənələri əsasında ərsəyə gətirmiş müəllifin bu əsərində müasir 

dövrün  ədəbiyyatşünaslıq  ənənələri  müəyyən  nisbətdə  hiss  olumaqdadır. 

Bu  da  öz  növbəsində  “Süxənvərani-Azərbaycan”  təzkirəsini  milli 

ədəbiyyatın qaynaqlarından biri kimi görməyə imkan verir. 

-Ə.Dövlətabadinin “Süxənvərani-Azərbaycan” təzkirəsinin struktur və 

məzmun xüsusiyyətlərinin tədqiqi göstrəmişdir ki, əsər orta əsr təzkirəçilik 

ənənəsi  əsasında  meydana  çıxsa  da,  burada  bu  ənənə  inkişaf  etdirilmiş, 

təzkirə  ənənəsinin  qabaqcıl  ədəbi  norma  və  prinsipləri,  tədqiqat  üsulları 

müasir  ədəbiyyatşünsalıq  normaları  ilə  müəllifin  bilikləri  səviyyəsində 

qovuçdurulmuşdur.  Bu  cəhətdən  “Süxənvərani-Azərbaycan”  təzkirəsində 

mövcud çoxəsrlik ədəbi-estetik ənənəyə bir çox yeniliklər əlavə edilmişdir. 

Təzkirədə  müəllifin  özündən  əvvəlki  analoji  əsərlərdə  gedən  məlumatları 

təshih  etməsi,  qüsurlarını  aradan  qaldırması,  yeni  məlumatlarla 

genişləndirməsi  bu  əsərin  Azərbaycan  ədəbiyyatının  qaynağı  kimi 

əhəmiyyətini daha da artıran cəhətlərdir. 




25 

Dissetasiyanın 

elmi 

müddəaları 



aşağıdakı 

məqalələrdə 

və 

monoqrafiyada öz əksini tapmışdır: 



1.  Ə.Dövlətabadi və M.Diyhim təzkirələrinin müqayisəli təhlili / Yaxın və 

Orta Şərq: Dünəni, Bu günü, Sabahı Beynəlxalq elmi konfrans, Bakı, 24-25 

oktyabr, 2007-ci il, s.438-440. 

2.  Qafqazda  yaşayan  farsdilli  şairlər  //  Filologiya  məsələləri,  2010,  №11, 

s.356-365. 

3.  Ə.Dövlətabadi  yaradıcılığında  ictimai-siyasi  mövzulu  şeirlər  // 

Filologiya məsələləri, 2012, №10, s.373-378. 

4.  Ə.Dövlətabadi  yaradıcılığında  dini  mövzulu  şeirlər  //  Humanitar 

elmlərin öyrənilməsinin aktual problemləri, 2014, №3, s.74-79. 

5.  Тазкираты и история их развития // Журнал «Гилея», Киев: 2014, 

№90 (11), с.158-163. 

6.  Ə.Dövlətabadinin  sufi  görüşləri  //  “Dövlət  və  din”  jurnalı,,  2015, 

№7(36), s.42-52. 

7.  Ə.Dövlətabadi  təzkirəsində  Şah  İsmayıl  Xətai  //  Azərbaycan 

Respublikası  Təhsil  Nazirliyi  Azərbaycan  Müəllimlər  İnstitututunun 

Xəbərləri. Elmi metodik jurnal, 2015,  №2, s.61-66. 

8.  Əziz  Dövlətabadi  və  Məhəmməd  Tərbiyət  təzkirələrinin  ortaq  və  fərqli 

cəhətləri / Müasir Türkologiya: Dünən, Bu Gün və Sabah: Respublika elmi 

konfransının materialları, Bakı, 28 dekabr 2016,  Bakı:2016 s.352-355. 

9.  Əziz  Dövlətabadinin  “Süxənvərani-Azərbaycan”  təzkirəsinin  özəllikləri 

/Ağamusa  Axundov  və  Azərbaycan  filologiyası:  Beynəlxalq  elmi 

konfransın materialları, 24-25 aprel Bakı:2017, s.436-438. 

10. Əziz  Dövlətabadi  yaradıcılığında  islami  dəyərlər  /  İslam  Həmrəyliyi 

2017:  Reallıqlar  və  perspektivlər;  Respublika 

elimi-konfransının 

materialları, Bakı, 25-26 aprel 2017-ci il, səh.200-202 

11. Əziz Dövlətabadinin “Süxənvərani Azərbaycan təzkirəsi və Azərbaycan 

ədəbiyyatı. Monoqrafiya. Bakı: Nurlan, 2017,.156s. 

 



26 

 

 



Жаля Cулейман кызы Шукюрова  

 

Тазкире Азиза Довлетабади «Соханварани-Азербайджан» как  

источник изучения азербайджанской литературы 

 

РЕЗЮМЕ 

 

Изучение  национальной  культуры  на  основе  достоверных 

источников, представляет острую необходимость в выявлении глубин 

исторических  корней.  Это    один  из  важнейших  факторов, 

обуславливающих  актуальность  и  значимость  восточного  творчества 

тазкиратов, имеющих многолетнию историю. 

Тазкираты,  считающиеся  в  истории  средневековой  литературы 

значимым  научным  источником,  в  основном  используются  для 

изучения  истории  литературы.  В  этом  жанре  были  написаны 

многочисленные  произведения    в  разные  времена.  Тазкире  южно 

азербайджанского 

ученого 


Азиза 

Довлатабади 

"Суханварани-

Азербайджан"  («Поэты  Азербайджана»)  является  самым  значимым  и 

современным литературным примером. 

Диссертация  состоит  из  трех  глав,  заключения  и  списка 

использаванной  литературы.  Первая  глава  называется  "Традиции 

тазкире  и  Азиз  Довлатабади".  В  этой  главе  рассмотрены  этапы 

развития  тазкире  как  научного  и  литературного  жанра.  Здесь 

исследована  эпоха  литературного  и  научного  творчества  Азиза 

Довлатабади. Кроме этого определены отличительные и общие черты 

тазкире Азиза Довлатабади и M.Tарбийата. 

Во  второй  главе  рассмотрены  принципы  создания  тазкире 

"Суханварани-Азербайджан»,  а  также  исследованы  этапы  истории 

развития 

азербайджанской 

литературы. 

Подробно 

изучены 

нововведения  тазкире  которые  внедрены  в  историю  азербайджанской 

литературы. 

В  третьей  главе  под  названием  "Поэты  Кавказа,  творившие  на 

фарси" как продолжение  "Суханварани-Азербайджан"  

были проанализированы принципы составления этого произведения. 

 

 



27 

 

 



 

Jala Suleyman gizi Shukurova 

A.Dovlatabadi`s tazkira work “Sukhanvarani-Azerbaijan” as a source 

in studying of the Azerbaijani literature 

SUMMARY 

The  tazkiras  are  considered  one  of  the  oldest  sources  of  the  Middle 

Eastern literature. At different periods, numerous works of this genre were 

written.  The  memoirs  written  by  the  South  Azerbaijani  scholar  Aziz 

Dovlatabadi  under  the  name  “Sukhanvarani-  Azerbaijan”  (Azerbaijani 

poets) are the most significant and modern literary samples. 

The dissertation work consists of three chapters, the conclusion and literary 

sources. 

The first chapter is named “The tradition of tazkira and A.Dovlatabadi”. 

In this chapter is reviewed the formation and development stages of tazkira 

as  a  scientific  and  literary  genre.  A.Dovlatabadi’s  literary  and  scientific 

activities  and  the  period  he  lived  are  researched  here.  Besides,  the 

distinctive  and  general  features  of  A.  Dovlatabadi’s  and  M.  Tarbiyat’s 

tazkiras are determined. 

In the second chapter entitled “The Tazkira “Sukhanvarani-Azerbaijan” 

and the Azerbaijani Literature” are analyzed the principles of preparation of 

the  tazkira  and  researched  the  stages  of  the  history  of  the  Azerbaijani 

literature.  The  innovation  of  tazkira  in  the  history  of  literature  is 

comprehensively researched. 

The third chapter “The Caucasian poets written in the Persian language” 

which  exists  as  a  continuation  of  the  work  “Sukhanvarani-Azerbaijan”,  is 

thoroughly researched in the capacity of A.Dovlatabadi’s second work and 

tried to demonstrate the merits of this work. 

The dissertation work is completed with the final result of the research. 

 

 

 



 

 



28 

 

 



 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kağız formatı: 60/84 16/1 

Sayı: 100 nüsxə 

 

AMEA-nın mətbəəsində çap olunmuşdur 




29 

 

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА 



ИНСТИТУТ ЛИТЕРАТУРЫ им. НИЗАМИ 

 

 

 

На правах рукописи 

 

 



ЖАЛЯ СУЛЕЙМАН кызы ШУКЮРОВА 

 

 

ТАЗКИРЕ АЗИЗА ДОВЛЕТАБАДИ «СОХАНВАРАНИ-

АЗЕРБАЙДЖАН» КАК ИСТОЧНИК ИЗУЧЕНИЯ 

АЗЕРБАЙДЖАНСКОЙ ЛИТЕРАТУРЫ 

 

 

 

5716.01- Азербайджанская литература 

 

 

 

 

А В Т О Р Е Ф Е Р А Т 

 

 

 

 

 

диссертации на соискание научной степени доктора 

философии по филологии 

 

 

 

 

 

 

 


30 

 

БАКУ-2017 

 

Yüklə 436,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə